» » » Bəşəri besət (Missiys)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+1  
İstifadəçilər: 6730

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6714

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 2
Ay ərzində: 7

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Bəşəri besət (Missiys)
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 27-05-2014, 10:00 | Baxılıb: 1 842
     


    Bəşəri besətə hazırlıq
    Ruhi və mədəni dirçəlişin yaranması, cəmiyyətin etiqadının dəyişməsi xeyli çətin bir işdir və asanlıqla həyata keçmir. İnsan öz əqidəsinə haqlı və ya haqsız bağlı olur. «Hər bir dəstə öz dininə sevinər» («Rum» 32). İnsan öz məsləkinə bağlı olmaqla kifayətlənməyib, başqalarını da bu yola gətirməyə çalışır. «Yəhudilər və məsihilər səndən o zaman razı qalarlar ki, onların dinini qəbul edəsən» («Bəqərə» 120).
    Peyğəmbərin qarşısında böyük ictimai vəzifələr vardır. Onlar insanların düşüncəsində batil xarablarını viran qoyub, gözəl tövhid binasını ucaltmalıdırlar. Bütün peyğəmbərlərin son məqsədi eynidir – bəşəriyyəti Allaha qovuşdurmaq. «Hər bir millətdən peyğəmbər seçdik. Onların deyəcəyi bu idi ki, Allaha pərəstiş edin, tağutdan və onun batil təzahurlərindən çəkinin». («Nəhl» 36).
    əlbəttə ki, bu məsuliyyətlərin icrasında hamı eyni deyildir. Hərə öz sahəsində məsuldur. «Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik». («Bəqərə» 253). Ən böyük məsuliyyəti isə bu risalət silsiləsini başa çatdıran son peyğəmbərin öhdəsinə düşür. «Bu gün sizin üçün dini kamil etdi və nemətləri tamamladım. Bir din kim islamı sizin üçün bəyəndim». («Maidə» 3). O, yeni bir mədəni və siyasi inqilab üçün çalışır. Düşüncələri vəhy maarifinə bağlamaq, insan fitrətini oyatmaq istəyir.
    Belə bir dərin dəyişiklik qısa müddətdə bir dəfəyə başa gələsi deyil. Əvvəlcədən hazırlıq görülməlidir. Böyük səy və hazırlıqla qədəm götürülməlidir ki, bu məqsəd həyata keçsin. Peyğəmbərlərin xüsusiyyətlərindən biri budur ki, onların hər biri özündən əvvəlki peyğəmbərlərə sübut, özündən sonrakı peyğəmbərlərə müjdəçi olmuşdur. Çünki onların məqsədi eynidir və aralarında heç bir ixtilaf yoxdur. Həzrətin (s) risaləti bəşəri olduğundan onun zühuru üçün hazırlıq əvvəlki peyğəmbərlərin öhdəsinədir. Buna görə də əsirlərcə əvvəllər böyük peyğəmbərlər bu zühuru xəbər vermişlər. İbrahim-xəlil (ə) üç min ildən çox əvvəl peyğəmbərin zühuru ilə müjdələyir: «Onların arsında elə birini onlara peyğəmbər göndər ki, ayələrini onlara oxusun, onlara kitab və hikmət öyrətsin, onları təmizləsin. Bu istəklə cəmiyyəti böyük bir zühura müntəzir edir. Digər peyğəmbərlər də bu yolu hamarlamağa çalışırlar ki, sonuncu səma səfiri Məsih (ə) gəlsin. O, son nöqtəni qoymalı, son peyğəmbərin xüsusiyyətlərini ətraflı şəkildə bəyan etməlidir. 
    O, öz səmavi kitabında əsaslı şəkildə xüsusiyyətləri bildirməlidir ki, cəmiyyət bu zühura hazırlıq görsün. «Bir vaxt Məryəm oğlu İsa belə demişdi: Ey İsrail oğlulları! Həqiqətən mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə müjdə verən Allahın elçisiyəm». («Səff» 6). İncildə əhməd adı ivritçə «fərqəlit» (ərəbi) kimi verilmişdir.
    Həzrətin (s) xüsusiyyətləri o qədər xırdalıqlarınadək xəbər verilmişdir ki, bəhanəyə yer qalmasın. Onlar öz kitablarında həzrəti (s) öz oğullarını tanıdıqları kimi tanıyırdılar. İnsan öz övladını tanımaqda səhv etmədiyi kimi kitab əhli də həzrəti (s) bu sayaq tanıyırdı. «Kitab verdiyimiz şəxslər onu [Məhəmmədi] öz oğullarını tanıdıqları kimi tanıyırlar». («Bəqərə» 146). Bu hazırlıqlar və ardıcıl təbliğlər cəmiyyətə, xüsusi ilə Fələstin və Hicaz ətrafında yaşayan yəhudi və məsihilərə xəbərdarlıq etmişdi. Hamı bu zühurun intizarında idi. Bu həqiqət hamıya günəş kimi aydın idi.
    Digər bir tərəfdən onun doğum xüsusiyyətləri, əmanətdarlığı əhali arasında elə məhşur idi ki, həqiqətlərdən agah olan bütün ariflər onu görən kimi peyğəmbərliyini təsdiq edirdilər. Onun hira və başqa yerlərdə gün uzunu ardıcıl ibadətləri, işıqlı keçmişi, ruhi hazırlığı da uyğun zühur üçün bir xəbərdarlıqdı: «O, hər il hira mağarasına gedəndə yalnız mən onu görürdüm»- deyir əli (ə). Bütün bunlar uyğun böyük hadisə, Peyğəmbərin besəti üçün hazırlıq idi.

    Bəşəri risalət
    Həyat yolunda heç bir zəif nöqtəsi olmayan insanlar peyğəmbərlik məsuliyyətini qəbul etməyə layiqdirlər. Peyğəmbərlik icra ilə yanaşı bildirişdir. Mümkündür ki, kimsə uca mənəvi məqama çatsın, övliyalar zümzüməsinə qovuşsun, amma peyğəmbərlik ləyaqəti əldə edə bilməsin. Bu ləyaqət ömür boyu məsum olmuş, doğru yoldan sapmamış insanlara nəsib olur. Bütün bu əlamətlər Allaha məlumdur və peyğəmbərləri də Allah seçir: «Allah peyğəmbərliyi kimə göndərəcəyini Özü daha yaxşı bilir». ("Ənam» 128). Bu ləyaqət öz şəxsi ləyaqətini heç zaman alçatmamış insanlara tapşırılır.
    İlahi peyğəmbərlik insan yer üzünə qədəm qoyan gündən başlamışdır və bəşər həyatının son anınadək davam edəcəkdir. Peyğəmbərlik silsiləsi həzrət Məhəmməddə (s) sona yetsə də, bu peyğəmbər silsiləsinin sona yetməsidir. Amma həzrət Məhəmmədin risaləti bəşəri bir risalət olduğundan dünya durduqca duracaq. İnsan həmişəlik vəhyə möhtacdır və bu vəhy hər zaman onunla olacaq.
    İlahi risalət və səmavi göstərişlər ictimai həyatla yanaşı inkişaf edib, bəşərin istəklərinə tam cavab verəcək son peyğəmbərlə başa çatır. Ondan sonra isə digər bir risalət düzgün ehtimal deyildir. Silsilə peyğəmbərlərin imanı, ilahi dinin kamilliyi həzrətin (s) risaləti ilə kamala çatır. «Allah yanında din daim islamdır». («Ali-imran» 19). Risalətin sonuncu olmasının fələfəsi budur ki, risalət istəklərin təmini üçündür və həzrətin (s) risaləti bu istəklərə tam cavab verirsə, demək yeni bir risalətə ehtiyac qalmır.
    Peyğəmbərin (s) risalətinin başlanğıcı bəşər tarixində çox böyük hadisədir. Allah tərəfindən bəşəriyyət üçün bundan böyük hadisə, bundan böyük nemət göndərilməmişdir. Bu risalət cəmiyyətə yeni bir etiqadi və siyasi quruluş gətirir. Ləyaqət baxımından bu risalət peyğəmbərin qırx yaşından rəsmi olaraq başlayır. Bunu da qeyd edək ki, rəvayətlərə əsasən hələ qırx yaşınadək ona mələklər nazil olmuş, röya aləmində mələklərlə görüşmüşdür. Rəsmi olaraq isə Quran həzrətin (s) qırx yaşında nazil olmuşdur.
    Sünni və şiə əhli tərəfindən qəbul olunmuşdur ki, Quran «ələq» surəsinin ilk beş ayəsi nazil olmağa başlamışdır. Eləcə də əksəriyyət qəbul edir ki, besətin başlanğıcı 27-si Rəcəbə düşür. Amma sünnə əhlinə görə bu tarix fərqlidir. Belə məsələlərin araşdırılması Quran elmlərinin mövzusudur və öz vaxtında izah ediləcək. Burada isə məqsədimiz besətin səbəblərini araşdırmaq, eləcə də, həzrətin (s) keçdiyi yolu, ibadi, ictimai və siyasi həyatını təsvir etməkdir. Bu nöqtə də işıqlandırılmalıdır ki, belə bir böyük məsuliyyəti qəbul edən şəxsin hansı xüsusiyyətləri olmuşdur. Bütün həyatı nümunə olmuş belə bir fəzilətli şəxsin öyrənilməsi faydalı olacaq. Çünki düzgün təhlillər və onun həyatının təsviri ona ardıcıl olmaq imkanını yaradacaq.

    Mənbə: "Allahın elçisi" kitabı

     
     
    Bölmə: Əhli Beyt / Hz Muhamməd
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 28 Mayıs 2014 00:25 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Nurane | Status: İstifadəçi Offline | 27 Mayıs 2014 17:06 | İstifadəçi | Şərh yazdı
    ALLAH YANINDA DİN YALNIZ İSLAMDIR........ALLAH RAZI OLSUN BACIM

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: ya_Fatime | Status: İstifadəçi Offline | 27 Mayıs 2014 16:12 | Redaktor | Şərh yazdı
    ALLAHIN Salamı Rəhməti Bərəkəti Salavatı və Nəzəri üzərinə olsun bacı.ALLAH Razı olsun,əllərinə sağlıq,çox gözəl izahdır

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.