» » Karvanın yolunun dəyişilməsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

ya_Fatime
ya_Fatime
2 Nisan 2026

halal rəqs də var imiş, ləzginka, balet-bu tərzdə olanlar: youtube:
"@asker_assaparty урок женской лезгинки (new)"
"мурад шихрагимов женская лезгинки". Eusiyadandı. Orda da ağır q*ətliam ediblər, burda da. İnsanlığdan böyük dəyər apardılar. black demons, unutmayacam qarabağlıların içindəki bu dəstəni. çox şərəfsiz, insafsız, ikiüzlü, zalım insanlardılar.
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

dinli yaşam çok iyi, benim bildiğim kadarı 3 çatışmayan tərəfi var: 1) no freedom in mind (100%-tam xoşbəxtlik ancaq tam yaxşılıqla mümkündü), 2) ayətullah sözündən asılılıq, insan uzun vədədə sərf edən (elmlə sabit) qanunları rəhbər tutmalıdı sadəcə, qanun idarə etməlidi şəxs yox, qəti 3) "dünya işlərinə meyl etməməyin". dini qanun kimi yox, kültür kimi yaşamaq yaxşıdı, amma zaman-zaman başqalarını da yoxlamaq lazımdı. xristianlıqda çox gözəl dualar var.
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

çox vaxt və vərəqdə yer aparan dil işlətmək pislərə xeyirdi. 2 tip insan var sadəcə pis və yaxşı, qalanlarını unutmalıyıq. az ağac kəsilsin deyə dəftərləri mexaniki qələm (karandaş) və pozanla işlıtməliyik
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

cinlərin sözü ilə heç nə etməmək lazımdı, sadəcə dediklərini qeyd etmək
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

oğuz maqiya içindədu, camaatın bıdbəxliyi üzündən bəlli olur
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

şəki şəhərində bir küçənin bütün evləri boçdu. maqiyadaki cinlərin gətirdiyi bütün imtahanları keçdilər. sadəcə məlumat qaynağı kimi qəbul edin cinlərin dediklərini, sıhv də olur düz də. mütləq məntiqlə hərəkət etmək lazımdı
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

time and date saytı - hava haqqında məlumat saatlıq
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

frequency dictionary of english pdf - ən çox işlənən sözlərin lüğəti. xəbərləri izləyə və məlumat ala bilmək üçün
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

maqiya ilə mübarizə apara bilən yeganə ölkə Fransadı
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

türkce və azeybaycanca danışın dillərin fərqini hiss edəcəksiz. hər dilin tren rayı kimi bir neçə yolu var. bizim dilin ən rahat yolları cəhənnəmədi
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

Azeybaycan - alov mələyinin diyarı - cəhənəm
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

chat GPT'yə yazın elmə görə səhv Quran ayələri
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

Quranda səhvlər var amm düzlər də var. dünya 6 gündə yaradılmayıb və dünyanın damı 6 qatlı deyil
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

şəxsi mesaj yaza bilmirəm, əlaqə nömrələrim: 0773981855
0778030799
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

zəif nöqtə düzəldib onu amansızca istifadə edillər. zəif nöqtə saxlamamlıyıq.
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

qiyamət deyil, hər şey özümüzdən asılıdı. hökümətləri və həyat tərzimizi dəyişməliyik
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

the sun, youtube. Avstayliyada havanın qırmızı edildiyini paylaşmışdılar
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

moderatorluqdan çıxarın məni, profilim güvəndə deyil. vatsap da güvənli deyil, teleqram istifadə edin. xəbər kanalı tapa bilmirəm, xarici kanallardı bəzi şeyləri paylaşır.
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

bir qismi başqa gezegenə khgvjöləlik üçün göndərilir, bir qismi yuhvuvem olaraq satılır. iktisadiyatı belə ayaqda saxlayırlar öz ölkələrində
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

Eusiy əhalisi 1992dən bu yana hər il 1 milyon azalır
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

mə illərd ki sayta girmirəm, sizə gələn mesajlar məndən yazılmayıb
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

Maqiya dövründəyik. Sizə beyninizdə nə isə danışıllarsa bilin ki cindi. Made in China telefonlar, digər çiplu telefonları işlətməməliyik, izləyillər bizi onlar sayəsində
ya_Fatime
ya_Fatime
2 Nisan 2026

🔵"NASA Ozon Watch" deyə axtarın google'da keçən il havanın dayanmış kimi və daha çox isti keçməsinin səbəbini görəcəksiniz. 1979-cu ildən bəri ozon qatının vəziyyətinin illik icmalı var orda
Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+1  
İstifadəçilər: 6757

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6741

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 1
Həftə ərzində: 1
Ay ərzində: 1

Saytın Arxivi

Mart 2026 (1)
Ocak 2025 (3)
Nisan 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2026    »
    PtSaÇaPrCuCtPz
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Karvanın yolunun dəyişilməsi
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 27-10-2015, 16:00 | Baxılıb: 964
     
     
    Karvanın yolunun dəyişilməsi
     
    Şəhadət karvanının Kərbəla ərazisində düşərgə salması hadisəsi belədir. Hürr ibn Yezid Riyahinin komandanlığı altında olan qoşun zöhr və əsr namazlarını İmamın(ə) başçılığı ilə qıldıqdan sonra İmam (ə) öz yoldaşlarına yola düşmək əmrini verdi. Bu zaman Hürr dayanıb dedi: «Mənə tapşırılıb ki, bu karvanı əmir Übeydulla ibn Ziyadın yanına aparım. İmam (ə) buyurdu: «Sənə tabe olmayacağıq». Beləcə mübahisə başladı. Sonda Hürr təklif etdi ki, elə yolla gedək ki, Kufəyə çatmamış mən də Əmir Übeydulladan nə edəcəyim barədə məlumat əldə edim. Ümidvaram ki, Allah elə şərait yaratmaz ki, mən sizinlə döyüşməli olum. Karvan yoldan çıxıb sol tərəfə Qadisiyyə səmtinə üz aldı. Hürrün elçisi Kufəyə yola düşdü.
    Beləliklə, Kufə əsgərlərinin nəzarəti altında olan Hicaz karvanı Üzeyb məntəqəsinə çatdı. Burada kufəlilərdən Əmr ibn Xalid Seydavi, Məcməül Aizi və oğlu Cünadə ibn Haris Səlmani adlı dörd nəfər özlərini İmamın (ə) karvanına çatdırdılar. Onlar sevincdən bilmirdilər ki, nə etsinlər. Eləcə də, Hürr ibn Yezidin ordusu ilə üzbəüz olmamış, Kufənin pak adamlarından olan bir sıra şəxslər, o cümlədən Həbib ibn Məzahir Əsədi, Müslüm ibn Oscə, Abbas ibn Şəbib Şakiri, Nafe ibn Hilal Cəməli, Hübab ibn Amir Timi, Müslüm ibn Kəsir Əzdi və başqaları və habelə bəsrəlilərdən Amir ibn Müslüm Əbdi, Seyf   ibn Malik, Ədhəm ibn Üməyyə, Həccac ibn Bədr Bəsri, Qənət ibn Əmr Əzzi, Yezid ibn Subeyd və iki oğlanları Abdulla və Übeydulla İmamın(ə) karvanına qoşuldular. Tarixin bütün şahidləri bundan xəbər verirlər ki, bu ləyaqətli, fədakar və şəhadət aşiqləri Kufə və ya Bəsrədən yola düşərkən və açıq-aşkar olaraq hər hansı guşədən olursa-olsun bir fədakar əsgər (adətən Zübalə məntəqəsindəki hadisədən və İmamın(ə) öz yoldaşlarını mürəxxəs etdikdən sonra) İmamın(ə) azsaylı ordusuna fəda olmaq məqsədilə qoşulurdular. Bu müddəanın dəlili aşağıdakılardır:
    1. Yuxarıda Kufənin daxili vəziyyəti barədə qeyd edəndə gördük ki, Übeydulla ibn Ziyadın gəlməsi ilə Kufə əhalisinin hərəkatı süqut etdi. Xüsusilə də Müslüm ibn Əqil və Hani ibn Ürvənin şəhadətindən sonra (Dəqiq şəkildə Həzrət Əbu Abdullanın karvanının Məkkədən yola düşməsi ilə eyni vaxta düşür). Kufənin başçıları, tayfa başçıları, qəbilə şeyxləri, böyüklər və hərəkat iştirakçıları istər-istəməz əməli olaraq üç yerə bölündülər və üç mövqedə qərar tutdular.
    a) Bir qrup adamı Übeydulla həbs etdi. Muxtar ibn Əbi Übeydə Səqəfi, Süleyman ibn Surəd Xüzai, Müseyyib ibn Nəcibə Fəzzari, Abdulla ibn Səd Əzdi, Abdulla ibn Val Təmimi, Rüfaə ibn Şəddad Bəcli və başqaları bu qəbildəndirlər.
    b) İkinci qrup adamlar, əmirin vədələri ilə dirhəm, dinar və vəzifə ilə aldadılaraq axirətlərini öz və başqalarının dünyası bahasına satanlar idi. Bunlar Şəbs ibn Rəbi, Hicar ibn Əbcər, Qeys ibn Əşəs, Yezid ibn Haris və başqaları idilər. Bu adamlar İmamın(ə) Aşura günü öz tarixi xütbəsində mühakiməyə çəkərək rüsvay etdiyi namərdlərdir. İmam(ə) buyurdu: «Ey Şəbs ibn Rəbi, ey Hicar ibn Əbcər, ey Qeys ibn Əşəs, ey Yezid ibn Haris və s... məgər siz mənə yazmamışdınız ki, meyvələr yetişmiş, bağlar yaşıllaşmış və quyular su ilə dolmuşdur. Sən hazır bir qoşuna tərəf gələcəksən?»
    c) Amma üçüncü qrupa daxil olanlar o adamlar idilər ki, İbn Ziyadın casuslarının qorxusundan Kufədən çıxmışdılar. Məsələn, Abdulla ibn Hürr Cöfi (Yuxarıda onun «Qəsri Bəni Məqatil»də İmamla (ə) görüşü barədə bəhs etdik). Bu adamlar risalət xanədanını sevməklə yanaşı, canlarını axirət səadətindən çox istədiklərinə görə İmamın (ə) köməyinə gəlmədilər və sonradan da peşman oldular. Sonrakı peşmançılığın isə faydası yoxdur.
    Bu üçüncü qrupa daxil olanların heç də az olmayan başqa bir hissəsi isə canlarının qorxusundan gizləndilər. Bu qrup öz ləyaqətləri ilə bağlı olaraq iki dəstəyə ayrılırlar. Bunların böyük bir hissəsi gizlin yaşamaqla kifayətləndilər. Bəlkə də bunlar köməksiz qaldıqlarına, vəziyyətdən xəbərsiz olduqlarına görə, ya da ailələrinin və başqa amillərin təsiri altına düşüb başqa bir çarələri qalmamışdı. Bunlar Aşura hadisəsindən sonra aşkara çıxıb bir-biri ilə görüşəndən sonra şəhadət hadisəsini olduğu kimi eşidib gizlində dəyirmi stol keçirərək öz əməllərini tənqid edib özlərini danlayan adamlardır. Öz aralarında əhd-peyman bağladılar ki, mümkün olan şəkildə bu ləkəni öz üzərlərindən təmizləsinlər. Bu da «Təvvabinin qiyamı» ilə nəticələndi.
    Amma bu gizlənənlərin pak niyyətliləri və ləyaqətliləri İmamın(ə) Məkkədən çıxması xəbərini eşitcək, yaşamaq eşqlərinə əlvida deyib,   mümkün olan bütün yollarla Kufədən qaçaraq yolboyu karvanın dayandığı məntəqələrdə özlərini İmamın(ə) ordusuna çatdırırdılar. Rəsulullahın(s) yaşlı səhabəsi, fəqih və müctəhid, Həzrət Əli ibn Əbi Talibin(ə) sirdaşı olan Həbib ibn Məzahir də belələrindən biri idi. Biz 16-cı fəsildə nəql etdik ki, bu böyük şəxsiyyət nəinki özünün şəhid olacağından, hətta Meysəm Təmmarın da necə şəhid ediləcəyindən xəbərdar idi. Bir gün oturduqları yerdə Meysəm ona dedi: «Qırmızı üzlü və gur saçlı bir kişi tanıyıram ki, Peyğəmbər(s) balasına kömək etmək yolunda şəhid olacaqdır və başını Kufə şəhərində gəzdirəcəklər. Bu müjdəni Rəşid ibn Həcəriyə xəbər verərkən o, dedi: Allah Meysəmə rəhmət eləsin, yəqin unutmuşdur ki, desin: Onun (Həbib ibn Məzahirin) başını gətirən şəxs başqalarından yüz dirhəm çox mükafat alacaqdır».
    İndi deyin görüm, cənab Həbib kimi böyük şəxsiyyət öz şəhadət hadisəsini Həzrət Əli ibn Əbi Talibin(ə) mübarək dilindən eşitmişdi, necə ki, Rəşid Həcərinin, Meysəm Təmmarın, Əmr ibn Həməqin, Cəririyyə ibn   Müsəhhərin, Humeyl ibn Ziyadın, Hücr ibn Üdəyyin və başqalarının şəhadət macəralarını eşitmişdi, Əlinin(ə) şəhadətindən uzun illər sonra isə şahid olmuşdu ki, hadisələr mövlasının dediyi kimi, biri digərinin ardınca həqiqətə çevrilir və indi də özü hərəkat başçılarından biri hesab olunur, Kufədə ümumi şəkildə bildiyimiz siyasi vəziyyətdən xəbərdardır, bununla belə, gecə vaxtı Müslüm ibn Oscə ilə birlikdə İmamın(ə) karvanına qoşulmaq məqsədilə Kufəni tərk edir. Amma bilmir ki, ölümə gedir? Belə bir şey mümkündürmü?
    2. Übeydulla ibn Ziyad Kufəyə gəlməmişdən qabaq Bəsrənin hakimi idi. İndi də o, əvvəlki vəzifəsini saxlamaqla Kufəyə vali təyin olunur. O, dərhal qardaşı Osmanı Bəsrədə səlahiyyətli nümayəndəsi təyin edib, özü Kufəyə yola düşdü. Təbiidir ki, Übeydullanın hökuməti sayəsində Əli ibn Əbi Talibin(ə) şiələri necə günlər yaşayacaqdılar. İndi İmamın(ə) karvanının Məkkədən Kufəyə tərəf yola düşməsi xəbəri Bəsrə şiələrinə çatdıqda məxfi şəkildə Əbdülqeys tayfasından olan Mariya bint Münzər adlı bir qadının evində kiçik bir yığıncaq təşkil olunur. Bu, məxfi bir yığıncaq idi. Çünki İbn Ziyadın yazılı fərmanına əsasən, Bəsrənin valisi şəhərdən çıxan fərdlərə nəzarət etməli və bir nəfərin belə Hüseyn ibn   Əlinin(ə) ordusuna qoşulmasına imkan verməməli idi.
    Təşkil olunan yığıncaqda Yezid ibn Subeyt Əbdi qısa bir söz dedi və sonra da özünün İmam Hüseynin(ə) karvanına qoşulmağa hazırlığını elan etdi. O, yalnız oğlanlarından kömək istəyib dedi: hansınız atanızla gələcəksiniz? Onun on oğlundan yalnız iki nəfər - Abdulla və Übeydulla hazır olduqlarını bildirdilər. Məclisdəkilər əvvəlcə nəinki hazır olduqlarını bildirmədilər, hətta Yezid ibn Subeytə də dedilər ki, hökumət tərəfindən sənin üçün   nigaranıq. Lakin elə ki, o və iki oğlu yola düşməyə hazırlaşdılar, Amir ibn Müslüm Əbdi və onun ağası Salim, Seyf ibn Malik, Ədhəm ibn Üməyyə də onlara qoşuldular və deyildi ki, Həccac ibn Bədr Bəsri və dostu Qənəb ibn Əmr Əzzi də sonradan İmamın(ə) ordusuna gəldilər.
    Deyirlər, Bəsrənin 7 nəfərlik karvanı səhra ilk özlərini «Əbtəh» məntəqəsinə yetirdilər və eşitdilər ki, İmamın(ə) karvanı da buraya çatmışdır. Odur ki, azacıq istirahətdən sonra Yezid ibn Subeyt Rəsulullahın(s) balasını ziyarət etmək məqsədilə Həzrətin(ə) düşərgəsinə tərəf yola düşdü. Oraya çatanda ona dedilər ki, Həzrət(ə) səni görmək üçün sizin məntəqənizə getmişdir. Odur ki, dərhal qayıtdı. Gördü ki, İmam(ə) oturub. Yezid ibn Subeytin daxil olması ilə İmam(ə) bu ayəni oxudu:
    بِفَضْلِ اللّهِ وَبِرَحْمَتِهِ فَبِذَلِكَ فَلْيَفْرَحُواْ
    «Allahın fəzli və rəhməti ilə şadlanarlar». («Yunis» surəsi, 58-ci ayənin əvvəli)
    Tarixçilərin yazdıqlarına görə, Bəsrənin həm Yezid ibn Subeytlə olan 7 nəfərlik dəstəsi, həm də həmin iki nəfər bəsrəli Aşura günü sübh tezdən başlayan ilk hücumda uca şəhidlik məqamına nail oldular. Allah onlara rəhmət eləsin.
     

    Kitabın adı: Qədir günündən Aşurayadək
    Müəllif: Seyid Kazim Pərpənçi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.