Bismillahir rəhmanir rəhim, la li əmrihi tə`qilunə və la min əvliyaihi təqbilun, hikmətun baliğətun fəma tuğnin nuzur (ən qəvmin la yu`minun), əssə-lamu ələyna və əla ibadillahis salihin.
Səlamun əla ali Yasin, əssə-lamu ələykə ya daiyəllahi və rəbbaniyyə ayatih, əssəlamu ələykə ya babəllahi və dəyyanə dinih, əssəlamu ələykə ya xəlifətəllahi və nasirə həqqih, əssəlamu ələykə ya huccətəllah və dəlilə iradətih, əssəlamu ələykə ya taliyə kitabillahi və tərcumanih, əssəlamu ələykə fi anai ləylikə və ətrafi nəharik, əssəlamu ələykə ya bəqiyyətəl-lahi fi ərzih, əssəlamu ələykə ya misaqəllahilləzi əxəzəhu və vəkkədəh, əssəlamu ələykə ya və`dəllahilləzi zəminəh, əs-səlamu ələykə əyyuhəl ələmul mənsubu vəl ilmul mənsub, vəl ğəvsu vər rəhmətul vasiətu və`dən ğəyrə məkzub, əssəlamu ələykə hinə təqum, əssəlamu ələykə hinə təq`ud, əssəlamu ələykə hinə təqrəu və tubəyyin, əssəlamu ələykə hinə tusəlli və təqnut, əssəlamu ələykə hinə tərkəu və təscud, əssəlamu ələykə hinə tuhəllilu və tukəbbir, əssəlamu ələykə hinə təhmədu və təstəğfir, əssəlamu ələykə hinə tusbihu və tumsi, əssəlamu ələykə fil ləyli iza yəğşa vən nəhari iza təcəlla, əssəlamu ələykə əyyuhəl ima-mul mə`mun, əssəlamu ələykə əyyuhəl muqəddəmul mə`mul, əssəlamu ələykə bicəvamiis səlam, uşhidukə ya məvlayə ənni əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh, və ənnə Muhəmmədən əbduhu və rəsuluh, la həbibə illa huvə və əhluh, və uşhidukə ya məvlayə ənnə Əliyyən əmirəl mu`mininə huccətuh, vəl Həsənə huccətuh, vəl Husəynə huccətuhu və Əliyyəbnəl Husəyni huccətuh, və Muhəmmədəbnə Əliyyin huccətuh, və Cə`fərəbnə Muhəmmədin huccətuh, və Musəbnə Cə`fərin huccətuh, və Əliyyəbnə Musa huccətuh, və Muhəmmədəbnə Əliyyin huccə-tuh, və Əliyyəbnə Muhəmmədin huccətuh, vəl Həsənəbnə Əliyyin huccətuh, və əşhədu ənnəkə huccətullahi əntumul əvvəlu vəl axir, və ənnə rəc`ətəkum həqqun la rəybə fiha yəvmə la yənfəu nəfsən imanuha, ləm təkun amənət min qəblu əv kəsəbət fi imaniha xəyra, və ənnəl məvtə həqqun və ənnəs siratə həqq, vəl mirsadə həqqun vəl mizanə həqq, vəl həşrə həqqun vəl hisabə həqq, vəl cənnətə vən narə həqq, vəl və`də vəl vəidə bihima həqq, ya məvlayə şəqiyə mən xaləfəkum, və səidə mən ətaəkum, fəşhəd əla ma əşhədtukə ələyh, və ənə vəliy-yun ləkə bəriun min əduvvik, fəl həqqu ma rəzitumuh, vəl batilu ma əsxəttumuh, vəl mə`rufu ma əmərtum bihi vəl munkəru ma nəhəytum ənh, fənəfsi mu`minətən billahi vəhdəhu la şərikə ləh, və birə-sulihi və bi əmiril mu`minin, və bikum ya məvlayə əvvəlikum və axirikum, və nusrəti muəd-dətun ləkum və məvəddəti xa-lisətun ləkum aminə amin.
Əllahummə inni əs`əlukə ən tusəlliyə əla Muhəmmədin nə-biyyi rəhmətikə və kəliməti nurik, və ən təmləə qəlbi nurəl yəqin, və sədri nurəl iman, və fikri nurən niyyat, və əzmi nurəl ilm, və quvvəti nurəl əməl, və lisani nurəs sidq, və dini nurəl bəsairi min indik, və bəsəri nurəz ziya, və səm`i nurəl hikməh, və məvəddəti nurəl muvalati li Muhəmmədin və alihi ələyhimus səlam, hətta əlqakə və qəd vəfəytu biəhdikə və misaqik, fətuğəşşini rəh-mətəkə (rəhmətukə) ya vəliyyu ya həmid, Əllahummə səlli əla Muhəmmədin huccətikə fi ərzikə və xəlifətikə fi biladik, vəd dai ila səbilik, vəl qaimi bi-qistik, vəs sairi biəmrikə vəliyyil mu`mininə və bəvaril kafirin, və mucəlliz zulməti və munirəl həqq, vən natiqi bil hikməh vəs sidq, və kəlimətikət tamməti fi ərzikəl murtəqibil xaif, vəl vəliyyin nasihi səfi-nətin nəcah, və ələmil huda və nuri əbsaril vəra, və xəyri mən təqəmməsə vərtəda, və mucəllil əma (ğəmma), əlləzi yəmləul ərzə ədlən və qista, kəma muliət zulmən və cəvra, innəkə əla kulli şəy`in qədir, Əllahum-mə səlli əla vəliyyikə vəbni əvliyaik, əlləzinə fərəztə taətə-hum və əvcəbtə həqqəhum və əzhəbtə ənhumur ricsə və təhhərtəhum təthira, Əllahum-mənsurhu vəntəsir bihi əvli-yaikə və əvliyaəhu və şi`ətəhu və ənsarəhu vəc`əlna minhum, Əllahummə əizhu min şərri kulli bağin və tağin və min şərri cəmii xəlqik, vəhfəzhu min bəyni yədəyhi və min xəlfihi və ən yəminihi və ən şimalih, vəhrushu vəmnə`hu min ən yusələ iləyhi bisu, vəhfəz fihi rəsuləkə və alə rəsulik, və əzhir bihil ədlə və əyyidhu bin nəsri vənsur nasirih, vəxzul xazilihi vəqsim qasimihi vəqsim bihi cəbabi-rətəl kufr, vəqtul bihil kuffarə vəl munafiqinə və cəmiil mulhidin, həysu kAnu min məşariqil ərzi və məğaribiha bərriha və bəhriha, vəmlə` bihil ərzə ədlən və əzhir bihi dinə nəbiyyikə səlləllahu ələyhi və alih, vəc`əlnillahummə min ənsarihi və ə`vanih və ətbaihi və şi`ətih, və ərini fi ali Mu-həmmədin ələyhimus səlam, ma yə`mulunə və fi əduvvihim ma yəhzərun, ilahəl həqqi amiinə ya zəl cəlali vəl ikram, ya ərhəmər rahimin.
Tərcüməsi
Söhbəti gedən bu mütəhhər sərdaba, imam Hadi (ə), imam Həsən Əskəri (ə) və imam Zamanın (ə.c.) yaşadığı həmin evin zirzəmisidir. Bu evi yeniləşdirib, burada günbəzli hərəm və səhinlər tikilməmişdən qabaq bu sərdabaya giriş yolu, Nərcis xatunun qəbrinin baş tərəfinin yaxınlığında idi. Bu yerdən aşağıya enib, uzun və qaranlıq bir dəhlizdən keçdikdən sonra imam Zamanın (ə.c.) qeybə çəkildiyi həmin sərdabanın qapısına yetişirdilər. Sonralar bu yerlər xırda güzgü parçaları ilə bəzədilmiş və sərdabanın qapısından, qiblə tərəfdən Əskəriyyəyn (ə) imamlarının səhninə açılan bir pəncərə qoyulmuşdu. Bu sərdabanın qapısı ortadan açılırmış və sonralar buranı mehrab şəklində düzəldərək, qranitlə bəzəmiş və bu üç imamı (ə) eyni hərəmdə ziyarət etmək imkanı yaratmışdılar. Odur ki, Birinci Şəhid "Məzar” adlı kitabında imam Hadi (ə) və imam Həsən Əskərinin (ə) ziyarətindən sonra o mütəhhər sərdabanın və Nərcis xatunun ziyarətini nəql etmişdir. (yəni, eyni hərəmdən bu üç imamı ziyarət etmək imkanı var imiş.)
Təqribən yüz il bundan qabaq Əhmədxan Dənbəli külli miqdarda pul xərcləyərək imam Hadi (ə) və imam Həsən Əskərinin (ə) səhinlərini hal-hazırkı şəkildə bir-birindən ayırdı və hər bir imam üçün günbəz, rəvaq və hərəm tikdirdi. Mütəhhər sərdaba üçün ayrıca səhin, eyvan, giriş yolu, pilləkənlər və dəhliz tikdirdi. Həmçinin qadınlar üçün hal-hazırda gördüyünüz kimi, sərdabaya ayrıca giriş yolu və dəhliz də tikdirdi. Sərdabanın əvvəlki yolu, pilləkənləri və qapısı istifadə olunmadığı üçün tədricən xarab oldu və indi ondan heç bir əsər-əlamət qalmayıbdır. Odur ki, hədislərimizdə gələn bəzi əməlləri yerinə yetirmək imkanı aradan getmişdir. Lakin bu mütəhhər sərdabanın özü olduğu kimi qalmış və heç bir dəyişikliyə yol verilməmişdir. Mən, bu mətləbi, "Təhiyyə...” kitabından əxz edərək, "Hədiyyətüz-zairin” adlı kitabımda da qeyd etmişəm.
Bütün ziyarətlərdə olduğu kimi, habelə bütün alimlərin rəyinə əsasən hər bir imamın hərəminə daxil olmamışdan qabaq "İzni-duxul” u oxumaq lazımdır və icazəsiz içəriyə daxil olmaq bəyənilmir. İndi isə bu mütəhhər sərdabanın ziyarətinin şərhinə başlayırıq. Bu mütəhhər sərdabənin "İzni-duxul”u bir neçə səhifədən sonra gələcəkdir və "Əssəlamu ələykə ya xəlifətəllah” cümləsi ilə başlanaraq, sonunda içəriyə daxil olmaq üçün izin istənilir. Bu "İzni-duxul”u, sərdabanın qapısı ağzında və pilləkənlərdən aşağıya enməmiş oxumuq lazımdır. Seyid İbni Tavus, bu sərdabaya daxil olmaq üçün ikinci fəslin "Ziyarətlər” adlı bölümündə nəql etdiyimiz birinci "İzni-duxul”a oxşayan başqa bir "İzni-duxul” da nəql etmişdir. "Əllahummə innə hazihi buq`ətun təhhərtəha və əqvətun şərrəftəha...” cümlələri ilə başlanan başqa bir "İzni-duxul”u isə Əllamə Məclisi, qədim nüsxələrdən nəql etmiş və biz də bunu həmin fəsildəki ümumi "İzni-duxul”dan sonra qeyd etmişik və istəyənlər müraciət edə bilərlər. Xülasə, "İzni-duxul”u oxuyub, icazə aldıqdan sonra mütəhhər sərdabanın içərisinə daxil ol və imam Zamanı (ə.c.), özünün göstəriş verdiyi kimi, ziyarət et. Belə ki, möhtərəm şeyx Əhməd ibni Əbi Talib Təbərsi (r.ə) "İhticac” adlı dəyərli kitabında rəvayət edir ki, o, bu müqəddəs məkandan xaric olub, Məhəmməd Hümeyriyə yaxınlaşdı. İmam Zamandan (ə.c.) soruşduğu bir neçə məsələnin cavabını bəyan etdikdən sonra dedi:
Bağışlayan və mehriban Allahın adı ilə! Nə özü onun işləri barəsində düşünür, nə də dostlarından qəbul edir; aydın hikmət olsa da, (iman gətirməyən qövmdən) nəzir edənlər və qorxanlara kifayət etməz. Salam olsun bizə və Allahın saleh bəndəlrinə!
Daha sonra imam Zamanın (ə.c.) bu sözlərini bəyan etdi: "Bizim vasitəmizlə Allah taalaya yaxınlaşmaq istədiyiniz vaxt və ya bizi ziyarət etmək istədiyiniz vaxt, Allah taalanın buyurduğu bu sözləri deyin:
Salam olsun "Yasin” övladlarına (Peyğəmbəri-Əkrəmin (s) Əhli-beytinə)! Salam olsun sənə, ey məxluqatı Allaha dəvət edən və Onun nişanələrini tanıyan! Salam olsun sənə, ey Allahın (rəhmət) qapısı və dininin gözətçisi! Salam olsun sənə, ey Allah xəlifəsi və haqqın köməkçisi! Salam olsun sənə, ey Allahın höccəti və ilahi məqsədlərə doğru bələdçi! Salam olsun sənə, ey Allahın kitabını tilavət edən və onu izah edən! Salam olsun sənə gecə və gündüzün bütün saatlarında! Salam olsun sənə, ey Allahın yer üzündəki son höccəti! Salam olsun sənə, ey Allahın (ruhlar aləmində) insanlardan alıb möhkəmlətdiyi əhdi! Salam olsun sənə, ey Allahın zamin olduğu vədi! Salam olsun sənə, ey ucalmış bayraq, verilmiş elm, xalqın pənahgahı, Allahın geniş rəhməti və qəti vədi! Salam olsun sənə ayağa qalxdığın vaxt! Salam olsun sənə oturduğun vaxt! Salam olsun sənə (Quran) oxuyub izah etdiyin vaxt! Salam olsun sənə namaz qılıb qunut tutduğun vaxt! Salam olsun sənə rüku və səcdə etdiyin vaxt! Salam olsun sənə "La ilahə illəllah” (Allahdan başqa heç bir tanrı yoxdur) və Allahu-əkbər (Allah daha böyükdür) dediyin vaxt! Salam olsun sənə həmd etdiyin və məğfirət dilədiyin vaxt! Salam olsun sənə sübh və axşam çağlarında! Salam olsun sənə gecənin qaranlığı və gündüzün aydınlığında! Salam olsun sənə, ey güvən qaynağı olan İmam. Salam olsun sənə, ey (bütün məxluqatdan) üstün və ümid qaynağı olan İmam. Salam olsun sənə bütün salamlarla! Ey mənim mövlam, şahid ol ki, həqiqətən, mən şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur, Məhəmməd Onun bəndəsi və elçisidir, ondan və Əhli-beytindən başqa həbibim yoxdur. Ey mənim mövlam, şahid ol ki, Əmirəlmöminin Əli Allahın höccətidir. Həsən Allahın höccətidir. Hüseyn Allahın höccətidir. Hüseynin oğlu Əli Allahın höccətidir. Əlinin oğlu Məhəmməd Allahın höccətidir. Məhəmmədin oğlu Cəfər Allahın höccətidir. Cəfərin oğlu Musa Allahın höccətidir. Musanın oğlu Əli Allahın höccətidir. Əlinin oğlu Məhəmməd Allahın höccətidir. Məhəmmədin oğlu Əli Allahın höccətidir. Əlinin oğlu Həsən Allahın höccətidir. Şəhadət verirəm ki, sən də Allahın höccətisən, əvvəl və axır sizsiniz. (Şəhadət verirəm ki,) həqiqətən, heç kimə imanından (əgər öncədən iman gətiribsə) və imanlı olduğu halda gördüyü yaxşı işlərdən başqa fayda verməyəcəyi gün sizin şəkk-şübhə olunmayan "rəcət”iniz (dünyaya yenidən qayıdışınız) haqdır, ölüm haqdır, "Nəkir” və "Münkər” haqdır. Şəhadət verirəm ki, (öldükdən sonra) dirilmək haqdır, qiyamət günü baş qaldırmaq haqdır, "Sirat” haqdır, "mirsad” (pusqu) haqdır, "mizan” haqdır, dirilmək haqdır, hesab haqdır, cənnət və cəhənnəm haqdır, cənnətlə müjdələnmək və cəhənnəmlə qorxudulmaq haqdır. Ey mənim mövlam, sizinlə müxalifət edən bədbəxt, sizə itaət edən isə xoşbəxtdir. Belə isə, səni şahid tutduqlarıma şəhadət ver. Mən Sənin dostunam və düşmənindən uzağam. Sizin razı olduqlarınız haq, sevmədikləriniz batildir. Əmr etdikləriniz yaxşı əməl, çəkindirdikləriniz isə pislikdir. Ey mənim mövlam, mən şəriki olmayan yeganə Allaha, Onun Peyğəmbərinə, Əmirəlmömininə, sizə, birinciniz və axırıncınıza iman gətirmişəm. Köməyim sizin üçün hazır, sizə məhəbbətim xalisdir. Amin, amin!
Ondan sonra bu dua oxunsun:
İlahi, Səndən istəyirəm ki, Sənin rəhmət peyğəmbərin və nurunun nişanəsi Məhəmmədə salam göndərsən, qəlbimi yəqin, sinəmi iman, fikrimi xeyir istəklər, iradəmi elm, qüvvəmi əməl, dilimi sədaqət, dinimi Öz tərəfindən bəsirət, gözümü aydınlıq, qulağımı hikmət və dostluğumu Məhəmməd və onun Əhli-beytinə məhəbbət nuru ilə doldur! Nəhayət, Sənin görüşünə gəldiyim vaxt, Səninlə bağladığım əhd-peymana vəfalı qalım. Belə isə, Öz rəhmətini mənə şamil et, ey mənim mövlam, ey təhrifəlayiq! İlahi, yer üzündəki höccətin, diyarında xəlifən, yoluna dəvət edən, haqq-ədaləti icra etmək üçün qiyam edən, əmrinlə inqilab edən, möminlərin dostu, kafirləri həlak edən, zülməti işıqlandıran, haqqı aşkar edən, hikmət və sədaqətlə danışan, yer üzündəki bitkin sözün, intizar və qorxu ilə yaşayan, xeyirxah rəhbər, nicat gəmisi, hidayət bayrağı, insanların gözlərinin işığı, libasa bürünən ən yaxşı insan, korların gözünü açan və yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduran Məhəmmədə salam yetir ki, həqiqətən, Sən hər bir şeyə qadirsən! İlahi, nümayəndən, nümayəndənin oğlu – itaət və haqqını vacib etdiyin və çirkinliklərdən uzaqlaşdırıb pak-pakizə etdiyin şəxsə salam yetir! İlahi, ona, onun vasitəsilə dininə və dostlarına, onun dostlarına, şiələrinə və köməkçilərinə yardım et və bizi də onların sırasına qat! İlahi, onu hər bir zalım, təcavüzkar və bütün məxluqatın şərindən amanda saxla, ön və arxa, sağ və sol tərəfindən qoru, ona doğru tuşlanan zərərləri aradan qaldır, Peyğəmbərin və Peyğəmbərinin Əhli-beytini onun varlığında qoru, onun əlilə ədaləti aşkar et, onu zəfərlə təsdiqlə, ona yardım edənə yardımçı ol, xar edəni xar et, düşmənlərini və kafir zalımları aradan qaldır, onun vasitəsilə kafirləri, münafiqləri, yerin şərq və qərbində, quru və suda olan bütün dinsizləri həlak et, onun əlilə yer üzünü ədalətlə doldur və Peyğəmbərinin (Allahın salamı ona və Əhli-beytinə olsun) dinini aşkar et! İlahi, məni də onun köməkçiləri, dostları, ardıcılları və şiələrindən yaz, Məhəmmədin Əhli-beytinin (salam olsun onlara) arzu etdiklərini və düşmənlərinin onlardan qorxusunu mənə göstər, ey haqq Allah, dualarımı qəbul et, ey calal və böyüklük sahibi, ey mehribanların ən mehribanı!
Kitabın adı: Məfatihul Cinan