Ayətullah Nuri Həmədani - Aşura - şüur və həyəcan məktəbidir
Ayətullah Nuri Həmədani - Aşura - şüur və həyəcan məktəbidir
Ayətullahül-üzma Nuri Həmədani Aşuranı qurtarmayan, şüur və həyəcan məktəbi adlandırmış və demişdir: "Aşuranı ötəri və qurtaran bir hadisə kimi tanımaq lazım deyildir”.
Ayətullah Hüseyn Nuri Həmədani əxlaq dərsində demişdir: ”Bəni Uməyyə İslama müxalif idi və daima müsəlmanların və İslamın əleyhinə iş görərdi. Müaviyə İslam cəmiyyətinə 20 il hökmranlıq edib. O kəs ki, Müaviyənin cinayətini düzgün dərk etmir, Aşuranı və İmam Hüseynin (ə) qiyamını başa düşə bilməz. İmam Hüseynin (ə) qiyamındakı əsas hədəfi - fasid və zalım hakimiyyətə qarşı çıxmaq idi. Əgər Kərbəla və Aşura olmasaydı, bu gün İslamdan heç bir xəbər olmazdı. Aşuranı ötəri və qurtaran bir hadisə kimi təsəvvür etmək lazım deyildir. Aşura məktəbi davamlıdır, zalım və fasid hakimiyyətlə mübarizə nümunəsidir. Aşura məktəbi qurtaran deyildir. Bu məsələ nəticə alınmayacana qədər davam edəcəkdir. Həzrət Əba Abdullah Hüseynin (ə) qiyamı və ilham verən Aşura məktəbinin verdiyi dərslər çoxdur və onlara diqqət etmək lazımdır. Aşura məktəbindən qorxuya düşən düşmənlər təhrif yaratmağa başlamışdılar”.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.