Qaçmaqla qurtulmazlar
"Ər-rəhman” surəsinin təfsirində buyrulur: O gün birinci göy (təbəqəsi) mələklərinə əmr olunar ki, yerə enib, insanları dairəyə (mühasirəyə) alsınlar, ikinci göy mələkləri birinci göy mələklərinin dövrəsini tutsunlar. Beləcə, yeddi cərgəlik mələklərdən ibarət ilahi qoşun məhşər səhrasını dövrəyə alar. (55-ci surə, 33-cü ayə) "Ey cin və ins, bacarırsınızsa qaçın, amma bu, qeyri-mümkündür” (təfsir). O gün insan deyər: "Hara qaçım, hara gedim?” (75-ci surə, 10-cu ayə). Amma qaçmağa heç bir yer yoxdur, Allaha tərəf qayıtmaqdan savayı! (Əlbəttə, bu cəhət, yol Allahla olanlar üçündür, başqaları üçün sığınacaq yoxdur.) (75-ci surə, 11-ci ayə)
Qiyamətdə savab üçün əl açılar
Hər kəs öz tanışına əl açar ki, öz savabından ona da versin. Lakin hər kəs savaba möhtac olduğundan, başqasına savab verməz. Ata öz övladına, onun tərbiyəsinə çəkdiyi əzab-əziyyətləri xatırladıb ondan savab istəyər. Övladsa "mən səndən də çox möhtacam”, deyə cavab verər. Beləcə, qardaş-qardaşa və s. cavab verər. Hamı çətinlikdə olduğundan, başqasının dadına çatmaz.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb