» » Qoşunun sayı


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Qoşunun sayı
    +11
    Müəllif: Fatimə Nuri Xuda | 29-10-2015, 16:00 | Baxılıb: 702
     
     
    Qoşunun sayı
     
    Tarixdə yazılıb: «Sonrakı hadisələr göstərdi ki, fəsad dağarcığı olan Übeydulla ibn Ziyad kimisindən ötrü Zəhra(s) balasını rəzalətlə öz qarşısına gətirmək istəyi təbiidir. O, öz nəhs sözləri ilə Həzrətin(ə) əzəmət, böyüklük və şəxsiyyətini istehza atəşinə tutaraq onu təhqir edirdi. Necə ki, Aşuradan sonra da Peyğəmbər(s) Əhli-beyti(ə) ilə də bu cür rəftar etdi.
    Übeydullanın xəyalından keçirdi ki, əlinə düşən fürsətdən çox məharətlə istifadə edərək, öz ləyaqətini «Əmirəlmöminin»... Yezid ibn Müaviyəyə göstərsin və Yezid kimisinə sübut etsin ki, xilafəti hədələyən çox mühüm bir problemi çox sürətlə və istədiyi kimi həll etdi.
    O, daim ordunun sayını çoxaltmaq fikrində idi və çalışırdı ki, orduya səfərbərlik edib dəstə-dəstə qoşunu Kərbəlaya göndərsin. Məgər Übeydulla bilmirdi ki, Hüseyn ibn Əlinin(ə) ətrafında neçə nəfər vatdır? Görəsən, 100 nəfəri (bir qədər az, yaxud bir az çox) darmadağın etmək üçün 8000 nəfər kifayət etmirdimi? Bəzi mənbələrdə qoşunun sayı 36 min nəfərədək göstərilmişdir. Bu, şişirtməyə oxşayır. Lakin dəqiq olanı budur ki, bu fəsad mücəssəməsi dirhəm və dinardan, vədə və hədələrdən, hökm və fitvadan və xülasə, mümkün olan bütün hiylə variantlarından istifadə edib çox az bir müddətdə 12000 nəfərədək adam səfərbər edib Kərbəlaya göndərə bildi. Nə üçün? Çünki:
    1. İstəyirdi Yezid ibn Müaviyəyə məlumat versin ki, sənin fədakar nökərin, Bəni Haşim Peyğəmbərinin(s) oğlunun tərəfindən qalxmış qiyamı darmadağın etmək üçün, onların 100 nəfərdən artıq olmasına baxmayaraq, qarşılarına 12000 şiə və Bəni Üməyyə sadiqləri hazırlayıb çıxara bilər.
    2. Məgər Hüseynə(ə) məktub yazıb, onu Kufəyə dəvət edənlər kufəlilər deyildi? İndi ki, valı Bəni Üməyyənin xeyrinə fırlatmışdır, onda nə üçün hamını səfərbər edərək, ən azı hər evdən bir nəfərin əlini bu qana bulaşdırmasın ki, sabah üçün höccət tamamlansın. Yəni nə üçün daha bir nəfərin də «Aslanın quyruğu ilə oynamağa» cürəti olmasın.
    3. Müslüm ibn Əqilin təşəkkül tapmış 18000 nəfərlik tərəfdarlarının bir gecədə pərakəndə olmasına baxmayaraq, ehtiyatı əldən vermək olmaz. Müslüm və Haninin öldürülməsi və yüzlərlə adamın həbs olunması ilə camaatın gözünün qorxudulmasına baxmayaraq, Hüseyn ibn Əlini(ə) sevənlər casusların gözündən uzaqda mütəşəkkil olub qəfildən ümummilli partlayışla nəticələnən bir hadisə törədə bilərlər. Onda yaxşısı budur ki, elə həmin fərarilərdən bir ordu təşkil edib Hüseynlə(ə) döyüşə göndərilsin və beləliklə də Kufədə baş verə biləcək qarışıqlığın qarşısı alınsın.
    4. Əgər bu iş 1000 nəfərlə tamamlanarsa, yəqin ki, müharibə qurtardıqdan və ordu Kufəyə qayıtdıqdan və «sular dəyirmandan qayıtdıqdan» sonra müharibədə iştirak edənlər digərləri tərəfindən təhqir olunacaqlar. Eləcə də yəqin ki, Peyğəmbər(s) övladını öldürmək günahına görə onları təcrid edəcək və ailələri ilə əlaqəni kəsəcəklər. Onlarla müamilə etməyəcək və minlərlə başqa fəsadlar yaranacaqdır. Onda elə bir fənd işlətmək lazımdır ki, bu ağır günahın ağırlığı bütün qəbilələr arasında bölünsün.
    5. Kərbəlaya 12000 nəfər toplanmışdı, bu dəstənin mənası budur ki, ən azı 12000 ata-ana öz övladlarının salamatlığına görə dua edəcək, 12000 bacı öz qardaşlarının müharibədən sağ-salamat qayıtması üçün nəzir-niyaz deyəcək, 12000 övlad öz atasının müharibə qənimətləri ilə birlikdə görüşünü gözləyəcək, 12000 qadın dəf əlində öz həyat yoldaşlarını qarşılamağa çıxacaqdır. Nə etmək olar ki, qoşunun sayını şişirdib belə yazmışlar? Übeydulla Kərbəla meydanı üçün 60 minlik bir ordunun tədarükünü   görmüşdü, bəli, 60 min.
    İbn Əsəm Kufi «Əl-Fütuh»da bir hadisə nəql etmişdir ki, orada Übeydullanın ümumi səfərbərliyi barədə son sözü demişdir. O, yazır: «Übeydulla Şəbəs ibn Rəbiə tapşırıq verdi ki, Kərbəlaya yola düşmək üçün hazırlaşsın. (Şəbəs İmama(ə) məktub yazanlardan idi). Şəbəs hiylə işlədib özünü yatağa yıxdı və Übeydullaya xəbər göndərdi ki, əmirin əmrinə itaət edirik, lakin bərk xəstəyəm. Übeydulla, bir nəfəri onun yanına göndərib hiyləsini başa düşdüyünü çatdırdı. «Lakin bil ki, itaət etməyə məcbursan və heç bir üzr qəbul olunmur». Şəbəs vaxt itirmədən namazda əmirin hüzuruna gəldi. Übeydulla ona mərhəba deyib, göstəriş verdi ki, sabah min süvari ilə Ömər Sədə qoşularsan.
    Əllamə Əskəri «İslamda iki məktəbin görüşləri» kitabında Məsudinin «Muruc Əzzəhəb» əsərindən bir hadisəni nəql edir ki, çox heyrətamiz hadisədir. O, yazır: «Peyğəmbər(s) Əhli-beyti(ə) ilə düşmənçilikdə ad qazanmış Həccac ibn Yusif Səqəfinin mənfur hakimiyyəti illərində (Həccac hicrətin 41-ci ilində anadan olmuş və 95-ci ildə vəfat etmişdir. Əbdül Məlik ibn Mərvanın xilafəti illərində onun əmri ilə Məkkəni daşa basdı və Abdulla ibn Zübeyri öldürdü. Şiənin böyüklərindən çoxu, o cümlədən Hüməyyə ibn Ziyad Nəxəi, Həzrət Əlinin(ə) qulamı Qənbər, Əbdürrəhman ibn Əbi Leyla Ənsari, Səid ibn Cübeyr və Yəhya ibn Ümmüttəvil (Həzrət Zeynulabidinin(ə) səhabəsi) onun əmri ilə öldürüldülər). «Oud» qəbiləsindən olan bir nəfər Həccacın qarşısında öz qəbiləsini tərifləyirdi. O, dedi: «Bizim qəbilənin fəzilətlərindən biri də budur ki, qəbiləmizin   bütün qadınları nəzir etmişdilər ki, əgər Hüseyn(ə) öldürülərsə, 10 dəvə nəzir edəcəklər və onlar öz nəzirlərini yerinə yetirdilər! Həccac dedi: Allaha and olsun ki, bu, böyük bir iftixardır. Yersiz deyildir ki, Aşura ziyarətində oxuyuruq.
    و لعن الله امة سمعت بذلك فرضيت به
    «Allahın lənəti o ümmətə olsun ki, sizin müsibətlərinizi eşidib onunla razılaşdılar».
    «Müntəhəl-amal» kitabında Şeyx Kuleyninin Həzrət İmam Sadiqdən(ə) nəql etdiyi bir hədis qeyd olunmuşdur ki, çox təəccüblü bir hədisdir. Həzrət(ə) buyurdu: «Tasua günü bir gün idi ki, cənab İmam Hüseyn(ə) və onun səhabələrini Kərbəlada mühasirəyə aldılar. Übeydulla ibn   Ziyad və Ömər ibn Səd qoşunun çoxluğundan şadlandılar və Həzrət Əbu Abdullanı(ə) zəif hesab etdilər». Sonra əlavə etdi: «Atam o zəif qəribə qurban. Odur ki, Aşura ziyarətində oxuyuruq:
    وهذا يوم فرحت به آل زياد و آل مروان بقتلهم الحسين
    «Aşura elə bir gündür ki, Hüseynin(ə) qətlinə görə Ziyad və Mərvanın nəsli şadlıq etdilər».
     

    Kitabın adı: Qədir günündən Aşurayadək
    Müəllif: Seyid Kazim Pərpənçi

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.