» » Aşuranın ehtiramını saxlamaq və əzadarlıq


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6721

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6705

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Aşuranın ehtiramını saxlamaq və əzadarlıq
    +10
    Müəllif: Fatimə Nuri Xuda | 23-10-2015, 16:00 | Baxılıb: 1 276
     
     
    Aşuranın ehtiramını saxlamaq və əzadarlıq
     
    Dördüncü məqam. Deyirlər: «O Həzrətin (ə) şəhadəti bəşəriyyətin günahlarının kəffarəsi kimi qəbul edilir..».
    Şiənin bu barədə dəfələrlə təkrarlanan çoxlu hədis və rəvayətləri vardır ki, əzadarlıq, aşura xatirəsini yaşatmaq, o həzrətin və onun tərəfdarlarının müsibətlərinə ağlamaq məsələsi təsdiq edilir. Lakin diqqət yetirmək lazımdır ki, əgər sırf əzadarlıq mərasimi keçirilsəydi, onda bu, öz-özlüyündə təbii olaraq digər dəyərləri də öz təsiri altına alardı. Deyirlər: «İsa (ə) bəşəriyyətin şəhadəti üçün özünü xaç mehrabında qurban etdiyi kimi, İmam Hüseyn (ə) də islam ümmətinin günahdan paklanması məqsədilə özünün Kərbəla səhrasında şəhid olmasına razılıq verdi». Bizim xristianların Həzrət İsa (ə) ibn Məryəmin çarmıxa çəkilməsi barəsində olan fikir və düşüncələrlə heç bir işimiz yoxdur. Amma özünü müsəlman olması ilə öyən, Quranın hakimiyyətini həyatın bütün sahələrində qəbul edən və onu bəşəriyyətin şəfası və səadət rəmzi bilən bir cəmiyyətdə insanların «Məsih insanların səadəti üçün çarmıxa çəkilməsinə razılıq verdi» deməsi nə dərəcədə doğrudur? Bu, Məhəmmədin(s) Quranıdır ki, buyurur:
    وَقَوْلِهِمْ إِنَّا قَتَلْنَا الْمَسِيحَ عِيسَى ابْنَ مَرْيَمَ رَسُولَ اللّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَـكِن شُبِّهَ لَهُمْ ...
    «Biz Allahın peyğəmbəri olan Məryəm oğlu İsa Məsihi öldürdük» demələrinə gəldikdə halbuki onlar onu öldürmədilər və onu dara çəkmədilər, lakin onlara belə gəldi. Həqiqətən, onun haqqında ixtilafda olanlar, əlbəttə, şübhədədirlər. Onların buna dair heç bir məlumatı yoxdur, onlar ancaq uyurlar. Onu qəti olaraq öldürməyiblər. Əslində, Allah onu öz tərəfinə yüksəltdi (ucaltdı). Allah izzət və hikmət sahibidir» («Nisa» surəsi, ayə 157-158).
    Bu ayələrin təfsirində deyilir: «Həzrət Məsihin həyatına aid olan tarixi hadisələrdən birində Quranın bəyanı ilə incillər arasında açıq-aşkar ixtilaf olan məsələlərdən biri də Həzrət Məsihin həyatının sonu barəsindədir. Mövcud incillərə tabe olan xristianların əqidəsi budur ki, yəhudilər İsanı dara çəkib öldürdülər və o, xalqın günahlarının qurbanı oldu. Lakin Quran açıq-aşkar elan edir ki, Məsihi öldürmədilər və onu dara çəkmədilər. Əslində, onlara belə gəldi».
    Xristianlar İsanın çarmıxa çəkilməsini çox təkidlə deyirlər və İsanın çarmıxa çəkilməsi nişanı olan xaçı müqəddəs sayırlar. Onu özlərinə şüar etmişlər ki, həmişə İsanın çarmıxa çəkilməsini xatırlasınlar. Digərlərini xristianlığa dəvət edənlərin irəli sürdükləri başlıca fikir yalnız bu sözlə bağlıdır və o da İsanın öz ardınca gələnlərin günahının qurbanı olması məsələsidir. Onların əqidəsinə görə bütün insanlar fitri olaraq günahkardırlar. Həzrət Adəm yaradılışın əvvəlində yasaq olunmuş meyvədən yeyərək Allahın sözünə baxmamış və o, cənnətdən qovulduğuna görə bu günah onun bütün nəsli boyu davam edir. Yəni anadan olan hər bir kəs də günahkardır. Ona görə də qüsl edirlər ki, günahları təmizlənsin. Onların əqidəsincə, İsa çarmıxa çəkilımiş və qətlə yetirilmişdir ki, insanları pak etsin və xalqın günahlarının əvəzini versin. O, özünü insanlara fəda etdi.
    Bu soz sadəlövh adamların, xüsusilə, günaha batmış insanların xoşuna gəlməsinə baxmayaraq, məntiq və idrak baxımından düzgün deyildir, eləcə də insan ağlına zidd olan bir sözdür. Onun çox pis örnəkləri vardır və bu insanların günaha batmasına səbəb olur. Hətta bu sözün özü adamları günaha dəvət etməkdir ki, günah etsinlər, yəni qorxmasınlar. Çünki Məsih onların qurbanı olmuş və bu işlərdə onların günahlarının bağışlanmasına səbəb olmuşdur.
    Qurani-Kərim İsanın aqibəti barədə digər mənbələrdə yazılanları rədd edir və vurğulayır ki, Məsih öldürülməmiş, çarmıxa çəkilməmişdir. Əslində, Allah onu öz yanına aparmış və Məsihin işi yəhudi və xristianlara qaranlıq qalmışdır. İsanı tutmaq və onu çarmıxa çəkmək üçün əsgərlərin hücumu barədə mövcud incillərdə, habelə islam tarixində və rəvayətlərdə gələn hədislər toplusundan aydın olur ki, başqa birisinin İsanın yerinə tutulması səhvi üçün də zəmin mövcud idi. Bu hücumun gecə baş verdiyinə və hücum edənlərin İsanın zahiri görkəmini tanımadıqlarına görə onların səhv etməsi mümkün idi. Matvey incilində qeyd olunanlara əsasən, düşmənlər onu tanımırdılar. İsanın öz tərəfdarlarından biri olan Yəhuda İsxəryuti çoxlu pul aldıqdan sonra onu həmin adamlara göstərmişdir.
    Yazıçı «Təfsir əl-Mənar»dan nəql edərək əlavə edir: «Hərçənd Matvey incilinin davamında qeyd olunmuşdur ki, İsanın düşmənləri onu titdular və Yəhuda da öz etdiyindən peşman oldu, lakin xristianların digər rəvayətlərində qeyd olunur ki, Yəhuda İsxəryuti zahiri görkəmi baxımından İsaya oxşayırdı. Bu hadisədən sonra o, bir daha görünmədi.
    Sonra Təbəsinin «Məcməul-Bəyan» təfsirinə istinad edərək əlavə edir: «Bu məsələni bəzi islam rəvayətlərinə bir ibrət kimi göstərmək olar. Həmin rəvayətlərdə deyilir ki, Yəhuda İsanın yerini düşmənlərə göstərdikdən sonra onlar o yeri gəzdilər. Amma İsanın yerinə Yəhudanın özünü tutdular. O, nə qədər qışqırdı ki, «mən İsa deyiləm, onun yerini sizə göstərən adamam» onlar qəbul etmədilər və onu İsanın yerinə öldürdülər.
    Müəllif Allahın Quranda buyurduğu «İsanı öz tərəfinə, yuxarı aparmışdır» sözünə gəldikdə yazır: «Bu ayələrdə ucaltmaq dedikdə məqsəd İsanın peyğəmbərlərdən bəzisi barədə deyildiyi kimi, onun   məqamını və dərəcəsini ucaltmaq deyildir. Əslində, ayələrin üslubuna, habelə Quranın buyurduğu «Onu öldürmədilər və çarmıxa çəkmədilər. Əslində, Allah onu öz yanına ucaltdı» kəlməsinə və əlimizdə olan   çoxlu rəvayətlərə diqqət yetirdikdə görürük ki, məqsəd Allahın İsanın ruhunu və cismini göylərə aparmasıdır və o ölməmişdir. Əslində, eləcə yuxarı aləmdə diridir və rəvayətdə deyilir ki, o, axirəzzamanda, Həzrət Mehdinin(ə.f) hakimiyyəti zamanı yenidən yer aləminə enəcəkdir. Əlbəttə, Quranın buyurduğu «Öz tərəfimə ucaldıram» sözü ilə rəvayətdə deyildiyi kimi, İsanın yeri bizə məlum olmayan dördüncü göyə qaldırılması nəzərdə tutulur. Şübhəsiz ki, Allah məkansızdır və yalnız yuxarı aləmdə deyildir. Deməli, Allaha tərəf yuxarı getmək, yəni onun xüsusi rəhmətinə daxil olmaq, Allahın yanında heç kəsin malik olmadığı bir məqam əldə etmək və dördüncü göyə qalxıb orada keyfiyyəti bizə məlum olmayan şəkildə diri qalmaqdır.
    Bütün bunlara əsasən, islam və Quranın baxışında İsa(ə) çarmıxa çəkilməmişdir. Əslində, çarmıxa çəkilən şəxs Yəhuda olmuşdur. O, Allahın peyğəmbərinə etdiyi xəyanətə görə Allahın qəzəbinə tuş gəldi. Bu iş İsanın (ə) düşmənləri üçün çətin oldu və onlar o həzrətin əvəzində Yəhudanı öldürdülər. Beləliklə, nə İsa öldürülmüş, nə də onun şəhadəti bəşəriyyətin günahlarının kəffarəsi olmuşdur.
    Təəssüflə qeyd etməliyik ki, bu, tamamilə düzgün olmayan fikir insanların cürbəcür günahlara batmasına səbəb olmaqla yanaşı, həmin səhv baxış xristianlıqdan şiə əqidə və inamına da keçmiş və «İmam Hüseyn (ə) də özünü şəhadətə çatdırdı ki, islam ümmətini günahlardan təmizləsin» formasında işlənmişdir.
    Digər bir mühüm məsələ isə aşura günü ilə bağlı mərasimin necə keçirilməsidir. Bu barədə bədii bir rəy söylənilmişdir. Bu rəyi cənab Həmid İnayət «Müasir islamda siyasi düşüncə» kitabında Misir yazıçısı Xalid Məhəmməd Xalidin yazdığı «Peyğəmbər balaları Kərbəlada» əsərindən nəql etmişdir. O, yazır:
    - Deyirlər: Siffeyn müharibəsinə gedərkən Həzrət Əli (ə) Kərbəla səhrasını müşahidə edib belə dedi: Bura onların şəhadət və merac yeridir. Beləliklə, Kərbəla qəhrəmanlığı məhərrəm ayının onunda başlayıb, həmin gündə başa çatan birpərdəli tamaşa deyildi: Əslində, bu hadisənin uzun bir tarixçəsi var idi ki, hicrətin 61-ci ilindən bir qədər əvvəl başlayıb və onun nəticələri sonrakı illərdə də özünü göstərmişdir. Kərbəla hadisəsinin ən böyük dərsi budur ki, fədakarlıq, əməl özünə görə təriflənməlidir. Necə ki, haqqı öz hədəfi baxımından öyrənib tərifləmək lazımdır. Hüseynin (ə) şəhadət xatirəsi ağlamaq və ya matəm saxlamaqla bağlı deyil. Müsəlmanların fədakarlıq xatirəsi olan böyük Qurban bayramı (zilhiccənin 10-da) da şənlik mərasimi kimi bərpa olunmalıdır.
    Bu, Xalid Məhəmməd Xalidin təklif etdiyi bir ehtiram və münasibət bildirmək formasıdır. O, deyir: «Aşura xatirəsi əbədi olaraq yaşadılmalıdır. Lakin bu, matəm və ağlamaqla deyil, bayram etmək və şənlənməklə həyata keçirilməlidir». Bəlkə də o, demək istəyir ki, Aşura gününü qanın qılınca qələbəsi günü kimi, şənlik və bayram mərasimi şəklində keçirmək lazımdır.
    Lakin unutmamalıyıq ki, bir az öncə izah etdiyimiz kimi, bu barədə «bizim yol və üslubumuz, peyğəmbərimizin yolu və üslubudur». Əvvəla, islamda ta qədimdən əzizlərin ölümü ildönümü adəti bayram və şənlik formasında deyil, matəm mərasimi şəklində keçirilir. İkincisi, bildiyimiz kimi, Rəsulullah (s), onun sevimli qızı Fatimə(s) və Həzrət Əli(ə) bu hadisə baş verməmişdən qabaq dəfələrlə o günü yad etmiş və bu xatırlama zamanı göz yaşları tökmüşlər. Üçüncüsü, Aşura hadisəsindən sonra, təkrarlanan hədislərə əsasən, məsum İmamlar(ə) o günün ildönümü mərasimi kimi keçirilməsini təkid etməklə yanaşı, özləri də aşuranı anma və matəm mərasimləri kimi təşkil edirdilər. Necə ki, yazmışlar: «Həzrət İmam Zeynulabidin (ə) öz atasının şəhadətini yad edərək 40 ilə yaxın bir müddətdə ağlamışdır. İmam Sadiq (ə) öz babasının müsibətini xatırlayarkən ağlayırdı. İmam Kazım (ə) həmişə məhərrəm ayının əvvəlindən qəm-qüssəli olar və əsla gülümsəməzdi. Dördüncüsü, tarix bizə deyir ki, Bəni Üməyyə o günü bayram və şənlik keçirməklə yad etmiş və həmin tarixi mübarək hesab edərək şadlıq etmişlər.
    هذا يوم فرحت به آل زياد وال مروان بقتلهم الحسين صاوات الله عليه
    Aşura bir gündür ki, o gün Ziyad və Mərvanın ailəsi Hüseynin (ə) öldürülməsi münasibətilə şadlıq etmişlər.
    Bəs o günün xatirəsi necə əzizlənməli və necə yaşadılmalıdır? Böyük müəllim bir Aşura axşamı söhbətində deyir: «Hazırda şəhidlər ölmüşlər, biz ölülər isə diriyik. Şəhidlər öz sözlərini dedilər, biz karlara xitabən dedilər, onların bu cəsurluğu var idi ki, sağ qala bilmədikdə ölümü seçdilər və getdilər. Biz utanmazlar isə qaldıq, yüz illərdir ki, qalmışıq. Dünyanın bizə gülməyə yeri vardır ki, zillət və zəiflik göstəricisi olan bizlər həyat və izzət göstəriciləri olan Hüseynə(ə) və Zeynəbə(ə) ağlayırıq. Bu da tarixin yeni bir zülmüdür ki, biz məhv olmuşlar o əzizlərin əzadarı və yaslıları olaq..».
    Biz islam tarixində böyük insani dəyərlər, şəhadətlər və cihadlarla yaranmış ən əziz əmanətlərin varisləriyik, bütün bunların varisləri bizik. Biz özümüzdən bəşəriyyətə nümunə olacaq bir ümmət yaratmaqda məsuliyyət daşıyırıq... Amma necə də zirəkliklə Hüseyn (ə) və onun tərəfdarlarının bütün insanlara olan sözlərini pozdular.
    Bütün əzizlərinin şəhadətindən sonra «varmı bir kömək edən?» – deyə hayqıran Hüseyn (ə) məgər ona kömək edəcək bir nəfərin olmadığını bilmirdi? Bu sual bəşəriyyətin sabahkı tarixinə ünvanlanan sualdır... Amma onun bu dəvətini, onun bu kömək intizarını və Hüseynin (ə) bu «şiə istədiyi» sözlərini (şiədən istədiyi)   biz söndürdük. Belə ki, dedik: Hüseyn (ə) göz yaşından başqa heç nə istəmir.
    Halbuki hər bir inqilabın iki üzü vardır: Qan və söz... Əgər bir qanın sözü olmazsa, tarixdə lal qalar. Əgər bir qan öz sözünü bütün nəsillərə çatdırmazsa, onda cəllad şəhidi bir əsr və bir zaman kəsiyində həbs etmişdir... İndi ey bu ailə ilə bağlılığı və müqaviləsi olan... Kərbəla şəhidlərinin sözlərini dinlə!
    O adamlar yaxşı yaşaya bilirlər ki, yaxşı ölməyi bacarırlar. Bizim ailəmizin sizə sözləri budur: Ey bizdən sonra gələn adamlar, bütün bəşəriyyətə yaxşı yaşamağı və həm də yaxşı ölməyi öyrədən bu ailədir. Çünki hər kəs yaşadığı kimi də ölür:
    اللهم اجعل محياى محمد وال محمد و محمد و مماتى ممات محمد وال محمد
    Daha bir dəfə bu cümləni oxuyuruq: «İlahi, həyatımı Məhəmməd (s) və onun ailəsinə yaxın et, eləcə ölümümü də Məhəmməd(s) və onun ailəsinin ölümü kimi et. Doğrudan da, kim bu cümlənin mənasını bilmir? Onu başa düşməyən ya quru adam, ya da axmaq olmalıdır. Əks təqdirdə gün kimi aydındır ki, əgər aşura müsibətinə ağlamaq tufanı insanların həyatını dəyişdirən, cism, can, düşüncə və fikrində dəyişiklik yaradan bir ağlamaq deyilsə, eləcə də ölümü asan və mübarək edən bir ağlamaq deyilsə, təbii ki, Yezid və onun tərəfdarlarının dəyirmanına   su tökən bir ağlamaqdır. Belə olan halda müsbət təsəvvür olunan əməllər mənfi nəticə verəcəkdir.
    Deyirlər: «Bu təsəvvürün   zərərsiz olması üçün belə bir siyasi baxışı başa düşmək kifayətdir. Bir həqiqətə diqqət edək ki, «Əzadarlığı «o dövlətlilər və qüdrətlilər yaratmışlar ki, həm səfəvilər, həm də qacarilər ondan xalqa üzərindəki hakimiyyətlərini möhkəmləndirmək üçün bir vasitə kimi istifadə edirdilər. Nəsrəddin şah kimi bir diktator öz hakimiyyətinin zalım üslubları ilə əzadarlıq keçirməklə xalq üçün ən yaxşı və inkişaf etmiş imkanları yaratmaq arasında heç bir fərq görmürdü» (Həmid İnayət. «Müasir islamda siyasi düşüncə»).
    Bəli, əgər əza məclisi məscidlər, müqəddəs yerlər, Hüseyniyyələr və xalqın ümumi mərkəzlərində deyil, rüşvətxorların, başqasının malını yeyənlərin və əməlləri islam və Quran təlimləri ilə bağlı olmayan adamların şəxsi mənzillərində keçirilərsə, şübhəsiz ki, bunun daha çox zərəri olacaqdır. Əvvəla, belə bir fikir yaranacaqdır ki, əzadarlıq məclisləri qurmaqla şəriətə zidd olan əməlləri aradan qaldırmaq mümkündür. İkincisi, yadların qəlbini ələ almaqdansa, onları öz əməllərimizə güldürəcəyik.
    Deyirlər: «Bir alim yuxuda İmam Hüseyni (ə) görür ki, Kərbəlada ona dəyən bütün yara və zərbələr sağalmışdır. Soruşur: O yaralar hansı möcüzə ilə şəfa tapmışdır? İmam (ə) buyurur: Əzadarlarımın göz yaşı ilə».
    Doğrudan da, sırf məclisdəkiləri ağlatmaq məqsədilə belə məsələləri söyləmək faciə deyilmi? Quran bizə buyurur:
    وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ اللّهِ أَمْوَاتًا بَلْ أَحْيَاء عِندَ رَبِّهِمْ يُرْزَقُونَ
    «Allah yolunda öldürülənləri ölü hesab etmə! Əksinə, onlar diridirlər və Rəbləri yanında onlara ruzi verilir. Allahın öz fəzl kərəmindən onlara verdiyi (nemətdən) sevinməkdədirlər və onların ardınca (gəlib) hələ onlara qatılmamış (şəhadətə nail olmamış) qardaşlarının da heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər» («Ali-İmran» surəsi, ayə 169-170).
    Bu ayəyə əsasən, Allah yolunda öldürülənlər həqiqətdə   öldürülməmişlər və onları öldürülmüş hesab etməməliyik. Əksinə, onlar Allah yanında ruzi yeyirlər. Buna oxşar bir xəbər «Bəqərə» surəsinin 154-cü ayəsində də vardır. Orada buyurulur:
    وَلاَ تَقُولُواْ لِمَنْ يُقْتَلُ فِي سَبيلِ اللّهِ أَمْوَاتٌ
    «Allah yolunda öldürülmüşlərə «ölülər deməyin» Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz. Qurani-Kərim Allah yolunu şəhidləri üçün mühüm, fikirləşməli və dərin bir şey bəyan etmişdir. O, da budur ki, şəhidlər həqiqətdə ölməmişlər, əksinə, onlar bir növ yaşayırlar. İndi baxılmalıdır ki, bu yaşamağın məqsədi nədir və onlar öldürüldükdən və ruh bədəndən ayrıldıqdan sonra yenə də necə diridirlər?»
    Əgər bir nəfər «Onların diri olması ad və xatirələrinin xalqın qəlbində yaşaması məqsədilə deyilmişdir,» - deyərsə, səhv söz demiş olar. Çünki bu etibarlı bir işdir və şəhidin halına heç bir faydası yoxdur. Ayədə deyilir ki, siz onların diri olmasını dərk etmirsiniz.
    Halbuki biz onların adlarının və xatirələrinin   diri qalmasını dərk edirik. Deməli, məlum olur ki, həyat və yaşamaq sözünü deməkdə məqsəd o deyil, həyatın bir növüdür ki, bəşər onun həqiqətini dərk edə bilməz.
    Deməli, şəhidlər doğrudan da diridirlər. Amma biz onların həyatının necəliyini və növünü dərk etmirik. Bu, bir növ həyatdır ki, bizim indiki həyatımız və bütün bəşəriyyətin axirət aləmindəki olacaq həyatından fərqlidir və şəhidlər elə diridirlər ki, Allahın yanında ruzi yeyir, Allahın nemətlərindən istifadə edir və onlara verilənlərdən şad və razıdırlar. Hələ onlara qovuşmayan digərlərini də müjdələyirlər. Amma bu təmas, xəbər və müjdələmək birtərəfli olduğuna görə bizim onu dərk etməyə gücümüz çatmır.
    Allah yanında və onun razılığına görə şəhid olanlar diridirlər. Özü də elə diridirlər ki, Allahın yanında ruzidən bəhrələnirlər. Belə isə Quran ayələrinin hökmünə əsasən məsələ heç də «Riyazül Qüds» kitabında deyildiyi kimi deyildir. Çünki əgər şəhidlərin yaraları əzadarların göz yaşı ilə sağalsa, iki problem yaradacaqdır: Birincisi budur ki, o cənablar aşura günü şəhid olduqdan sonra,   Qurani-Kərimin açıqladığına əsasən, diri olan və ruzidən bəhrələnən zaman (Allaha pənah) üzvlərində naqislik olmuş və bədənlərində çoxlu yaralar olmuşdur. Tədricən əzadarların göz yaşları ilə sağalmışdır. İkincisi isə budur ki, əgər bir alim yuxuda görüb yaraların sağalması müjdəsini gətirmişsə, onda daha ağlamağa lüzum olmayacaqdır.
    Buna əsasən yaraların sağalması məsələsi həqiqi mənada deyil, məcazi mənada qəbul olunmalıdır. Bəli, Hüseynə (ə) və pak məsum Əhli-beytə (ə) ağlamayan gözlər kor olsun. Amma ağlamaq düşməni şadlandıran ağlamaq olmamalıdır. Nəsrəddin şahlar Hüseynə (ə) ağlamaqla arxayınlıq hiss etməməlidirlər. Diktatorların mənafeyini təhlükə altına salan, faiz yeyənlərin dükanını bağlayan, rüşvətxorun əlini dağlayan, cəmiyyəti allahsızlıqdan, ikiüzlülükdən, nifaqdan, yalandan, fəsaddan, pozğunluqdan, qeyrətsizlikdən, riyakarlıqdan, hiyləgərlikdən, özbaşınalıqdan, abırsızlıqdan, namussuzluqdan, itaətkarlıqdan, başqasına əl açıb dilənçilik etməkdən   saxlayan bir ağlamaq şəhidlərin yaralarına məlhəm ola bilər.
    Cəmiyyəti dinə, ədalətə, qanunsevərliyə, insaniyyətə, insafa, paklığa, ismətə, şərəfə, şərafətə, düşüncə və əməldə şücaətə, doğru söz və rəftarda şəhadətə, əl tutmağa, eşq və fədakarlığa tərəf sövq edən bir ağlamaq şübhəsiz ki, yaradıcı və qurucu bir ağlamaqdır. Bu qədər.
     
     
    Kitabın adı: Qədir günündən Aşurayadək
    Müəllif: Seyid Kazim Pərpənçi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: nastya | Status: İstifadəçi Offline | 23 Ekim 2015 21:07 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun


    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ya_Zehra | Status: İstifadəçi Offline | 23 Ekim 2015 17:07 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.