» » İmam Hüseyn əleyhissalamın kufəlilərə yazdığı məktub


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Hüseyn əleyhissalamın kufəlilərə yazdığı məktub
    0
    Müəllif: Fatimə Nuri Xuda | 11-05-2016, 13:00 | Baxılıb: 792
     
     
    İmam Hüseyn əleyhissalamın kufəlilərə yazdığı məktub 

    İmam Hüseyn (əleyhis-salam) Hacər adlı bir yerə çatdığı zaman (ora Zatür-rimmənin bir hissəsidir) oradan Kufə əhalisinə və onların tanınmış şəxsiyyətlərindən sayılan Süleyman ibni Sürəd Xüzai, Müseyyib ibni Nəcbə, Rəfaət ibni Şəddada məktub yazıb Qeys ibni Müshir Seydavinin vasitəsi ilə Kufəyə göndərdi. (Əlbəttə, hələ Həzrət Müslümün şəhadət xəbəri ona çatmamışdı), məktubun məzmunu belə idi:
    Bismillahir-Rəhmanir-Rəhim.
    (Bu məktub) Hüseyn ibni Əlidən mömin və müsəlman qardaşlara(dır) Salam olsun sizə. Mən sizin barənizdə misilsiz Allahın dərgahına həmd-səna edirəm. Müslüm ibni Əqilin məktubunu aldım. O məktubda sizin bizə kömək etmək, bizim haqqımızı qaytarmaq yolunda birlik və vəhdətinizin müqdəsini oxudum. Tək Allahdan diləyirəm ki, öz ehsanını bizə tamamlasın və sizə bu gözəl işlər xatirinə böyük əcr versin. Mən zilhiccənin 8-də çərşənbə axşamı Məkkədən çıxdım. İndi mənim nümayəndəm sizin yanınıza çatan kimi kəmərlərinizi bərkidib, hazırlaşın. Mən, inşallah, yaxın günlərdə sizlərə qoşulacağam. Allahın salam və rəhməti sizə olsun.

     Qeysin tutulması

    Qeys məktubu alıb təcili olaraq Kufəyə yola düşdü. Digər tərəfdən də İbni Ziyad İmam Hüseyn (əleyhis-salam)-ın Məkkədən çıxmasından xəbər tutduğu üçün ordusunun baş sərkərdəsi Hüseyn ibni Nümeyri İmam (əleyhis-salam)-ın karvanı ilə qarşılaşmaq üçün göndərdi. O, öz böyük ordusu ilə Qadisiyyəyə gəlirdi ki, Qadisiyyəni, Həffanı, Qatəqtanəni, Lolonu nəzarət altına alsın. Qeys Qadisiyyəyə çatanda Hüseyn ibni Nümeyr onu tutub yoxlanmasını, əmr etdi. Qeys də dərhal məktubu çıxartdı və cırıb yerə tökdü. Hüseyn də onu Übeydullahın yanına göndərdi. Übeydullah  ondan soruşdu:–Sən kimsən?
    Qeys:–Mən Əmirəl-möminin Əliyyibni Əbitalibin və onun oğlu Hüseyn ibni Əlinin şiələrindənəm.
    Übeydullah:–Nə üçün məktubu cırdın?
    Qeys:–Cırdım ki, sən onun məzmunundan agah olmayasan.
    Übeydullah:–Məktubu kim və kimə yazmışdı?
    Qeys dedi:–Bu məktubu Həzrət İmam Hüseyn (əleyhis-salam) Kufə camaatının bir qrupuna yazmışdı. Mən də onların adlarını bilmirəm.
    İbni Ziyad qəzəblə onu hədələyib dedi:–Allaha and olsun, onların adlarını mənə deməmiş, yaxud minbərə çıxıb Hüseyn ibni Əlini və ata-anasını aşkar şəkildə söyməyincə əlimdən qurtarmayacaqsan. Bu işi görməsən səni tikə-tikə doğrayacağam.
    Qeys dedi:–Onların adı barəsində bir şey gözləmə, amma, ikinci işə hazıram.
    Qeys minbərə çıxdı, Qadir və Mütəal Allahın dərgahına həmd-səna etdikdən, Peyğəmbərə salavat göndərəndən sonra haqq İmamı-Həzrət Hüseyn ibni Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) onun anasını və qardaşını ehtiramla yad etdi; Übeydullahı, onun anasını və bütün Əməvi cəlladlarını lənətlədi.
    Qeys dedi:–Ey camaat, Bu Hüseyn ibni Əli–Allahın yaratdıqlarının ən üstünü, Rəsulullahın (səlləllahu əleyhi və alihi və səlləm) qızının oğludur. Mən də onun nümayəndəsiyəm. O, hal-hazırda Hacər məntəqəsində mənzil salmışdır. Siz ona qoşulun, çağırışına ləbbeyk deyin.
    Aldandığını görən İbni Ziyadın qaniçənlik xisləti cuşa gəldi, dərhal əmr etdi ki, Qeysi qəsrin üstündən aşağı tullasınlar«
    Bəli, qəhrəman Qeys haqq rəhbəri İmam Hüseyn (əleyhis-salam)-ın tərəfdarı olmaq günahı ilə canilərin əli ilə şəhadətə yetişdi. Onun şəhadət xəbəri İmam Hüseynə(əleyhis-salam) çatanda:
    dedi. Göz yaşını saxlaya bilmədi, sonra bu ayəni oxudu:
    Onlardan biz qismi öz əhdlərinə vəfa etdilər, bəziləri də öz əhdlərinə vəfa etmək intizarındadırlar. Və heç vaxt öz əhdlərini dəyişməyi rəva görməzlər
    Sonra buyurdu:–Allah behişti ona nəsib etsin; İlahi, özün bizə və şiələrimizə yüksək məqam ver, bizi onlarla birlikdə öz rəhmət dərgahında bir yerdə qərar ver! Öz bol mükafatlarını bizə nazil et, Sən hər şeyə qadirsən.
    Übeydullah var-qüvvəsi ilə yolları bağlamışdı. Kufəni Şam, İran, Bəsrə ilə əlaqələndirən yolları bərkitdi. Belə ki, heç kəs Kufədən çıxmağa, yaxud ora gəlməyə cürət etmirdi. Buna görə də İmam (əleyhis-salam)-a Kufənin daxilində baş verən hadisələrdən heç bir xəbər yetişmirdi.
    Həzrət məntəqələrdən bir-birinin ardınca ötürdü. Bir məntəqədə bədəvi ərəblərlə rastlaşdı, onlardan bəzi şeylər haqqında xəbər alırdı. Onlar cavab verdilər ki, biz heç nə bilmirik, yalnız bunu bilirik ki, yollar bağlanıb, gediş-gəliş qeyri-mümkündür.
    İmam (əleyhis-salam) bu xəbəri eşidəndən sonra öz yoluna davam etdi. Bu hadisədən sonra o Həzrət Züheyr ibni Qinlə rastlaşdı, onu özünə qoşulmağa dəvət etdi. Nəticədə, Züheyr İmam Hüseyn (əleyhis-salam)-ın qoşununa qoşuldu. Karvan yenə də hərəkət edib Xüzəymiyyə adlı yerə çatdı. Orada bir gecə-gündüz qalıb yenidən hərəkət edərək Sələbiyyəyə qədər yol gedib orada mənzil saldılar. Gecə ötüb keçdi, sübh çağı kufəlilərdən Əbu Həyyərə Əzdi adlı birisi İmam (əleyhis-salam)-ın hüzuruna gəlib soruşdu:–Ey Rəsulullahın oğlu, siz hansı səbəbə görə Allahın əmin-amanlıq hərəmini (Kəbəni) və cəddiniz Rəsulullahın hərəmini tərk etdiniz?
    İmam (əleyhis-salam) cavabında belə buyurdu:–Ey Əbu Həyyərə! Bəni-Üməyyə malımızı çapıb-talan etdikdə səbr etdim; heysiyyətimə toxundular, səbr etdim. İndi də istəyirdilər qanımı axıtsınlar, qaçıb gəldim. Allaha and olsun, məni zülmkarlar öldürəcəklər. Allah da onlara xarlıq, zillət paltarı geyindirəcək. İti qılıncları onlara hakim edəcək. Elə bir adamı hakim edəcək ki, onları Səba Tayfasından da zəlil edəcək. (Səba Tayfasına bir arvad hökmranlıq edirdi, onların mal-dövlətlərinə, qanlarına fərman verirdi.)

    Həzrət Müslümün və Haninin şəhadət xəbəri 

    Hər ikisi Bəni Əsəd qəbiləsindən olan Əbdullah ibni Səlim, Münzər ibni Müşməl deyirlər: Biz Həcc mərasimi bitdikdən sonra sürətlə İrağa doğru hərəkət etdik, məqsədimiz yalnız İmam (əleyhis-salam)-ın karvanına qoşulmaq idi. Öz dəvələrimiz ilə gəlib Sələbiyyənin yaxınlığındakı Zərud məntəqəsində İmam (əleyhis-salam)-ın karvanına çatdıq.
    Hələ İmam (əleyhis-salam)-ın çadırlarına çatmamışdıq ki, kufəli bir kişi gördük. O, İmamla üzləşməsin deyə səhra ilə hərəkət edirdi. Əgər İmam (əleyhis-salam) onun Kufə istiqamətindən gəldiyini hiss etsəydi, ondan bəzi şeylər soruşacaqdı. (O iki nəfər deyir:) Biz öz-özümüzə dedik ki, yaxşı olar onun yanına gedib Kufənin daxili vəziyyəti barədə maraqlanaq. Bu niyyətlə ona tərəf getdik, soruşduq:–Kufədə nə kimi xəbərlər var?
    Dedi:–Mən Kufədən gələndə öz gözlərimlə gördüm ki, Müslüm və Hani öldürülmüşdür, onların cəsədlərini küçə və bazarlarda yerlə sürüyürdülər. Bu sual-cavabdan sonra biz İmam Hüseyn (əleyhis-salam)-ın hüzuruna gəldik. Axşam düşdü. Karvan Sələbiyyədə mənzil saldı.
     İmam (əleyhis-salam)-ın yanına gedib dedik:–Allah sizə rəhmət göndərsin. Biz bir xəbər eşitmişik, xəlvət istəyirsənsə, xəlvətdə deyək, aşkar istəyirsənsə, aşkarda deyək.
    Həzrət öz dostlarına baxıb dedi:–Mən bunlardan heç nəyi gizlətməmişəm.
    Biz dedik:–Dünən gecə o kişini gördünüzmü?
    Buyurdu:–Bəli, istəyirdim ondan bəzi xəbərlər soruşam.
    Dedik:–O kişi ağıllı, düzgün fikirli və düzdanışandır. O bizə xəbər verdi ki, Kufədə olanda Müslümün və Haninin öldürülməsini görmüşdür. Öz gözləri ilə bu iki şəhidin pak cəsədlərini Kufə bazarlarında yerlə sürüdüklərinin şahidi olub.
    İmam bir neçə dəfə buyurdu:
    Sonra biz İmama (əleyhis-salam) xitabən dedik:–Sizi öz canınıza və ailənizin canına and veririk ki, geri qayıdasınız; Yəqin bilin ki, Kufədə heç kim sizə kömək etməyəcək. Hətta gözlənilir ki, kufəlilər sizin əleyhinizə qiyam etməkdən belə çəkinməsinlər.
    İmam (əleyhis-salam) Əqilin oğlanlarına baxıb soruşdu:–Siz nə deyirsiniz? Qardaşınız Müslüm şəhadətə çatıbdır.
    Hamısı bir ağızdan dedilər:–Allaha and olsun ki, biz qardaşımızın intiqamını almayınca və bu yolda şəhid olmayınca geri dönməyəcəyik.
    Sonra Həzrət üzünü bizə tutub buyurdu:–Bu əzizlərin şəhadətindən sonra yaşamağın heç bir mənası yoxdur.
    Biz başa düşdük ki, Həzrət getməyi qərara almışdır. Onlar üçün dua etdik, İmam (əleyhis-salam) da bizi dua etdilər. Həzrət gecəni Sələbiyyədə qaldı. Həzrət Müslümün matəmində göz yaşı axıtdılar. Sübh açılanda cavan yoldaşlarına əmr etdi ki,çox su götürsünlər.
    Onlar da əmrə itaət edib çox su götürdülər. Sonra hərəkət edib Zubalənin evinə yetişdilər. Bu məntəqəyə çatdıqda Qeys ibni Müshərin şəhadət xəbərini aldılar. Bu xəbər İmama (əleyhis-salam) çatanda hamının bir yerə yığılmasını əmr etdi. Hamı bir yerə yığıldıqdan sonra buyurdu: -Mən Müslüm ibni Əqilin, Hani ibni Ürvənin və Qeysin şəhadət xəbərlərini almışam. Şiələrimiz Kufədə bizə kömək etmək fikrindən dönüblər. İndi, hər kəs istəyirsə qayıda bilər və kimsə bu işdə məzəmmət olunmayacaq.
    Bu, İmam Hüseyn (əleyhis-salam)-ın hərəkatında dönüş nöqtəsi sayılır. Hamıya qabaqkı günlərin necə olacağı aşkar oldu və başa düşdülər ki, bu karvanın axırı hara gedib çıxacaq.
    Məkkədə, yaxud yol boyu bu karvana qoşulanlar, əksəriyyəti də qənimət toplamaq fikrində olanlar dağılışdılar, İmam (əleyhis-salam) ilə azsaylı, sədaqətli dostları qaldı. O Həzrət bilirdi ki, karvanda olan camaatın çoxu öz qarınlarını doyurmaq, dünya arzularına çatmaq məqsədi ilə bu karvana qoşulmuşdur. Çünki, onlar eşitmişdilər ki, İmam (əleyhis-salam) Kufəyə gedir, və Kufə əhalisi də ona çox hörmət bəsləyib qədəmlərini mübarək sayırlar.
     
    Kitabın adı: İmam Həsən (ə) və imam Hüseynin (ə) başına nələr gəldi
    Müəllif: Seyyid Məhəmmədhəsən Musəvi Kaşani 
     
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.