Bərzəx aləmi dünyanın mühitidir (mühit əhatə edən)
Ana bətnindəki körpəyə, çöldə ana bətnindən qat-qat geniş bir aləm olduğu deyilsə, dərk edə bilməz. Biz də ana bətni ilə bərzəx arasında eyni vəziyyətdə olduğumuzdan, bərzəxi anlamırıq.
Qur᾽ani Məcid buyurur: "Sənin üçün nə hazırlandığını kimsə bilmir.” Bəli, biliklərimizi sadiq, doruçu şəxslər xəbər verdiyinə görə, biz də təsdiq edirik.
Bu dünya ana bətində mühit (əhatə edən) olduğu tək, bərzəx də bu dünyaya mühitdir-bundan dəqiq izahat, ifadə yoxdur.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb