Öldürən Allahdır, Əzraildir, yoxsa mələklər
+5
Müəllif:
Elya | 4-04-2015, 12:00 | Baxılıb: 1 130
Öldürən Allahdır, Əzraildir, yoxsa mələklər
Buna görə də Qur᾽ani-Məcid ruhun çıxarılmasının bir yerdə Allaha (39-cu surə, 41-ci ayə), digər yerdə Əzrailə (32-ci surə, 11-ci ayə), daha başqa yerdə isə Əzrailə bağlı mələklərə (41-ci surə, 26-cı ayə) aid edir. Hər üçü həqiqətdir. Çünki Əzrail və ona bağlı mələklər Allah-Taalanın əmri ilə canları alırlar. Məsələn, əgər bir sultan öz sərkərdələri və qoşunu vasitəsilə bir ölkəni fəth edirsə "filan ölkəni sultanın qoşunu fəth etdi” və ya "filan sərkərdə fəth etdi” deməyin heç bir eybi yoxdur və həqiqətdə qoşunun hökmranlığını və rəhbərliyini öhdəsinə alan sultan fəth etmişdir. Əlbəttə, bu misallar məsələnin dərk olunması üçündür, yoxsa əsil mətləbimiz bundan çox-çox ucadır.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.