![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Bərzəx aləminin savab və cəzalarından söz açan hədislər çoxdur. Bir neçə rəvayəti qeyd edirik:
"Bihar”-ın 3-cü cildində Əliyyibn İbrahim Qumminin təfsirindən rəvayət olunub ki, Əmirəl-mö᾽minin Əli (əleyhissalam) buyurub:
"Dünyanın sonuncu, axirətin ilk günü Adəm övladının qarşısında sərvəti, övladı və əməli mücəssəm olar. Üzünü sərvətinə tutub deyə: And olsun Allaha, mən sənə qarşı həris və (ehsan etməkdə) nail oldum, səndən mənə nə qaldı? Sərvət deyər: Kəfən əndazəsində məndən götür. Sonra üzünü övladlarına tutub deyər: And olsun Allaha, sizi sevdim və haminiz oldum, sizdən mənə nə qaldı?
Əməl deyər: Mən qəbirdə və Qiyamətdə sənə yoldaş olacağam ilahi Hüzura yetənədək. Əgər bu şəxs Allah dostu gözəl libasla, xoş ətirli onun yanına gələr və deyər: Müjdə olsun sənə, ruhuna reyhan, nəim Behişt, xoş gəlmisən, Soruşar ki, sən kimsən? Deyər: Sənin dünyadakı saleh əməlinəm, Behiştə hərəkət et. O, öz qüsl verənini tanıyar, cənazəsini götürənlərə and verər ki onu tez aparsınlar. Qəbrə daxil olduğu zaman saçlarını yolan iki sorğu mələyini qəbirdə hazır görər.
Dişləri ilə yeri eşən bu mələklərin səsi şimşəyi xatırladar, gözlərindən sanki, ğığılcım saçar, ona deyərlər: Yaradanın kimdir, Peyğəmbərin kimdir, hansı dindənsən?
Cavab verər: Yaradanım Allah, Peyğəmbərim Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) dinim İslamdır.
Deyərlər: Allah səni sevdiyin və raız olduqlarında sabit saxlasın. Sona onun qəbrini göz işlədigcə genişləndirər və ona Behiştdən bir qapı açarlar.
Deyərlər: kamına çatmış xoşbəxt cavan kimi nur gözlərlə yat.
Amma öz Allahına düşmən olsa, əməli ən pis paltarda, ən pis qoxuyla yanına gələr və deyər: Müjdə olsun sənə Cəhənnəmin yandırıcı suyu və Cəhənnəmə vari olmağın.
O, qüsl verəni görər və cənazəni aparanlara and verər ki, onu gecikdirsinlər. Qəbrə daxil olandan sonra mələklər gəlib onun kəfənini açarlar və deyərlər: Allahın kimdir? Peyğəmbərin kimdir? hansı dindənsən? Deyər: Bilmirəm. Deyərlər: Bilmirsən və doğru yolu tapmırsan. Bu an dəmir əsaya onu elə vuralar ki, insan və cindən savayı bütün bütün canlılar dəhşətə gələr (əvvəlki bəhslərdə heyvanlaırn qəfil narahatlığının səbəbini xatırlayın.) Sonra Cəhənnəmdən bir qaçı açıb, deyərlər: Ən pis halda yat (Pənah aparaq Allaha öz aqibətimizdən Ona nizə deliyi tək dar yer verər və digər ucuyla elə sıxarlar ki, beyni dırnağıyla dırnaq əti arasından çıxar. Xudavən ilan, əqrəb və sair həşəratlaır onun canına salar, onu çalarlar. Allah-Taala onu Qiyamətdə qəbirdən qaldıranadək bu əzab davam edər. Şəxs Qiyamətin başlamasını arzulayar.
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |