Beşinci ziyarət
Ərəbcə
السَّلامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ أَشْهَدُ أَنَّكَ قَدْ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ دَعَوْتَ إِلَى سَبِيلِ رَبِّكَ بِالْحِكْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ وَ أَشْهَدُ أَنَّ الَّذِينَ سَفَكُوا دَمَكَ وَ اسْتَحَلُّوا حُرْمَتَكَ مَلْعُونُونَ مُعَذَّبُونَ عَلَى لِسَانِ دَاوُدَ وَ عِيسَى ابْنِ مَرْيَمَ ذَلِكَ بِمَا عَصَوْا وَ كَانُوا يَعْتَدُونَ
Oxunuşu
Əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu ələykə yəb-nə Rəsulillah, əşhədu ənnəkə qəd əqəmtəs səlatə və atəytəz zəkah, və əmərtə bil mə`ruf və nəhəytə ənil munkər, və dəəvtə ila səbili rəbbikə bil hikməti vəl məv`izətil həsənəh, və əşhə-du ənnəlləzinə səfəku dəməkə vəstəhəllu hurmətək, məl`-ununə muəzzəbunə əla lisani Davudə və İsəbnə Məryəm, zalikə bima əsəv və kanu yə`tədun.
Tərcüməsi
Mötəbər sənədi olan bu hədisdə imam Musa Kazim (ə) İbrahim ibni Əbil-biladdan soruşur ki, siz imam Hüseynin (ə) ziyarətinə getdikdə nə deyirsiniz? O deyir: "Mən bu sözləri deyirəm:
Salam olsun sənə, ey Əba-Əbdillah! Salam olsun sənə, ey Rəsulullahın övladı! Şəhadət verirəm ki, həqiqətən, sən namazı bərpa etdin, zəkat verdin, (insanları) yaxşılıqlara dəvət etdin, pisliklərdən çəkindirdin, hikmət və yaxşı moizə ilə Rəbbinin yoluna dəvət etdin! Şəhadət verirəm ki, sənin qanını tökən və sənə hörmətsizlik edənlər lənətlənmiş (Allahın rəhmətindən uzaqdır) və günahkar olduqlarından Davud və İsa ibn Məryəmin dili ilə cəzalanacaqlar (lənətlənəcəklər). Onlar zülmkar və təcavüzkar idilər!
O həzrət buyurdu: "Düzdür, belə demək lazımdır”.
Kitabın adı: Məfatihul Cinan