» » Ərəfə günü


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Ərəfə günü
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 22-09-2015, 21:00 | Baxılıb: 1 866
     
     
    Ərəfə günü
     
    Ərəbcə

    سُبْحَانَ الَّذِي فِي السَّمَاءِ عَرْشُهُ سُبْحَانَ الَّذِي فِي الْأَرْضِ حُكْمُهُ سُبْحَانَ الَّذِي فِي الْقُبُورِ قَضَاؤُهُ سُبْحَانَ الَّذِي فِي الْبَحْرِ سَبِيلُهُ سُبْحَانَ الَّذِي فِي النَّارِ سُلْطَانُهُ سُبْحَانَ الَّذِي فِي الْجَنَّةِ رَحْمَتُهُ سُبْحَانَ الَّذِي فِي الْقِيَامَةِ عَدْلُهُ سُبْحَانَ الَّذِي رَفَعَ السَّمَاءَ سُبْحَانَ الَّذِي بَسَطَ الْأَرْضَ سُبْحَانَ الَّذِي لا مَلْجَأَ وَ لا مَنْجَى مِنْهُ إِلا إِلَيْهِ 
    سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ
    لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ يُحْيِي وَ يُمِيتُ وَ يُمِيتُ وَ يُحْيِي وَ هُوَ حَيٌّ لا يَمُوتُ بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ
    أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لا إِلَهَ إِلا هُوَ الْحَيُّ الْقَيُّومُ وَ أَتُوبُ إِلَيْهِ
    يَا اللَّهُ
    يَا رَحْمَان
    يَا رَحِيمُ
    يَا بَدِيعَ السَّمَاوَاتِ وَ الْأَرْضِ يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ
    يَا حَيُّ  يَا قَيُّومُ
    يَا حَنَّانُ  يَا مَنَّانُ
    يَا لا إِلَهَ إِلا أَنْتَ
    آمِينَ
    اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ يَا مَنْ هُوَ أَقْرَبُ إِلَيَّ مِنْ حَبْلِ الْوَرِيدِ يَا مَنْ يَحُولُ بَيْنَ الْمَرْءِ وَ قَلْبِهِ يَا مَنْ هُوَ بِالْمَنْظَرِ الْأَعْلَى وَ بِالْأُفُقِ الْمُبِينِ يَا مَنْ هُوَ الرَّحْمَنُ عَلَى الْعَرْشِ اسْتَوَى يَا مَنْ لَيْسَ كَمِثْلِهِ شَيْ‏ءٌ وَ هُوَ السَّمِيعُ الْبَصِيرُ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ 
    اللَّهُمَّ يَا أَجْوَدَ مَنْ أَعْطَى وَ يَا خَيْرَ مَنْ سُئِلَ وَ يَا أَرْحَمَ مَنِ اسْتُرْحِمَ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْأَوَّلِينَ وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْآخِرِينَ وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْمَلَإِ الْأَعْلَى وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ فِي الْمُرْسَلِينَ اللَّهُمَّ أَعْطِ مُحَمَّدا وَ آلَهُ الْوَسِيلَةَ وَ الْفَضِيلَةَ وَ الشَّرَفَ وَ الرِّفْعَةَ وَ الدَّرَجَةَ الْكَبِيرَةَ اللَّهُمَّ إِنِّي آمَنْتُ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ لَمْ أَرَهُ فَلا تَحْرِمْنِي فِي [يَوْمِ‏] الْقِيَامَةِ رُؤْيَتَهُ وَ ارْزُقْنِي صُحْبَتَهُ وَ تَوَفَّنِي عَلَى مِلَّتِهِ وَ اسْقِنِي مِنْ حَوْضِهِ مَشْرَبا رَوِيّا سَائِغا هَنِيئا لا أَظْمَأُ بَعْدَهُ أَبَدا اِنَّكَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ اللَّهُمَّ إِنِّي آمَنْتُ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ لَمْ أَرَهُ فَعَرِّفْنِي فِي الْجِنَانِ وَجْهَهُ اللَّهُمَّ بَلِّغْ مُحَمَّدا صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ مِنِّي تَحِيَّةً كَثِيرَةً وَ سَلاما 
    سُبْحَانَ اللَّهِ قَبْلَ كُلِّ أَحَدٍ وَ سُبْحَانَ اللَّهِ بَعْدَ كُلِّ أَحَدٍ وَ سُبْحَانَ اللَّهِ مَعَ كُلِّ أَحَدٍ وَ سُبْحَانَ اللَّهِ يَبْقَى رَبُّنَا وَ يَفْنَى كُلُّ أَحَدٍ وَ سُبْحَانَ اللَّهِ تَسْبِيحا يَفْضُلُ تَسْبِيحَ الْمُسَبِّحِينَ فَضْلا كَثِيرا قَبْلَ كُلِّ أَحَدٍ وَ سُبْحَانَ اللَّهِ تَسْبِيحا يَفْضُلُ تَسْبِيحَ الْمُسَبِّحِينَ فَضْلا كَثِيرا بَعْدَ كُلِّ أَحَدٍ وَ سُبْحَانَ اللَّهِ تَسْبِيحا يَفْضُلُ تَسْبِيحَ الْمُسَبِّحِينَ فَضْلا كَثِيرا مَعَ كُلِّ أَحَدٍ وَ سُبْحَانَ اللَّهِ تَسْبِيحا يَفْضُلُ تَسْبِيحَ الْمُسَبِّحِينَ فَضْلا كَثِيرا لِرَبِّنَا الْبَاقِي وَ يَفْنَى كُلُّ أَحَدٍ وَ سُبْحَانَ اللَّهِ تَسْبِيحا لا يُحْصَى وَ لا يُدْرَى وَ لا يُنْسَى وَ لا يَبْلَى وَ لا يَفْنَى وَ لَيْسَ لَهُ مُنْتَهًى وَ سُبْحَانَ اللَّهِ تَسْبِيحا يَدُومُ بِدَوَامِهِ وَ يَبْقَى بِبَقَائِهِ فِي سِنِي الْعَالَمِينَ وَ شُهُورِ الدُّهُورِ وَ أَيَّامِ الدُّنْيَا وَ سَاعَاتِ اللَّيْلِ وَ النَّهَارِ وَ سُبْحَانَ اللَّهِ أَبَدَ الْأَبَدِ وَ مَعَ الْأَبَدِ مِمَّا لا يُحْصِيهِ الْعَدَدُ وَ لا يُفْنِيهِ الْأَمَدُ وَ لا يَقْطَعُهُ الْأَبَدُ وَ تَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ 
    وَ الْحَمْدُ لِلَّهِ قَبْلَ كُلِّ أَحَدٍ وَ الْحَمْدُ لِلَّهِ بَعْدَ كُلِّ أَحَدٍ
     
      Oxunuşu

    Subhanəlləzi fis səmai ərşuh, subhanəlləzi fil ərzi hukmuh, subhanəlləzi fil quburi qəzauh, subhanəlləzi fil bəhri səbiluh, subhanəlləzi fin nari sultanuh, subhanəlləzi fil cənnəti rəhmə-tuh, subhanəlləzi fil qiyaməti ədluh, subhanəlləzi rəfəəs sə-ma, subhanəlləzi bəsətəl ərz, subhanəlləzi la məlcəə və la mənca minhu illa iləyh.
    Subhanəllahi vəlhəmdu lil-lahi və la ilahə illəllahu vəllahu əkbər.
    La ilahə illəllah, vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmd, yuhyi və yumit, və yumi-tu və yuhyi, və huvə həyyun la yəmut, biyədihil xəyru və huvə əla kulli şəy`in qədir.
    Əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyumu və ətubu iləyh.
    Ya Əllahu 
    Ya Rəhmanu
    Ya Rəhimu
    Ya bədiəs səmavati vəl ərzi ya zəl cəlali vəl ikram
    Ya həyyu ya qəyyum
    Ya hənnanu ya mənnan 
    Ya la ilahə illa ənt
    Amin 
    Əllahummə inni əs`əlukə ya mən huvə əqrəbu iləyyə min həblil vərid, ya mən yəhulu bəynəl mər`i və qəlbih, ya mən huvə bil mənzəril ə`la və bil ufuqil mubin, ya mən huvər rəhmanu ələl ərşistəva, ya mən ləysə kəmislihi şəy`, və huvəs səmiul bəsir, əs`əlukə ən tusəl-liyə əla Muhəmmədin və ali Muhəmməd.
    Əllahummə ya əcvədə mən ə`ta, və ya xəyrə mən suil, və ya ərhəmə mənisturhim, Əlla-hummə səlli əla Muhəmmədin və alihi fil əvvəlin, və səlli əla Muhəmmədin və alihi fil axirin, və səlli əla Muhəmmədin və alihi fil məlail ə`la, və səlli əla Muhəmmədin və alihi fil mur-səlin, Əllahummə ə`ti Muhəm-mədən və aləhul vəsilətə vəl fəzilətə vəş şərəf, vər rif`ətə vəd dərəcətəl kəbirəh, Əlla-hummə inni aməntu bi Muhəm-mədin səlləllahu ələyhi və alih, və ləm ərəhu fəla təhrimni fil (fi yəvmil) qiyaməti ru`yətəh, vərzuqni suhbətəh, və təvəffəni əla millətih, vəsqini min həvzihi məşrəbən rəviyən saiğən həniyyən la əzməu bə`dəhu əbəda, innəkə əla kulli şəy`in qədir, Əllahummə inni aməntə bi Muhəmmədin səlləllahu ələyhi və alih, və ləm ərəhu fəərrifni fil cinani vəchəh, Əllahummə bəlliğ Muhəm-mədən səlləllahu ələyhi və alihi minni təhiyətən kəsirətən və səlama.
    Subhanəllahi qəblə kulli əhə-din subhanəllahi bə`də kulli əhəd, və subhanəllahi məə kulli əhəd, və subhanəllahi yəbqa rəbbuna və yəfna kullu əhəd, və subhanəllahi təsbihən yəfzulu təsbihəl musəbbihin, fəzlən kəsirən qəblə kulli əhəd, və subhanəllahi təsbihən yəfzulu təsbihəl musəbbihin, fəzlən kəsirən bə`də kulli əhəd, və subhanəllahi təsbihən yəfzulu təsbihəl musəbbihin, fəzlən kə-sirən məə kulli əhəd, və subha-nəllahi təsbihən yəfzulu təsbi-həl musəbbihin, fəzlən kəsirən lirəbbinəl baqi, və yəfna kullu əhəd, və subhanəllahi təsbihən la yuhsa və la yudra, və la yun-sa və la yəbla və la yəfna, və ləysə ləhu muntəha, və subha-nəllahi təsbihən yədumu bidə-vamih, və yəbqa bibəqaihi fi sinil aləmin, və şuhurid duhuri və əyyamid dunya və saətil ləyli vən nəhar, və subhanəllahi əbədəl əbədi və məəl əbəd, mimma la yuhsihil ədəd, və la yufnihil əmədu və la yəqtəuhul əbəd, və təbarəkəllahu əhsənul xaliqin.
    Vəl həmdu lillahi qəblə kulli əhəd, vəl həmdu lillahi bə`də kulli əhədin...
      
     
    Tərcüməsi

    Ərəfə günüdür. Bayram kimi tanınmasına baxmayaraq böyük bayramlardan biridir. Allah taala öz bəndələrini, öz ibadət və itaətinə çağırır. Öz ehsan və bəxşiş süfrəsini onların üzünə açmışdır. Şeytan bu gün ən zəlil, xar və hirsli gününü yaşayır. Rəvayət olunur ki, imam Zeynulabidin (ə) Ərəfə günü bir yolçunun camaatdan diləndiyini gördükdə ona dedi: "Vay olsun sənə, bu gündə Allahdan başqasına dilənirsən. Halbuki, belə ümid olunur ki, bu gündə hətta ana bətnində olan körpələrə də inayət olunur və xoşbəxt olurlar.
    Bu günün bir neçə əməli vardır:
    1. Qüsl  almaq.
    2. İmam Hüseyn (ə)-ın ziyarəti. Min həcc, min ümrə və min cihaddan daha üstün savaba malikdir. Bu gündə o həzrətin ziyarətinin fəziləti barədə hədislər saysız-hesabsızdır. Hər kəs müvəffəq olsa, bu günü həzrətin qəbrinin günbəzi altında ola, savabı Ərəfatda olandan heç də az deyil. Bəlkə ondan da çox və daha öndədir. Həzrəti ziyarət etmə qaydası gələcək "Ziyarətlər” bölməsində gələcəkdir.
    3. Əsr namazından sonra "Ərəfə” duasına məşğul olmazdan əvvəl iki rükət açıq səma altında namaz qılsın və Ərəfatın savabına nail olsun və günahları bağışlansın deyə, Allah dərgahında öz günahlarını etiraf və iqrar etsin. Sonra imamlardan rəvayət olunan əməllərə və Ərəfə dualarına məşğul olsun. Onlar o qədər çoxdurlar ki, bizim bu müxtəsərə sığmazlar. Lakin kitabın həcmi icazə verənə qədər onları nəql edirik.
    Şeyx Kəfəmi "Misbah”da yazır: Ərəfə gününün orucu, duaları oxumaqda özündə zəiflik hiss etməyən şəxs üçün müstəhəbdir. Günorta olmamışdan qabaq, qüsl almaq və Ərəfə gününün gecə və gündüzündə olan İmam Hüseyn (ə)-ın ziyarətnaməsini oxumaq müstəhəbdir. Elə ki, günorta oldu, zöhr və əsr namazlarını açıq səma altında rüku və səcdələrini yaxşı yerinə yetirərək qılsın. Sonra iki rükət namaz, birinci rükətdə "Həmd”dən sonra "İxlas” surəsini, ikinci rükətdə isə "Həmd”dən sonra "Kafirun” surəsini oxusun. Daha sonra dörd rükət, hər rükətdə "Həmd”dən sonra əlli dəfə "İxlas” surəsini oxuyaraq namaz qılsın.
    Müəllif deyir: "Bu namaz, həzrət Əmirəl-mömininin cümə gününün əməllərində olan namazıdır.” Sonra buyurdu: "Oxu, Peyğəmbərdən nəql olunan bu təsbihatı.” Seyid onları "İqbal” kitabında belə gətirmişdir:
    Ərşi səmada, hökmü yerdə olan, əmrləri qəbirlərdə icra edilən Allah pak və bütün eyiblərdən uzaqdır! Dəryalarda yolları, cəhənnəmdə hakimiyyəti, cənnətdə rəhməti, qiyamətdə ədalətli olan, göyləri ucaldan, yeri genişləndirən, Onun dərgahına sığınmaqdan başqa qurtuluş yeri olmayan Allah pak və bütün eyiblərdən uzaqdır! 
    Sonra yüz dəfə de:
    Allah pak və bütün eyiblərdən uzaqdır! Həmd-səna yalnız Allaha məxsusdur! Allahdan başqa heç bir tanrı yoxdur! Allah böyükdür!
    Sonra "İxlas” surəsini yüz dəfə, "Ayətəl-kürsi”ni yüz dəfə və yüz dəfə salavat göndərib de:
    Allahdan başqa heç bir tanrı yoxdur! O, tək və şəriksizdir! Mülk, həmd-səna yalnız Ona məxsusdur! Dirildən və öldürən, öldürən və dirildəndir! O, ölməyəcək diridir! Xeyir Onun ixtiyarındadır və O, hər bir şeyə qadirdir! 
    On dəfə:
    Ondan başqa heç bir tanrı olmayan, diri və əbədi Allahdan bağışlanmaq diləyir və Ona tərəf qayıdıram!
    On dəfə:
    Ey Allah!
    On dəfə :
    Ey bağışlayan!
    On dəfə:
    Ey mehriban!
    On dəfə:
    Ey göylərvə yeri yaradan! Ey əzəmət və ehsan sahibi!
    On dəfə:
    Ey diri, ey əbədi!
    On dəfə:
    Ey bağışlayan və nemət verən!
    On dəfə:
    Ey Ondan başqa heç bir tanrı olmayan!
    On dəfə:
    Amin!
    Sonra belə de:
    İlahi, ey mənə şah damarımdan yaxın olan, insanın qəlbi ilə Öz arasında pərdə yaradan, ey məqamı uca və aydın üfüqə malik olan, ey möhkəm ərşinin üzərindəki mehriban, ey tayı-bərabəri olmayan, ey eşidən və görən, Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam göndərəsən!
    Sonra öz hacətlərini istə və hər kəs Məhəmməd və ali Məhəmmədi sevindirmək istəsə, İmam Sadiq əleyhissalamdan nəql olunan bu salavatları oxusun:
    İlahi, ey bəxşiş edənlərin ən səxavətlisi, ey hacət istənilənlərin ən xeyirlisi, ey mehribanların ən mehribanı! İlahi, əvvəldə və sonda, "mələkut” aləmi və üstün aləmdə, elçilərin arasında Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə vəsilə, fəzilət, şərafət, ucalıq və böyük məqamlar bəxş et! İlahi, mən Məhəmmədi (Allahın salamı olsun ona və Əhli-beytinə) görmədiyim halda, ona iman gətirdim! Belə isə, qiyamətdə onu görməkdən məni məhrum etmə, onunla həmsöhbət olmağı mənə nəsib et, məni onun ümmətinin dinində olduğum halda, dünyadan apar, məni onun (Kövsər) hovuzundan bir daha susamayacağım qədər sirab et! Həqiqətən, Sən hər gir şeyə qadirsən! İlahi, mən Məhəmmədi (ona və Əhli-beytinə salam olsun) görmədiyim halda, ona man gətirdim! Belə isə, cənnətdə onu mənə tanıtdır. İlahi, Məhəmməd və onun Əhli-beytinə məndən çoxlu-çoxlu salam və salavat göndər!
    Sonra Ummu-Davud duasını oxu (rəcəb ayının əməllərində qeyd olundu). Sonra savabı saya gəlməyən bu təsbihi de. İxtisara görə hamını gətirmirik:
    Hər şeydən öncə olan Allah pak və bütün eyiblərdən uzaqdır! Hər şeydən sonra olan Allah pak və bütün eyiblərdən uzaqdır! Hamı ilə birlikdə olan Allah pak və bütün eyiblərdən uzaqdır! Hər kəs fənaya uğradıqdan sonra baqi qalacaq Rəbbimiz Allah pak və bütün eyiblərdən uzaqdır! Ona təsbeh deyənlərdən öncə fəzilətini hədsiz dərəcədə artıran Allah paklıq cəhətindən daha pak və bütün eyiblərdən uzaqdır! Ona təsbeh deyənlərdən sonra fəzilətini hədsiz dərəcədə artıran Allah paklıq cəhətindən daha pak və bütün eyiblərdən uzaqdır! Ona təsbeh deyənlərlə birlikdə fəzilətini hədsiz dərəcədə artıran Allah paklıq cəhətindən daha pak və bütün eyiblərdən uzaqdır! Hər kəs fənaya uğradıqdan sonra baqi qalacaq Rəbbimiz paklıq cəhətindən daha pak və bütün eyiblərdən uzaqdır! Sayı bilinməz, dərkolunmaz, unudulmaz, fənaya uğramaz, hədsiz-hüdudsuz paklıq sahibi Allah pak və bütün eyiblərdən uzaqdır! Paklığı onun davamlılığı ilə davamlı, baqi olması ilə baqi və məxluqatın yaşı, dünyadakı gecə və gündüz saatları, günlər, aylar və zamanlar qədər olan Allah pak və bütün eyiblərdən uzaqdır! Əbədi, rəqəmlərin göstərə bilməyəcəyi qədər əbədi olan, ruzigarın ötməsi ilə sona çatmayan və əbədiyyəti əsla bitməyən Allah pak və bütün eyiblərdən uzaqdır! Məxluqatı gözəl biçimdə yaradan Allah böyükdür!
    Sonra de:
    Həmd-səna hər kəsdən öncə Allaha məxsusdur. Həmd-səna hər kəsdən sonra Allaha məxsusdur!
    Duanı axıra kimi oxusun, amma "Subhanəllah” sözünün yerinə, "Əlhəmdulillah” desin. Elə ki, "Əhsənul-xaliqin” sözünə yetişdikdə belə de: "La ilahə illəllahu qəblə kulli əhəd...” "Subhanəllah” sözünə qədər, sonra "La ilahə illəlah” deyirsən, daha sonra "Vəllahu Əkbəru qəblə kulli əhəd...” "Subhanəllah” sözünə qədər, bundan sonra "Əllahu Əkbər” deyib, cümə günün əməllərində qeyd etdiyimiz "Əllahummə mən təəbbəə və təhəyyəə” duasını oxu.
    Bunlarda sonra Şeyx Tusinin "Misbahul-mütəcəhhid” kitabında gətirdiyi Əli ibn Hüseyn əleyhissalamın duasını (Əllahummə əntəllahu rəbbul aləmin) oxu.
    Müəllif deyir: – Bu dua çox uzun və "Ərəfat” mövqifində (Ərəfat çölünün dayanacağında) olan dua kimi olduğundan biz onu burada zikir etmədik. Sonra "Səhifətun Səccadiyyə”də olan o həzrətin duasını xuşu-xüzu ilə oxu (47-ci duadır). Bu dua bütün dünya və axirət istəklərinə şamildir. Allah rəhmət edib salavat göndərsin onu oxuyana! Bu günün ən məşhur dualarından biri də İmam Hüseyn (ə)-ın buyurduğu duadır. Qalib Əsədinin övladları Bişr və Bəşir rəvayət edirlər ki, Ərəfə gününün axırı Ərəfatda İmam Hüseyn (ə)-ın xidmətində idik. Həzrət xeyməsindən çıxıb bir dəstə əhli-beyti, övladları, şiələri ilə nəhayət dərəcədə xuşu və təzərrülə dağın sol tərəfində dayandılar. Həzrət mübarək üzünü Kəbəyə tərəf çevirdi. Əlini üzü ilə bərabər bir tikə yemək diləyən miskin kimi tutaraq bu duanı oxudu:
     
    Davamı var...

     
    Kitabın adı: Məfatihul Cinan

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Ewqi_Kerbela | Status: İstifadəçi Offline | 23 Eylül 2015 11:56 | Sayt nəzarətçisi | Şərh yazdı
    Belə  dəyərli və gözəl xəbər üçün Allah səndən sonsuz razı olsun Gülüm Amin.Müqəddəs ərəfə gününüz mübarək olsun.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Admin | Status: İstifadəçi Offline | 23 Eylül 2015 08:45 | Administrator | Şərh yazdı
    Əziz islam Peyğəmbəri (s) buyurur: " Əgər bir kəs ramazan ayinda bağişlanmaq üçün tofiq tapmasa, ərəfə günü bağişlanmaq üçün ən böyük fürsətdi". Bildiyimiz kimi əziz möminlər bu gun sentyabr ayinin 23-ü, zil-həccə ayinin 9-cu günü dualarin qəbul olan günü, müqəddəs ərəfə günüdür. Gəlin bu fürsəti əldən verməmək üçün hamiliqla Allahin ipindən yapişaraq bir araya gəlib dinimizin, vətənimizin, xalqimizin əmin amanliği üçün və cəmi bütün çətinliklərimizin aradan qalxmasi üçün  ərəfə duasini oxuyaq! Xeber ucun Allah razi olsun  
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.