Quran kimi bir surə gətirə bildilərmi?
Allahın buyurduğu "əgər bacarırsınızsa Quran kimi bir surə gətirin” mövzusunda tarixdən agah olmayan bəzi kəslər deyə bilərlər ki, "ola bilsin ki, bəzi ərəblər Quranın mislini gətirə bilərdilər. Amma bu aşkar olmamışdı yaxud gətirə bilirdilər, amma deməyə qorxurdular.”
Cavabımız budur ki, Peyğəmbərin Məkkədə olduğu 13 il müddətində onların heç bir qüdrəti yox idi ki, Peyğəmbərin sözlərinin qabağında bir şey gətirməyə cür”ət etməsinlər. Müsəlmanların da üç il müddətində sayı 40 nəfəri keçmirdi. İslamı aşkar şəkildə təbliğ edə bilmirdilər və sonradan bir müddət Əbitalib dərəsində məhbus oldular. Müşriklərin əzab-əziyyətlərinə məruz qaldılar, daha sonra Həbəşistana hicrət etdilər. Xülasə, o dövrdə bir kəsin gücü yox idi ki, "müxaliflərin öz əqidələrini izhar etməyə cür”ətləri yox idi” deyə bir kəs iddia edə bilsin. Əksinə, o zamanda fəsahət və bəlağət o qədər rəvac tapmışdı ki, hər kəs bir şer qoşurdusa, dərhal Kəbə divarından asırdı. İslam günəşi parlayandan sonra onların özləri həmin şerləri Kəbə dirvarından götürdülər.
Bəli, "Bismillahir-rəhmanir-rəhim”, "Əlhəmdu lillahi rəbbil-aləmin” hara, ərəb fəsahət ustalarının eşqbazlıq şerləri hara?!
Allah-Taala buyurur: "Əgər doğru deyirsinizsə, Quran kimi bir söz (fəsahət, bəlağət və həqiqətin bəyanında) gətirin.”
Xülasəsi budur ki, "Quran Mühəmmədin özünün yazdığıdır” deyirlər. Əgər bu sözlər doğru olsaydı, onların ki içində fəsahət və bəlağət ustaları var idi! Nə üçün Quran kimi bir şey gətirə bilmədilər?! Elə ki bunun mislini gətirməkdə aciz oldular, məlum olur ki, Quran Peyğəmbərin kəlamı deyil, Allah kəlamıdır.
Məkkə əhalisi özlərini çox ağıllı hesab etdiklərinə görə, Quran buyurur:
"Məgər onlar heçdən yaradılıblar, yoxsa öz-özünə yaranıblar?! Məgər torpaqdan, nütfədən yaradılmayıblarmı?! Əql sahibi olan kəs kuzəni görəndə demir ki, öz-özünə düzəlib, əksinə, torpaq, su və əql sahibi olan bir kəsin istəyi ilə düzəlmişdir. Bu vaxt 248 hissədən ibarət sümükdən əmələ gələn bədən, üzün, gözlərin, ətin, (2-3 milyon hissəcikdən təşkil olunan) eşitmə sistemi, ağızın, növbənöv dişlərin, yuxarıdakı sabit çənə, aşağıdakı mütəhərrik çənə... Dilə əmr edib ki, çeynədiyini dişlərin üstünə qoysun, yemək şeylərini dişdən sonra aşağı getmək istəyəndə hülqum və mədə borusu bir-birinin yanında yerləşib. Əgər qida mədəyə deyil, hulquma getsə, insan ani olaraq ölər. Bu necə də Qahir və Qadir bir qüvvədir ki, bu əzəmətli dəsgahı nəzmə salmışdır!
Kitabın adı: Quran və qiyamət
Müəllif: Şəhid Ayətullah Seyyid Əbülhüseyn Dəstğeyb