» » “Bədr” günündə onların məkrləri fayda vermədi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    “Bədr” günündə onların məkrləri fayda vermədi
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 1-09-2014, 18:00 | Baxılıb: 980
      
     
    "Bədr” günündə onların məkrləri fayda vermədi

    Bu şərif ayə üçün başqa bir məna da "Bədr” müharibəsi ilə əlaqədardır. Yəni ey Peyğəmbər, indi ki, sən müşriklərin iman gətirmələrindən məyus oldun, onları öz hallarına burax, həlak olsunlar, onların məkrlərinin fayda vermədiyi bir gündə. Məqsəd "Bədr” müharibəsinin baş verdiyi gündür. Bu müharibədə müşriklərin müsəlmanlardan hər bir cəhətdən hazırlıqlı olmalarına baxmayaraq, ağır məğlubiyyətlərə uğradılar: onlardan yetmiş nəfərdən çoxu müsəlmanların əli ilə öldürülüb, başqa yetmiş nəfəri isə əsir düşdü. Allah-Taala beş min mələyi müsəlmanlara kömək üçün göndərdi. Daha yaxşı məna da Qiyamət gününə təfsir olunur ki, müşriklərin məkrlərinin heç bir faydası olmayacaq.
    Mərhum Şeyx Müfidin "İrşad” kitabında deyilir:
    Əmr ibni Mədi Kərəb ərəblər arasında igid cəngavərlərdən biri idi. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-in hüzuruna müşərrəf olanda, Həzrət buyurdu: Ey Əmr, İslamı qəbul et, Allah səni böyük günün əzabından amanda saxlasın! Əmr dedi: Ya Mühəmməd, böyük günün əzabı hansıdır? Mən elə bir kişiyəm ki, mənim heç nədən qorxum yoxdur. Həzrət buyurdu: Heç də sənin güman etdiyin kimi deyildir. Həqiqətən camaatın üstünə elə bir nə”rə çəkiləcək ki, heç kəs ölü halda qalmaz, hamısı dirilər. Sonra sıralara düzülərlər; asimanlar yarılar, dağlar yerindən silkələnər. Cəhənnəm odunun bir parçası ayrılıb dağlar kimi səpələnər. Sonra heç bir böyük ruhiyyəli insan tapılmaz ki, qəlbi yerindən oynamasın, günahlarını yad etməsin. Hardasan, nə fikirdəsən, ey Əmr? Sonra Əmr dedi: Böyük bir məsələni eşidirəm.
    Elə həmin vaxt özü və onun qəbiləsi iman gətirib İslam dinini qəbul etdilər.
    "Həqiqətən özlərinə zülm edən, Allahı, Onun peyğəmbərini, Qiyamət gününü inkar edən şəxslər üçün deyilən axirət əzabından başqa bir əzab da vardır. Yəni axirət əzabından başqa bir əzab da onları gözləyir. Amma, onların əksəriyyəti bundan qafildirlər. Bu cümlədə işarə olunur ki, onlardan az bir qismi bu məsələni bilirdilər, ancaq öz elmlərinə əməl etmirdilər. Yəni, bilə-bilə, agahlıq üzündən öz küfrlərində israr edirdilər. Qiyamət əzabından əvvəldə olacaq əzab barəsində iki nəzəriyyə vardır: Birincisi, müşriklərin başına gələn "Bədr” müharibəsi kimi böyük bəla, əsir olunub qətlə yetirilmələri, ikincisi isə budur ki, həmin əzabdan məqsəd qəbir əzabı, qəbir sıxıntısı, bərzəx aləminin əzablarıdır ki, bunlar da Qiyamətdən əvvəl baş verir. Sonuncu məna bu məqam və bu məna ilə daha münasibdir. Çünki, onun məzmunu daha geniş olub Qiyamətə kimi olan bütün kafir və müşriklərə şamildir. Yəni bütün kafirlər və facirlər Qiyamət əzabından öncə, qəbir və bərzəx aləmində də əzaba düçar olacaqdır. Necə ki, Fironun qövmü barəsində buyurulur:
    "Fironçular qərq olandan sonra sübh və axşam (bərzəxdə) onlara od nazil olub onları yandırırdı.
    Elə ki, Qiyamət başlanar əzab mələklərinə əmr olunar ki, Fironçuları ən ağır əzablara daxil edin. Bu bərzəx əzabı təkcə kafirə deyil, günahkar, günah edib tövbəsiz ölən Möminlərə də şamildir. Bəzən elə olur ki, bərzəx əzabı səbəbi ilə Möminin günahı paklanır və günahsız halda məhşərə daxil olurlar. Bu mətləbin dəlili gəlib çatan çoxlu rəvayətlərdir. O cümlədən, "Kafi” kitabında nəql olunub ki, Əmr ibni Zeyd İmam Sadiq əleyhis-salama ərz edib dedi: Mən sizdən eşitmişəm ki, sizin şiələr nə qədər günah etmiş olsalar da, behiştə gedəcəklər. Həzrət buyurdu:
    Düz demişəm, and olsun Allaha ki, onların hamısı Cənnətə gedəcəklər.
    Əmr dedi: Canım sənə fəda olsun, günahlarımız həddindən çoxdur. Onların arasında kəbirə günahlar da vardır.
    İmam əleyhis-salam buyurdu:
    "Amma Qiyamətə gəldikdə isə, onların hamısı Cənnətdədir. Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm, yaxud onun vəsisinin şəfaəti vasitəsi ilə. Allaha and olsun ki, mən sizin hamınız üçün bərzəx aləminin əzabından qorxuram.
    Əmr dedi: Bəzrəx nədir?
    Buyurdu: Qəbir aləmidir. ölüm anından başlayaraq Qiyamətə qədər davam edir.
    Bu hədisdən aydın olur ki, bu dünyadan imanla gedən Möminlər üçün şəfaət məsələsi qəti olaraq Qiyamətdədir. ölümlə Qiyamət arasında olan bərzəx aləmi üçün qəti deyildir. Məhz bu səbəbdən də Əmirəl-Möminin əleyhis-salam buyurur:
    "Tövbədən yaxşı qəbul olunan, nüfuzlu şəfaət yoxdur
    Çünki əgər insan öz günahlarından sidq-qəlbdən tövbə etsə, elə həmin vaxt paklanır, ilahi əzabdan xilas olur. Deməli bu ayə təkcə müşriklərə deyil, həm də zalım olan günah edən və tövbəsiz dünyadan gedən hər bir şəxsə bu əzaba aiddir. Bu mətləbin şahidi "Biharül-ənvar” kitabında daha çox gözə dəyir.
    Həzrəti Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurdu: "Besətdən qabaq əmim Əbutalibin qoyunlarını otarırdım. Bəzən görürdüm ki, qoyunlar dayanır və otlamır. Peyğəmbərliyə seçiləndən sonra bu işin səbəbini Cəbrəildən soruşdum. Dedi ki, bu, meyyitə qəbirdə verilən əzabın səsidir. Elə ki, meyyitə qəbirdə əzab verilir, insan və cinlərdən başqa bütün mövcudat onun nalə səslərini eşidir.
    Bir nəfər Salmanın hüzuruna gəlib dedi: Mənə hədis de! Salman üzünü döndərdi. O kişi yenidən qayıdıb gəldi və dedi: Salman, bildiklərini mənim üçün de! Yenidən Salman üzünü döndərdi. Üçüncü dəfə həmin şəxs "Bəqərə” surəsinin 157-ci ayəsini Salman üçün oxudu:
    Ayənin mənası budur ki, Allahın Quranda nazil etdiyi ayələr və aydın dəlillərdən sonra onları gizlədənlərə Allah və bütün lə”nət edənlər, lə”nət edir. (Sonra Salman buyurdu:) Əgər arxayın olduğum bir şəxs tapsaydım, onun üçün hədis deyərdim. Lakin Nəkir və Münkərin sualı üçün Peyğəmbər barəsində səndən soruşanda şəkk etsən, yaxud şübhəyə düşsən, atəş zərbələri ilə sənə elə vurarlar ki, külə dönərsən.

    Kitabın adı: Quran və qiyamət
    Müəllif: Şəhid Ayətullah Seyyid Əbülhüseyn Dəstğeyb

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 2 Eylül 2014 00:14 | İstifadəçi | Şərh yazdı
    Maraqli movzudur.Bilmediklerimide oyrenmis oldum.
    Allah razi olsun bacim.Sayenizde elmimiz artir.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Babel Hevaic | Status: İstifadəçi Offline | 1 Eylül 2014 22:38 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun bacim cox gozel xeberdi
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 1 Eylül 2014 21:33 | İstifadəçi | Şərh yazdı
    ALLAH RAZI OLSUN BACIM ,BUTUN CEKDIYINIZ EZIYYETLERIN CAVABINI IN SE ALLAH CENNETDE ALASINIZ. draznilka

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Alemdar | Status: İstifadəçi Offline | 1 Eylül 2014 19:57 | Sayt nəzarətçisi | Şərh yazdı
    COX SAG OL BACIM ALLAH SIZI BU SAYITA COX GORMESIN HEMIWE VAR OLUN ALLAH SIZI QORUSUN AMIN

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.