» » İmam Hüseyn əleyhissalamın Kərbəlaya daxil olması


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Hüseyn əleyhissalamın Kərbəlaya daxil olması
    0
    Müəllif: Fatimə Nuri Xuda | 11-05-2016, 16:00 | Baxılıb: 1 643
     

     İmam Hüseyn əleyhissalamın Kərbəlaya daxil olması 

    İmam Hüseyn (əleyhis-salam) cümə axşamı, məhərrəm ayının 2-də Kərbəlaya daxil olub buyurdu:–Bu yerin adı nədir?
    Ona Buranın adı Kərbəladır. dedilər. Həzrət buyurdu:–İlahi, Sənə kərb və bəladan pənah aparıram. Bu yer kərb və bəla (qəm-qüssə və bəla) diyarıdır. Atlardan düşün, bura bizim qanlarımızın axan yeridir. Cəddim Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) bu xəbəri mənə vermişdir.
    Hamısı atdan yerə düşdülər, Hürr də öz qoşunu ilə onlardan aralı bir yerdə düşərgə saldı.
    İmam (əleyhis-salam) öz övladlarını, qardaşlarını və ailəsini bir yerə yığdı, onlara baxıb belə buyurdu:–Camaat dünya quludur, din isə sadəcə dillərində gəzir. Nə qədər ki, ruziləri hazırdır, din ilə məşğuldurlar. Amma elə ki, imtahan olundular, dindarların sayı çox az olur.

    Übeydullahın imam Hüseyn əleyhissalama təklifi 

    Kufə əmirinin fərmanını gözəl və lazımi şəkildə icra edən Hürr Übeydullaha bir məktub yazıb macəranı ona xəbər verdi. Übeydullah da İmam Hüseyn (əleyhis-salam)-a bir məktub yazıb göndərdi. Onun məzunu belə idi:
    Sənin Kərbəlaya gəlişindən xəbərim var. Müsəlmanların hökmdarı (yəni Yəzid) mənə əmr etmişdir ki, səni qətlə yetirməyincə, yaxud mənim və Yezidin əmrinə tabe olmayınca yatağa baş qoymayam, şərabdan doymayam. Vəssalam
    İmam Hüseyn (əleyhis-salam) məktubu oxuyandan sonra qəzəblənib onu yerə tullayaraq belə buyurdu:–Məxluqun razılığını xaliqin qəzəbindan üstün sayan millət heç vaxt nicat tapmaz. İbni Ziyadın nümayəndəsi İmama (əleyhis-salam) ərz etdi:–Bu məktuba yazacağınız cavab nədir?
    İmam (əleyhis-salam) buyurdu:–Mənim bu məktuba heç bir cavabım yoxdur. Qasid Kufəyə qayıdıb hadisəni olduğu kimi ibni Ziyada çatdırdı.
    İbni Ziyad qəzəblənib böyük bir qoşun yığdı və camaatı məscidə çağırıb onların qarşısında çıxış edərək sözlərində Yezidi, Müaviyəni tərifləyib bu iki şəxsin yaxşılığından, gözəl keçmişindən (!) söz açdı. Xalqa maddi yardım etmək vədəsi verərək hamının maaşını ikiqat artıracağını bildirdi və əmr etdi ki, İmam Hüseynlə (əleyhis-salam) vuruşa getmək üçün hazırlaşsınlar.


     
    Übeydullahın Ömər Sədə təklifi 

    İbni Ziyad İmam Hüseyn (əleyhis-salam) kimi bir şəxs ilə döyüşmək üçün elə bir qoşun sərkərdəsi axtarırdı ki, avam xalq kütlələri içərisində hörmət və izzət sahibi olsun. Ömər Səd tülkü simalı bir şəxs idi ki, atası Səd İranın fatehi idi. Buna görə də Übeydullah Ömər Sədi çağırıb qoşuna sərkərdəlik etməyi ona tapşırdı.
    Ömər Səd əvvəllər 4 min nəfərdən ibarət qoşuna sərkərdəlik edərək İrana ezam olmunmuşdu. Rey vilayətinin hökmranlıq hökmü ona verilmişdi. Ömər Səd tərəddüddə qalaraq nə edəcəyini bilmirdi. O, Übeydullahın yanına gəlib Kərbəlaya getməkdən boyun qaçırmaq istədi. Übeydullah onun cavabında dedi:–Eybi yoxdur, amma o zaman sənin üçün Rey mülkünün hakimiyyətindən əsər-əlamət belə qalmayacaq. Ömər Səd tərəddüd içində qalıb möhlət istədi. Ətrafındakılar ona nəsihət edərək belə bir cinayəti törətməkdən çəkindirmək istədilər. O, Kərbəlada əməvi qoşunlarına sərkərdəlik etmək təklifini eşitdiyi gecə bu şeri zümzümə edirdi:
    Allaha and olsun, bilmirəm nə edim; öz işim üçün fikirləşirəm ki, iki yol ayrıcında sərgərdan qalmışam. Rey mülkünə hakimiyyəti buraxımmı? halbuki, ona ürəkdən bağlanmışam; yoxsa Hüseyn ibni Əli ilə döyüşə qalxıb əbədi olaraq məzəmmətlə qınanım?
    Əgər Hüseyn ibni Əlini qətlə yetirsəm, cəhənnəm odunu özümə hazırlamış olaram. Amma nə edim ki, Rey mülkünə hakim olmaq bütün arzu və ümidlərimdir!
     
     
     
    İbni Sədin keçmişi

    Günlərin birində Əmirəl-möminin  Əliyyibni Əbitalib (əleyhis-salam) minbərdə buyurdu:
    Məni əldən verməmiş hər nə istəyirsinizsə məndən soruşun. Allaha and olsun, keçmişdə baş vermiş, gələcəkdə baş verəcək hər şeydən sizə xəbər verərəm. Elə şey yoxdur ki, ondan sizə xəbər verə bilməyim.
    Bu vaxt Səd yerindən qalxıb dedi:–Ey Əmirəl-Möminin! Xəbər ver görüm mənim üz və başımda nə qədər tük var?
    İmam (əleyhis-salam) buyurdu:–Sənin soruşduğun məsələni Rəsuli-Əkrəm mənə xəbər verib buyurmuşdur ki, sən bu sualı məndən soruşacaqsan. Bil ki, sənin baş və üzündə elə bir tük yoxdur ki, onun dibində bir şeytan oturmamış olsun. Eləcə də sənin evində südəmər bir uşaq vardır ki, oğlum Hüseyni qətlə yetirəcəkdir.
    O vaxt Ömər ibni Səd balaca bir uşaq idi.
    Sədin İmam (əleyhis-salam)-dan soruşduğu sual həqiqəti öyrənmək üçün deyil, yalnız məsxərə üçün idi; Qəlblərin sirr və niyyətinə agah olan Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) bilirdi ki, Sədin başında nə kimi planlar var. Məhz buna görə Həzrət elə bir cavab verdi ki, bu alçaq və yaramaz kişi camaat içində xar olub alnına əbədi olaraq rüsvayçılıq damğası vuruldu. Xüsusilə, Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) bu sözləri Rəsulullahın mübarək dilindən nəql etmişdi.
     Beləliklə, belə bir alçaq və rəzil bir ünsürdən Ömər Səd kimi birisinin törənməsi heç də təəccüb doğurmur.
    O, özündən çoxlu yaramaz sifətlər büruzə vermiş, haqq ilə müxalifət edərək batilə kömək etmiş, vəhy ailəsi qarşısında böyük bir qoşun yaratmış və s. kimi müxtəlif çirkin, alçaq işlərə əl atmışdır.
    Bəli, təkcə Səd Rəsulullahın məzlum canişininə məsxərə etmirdi; onun oğlu Ömər də behişt cavanlarının sərvəri İmam Hüseyn (əleyhissalam)-a Kərbəla səhrasında istehza edirdi.
    Döyüş şiddətlənməzdən qabaq İmam Hüseyn (əleyhis-salam) Ömər Sədə xitab edib buyurdu:–Ey Ömər, mənimlə vuruşursan? Allahdan, qorxmursan? Sən ki bilirsən, mən kimin oğluyam. Elə isə gəl bu qoşunu burax, mənə qoşul. O zaman Allaha daha yaxın olarsan.
     Ömər Səd İmam Hüseyn (əleyhis-salam)-ın qarşısında bəhanə gətirməyə başlayıb, elə sözlər danışdı ki, Allah onun gətirdiyi üzrlərdən razı deyildi. O dedi:–Qorxuram evim viran ola. İmam (əleyhis-salam) buyurdu:–Mən sənin evini yenidən quraram.
    O dedi:–Qorxuram əmlakım, bağ-bostanım tarac ola.
    İmam (əleyhis-salam) buyurdu:–Mən bunların əvəzində Hicazdakı mal-dövlətimdən sənə bağışlaram, Bəğm-bəğə məntəqəsini sənə verərəm. (Orada böyük bir çeşmə var idi ki, geniş əraziyə məxsus xurmalıqları, əkin sahələrini əhatə edirdi). İbni Sədin üçüncü bəhanəsi isə bu oldu:–Qorxuram ibni Ziyad övladlarımı qətlə yetirsin.
    Elə ki, İmam Hüseyn (əleyhis-salam) bu aldanmış adamdan məyus oldu, ona müraciət edərək buyurdu:–Nə güman edirsən? Çox keçməz ki, Allah səni öz yatağındaca öldürüb məhşər günündə səni bağışlamayacaq. İnşallah, İraq buğdasını az bir müddətdən sonra yeməyəcəksən.
    İbni Səd istehza ilə dedi:–Buğda yerinə arpa yeyərəm!
    Kərbəla hadisəsindən sonra ibni Ziyad Ömər Sədi çağırıb Rey mülkünün hökmünün yazıldığı qəbzi istədi. İbni Səd bildirdi ki, onu itirmişdir. Lakin ibni Ziyad bunu qəbul etməyərək ona qarşı sərt mövqe tutdu. İbni Səd dedi:–Mən bu məktubu Qüreyşin qoca arvadlarına verdim ki, oxuyub mənim haqlı olduğumu bilsinlər. Allaha and olsun ki, mən Hüseyn ibni Əli barədə sənə çoxlu nəsihət etdim və inanıram ki, əgər atam Səd əbi Vəqqasa bu qədər nəsihət etsəydim, onun atalıq haqqını əda etmiş olardım.
    Ömər Səd Yezidə məktub yazıb Müslümün Kufəyə gəlməsini, camaatın onun ətrafına yığışmasını, Nöman Bəşirin onun qarşısında səhlənkarlıq etməsini ona xəbər verənlərdən idi idi. O, Yezidi Kufə camaatının qiyamını yatırmaq üçün təşviq edir, süstlüyə yol verməsini isə camaatın daha da qızışması üçün zəminə yaradacağını zənn edirdi.
     Ömər Səd ömrünün son anlarını Kufədə keçirdi, nə dünya səltənətinə–Rey mülkünə sahib oldu, nə də Rəsulullahın (səlləllahu əleyhi və alihi və səlləm) bərəkətli şəfaətindən bəhrələndi. Nəhayət Muxtar onu və oğlu Həfsi faciəli surətdə qətlə yetirdi. Bu qətl 66-cı ilin zihiccə ayında baş verdi. Əlbəttə, Allahın əzabı daha şiddətli və ağırdır.
    Əmirəl-mömin (əleyhis-salam)-ın ona demişdi kibehiştlə cəhənnəmi seçməkdə ixtiyar sahibi olan vaxtda cəhənnəmi seçəcəksən? Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) Sədə xəbər vermişdi ki, oğlu Ömər İmam Hüseyni (əleyhis-salam) öldürəcəkdir.
    Əbdullah ibni Şərik deyir: Bəziləri Ömər Sədə baxıb deyirdilər: Bu İmam Hüseyn (əleyhis-salam)-ın qatilidir. Bütün bu hadisələr Kərbəla hadisəsindən qabaq baş vermişdi.
    Ömər Sədin özü də İmam Hüseyn (əleyhis-salam)-a dedi:–Səfehlər məni sənin qatilin hesab edirlər.
    İmam (əleyhis-salam) buyurdu:–Onlar səfeh deyildirlər.

    Ömər Sədin Kərbəlaya gəlişi

    Ömər Səd məhərrəmin 3-cü günü Neynəva çölünə gəlib çatdıqdan sonra düşmən ordusunun sayı 5000 nəfəri ötüb keçirdi. Hürr də o zamandan onun tabeçiliyinə keçdi. Bir müddətdən sonra Şimr (Şümür) daha 4-min nəfər əsgərlə birlikdə oraya gəldi. İbni Ziyadın əmri ilə Yezid ibni Rikab Kəlbinin sərkərdəliyi ilə, 2 min nəfərlik bir qoşun, 4 min nəfərlik bir qoşun Hüseyn ibni Nümeyrin sərkərdəliyi ilə, 2 min nəfər əsgər isə Nəsrin sərkərdəliyi ilə Kərbəlaya gəlmişdilər.
    Übeydullah ardıcıl olaraq Kərbəlaya qoşun bölmələrini göndərməkdə davam edirdi: 3 min nəfəri Kəb ibni Təlhənin, min nəfəri Şibs ibni Rəbii Riyahinin, min nəfəri də Hüccar ibni Əbhərin sərkərdəliyi ilə Kərbəlaya göndərdi. Nəhayət əməvi ordusunun sayı 30 min nəfərə (atlı-piyada) yetişdi.
    Übeydullah ibni Sədə xəbər göndərdi ki, mən əsgər, təchizat cəhətindən sənin üçün bəhanə yeri qoymamışam. Hər an sənin xəbərini gözləyirəm. Mərd ol, yubanma!
     

    Kitabın adı: İmam Həsən (ə) və imam Hüseynin (ə) başına nələr gəldi
    Müəllif: Seyyid Məhəmmədhəsən Musəvi Kaşani 
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.