» » Müslüm ibn Əqilin səfirliyi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6721

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6705

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Müslüm ibn Əqilin səfirliyi
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 19-10-2015, 18:00 | Baxılıb: 1 006
     
     
    Müslüm ibn Əqilin səfirliyi
     
    İmam(ə) kufəlilərin çoxlu məktublarına cavab olaraq cənab Müslüm ibn Əqili çağırıb əmr etdi ki, Qeys ibn Müsəhhər Seydavi ilə birlikdə Kufəyə getsinlər. «Əgər xalqın yekdil fikirdə və razı olduğunu görsəniz, mənə dərhal xəbər verin ki, Kufəyə tərəf yola düşmək üçün lazımi hazırlıqlar görülsün».
    Deyirlər: «Əgər İmam (ə) bilirdisə ki, bunun sonu öldürülməklə nəticələnəcəkdir, nə üçün həmin yolu seçdi?»
    Deyirlər: «Əgər kitablarda yazılan rəvayətlər doğrudursa, onda bu hadisə baş verməli idi? Bəs onda bütün bu müqəddimələr nəyə lazım idi?»
    Deyirlər: «İmam (ə) keçmişdə istər atasının, istərsə qardaşının xilafəti zamanında Kufədə qazandığı acı təcrübələrə əsasən bilirdi ki, kufəlilər etibarlı deyillər. Bəs, nə üçün onların istəklərinə müsbət cavab verdi?»
    Deyirlər: «İmam Hüseyn (ə) çox qürurlu və təmizürəkli bir adam idi. Onun ölçülüb-biçilməyən bu qiyamda məqsədi hakimiyyəti ələ almaq idi. Odur ki, nəticə almamış özünü ölümə verdi».
    Deyirlər: «O Həzrətin (ə) şəhadəti bəşəriyyətin günahlarının   kəffarəsi yerindədir. Bu şəhadət bir vasitədir ki, ona əl atmaqla öz günahlarını bağışlada biləsən».
    Bir-biri ilə 180 dərəcə fikir ayrılığı olan bu «deyirlər»ə cavab olaraq bildiririk: «Daha yaxşısı budur ki, mərhələ-mərhələ cavab verməklə lazımi nəticəni ala bilək».
    Öncə gələcəyə işarə edən rəvayət və hədislər barədə deyə bilərik ki, belə hədislər dəfələrlə təkrar olunan hədislərdir. Yuxarıda müxtəlif münasibətlərlə onlardan bəzisini nəql etməyimizə baxmayaraq, burada onlardan biri haqda söz açmaq yerinə düşərdi. İbn Əbil Hədid Şafei bu hadisəni «Nəhcül-bəlağə»nin 26-cı xütbəsinin şərhində, İbn Əsəm Kufi «Əl-Fütuh» kitabının 4-cü fəslində, habelə digər tarixçi və hədis biliciləri öz əsərlərində bunu qeyd etmişlər.
    Seyid Haşim Mühəllati «Əmirəlmömininin (ə) həyatı» kitabında yazır:
    - Əhli-şiə (ə) və Əhli-sünnə kitablarında Əsbəğ ibn Nəbatə, Abdulla ibn Abbas, Hərsəmə ibn Səlim və başqaları kimi rəvayətçilərin cüzi fərqlərlə qeyd olunan rəvayətlərində nəql edilmişdir ki, Əmirəlmöminin (ə) Siffeynə gedərkən Kərbəla ərazisindən keçirdi. Oraya çatdıqda dayandı və ağlayıb bu torpağın gələcəyindən, oğlu Hüseynin (ə) və Bəni Haşim cavanlarının şəhadətindən, onların bu torpaqda dəfn olunmasından xəbər verdi. Nəsr ibn Məzahimin rəvayət etdiyinə əsasən, o torpaqdan bir ovuc götürüb iyləyərək dedi:
    واهالك ايها التربة ليحشرون منك قوم يدخلون الجنة بغير حساب
    «Nə ətirli torpaqsan, səndən yaranan adamlar qiyamətdə məşhur olacaqlar və onlar haqq-hesabsız cənnətə daxil ediləcəklər».
    Başqa bir hədisdə deyilir ki, Həzrətə (ə) ərz olundu:
    يا اميرالمؤمنين هذه كربلا
    «Ya Əmirəlmöminin (ə), bura Kərbəladır». Buyurdu:
    ذات كرب و بلاء
    «Bəli, dərd və bəla torpağıdır».
    Sonra əli ilə torpağı göstərib buyurdu: «Bura onların düşərgəsi, dəvələrinin dizlərini qoyduğu və yüklərini boşaltdıqları yerdir». Sonra başqa bir yerə işarə edib dedi: «Bura da onların qanları tökülən yerdir». Və uca səslə buyurdu:
    صبراً أبا عبدالله، صبراً أبا عبدالله بشط الفرات
    «Ey Əba Abdulla, Fərat çayının sahilində səbir et, ey Əba Abdulla, səbir et».
    İbn Əsəm Kufi «Əl-Fütuh» əsərində yazır: «Karvan Kufədən Süffeynə gedərkən Kərbəla torpağına çatdı. Həzrət Əli(ə) Abdulla ibn Abbasa buyurdu:
    - Ey Abdulla, bu yerə Kərbəla deyirlər. Oğlum Hüseyni, onun şiələrini və Məhəmmədin (s) qızı Fatimənin balalarını bu torpaqda dəfn edəcəklər... Sonra buyurdu: Gəl dolanaq, bəlkə ceyranlar yatan yeri tapdıq.
    Abdulla ibn Abbas deyir: «Dolandıq... Həzrət (ə) buyurdu: Mənə məlum olmuşdur ki, İsa (ə) öz tərəfdarları ilə bu yoldan keçibdi. O, çox ağlayırdı. Onun tərəfdarları dedilər: Ya Ruhəllah, öz lütfünlə bizə xəbər ver, görək ağlamağının səbəbi nədir?»
    İsa (ə) buyurdu: «Bu bir yerdir ki, orada Allahın Rəsulu Əhməd Məhəmməd Mustafanın (s) balasını öldürəcəklər və bu torpaqda nahaq qanlar töküləcəkdir...». Əmirəlmöminin (ə) bunu deyib zar-zar ağlayaraq dedi: «Ey İsanın Allahı, mənim oğlumu öldürənin ömrünün bərəkətini kəs və onu əbədi olaraq lənətlə».
    Böyük Əllamə Əmini (r) «Sirətuna və sünnətuna, sirətu nəbiyyina və sünnətu nəbiyyina» kitabında yazır:
    - Amma Əhməd Hənbəlinin «Əl-Müsnəd» kitabının 2-ci cildində, səhifə 60-da Məhəmməd ibn Übeyddən, Şərhəbil ibn Mədrəkdən, Abdulla ibn Nəciddən, o da öz atasından rəvayət edir ki, Əli(ə) ilə Siffeynə tərəf hərəkət edirdilər. Neynəvaya çatdıqda Əli (ə) fəryad edərək dedi:
    - Ya Əba Abdulla, Fərat çayının sahilində səbirli ol. Ya Əba Abdulla, səbirli ol. (Nəci nəql edir ki, soruşuldu: Nə məsələdir?) Buyurdu:
    - Bir gün Rəsulullahın (s) yanına getdim. Gördüm ki, ağlayır. Dedim: Ya peyğəmbər, sizi bir nəfər əsəbiləşdiribmi ki, belə ağlayırsınız? Buyurdu: Xeyr, Cəbrayıl mənim yanımda idi və səndən bir az qabaq getdi. Mənə bu xəbəri verdi ki, Hüseyn Fərat çayının sahilində öldürüləcəkdir.
    Hədisin sənədlərindən bəlli olur ki, Əllamə Əmininin təsdiqi ilə bu hədis sözlərindəki azacıq fərqlərlə aşağıdakı kitablarda, o cümlədən
    1. Hafiz Əbu Yəlanın «Müsnəd»ində;
    2. Hafiz Təbəraninin «Əl-Möcəmul-kəbir»ində;
    3. Hafiz ibn Əsakirin «Şam tarixi»ndə;
    4. Fəqih ibn Məğazlinin «Əl-Mənaqib»ində;
    5. Hafiz Ziyauddin Müqəddəsinin «Əl-Muxtar»ında;
    6. Xarəzminin «Məqtəul imamus-sibt» kitabında;
    7. Əbu Əli Səlami Beyhəqinin «Tarixi Beyhəqi»də;
    8. Sibt Əbul Müzəffərin «Təzkirətul ümmə» kitabında;
    9. Hafiz əl-Mühibb əl-Təbərinin «Zəxairul Üqba»sında;
    10. İbn Kəsirin «Şam tarixi»ndə;
    11. Hafiz Süyutinin «Cəmiul Cəvami» əsərində;
    12. Hafiz Heysəminin «Məcməul-Zəvaid»ində;
    13. İbn Həcər Heycəminin «Əl-Səvaiq»ində;
    14. Şeyxani Mədəninin «Əl-Siratül-siya» kitabında;
    15. Seyid Mahmud Qarağulinin «Cövhərətul Kəlam»ında;
    16. Əzizinin «Əl-Siracul mumir» əsərində;
    17. Hənəfinin «Haşiyə əl-Camiül-Səğir»ində;
    18. Mənavinin «Feyzül-Qədir»ində;
    19. Əhməd ibn Məhəmməd Şakirin «Şərhül-Müsnədül-Əhməd» kitabında;
    20. Nəsr ibn Məzahimin «Siffeyn» kitabında dərc olunmuşdur.
    İbn Əbil Hədid 46-cı xütbənin şərhində Nəsr ibn Məzahimin «Siffeyn» kitabından belə nəql edir: «Mənsur ibn Salam Təmimi, Həyyan Timidən, Übeydədən, Hərsəmə ibn Səlimdən nəql edirdi ki, Əli (ə) ilə birlikdə Siffeyn müharibəsinə gedirdik. Kərbəlaya çatdıqda atından düşdü. Öncə bizimlə namaz qıldı, salam verdikdən sonra həmin yerin torpağından bir ovuc götürüb iylədi və buyurdu: Ey torpaq, vay olsun sənə! Səndən keçən bir dəstə çox məşhur olacaq və haqq-hesabsız cənnətə daxil olacaqlar».
    Deyir: «Hərsəmə müharibədən qayıtdıqdan sonra öz həyat yoldaşı Əlinin (ə) tərəfdarlarından olan Cövdə Sümeyr qızının yanına   gəlib onunla söhbət zamanı dedi: Səni rəhbəriniz Əbulhəsənin danışığından heyrətə gətirimmi? Biz Kərbəlada düşdükdə o, həmin yerin torpağından bir ovuc götürüb iyləyərək dedi: Ey torpaq... o, qeyb elmini haradan bilir? Qadın dedi: Ay kişi, məndən əl çək, Əmirəlmöminin (ə) haqdan başqa söz demir».
    Hərsəmə deyir: «Übeydulla ibn Ziyad böyük bir ordunu İmam Hüseynlə (ə) döyüşə göndərərkən mən də o qoşunun süvarilərindən idim. Hüseyn (ə) və onun tərəfdarlarına çatdıqda Əli (ə) ilə düşdüyümüz yeri tanıdım və dediyi sözləri xatırladım. Odur ki, öz hərəkətimdən acığım gəldi. İrəliləyib Hüseynin(ə) qarşısında dayandım. Salam verib həmin yerdə atasından eşitdiyim sözləri ona dedim. Buyurdu: Bizimləsən, ya bizdən deyilsən? Dedim: Ey Rəsulullahın (s) oğlu, nə sizinləyəm, nə də sizin əleyhinizəyəm. Çünki arvad-uşağıma görə qorxuram. Buyurdu: «Tez qaç ki, bizim öldürülməyimizi görməyəsən. Hüseynin(ə) canı əlində olan kəsə and olsun, bu gün bizim öldürülməyimizin şahidi olub bizə kömək etməyənlər hamısı cəhənnəmə düşəcəklər. Tez yola düşüb sürətlə qaçırdım ki, onların öldürülməsi mənə məxfi qalsın».
    İbn Əbil Hədid belə nəql edir: «Hərsəmə ibn Səlim Kufədən Siffeynə səfər zamanı Əli ibn Əbi Talibin (ə) ordusunda olarkən İmamın (ə) digər proqnozlarının nümunələrini (bundan öncə nəql olunmuş xristian rahibinin hadisəsi kimi) görməsinə baxmayaraq, öz arvadına deyir: «O, bu sözləri haradan deyir, qeyb elmi vardırmı?» Amma evdə oturan arvadı bu işarə və müjdələrin heç birini öz gözü ilə görmədiyinə görə deyir: «Məndən əl çək, Əmirəlmöminin (ə) haqdan başqa söz demir».
    Hər halda hazırda bizim mövzu və işarələr barədə olanlar budur ki, belə müjdə və işarələr, istər Həzrət Rəsulullah (s) tərəfindən, istərsə də Həzrət Əli və Fatimə (s) tərəfindən olsun, hər iki firqənin kitablarında mövcuddur və sayı az deyildir. Bu da hər hansı bir şübhə və ya sualın yaranmasına imkan vermir.
     

    Kitabın adı: Qədir günündən Aşurayadək
    Müəllif: Seyid Kazim Pərpənçi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: firengiz | Status: İstifadəçi Offline | 19 Ekim 2015 19:00 | İstifadəçi | Şərh yazdı
    ALLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏDİN VƏ ALİ MUHƏMMƏD VƏ ƏCCİL FƏRƏCƏHUM. ALLAH RAZI OLSUN,ƏCRİNİZİ VERSİN AMİN İNŞAALLAH.

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.