Hüseynin (ə) zəban halı
Əbulfəzlim ölübdür gəl bacı, ağla yana-yana,
Düşübdür qardaşım nəhri-Fərat üstə biyabana,
Axır bu göz yaşım, ölübdür qardaşım,
Qalıbdır ərsədə vəfalı yoldaşım.
Gedibdi izzətim əldən, yoxumdu yarü-ənsarım,
Nə vardır Əkbərim nə Qasim və nə qolsuz ələmdarım,
Axır bu göz yaşım ölübdür qardaşım,
Qalıbdır ərsədə vəfalı yoldaşım.
Əbulfəzlim öləndən ağlayırbu gözlərim, Zeynəb,
Qalıbdır dağlı sinəmdə yanıqlı sözlərim, Zeynəb.
Axır bu göz yaşım ölübdür qardaşım,
Qalıbdır ərsədə vəfalı yoldaşım.