Məhərrəmi anmaq
Yeni il (novruz) günləri Aşura ilə eyni vaxta təsadüf etdiyindən, yeni ildən bir müddət öncədən bütün məqsədləri bizim şücaətli və mömin xalqımızı özünün həqiqi mövqeyindən daşındırmaq olan mərkəzlərdə öz təbliğat maşınlarını var gücləri ilə məhərrəmi və Aşuranı xalqın gözündə kiçiltmək üçün işə saldılar. Lakin xalq əzadarlıq məclislərində iştirakı və builki Aşura mərasimində göstərdiyi təntənəli çıxışla bir daha sübut etdi ki, İran xalqı öz yolunu məlumatlı və agah şəkildə seçmişdir. Müxtəlif bölgələrdən mənə verilən məlumatlara əsasən, bu il əzadarlıq mərasimləri digər illərdən daha izdihamlı və daha təntənəli keçməsə də, zəif olmamışdır. Bunun mənası o deyil ki, xalq baharın gəlişinə və ilin əvvəlinə diqqət yetirmir. Xeyr, bu il bizim novruzumuzun əynində əza libası vardı. Bu il bizim ilk baharımız aşuraçı idi. Aşuranın özü də insanlarda həvəskarlıq, hərəkət, fəallıq, təfəkkür və düşüncə yaradan bir mərasimdir. Aşura quru və boş bir mərasim deyil, onda fikir, proqram, məqsəd, agahlıq və bilgi vardır. Xalq Seyyidüş-şühədaya (şəhidlər ağasına) aid mərasimin qədrini bildi.
Bahar da var, təbiətin və insanın doğuşu da var, fiziki təravət və gümrahlıq da var. Bunlar bizim əziz xalqımızın rəftarında çox harmonik və qarşılıqlı göründü. Bundan ötrü mömin və böyük xalqımıza təşəkkür etmək lazımdır.
Məhərrəmin və novruz bayramının yanaşı olması
İki həftədən sonra yeni hicri şəmsi (günəş) ili yeni hicri qəməri (ay) ili, yəni məhərrəm ayı ilə birgə başlayacaq. Mən əminəm ki, İran xalqı öz ənənələrinə əhəmiyyətli yanaşmaqla, onları və novruz bayramını sevməklə yanaşı - biz də inqilabdan sonra bu günə qədər bütün illərdə həmişə novruz bayramını milli və mübarək bir bayram bilmişik - bu il Hüseyn (ə) Aşurası və məhərrəm günləri ilə bir zamana təsadüf etdiyinə görə İmam Hüseynə (ə), Aşuraya və Kərbəla şəhidlərinin qanına hörmət göstərib məhərrəmi uca tutacaq. Bilirsiniz ki, bəzi şəxslər bizim ölkəmiz daxilində müxtəlif təmayüllər arasında savaş yaratmaq istəyirlər; ürəkləri istəyir ki, xalqı iki yerə parçalayıb, təşvişə salsınlar. Onlara əhəmiyyət verməyin. Bizim ölkəmizdə şiə və sünni, müsəlman və qeyri-müsəlman söhbəti yoxdur.
Aşuraya hamı hörmətlə yanaşır. Bizim ölkəmizdə hətta müsəlman olmayan şəxslər də Aşuraya hörmət göstərirlər. Məzhəbi bağlılıqları çox da güclü olmayan şəxslər də İmam Hüseynə (ə), Əbülfəzlə, Əli Əkbərə, Əli Əsğərə, Zeynəb-Kübraya və o pak qanlara hörmət və dəyər tanıyırlar. Bizim ölkəmiz Əhli-beyt (ə) və İmam Hüseyn (ə) ölkəsidir.
Ümidvarıq ki, yeni Günəş ilinin və baharın başlanması Aşura günlərinə təsadüf etdiyindən bu bayram elə keçirilsin, xalq, məmurlar, idarələr, informasiya vasitələri elə işləsinlər ki, Aşuranın və İmam Hüseynin (ə) hörməti qorunsun.
İslamın yaşaması və məhərrəm
İslamın yaşamasının amillərinə nəzər salın. Bu amillərin biri Aşuradır. Başqa bir amil yaxşı işlərə dəvət etmək, pis işlərdən çəkindirməkdir.
Kitаbın аdı: Mübarək Aşura mehi
Böyük Rəhbər Həzrət Ayətullah Seyid Əli Xameneinin sözlərinə əsasən qanlı məhərrəm hərəkatına bir baxış