» » Hüseynin (ə) müqəddəs türbətinin fəziləti haqqında qısa məlumat


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Hüseynin (ə) müqəddəs türbətinin fəziləti haqqında qısa məlumat
+5
Müəllif: Fatimə Nuri Xuda | 14-11-2015, 16:00 | Baxılıb: 1 810
 
 
 
Hüseynin (ə) müqəddəs türbətinin fəziləti haqqında qısa məlumat
 
Ərəbcə
 
اللَّهُمَّ بِحَقِّ هَذِهِ التُّرْبَةِ وَ بِحَقِّ مَنْ حَلَّ بِهَا وَ ثَوَى فِيهَا وَ بِحَقِّ جَدِّهِ وَ أَبِيهِ وَ أُمِّهِ وَ أَخِيهِ وَ الْأَئِمَّةِ مِنْ وُلْدِهِ وَ بِحَقِّ الْمَلائِكَةِ الْحَافِّينَ بِهِ إلا جَعَلْتَهَا شِفَاءً مِنْ كُلِّ دَاءٍ وَ بُرْءا مِنْ كُلِّ مَرَضٍ وَ نَجَاةً مِنْ كُلِّ آفَةٍ وَ حِرْزا مِمَّا أَخَافُ وَ أَحْذَرُ
بِسْمِ اللَّهِ وَ بَاللَّهِ اللَّهُمَّ اجْعَلْهُ رِزْقا وَاسِعا وَ عِلْما نَافِعا وَ شِفَاءً مِنْ كُلِّ دَاءٍ اِنَّكَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ
أَصْبَحْتُ [أَمْسَيْتُ‏] اللَّهُمَّ مُعْتَصِما بِذِمَامِكَ وَ جِوَارِكَ الْمَنِيعِ الَّذِي لا يُطَاوَلُ وَ لا يُحَاوَلُ مِنْ شَرِّ كُلِّ غَاشِمٍ وَ طَارِقٍ مِنْ سَائِرِ مَنْ خَلَقْتَ وَ مَا خَلَقْتَ مِنْ خَلْقِكَ الصَّامِتِ وَ النَّاطِقِ [فِي جُنَّةٍ] مِنْ كُلِّ مَخُوفٍ بِلِبَاسٍ سَابِغَةٍ حَصِينَةٍ وَ هِيَ وِلاءُ أَهْلِ بَيْتِ نَبِيِّكَ [عَلَيْهِمُ السَّلامُ ] مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ مُحْتَجِزا [مُحْتَجِبا] مِنْ كُلِّ قَاصِدٍ لِي إِلَى أَذِيَّةٍ بِجِدَارٍ حَصِينٍ الْإِخْلاصِ فِي الاعْتِرَافِ بِحَقِّهِمْ وَ التَّمَسُّكِ بِحَبْلِهِمْ جَمِيعا مُوقِنا أَنَّ الْحَقَّ لَهُمْ وَ مَعَهُمْ وَ مِنْهُمْ وَ فِيهِمْ وَ بِهِمْ أُوَالِي مَنْ وَالَوْا وَ أُعَادِي مَنْ عَادَوْا وَ أُجَانِبُ مَنْ جَانَبُوا فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ أَعِذْنِي اللَّهُمَّ بِهِمْ مِنْ شَرِّ كُلِّ مَا أَتَّقِيهِ يَا عَظِيمُ حَجَزْتُ الْأَعَادِيَ عَنِّي بِبَدِيعِ السَّمَاوَاتِ وَ الْأَرْضِ اِنَّا جَعَلْنَا مِنْ بَيْنِ أَيْدِيهِمْ سَدّا وَ مِنْ خَلْفِهِمْ سَدّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لا يُبْصِرُونَ
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِحَقِّ هَذِهِ التُّرْبَةِ الْمُبَارَكَةِ وَ بِحَقِّ صَاحِبِهَا وَ بِحَقِّ جَدِّهِ وَ بِحَقِّ أَبِيهِ وَ بِحَقِّ أُمِّهِ وَ بِحَقِّ أَخِيهِ وَ بِحَقِّ وُلْدِهِ الطَّاهِرِينَ اجْعَلْهَا شِفَاءً مِنْ كُلِّ دَاءٍ وَ أَمَانا مِنْ كُلِّ خَوْفٍ وَ حِفْظا مِنْ كُلِّ سُوءٍ 
اللَّهُمَّ اجْعَلْهُ رِزْقا وَاسِعا وَ عِلْما نَافِعا وَ شِفَاءً مِنْ كُلِّ دَاءٍ وَ سُقْمٍ
 
Oxunuşu
 
Əllahummə bi həqqi hazihil turbəh, və bi həqqi mən həllə biha və səva fiha, və bi həqqi cəddihi və əbihi və ummihi və əxihi vəl əimməti min vuldih, və bi həqqil məlaikətil haffinə bihi illa cəəltəha şifaən min kulli da, və bur`ən min kulli mərəz, və nəcatən min kulli afəh, və hirzən mimma əxafu və əhzər. 
Bismillahi və billah, Əlla-humməc`əlhu rizqən vasiən və ilmən nafiən və şifaən min kulli da`, innəkə əla kulli şəy`in qədir.
Gər to ra əz ğeyb çeşmi baz şod
Ba to zərrat cəhan həmraz şod.
Notqe xako notqe abo notqe qol
Həst məhsuse həvasse əhle del.
Comleye zərrat dər aləm nəhan
Ba to miguyənd ruzano şəban
Ma səmi`imo bəsiroba huşim
Ba şoma naməhrəman, ma xamuşim.
Əz cəmadiye siva can, can şəvid
Ğolğole əczaye aləm beşnəvid.
Faşe təsbihe cəmadat ayədət
Vəsvəseye təvilha bezodayədət.
Əsbəhtulahummə (əmsəytul-lahummə) mu`təsimən bi zi-mamikə və civarikəl məniilləzi la yutavəlu və la yuhavəl, min şərri kulli ğaşimin və tariqin min sairi mən xələqt, və ma xələqtə min xəlqikəs samiti vən natiq (fi cunnəh), min kulli mə-xufin bilibasin sabiğətin həsi-nəh, və hiyə vilau Əhli bəyti nəbiyyikə (ələyhimus səlamu) Muhəmmədin səlləllahu ələyhi və alih, muhtəcizən (muhtəci-bən) min kulli qasidin li ila əziyyətin bi cidarin həsin, əl ixlasi fil i`tirafi bi həqqihim vət təməssuki bi həblihim cəmia, muqinən ənnəl həqqə ləhum və məəhum və minhum və fihim və bihim, uvali mən valəv və uadi mən adəv, və ucanibu mən canəbu, fə səlli əla Muhəm-mədin və alih, və əiznillahum-mə bihim min şərri kulli ma əttəqihi ya əzim, həcəztul əadiyə ənni bibədiis səmavati vəl ərz, inna cəəlna min bəyni əydihim səddən və min xəlfihim səddən fə əğşəynahum fəhum la yubsirun.
Əllahummə inni əs`əlukə bihəqqi hazihit turbətil muba-rəkəh, və bi həqqi sahibiha və bi həqqi cəddihi və bi həqqi əbihi və bi həqqi ummih, və bi həqqi əxihi və bi həqqi vuldihit tahirin, ic`əlha şifaən min kulli da, və əmanən min kulli xəvf, və hifzən min kulli su.

Əllahumməc`əlhu rizqən va-siən və ilmən nafia, və şifaən min kulli dain və suqm.
 
 
Tərcüməsi
 
Bir çox hədislərimizdə nəql olunur ki, imam Hüseynin (ə) türbəti ölümdən savayı hər bir dərdin dərmanıdır və bəlanı uzaqlaşdırar. Bu məzmunda saysız-hesabsız mütavatir hədislər mövcuddur. Habelə, bu müqəddəs türbətin göstərdiyi möcüzələri sadalamaq, bu kitabın həcmindən xaricdir. Mən, şiə alimlərinin tərcümeyi-halı barəsində olan "Fəvaidur-rəzəviyyə” kitabında tanınmış hədisçi Seyid Nemətullah Cəzayirinin (r.ə.) şərhi-halında bu barədə bir mətləbə toxunmuşam. Möhtərəm Seyid Nemətullah elm kəsb etmək üçün çox zəhmət çəkmiş və bu yolda saysız-hesabsız çətinliklərə qatlaşmışdır. Təhsilə başladığı ilk illərdə çıraq almağa imkanı çatmadığı üçün gecələr ay işığında mütaliə edərmiş. Bu səbəbdən də onun gözləri zəifləyir. Gözlərinin nuru artsın deyə, o, həzrət Seyyidüş-şühədanın (ə) və İraqda dəfn edilən imamların (ə) türbətini gözünə sürtərmiş və bu türbətlərin bərəkəti sayəsində gözünə nur gələrmiş. Həmçinin o kitabda qeyd etmişəm ki, müasirlərimiz, kafir və mülhidlərlə ünsiyyətin bəzi mənfi təsirləri altına düşərək, bu məsələyə təəccüb etməsinlər. Kəmalüddin Dəmiri "Həyatül-həyəvan” kitabında nəql edir ki, əfi ilan min il ömür sürdükdən sonra gözləri kor olur. Allaha taala ona gözlərinin açılması üçün məlhəm olaraq gözlərini təzə razyanaya sürtməyi ilham etmişdir. Odur ki, əfi ilan o kor gözləri ilə hətta uzaq məsafələri qət edərək, özünü təzə razyana olan yerlərə yetirir və gözlərini o bitkiyə sürtərək, görmə qabiliyyətini yenidən əldə edir. Bu mətləbi, Zəməxşəri və digər alimlər də müəyyən münasibətlərlə öz kitablarında nəql ediblər. Bir halda ki, Allah taala təzə bir bitkidə kor ilana şəfa bəxş edən belə bir xüsiyyəti yararadıbdırsa, onun yolunda canından və Əhli-beytindən keçən peyğəmbərin (s.ə.s.) övladının türbətində, onun şiə və aşiqlərinin çətinliklərini həll edən və bütün xəstəliklərinə əlac olan xeyir və bərəkəti qərar verməsi heç də təəccüb doğuran bir hal deyildir. Burada biz, bu barədə bir neçə rəvayəti nəql etməklə kifayətlənirik. 
Birinci rəvayət:
Hədislərimizdə nəql olunubdur ki, cənnət huriləri, müəyyən bir məmuriyyət üçün yerə enən mələklərdən imam Hüseynin (ə) təsbih və türbətini hədiyyə gətirməyi xahiş edərlər. 
İkinci rəvayət:
Mötəbər bir hədisdə nəql olunur ki, bir nəfər dedi: "Həzrət imam Rza (ə) Xorasandan mənim üçün bağlama yollamışdı. Bağlamanı açdıqda içində bir qədər torpaq da olduğunu gördüm. Bu bağlamanı gətirən şəxsdən soruşdum ki, bu nəyin torpağıdır? O, cavab verdi: "Bu torpaq, imam Hüseynin (ə) qəbrinin torpağındandır. O həzrət, pay göndərdiyi hər bir geyimin və ya qeyri-geyimin arasına bu torpaqdan bir qədər tökərdi və Allahın izni ilə bu türbətin onu amanda saxlamasına etiqadı var idi. 
Üçüncü rəvayət:
Rəvayət olunur ki, Abdullah ibni Əbi Yəfur həzrət imam Sadiqə (ə) ərz etdi: "Bəziləri imam Hüseynin (ə) türbətindən hacətlərinin rəva olması üçün götürür və hacətləri də rəva olur, bəziləri isə o türbətdən götürür, lakin hacəti rəva olmur.” O həzrət buyurdu: "And olsun Allaha ki, dediyin kimi deyildir. O türbətdən faydalana biləcəyinə etiqadı olan şəxs, onun xeyirini görəcək.
Dördüncü rəvayət:
Əbu Həmzə Somali nəql edir ki, həzrət Sadiqə (ə) ərz etdim: "Dəfələrlə görmüşəm ki, bizim səhabələrimiz imam Hüseynin (ə) qəbrinin torpağından şəfa tapmaq üçün götürürlər. O türbət, doğrudan da şəfabəxşdirmi?” O həzrət buyurdu: "İmam Hüseynin (ə) qəbrindən dörd milə qədər olan ərazinin torpağı şəfabəxşdir. Həmçinin, cəddim Rəsulullahın (s.ə.s.), imam Həsənin (ə), imam Zeynülabidinin (ə) və Məhəmməd Baqirin (ə) qəbrinin torpaqları da şəfabəxşdir. Odur ki, hər bir dərdinə şəfa tapmaq və ya qorxduğun hər bir şeydən amanda olmaq istəyirsənsə, o torpaqdan götür. Duadan savayı heç bir şey şəfa bəxş etməkdə imam Hüseynin (ə) türbətinə çatmaz. Bu türbətin təsirini aradan qaldıran amillərdən biri onu namünasib yerdə ( yəni ehtiramsızlıq sayılan yerlərdə) saxlamaqdır. Başqa bir amil isə şəfa tapmaq üçün onu istifadə edən xəstənin bu türbətə qarşı etiqadının zəifliyidir. Bu türbətin şəfa verəcəyinə əmin olan şəxs xəstəliyini müalicə etmək üçün ondan istifadə etsə, sözsüz ki, sağalar və onun başqa dərmana ehtiyacı olmaz. Həmçinin, kafir cinlər və şeytanlar özlərini bu türbətə sürtməklə və onu iynəməklə onun təsirini aradan aparırlar. Kafir cinlər və şeytanlar Adəm övladına həsəd apardıqları üçün özlərini o türbətə sürtür və bununla da o türbətin təsirinin böyük hissəsini və onun xoş ətrini aradan aparırlar. Bir dəstə cin və şeytan –saylarını ancaq Allah bilir- imam Hüseyniin (ə) hərəminin qapısın ağzında dayanıb, oradan çıxardılan türbətə özlərini sürtmək üçün intizar çəkirlər. Mələklər onları hərəmə daxil olmağa qoymadıqları üçün onlar yalnız hərəmdən kənara çıxardılan türbətə özlərini sürtə bilirlər. Onların əlindən amanda qalan türbət, xəstənin müalicəsi üçün istifadə edilsə, o şəxs həmin an şəfa tapar. Odur ki, türbəti götürdüyün vaxt onu gizlət və Allahın adını tez-tez onun üzərinə oxu. Eşitmişəm ki, bəziləri türbəti götürdükdə onu ucuz tuturlar. Hətta bəziləri onu heyvanların belinə atdıqları torbanın içərisinə və ya yemək yedikləri qabın içərisinə, yaxud da xurcun və ya çuval kimi çox işlədilən əşyaların içərisinə qoyurlar. Bu türbətə belə hörmət qoyan şəxs ondan necə şəfa tapa bilər?! Həmçinin, qəlbində ona qarşı etiqadı olmayan və şəfası olan bu türbəti ucuz tutan şəxs öz əməli ilə onu korlayır.”
Beşinci rəvayət:
Hədislərimizdə tövsiyə olunur ki, imam Hüseynin (ə) türbətindən götürmək istədiyiniz vaxt barmaqlarınızın ucu ilə bir noxud dənəsi qədər götürün və onu öpüb, gözlərinizin üstünə qoyun. Sonra bütün bədəninizə sürtüb, bu duanı oxuyun:
İlahi, bu türbətin, orada düşərgə salıb məskunlaşanın hörmətinə xatir, onun babası, atası, anası, qardaşı və nəslindən olan imamların, həmçinin onun ətrafına toplaşan mələklərin hörmətinə xatir onu hər bir dərdə şəfa, hər bir xəstəliyə sağlamlıq, hər bir bəladan qurtuluş və qorxub vəhşət etdiklərimin qarşısında pənahgah qərar ver!
Sonra onu nəzərdə tutduğu məqsəd üçün istifadə etsin.
Həmçinin rəvayətlərimizdə, imam Hüseynin (ə) türbətindən möhür düzəldib, ona "Qədr” surəsini oxumaq tövsiyə olunur. Həmçinin, o həzrətin türbətindən yemək istədiyiniz və ya başqasına yedirtdiyiniz vaxt 
Allahın adı və Allahın köməyi ilə! İlahi, onu (türbəti) firavan ruzi, faydalı elm və hər dərdə şəfa qərar ver ki, həqiqətən, Sən hər bir şeyə qadirsən!
sözlərini deyin.
Müəllif deyir: "O həzrətin türbətinin bir çox faydası vardır. O cümlədən, onu meyyitin üstündə qəbrə qoymaq və ya kəfənin üzərində o türbətlə dualar yazmaq müstəhəbdir. Həmçinin, o həzrətin türbətinin üzərinə səcdə etməyin böyük savabı vardır. Hədislərimizdə nəql olunur ki, imam Hüseynin (ə) türbətinin üzərinə səcdə etmək yeddi pərdəni dərər, yəni , namazın qəbul olub, ərşə qalxmasına səbəb olar. Başqa müstəhəb əməllərdən biri də o türbətdən təsbih düzəldib, onunla zikir demək və əldə gəzdirməkdir. Çünki bu təsbihdə belə bir xüsusiyyət vardır ki, sahibi zikir deməsə də, o, Allahı zikir edər. Məlumdur ki, təsbihin dediyi zikir, insanların dediyi zikirdən fərqlidir. Onun dediyi zikir, bütün başqa əşyaların dediyi zikirlərdəndir ki, bu barədə Allah taala buyurur: "Və in min şəy-in illa yusəbbihu bi həmdihi və lakin la təfqəhunə təsbihəhum.” Arif Rumi bu məzmunda belə bir (farsca) şeir demişdir:
Xülasə, Seyyidüş-şühədanın (ə) türbətindən hazırlanan təsbehin bu xüsusiyyatı vardır ki, o, Allahı zikir etməklə məşğuldur.
Altıncı rəvayət:
Həzrət imam Rza (ə) buyurub: "Hər kim imam Hüseynin (ə) türbətindən hazırlanmış təsbihi, "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” zikirlərini deyə-deyə çevirərsə, Allah taala təsbihin hər bir dənəsinin müqabilində ona altı min savab yazıb, onun altı min günahını silər. Həmçinin, onun məqamını altı min dərəcə artırıb, ona altı min nəfərə şəfaət verməyə izin verər.” Həzrət Sadiq (ə) buyurub: "Hər kim imam Hüseynin (ə) türbətindən hazırlanmış daş dənələrini, yəni, bişmiş torpaqla olan təsbihi istiğfar (yəni, "Əstəğfirullah” Allahdan bağışlanmaq diləmək) deyə-deyə çevirsə, onun hər bir istiğfarı yetmiş istiğfar hesab olunar. Lakin əgər istiğfar deməyib, sadəcə təsbihi əlində saxlasa, onun dənələrinin hər biri müqabilində ona yeddi istiğfar yazılar.”
Yeddinci rəvayət:
Mötəbər bir hədisdə nəql olunur ki, həzrət Sadiq (ə) İraqa səfər etdiyi vaxt İraq əhlindən bir dəstə adam o həzrətin yanına gəlib, ərz etdilər: "Bunu bilirik ki, imam Hüseynin (ə) türbəti dərdlərə dərmandır, lakin görəsən adamı xətadan da qoruyur?” O həzrət buyurur: "Bəli. Hər kim xəta-bəladan amanda qalmaq istəyirsə, onun türbətindən hazırlanmış təsbihi əlində tutub, üç dəfə bu duanı oxusun:
İlahi, imanla günahdan özümü qoruduğum, Sənin əlçatmaz və qüdrətlilərin yol tapmadığı möhkəm (sarsılmaz) pənahına yaratdığın bütün canlı və cansızlardan, zalım, sehrbaz və kahinlərdən sığındığım və bütün qorxulu şeylərdən peyğəmbərin Məhəmmədin (ona və Əhli-beytinə salam olsun) Əhli-beytinə məhəbbətdən ibarət olan möhkəm (zirehli) dəbilqəsini geyinərək qorunduğum və mənə əziyyət verməyi qəsd edən bütün kəslərdən Sənin ixlas qalana girdiyim, Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) haqq olmasını etiraf etdiyim, onların qırılmaz ipindən yapışdığım, onların haqq, haqqın onlarla və onlara bağlı, onların xanədanı və onlarda olduğuna yəqin etdiyim, onları sevəni sevdiyim, onlarla düşmən olanlara düşmən və onlardan uzaq olanlardan uzaq olduğum halda sübh etdim. Məhəmməd və onun Əhli-beytinə salam yetir! İlahi, onların vasitəsilə məni bütün qorxduğum şeylərdən qoru! Ey böyük Allah, mən göylər və yerin xaliqi olan Allaha təvəssül etməklə düşmənlərin şərindən amanda qalmışam. "Biz onların önlərinə və arxalarına sədd çəkib (gözlərini) bağlamışıq. Buna görə də (Allahın qüdrətinə dəlalət edən əlamətləri) görmürlər.”
Sonra təsbihi öpsün və hər iki gözünə sürtüb, desin:
İlahi, bu mübarək türbətin, onun sahibi, babası, atası, anası, qardaşı və pak övladlarının hörmətinə xatir Səndən onu (türbəti) hər bir dərdə şəfa, hər bir qorxulu şeylərin müqabilində əmin-amanlıq və hər bir pisliyin müqabilində gözətçi təyin etməyini istəyirəm!
Sonra təsbihi alnına qoysun. Hər kəs sübh çağı bu əməli yerinə yetirsə, gün batana qədər amanda qalar və gün batanda yerinə yetirsə, sübhə qədər amanda qalar. 
Başqa bir rəvayətdə nəql olunur ki, dövlət başçısından və ya başqa bir şeydən qorxusu olan şəxs evdən çıxdığı vaxt bu əməli yerinə yetirsə, onların şərrindən amanda qalar.
Müəllif deyir: Bütün dini alimlər mötəqiddirlər ki, imam Hüseynin (ə) müqəddəs türbətindən başqa torpağı və ya gili yemək haramdır. Əlbəttə, bu işi ləzzət almaq üçün deyil, şəfa tapmaq məqsədilə görmək olar və bir noxud dənəsindən də artıq yemək olmaz. Hətta tövsiyə olunur ki, ehtiyat üçün bir mərcimək dənəsi qədər yeyilsin. Yaxşı olar ki, o türbətdən bir qədər ağzınıza qoyub, üstündən bir qurtum su içərək deyəsiniz:
İlahi, onu (türbəti) firavan ruzi, faydalı elm, hər bir dərd və xəstəliyə şəfa qərar ver!
Əllamə məclisi buyurub: "Ehtiyata görə o həzrətin türbətini və ondan hazırlanmış möhür və təsbihi satmayasınız, bir-birinizə hədiyyə verəsiniz. Əlbəttə, əgər qabaqcadan şərt kəsmədən, qarşılıqlı razılığa gəlsəniz eybi yoxdur. Çünki mötəbər bir hədisdə imam Sadiqin (ə) dilindən nəql olunur ki, imam Hüseynin (ə) qəbrindən götürülmüş torpağı satmaq, o həzrətin ətini satmaq kimi hesab olunur.
Müəllif deyir: "Məşhur hədisçi siqətül-islam şeyx Nuri (r.ə.) "Darus-səlam” kitabında buyurub: "Günlərin birində qardaşlarımdan biri rəhmətlik anamın görüşünə gəlmişdi. Anam gördükdə ki, o, imam Hüseynin (ə) türbətini qəbasının aşağı cibinə qoyub, onu danlayıb dedi: "Bu əməl, o müqəddəs türbətə qarşı ehtiramsızlıqdır. Bilmərsən, ayaqlarının arasında qalıb, sınar.” Qardaşım dedi: "Düz deyirsən ana, indiyədək iki dənə möhür ayaqlarımın arasında qalıb, sınıbdır.” Sonra o, özünə söz verdi ki, bir daha möhürü qəbasının aşağı cibinə qoymayacaq. Bu əhvalatdan bir neçə gün keçir. Atam Əllamə, bu əhvalatdan heç bir xəbəri olmadan yuxusunda görür ki, mövlamız həzrət Əbu Əbdillahil Hüseyn (ə) onun görüşünə gəlib və onun mütaliə otağında əyləşibdir. Bir çox mehribançılıqdan sonra atama buyurur: "Oğullarını çağır, onlara hədiyyə vermək istəyirəm.” Atam oğullarını çağırır. Onlar mənimlə birlikdə beş nəfərdirlər. Onlar həzrətin əyləşdiyi otağın qapısı ağzında dayanırlar. İmamın kənarında geyim və başqa hədiyyələr var idi. O, bizi bir-bir yanına çağırıb, müəyyən bir hədiyyəni təqdim edirdi. Növbə o qardaşıma çatdıqda, həzrət ona acıqlı-acıqlı baxır və üzünü atama tutub, deyir: "Sənin bu oğlun, mənim türbətimdən olan iki möhürü budlarının arasında sındırmışdır.” Odur ki, başqa qardaşlarım kimi onu öz yanına çağırmır və hədiyyəsini uzaqdan ona tərəf uzadır. Belə yadımda qalıb ki, tirmədən olan bir daraq qabı ona hədiyyə verir. Atam yuxudan oyanıb, yuxusunu anama danışır və anam da əhvalatı ona nəql edir. Atam gördüyü yuxunun doğruluğuna təəccübdə qalır.”
 
 
Kitabın adı: Məfatihul Cinan
 
 
 
Bölmə: İslami mövzular
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Elya | Status: İstifadəçi Offline | 15 Kasım 2015 01:29 | Redaktor | Şərh yazdı
Allah senden razı olsun bacım çox maraqlıydı sayende İmam Hüseyn türbetinin savabını etraflı bildim çox sağ ol ellerin var olsun Allah sene  Kerbela zevvarı olmağı nesib etsin Amin İnşAllah.
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.