Hər kəs öz tanışına əl açar ki, öz savabından ona da versin. Lakin hər kəs savaba möhtac olduğundan, başqasına savab verməz. Ata öz övladına, onun tərbiyəsinə çəkdiyi əzab-əziyyətləri xatırladıb ondan savab istəyər. Övladsa "mən səndən də çox möhtacam”, deyə cavab verər. Beləcə, qardaş-qardaşa və s. cavab verər. Hamı çətinlikdə olduğundan, başqasının dadına çatmaz.
Әməllər naməsi
"Haqqə” surəsi, ayə 78: "(Sizi) Rəbbinizin hüzuruna gətirərlər, həmin gün sizin heç nəyiniz gizli qalmaz. Əməl dəftəri sağ əldən verilən kəs deyər: Yazımı alın, oxuyun, mən bu günü görəcəyimə əmin idim.”
İnandığımız dini həqiqətlərdən biri də Qur᾽anda neçə yerdə əksini tapmış əməllərin yazılmasıdır. Qur᾽an buyurur: "Kərim mələklər bütün əməlləri yazarlar.” (82-ci surə, 11-ci ayə). Digər bir yerdə bu mələklərin ən kiçik sözləri də qeyd etdiyi bildirilir. (50-ci surə, 17-ci ayə). Bu yazılışın hansı şəkildə olduğunu (qələm-kağızla, yoxsa başqa cür) biz yox, nübüvvət gözü görür. Ümumiyyətlə, heç bir şey ötürülmür. Hətta xeyir niyyətlər də yazılır.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb