» » 14-cü dərs - "Təfsir"


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 1

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2024    »
    PtSaÇaPrCuCtPz
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    14-cü dərs - "Təfsir"
    +5
    Müəllif: Yusifi Zehra | 11-10-2015, 11:00 | Baxılıb: 1 188
     
    14-cü dərs - "Təfsir"
     
    Təfsir lüğətdə bir şeyin üzündən örtüyü götürməyə deyərlər. Belə bir sual oluna bilər: Quran nur və aşkar olan kəlamdır, onun üzündə örtük varmı? Cavabında deyərik ki, Quranın üzərində örtük yoxdur, örtük bizim üzümüzdədir. Gərək bizdən örtük götürülsün ki, Quranla tanış ola bilək və onun dərinliklərinə baş vuraq. Bundan əlavə Quranın təkcə bir çöhrəsi yoxdur: bir ümumi çöhrəsi vardır ki, hamı üçün açıqdır, aşkar nurdur və insanların hidayət mənbəyidir. Amma onun başqa çöhrələri vardır ki, onu böyük alimlər, həqqə susuz olub onu Allah kölgəsində axtaranlar, öz elmlərini həmişə ilahi elmlərə malik olanlardan alanlar və ən kamilləri isə elmləri ilahi elmə bağlı olanlıar aşkar edə bilirlər. Bu çöhrələr ki, hədis dilində Quranın daxili (bütuni Quran) adlanır, hamıya aşkar ola bilməz.Başqa ibarətlə desək bütün gözlərin onları görmək qüdrəti yoxdur. Təfsir edənin gərək Qurana yanaşmaga lazımi qədər elmi olsun, Quranla bizim aramızda olan pərdələri götürsün, ondan bəhrələnmək şəraitini bizim üçün yaratsın. Quranın başqa çöhrələri var ki, onlar da zaman keçdikcə acılır. İbni Abbasdan olan bir hədisdə belə deyilir: "Quranı zaman təfsir edəcək’’
    القران يفسره الزمان
    Bundan əlavə "Quran özü-özünü təfsir edir ’’
     القران يفسر بعضه بعضا
    Ayələrin biri o birini açıqlayır, izah edir.
     
     Təfsir nə vaxtdan başlayıb?
     
    Şübhəsiz Quranın təfsiri Həzrət Peyğəmbərin (s) öz zamanından başlanıbdır. Amma onun yazılı şəkildə meydana çıxması hamının dediyinə görə Əli (ə)-ın zamanından başlanıb və bu elmdə yüksələnlər özlərini "elm şəhərinin qapısı’’ olan bu şəxsə çatdıranlar olublar. Əfsuslar olsun ki, bu günlərdə elmin qapısını tanımayanlar, bu qapını inkar edənlər və bu qapının haqq qapısı olmağını bilib, lakin inad üzündən ondan uzaq gəzənlər Qurana təfsir verməkdədirlər. Şübhə yoxdur ki, bunlar səhv və xətaya düçar olurlar. Öz üzərlərinə oğru adı qoyurlar. Çünki, evin qapısı qalaraq başqa yerdən ona daxil olub, onun insanlara lazım olan sirrlərini aşkar etmək fikrində deyillər. Onlar həmişə öz pis olan nəfislərinin qulları olaraq oğurluğa getdikləri evin özlərinə, heyvani hisslərinə uyğun əşyalarını götürürlər. Götürdüklərini heç vaxt insanların mənafeyi uğrunda sərf etmirlər. Öz oğru peşələrini möhkəmlədərək, birinci oğurluqdan kəsb etdiklərini ikinci cinayətlərinə yetişmək üçün xərcləyirlər. Quran müfəssirləri vaxtlarını, istedadlarını, ömürlərini sərf edərək insanları bu ilahi olan nura çəkib, onları zülmətdən qurtarmaq istəyiblər. Öz şəxsi mənafelərini nəzərə almadan bu ilahi kitaba çox ehtiyatla yanaşaraq hidayət etmək istədikləri vaxtı zəlalətə salmaqdan ehtiyat ediblər. Allaha təvəkkül edərək müvəffəq olublar. Bildiklərini bəyan edərək bilmədiklərini aydıncasına etiraf edib, onu Allahın öhdəsinə qoyaraq o gizli sirrləri aşkar etməkdə Ondan kömək istəyiblər. Amma oğrular bir evə daxil olanda hec vaxt orada ehtiyat etməyiblər,özlərinə lazım olanı tapıb çıxartmaqdan ötrü hər nə gəldi söküblər, uçurublar, xaraba qoyublar, təki mənfur olan niyyətlərinə çatsınlar. Siz bir anlığa bir caninin evə girib cinayət etməyini təsəvvür edin. Orada hansı dəhşətlər baş verdiyinə varın. Sonra bütün bəşəriyyətin hidayət vasitəsi olan Qurana oğurluq niyyəti ilə daxil olanların cinayətini təsəvvür edin; bu halda evlər yox, kəndlər və şəhərlər deyil, əsrlər boyu millətlər dünya və axirətdə bədbəxt olaraq məhvə dücar olub aradan gedirlər. Biz tarixə nəzər salsaq görərik ki, çoxlu millətlər; Səmud qövmi, Nuhun qövmi, Lutun qövmi, Saleh peyğəmbərin qövmi hamısı məhv oldular, tarixdən silindilər. Nə ücün? Ona görə ki, ilahi hökmlərə nisbət oğru niyyəti ilə yanaşdılar. Bu hökmləri ilahi məcradan çıxartmaq fikrinə düşdülər. Nəticədə dediyimiz bəlaya dücar oldular. Mövla İmam Əli (ə) xütbələrinin birində belə buyurur: "Keçmişdə olan zalım ümmətlərin başına gələn əhvalatlardan və onların torpaq altında çəkdiyi əzablardan ibrət götürün”. Əfsuslar olsun ki, biz insanlar bunlardan ibrət götürmək əvəzinə onların etdikləri günahları təkrar edirik. Quranı təfsir etməkdə ən təhlükəli yol öz nəzərinə uyğun qərar çıxartmaqdır, Qurandan istifadə etmək əvəzinə öz fikirlərini Qurana tətbiq etməkdir. Bunun nəticəsində insanlar böyük zəlalətə düşürlər. Çünki ilahi kitab bütün bəşəriyyəti hidayət etmək üçündür. Bu kitabı insanlara olduğu kimi çatdırmamaq bu insanları əbədi zəlalətə salmaq deməkdir.
     
    Öz nəzərinə uyğun təfsir etmək və onun təhlükəsi
     
    Əvvəldə qeyd etdik ki, ’’Təfsir’’ aşkar olmayan bir şeyi aşkar etmək, cümlə və sözün üzərindən pərdəni götürməyə deyirlər. Bunu da qeyd etdik ki, Qurani-Kərim çox dərin mənaya malik olan bir kitabdır. Ona görə də onu təfsir edəndə çox ehtiyatlı olmaq lazımdır. Hər kəs öz nəzərinə uyğun təfsir etməməlidir.
    Öz nəzərinə görə təfsir etmək bir neçə səbəbdən irəli gəlir:
    1. Cahillik. Yəni, Quran elmindən xəbəri olmadan, sadəcə ərəb dilini bildiyinə görə bəziləri Qurana təfsir verməyə başlayırlar. Nəticədə öz şəxsi təxəyyüllərinə gələni yazırlar. Cox geniş olan islam nəzəriyyəsini, hüdudsuz olan Quran mənalarını öz məhdud və səviyyəsiz fikirləri ilə əvəz edirlər.
    2. Bəziləri isə Quran elmindən xəbərdardırlar. Amma Qurani-Kərimin oldugu kimi təfsir olunması bu şəxslərin ümumi və ya fərdi mənafelərinə ziddir. Allahı yaddan cıxardaraq, ilahi hökmləri ümumi bəşərin mənfəətinə işlətmək əvəzinə özlərinin şəxsi olan çirkin niyyətinə uyğun istifadə edirlər. Çox təəssüf olsun ki, bu qəbil insanlar, həm birinci növ, həm də ikinci növ insanlardan hər zamanda yaşarayaq bizim zəmanəmizə də gəlib cıxıblar. Burada şəxsi nəzərə uyğun təfsir verənlərə Allahın və məsumların münasibətini bildirmək istərdim: Həzrət İmam Əli (ə) kəlamlarının birində Allahtəalanın belə buyurduğuna işarə edir:
    قال االله جل جلاله ما امن بى من فسر برأ يه كلامى وما عرفنى من شبحنى بخلقى و ما على دينى من استعمل القياس فى دينى "
    "Hər kəs mənim kəlamımı öz rəyinə uyğun təfsir etsə mənə iman gətirməyib, kim məni məxluquma oxşatsa məni tanımayıb, kim mənim dinimdə qiyası işlətsə mənim dinimdə deyil’’.
    Başqa bir yerdə Həzrət İmam Sadiq (ə) buyurur:
    من حكم برأيه بين اثنين فقد كفر و من فسر برأيه اية من كتاب االله فقدكفر
    "Kim iki nəfərin arasında öz rəyinə uyğun hökm etsə kafirdir, kim Quranın bir ayəsini öz rəyinə uyğun təfsir etsə kafirdir’’.
    Quran ayələrinin barəsində Həzrət İmam Sadiq (ə)- dan başqa bir hədisə diqqət edin:
    ليس شيء ابعد من عقول الرجال منه (القران) ان الاية لتنزل اولها فى شىء واوسطها فى شىء و اخرها فى شىء وهو كلام متصل ينصرف على وجوه
    "Quran insanların fikrindən çox uzaqdır, çünki, ayənin əvvəli bir şeyin barəsində, ortası başqa, axırı isə başqa bir şeyin barəsində nazil olubdur. O, bir kəlamdır bir-birinə bağlıdır, cürbəcür yollara qayıdır’’. Həzrətin (ə) "fikirlərdən uzaq” deməsi bu mənayadır ki, hər fikir sahibi onu dərk edə bilməz. Hər zehinə gələni Qurana təfsir hasab etmək olmaz. Bu hədis bir daha sübut etdi ki, Qurani-Kərim çox mürəkkəb bir kitabdır. Onunla ehtiyatla davranmaq lazımdır. Yenə də xüsusi nəzərə uyğun təfsir etmək barədə varid olan hədislərə qayıdaq və görək bu hədislərdə o, cür insanlar necə təmsil olunurlar. Həzrət İmam Sadiq (ə) buyurur:
    ن فسر القران برأيه فأصاب لم يؤجر وان اخطاءكان اثمه عليه
    "Hər kəs Quranı öz rəyinə uyğun təfsir etsə, əgər həqiqətə uygun olsa savabı yoxdur, əgər düzgün olmasa günahkardır’’.
    Həzrət Peyğəmbər (s) buyurub:
    من قال فى القران بغير ما علم جاء يوم القيامة ملجأ بلجام من نار
    "Hər kəs bilmədən Quran barəsində danışsa qiyamətə cəhənnəm yüyənləri ilə yüyənlənərək gələcək’’. Yenə də o Həzrət (s) buyurmuşdur:
    اكثر ما اخاف على امة من بعدى رجل يتأول القران يضعه على غير مواضعه
    "Özümdən sonra ümmətim üçün ən çox qorxduğum adam o şəxsdir ki, Quranı təfsir edə, amma hər şeyi öz yerində etməyə (düzgün təfsir etməyə). Həzrət İmam Baqir (ə) Quranı təfsir edən bir nəfərə buyurdu: "Quranı o adam bilər ki, Quran ona xitab olunubdur’’. Bunlar və bundan əlavə çoxlu mötəbər hədislər vardır ki, Quranı öz rəylərinə əsasən təfsir edəniləri məzəmmət edir və cəhənnəm vədəsi verir. Bir az əvvəl işarə etdik ki, öz nəzərlərinə uyğun təfsir edənlərinn bir dəstəsi mənafe xatirinə belə edirlər. Bu barədə Quranın Bəqərə surəsinin 75-ci ayəsində məlumat verilir:
    افتطمعون ان يؤمنوا لكم وقد كان فريق منهم يسمعون كلام االله ثم يحرفونه من بعد ما عقلوه وهم يعلمون
    "Siz gözləyirsiniz onlar sizin dininizə iman gətirsin. Halbuki, onların bir dəstəsi Allahın kəlamını eşidiblər, onu başa düşüb, xəbərdar olandan sonra, o kəlamı təhrif edirdilər’’.
    Gördüyünüz bu ayədə söhbət yəhudilərdən gedir. Onlar həqiqəti – Quranı sonuncu kitab və Həzrət Muhəmməd (s)-i sonuncu peyğəmbər olduğunu bilərək inkar edir, öz Tövratlarında bu barədə oxuduqlarını təhrif edirdilər.
    "Maidə” surəsinin 13-cü ayəsində Allah-Təala buyurur:
     يحرفون الكلم عن مواضعه ونسوا حظا مما ذكروا به
    "Onlar sözləri öz yerindən təhrif edirlər və onlara xəbərdarlıq edilənləri unudurlar’’
    "Nisa’’ surəsinin 46-cı ayəsində yenə yəhudilərin Allah kəlamını təhrif etmələrindən söz açaraq buyurur.
    من الذين هادوا يحرفون الكلم عن مواضعه
    "Yəhudilərdən Allah kəlamını təhrif edirlər’’. QuraniKərimdə yəhudilərin təhrifi barəsində olan ayələrin cəmindən bu nəticəyə gəlinir ki, bir dəstə yəhudinin mənafeyinə görə haqq təhrif olunur, gizlədilir və başqa formada insanlara çatdırılırdı. Allah kəlamı döndərilərək insanlar zəlalətə salınırdı. İlahi kəlamlar təhrif olunur, bir dəstə insanlar isə ondan dünya faydası götürürlər. Bu yolda onlara bir dəstə də cahil surətdə yardımçı olur, birinci dəstə dünya qazanıb axirət itirirlıər, ikinci dəstə isə həm axirət, həm də dünyanı itirirlər. Bu barədə mötəbər olan bir hədis var: "İnsanların pisi axirətini dünyasına satanlardır, onlardan daha pisi, axirətini başqasının dünyası üçün satanlardır’’. Baxın bu bədbəxtlərə, görün necə çirkin əmələ mübtəla olublar. Bəlkə bu günkü təhriflərdə də yəhudi barmağı vardır. Bu günkü təhrifçilər görəsən kimin dünyasına xidmət edərək öz axirətlərini satırlar? Əbədi lənətə düçar olmuş bir dəstə yəhudinin davamçıları onların başına gələn müsibətləri görərkən nə üçün bu çirkinlikdən çəkinmirlər? Görəsən bu gün Quranda hicab ayəsinin mənasını təhrif edənlər, şərabın haram olması barədə Quranda ayənin olmadığını iddia edənlər kimin dəyirmanına su tökürlər? Öz axirət taxtlarını vıran edərək başqaları üçün dünya taxtı qururlar. Yeri gəlmişkən deyim ki, Quranda hicabı vacib edən ayələr vardır. Oxucular bu barədə Quranın "Əhzab’’ surəsinin 53 və 59-cu, "Nur’’ surəsinin isə 30, 31 və 57-ci ayələrinə müraciət edə bilərlər. Bu ayələr qadinların kamil surətdə örtülməyindən söz açaraq, hicabı vacib olan ilahi hökm olaraq aydın surətdə başa salır. Əvvəldə dediyimiz kimi bəziləri gah bu barədə ayələrin olmadığını, gah da hicabın bütün bədənə aid olmadığını iddia edirlər. Onlar yalançı, axirətlərini dünyaya satanlar, başqalarının və şeytanların muzdurlarıdırlar. Şərabın haramlığı barədə də Qurani-Kərimin "Bəqərə” surəsinin 219-cu, "Maidə” surəsinin 90, 91-ci ayələrinə müraciət edilə bilər. Əlbəttə Quranın ayələrinin çoxuna bu gün düzgün yanaşmırlar, amma bu iki mövzu çox aktual olduğundan onlara xüsusi işarə etdik. 
    3. Qurani-Kərimin (mənəvi) təhrif olma səbəblərindən biri də "Əhli-Beyt’’ əleyhimussalamdan uzaq düşməkdir. Belə ki, islamın hələ əvvəl vaxtlarında elm şəhərinin qapısı, elmdə möhkəm (ərrasixunə fil elm) olan pak insanlar, Allah dinində həm əql, həm elm və həm də sünnət cəhətdən kamil müsəlman və Allahın tam xəlifələri olan Peyğəmbər (s)-in ƏhliBeyti kənara qoyuldular. İslam və onun müqəddəs olan kitabı naməhrəmlər əlinə düşdü. Nəticədə bu cür təhrifçilər ortaya çıxdı. Onların davamçıları isə bu gün Quranı öz nəfslərinə uyğun təfsir etməkdədirlər.
    Həzrət İmam Əli (ə) buyurur :
    سلونى قبل ان تفقدون
    "Məni itirməmiş məndən hər şeyi xəbər alın’’. Başqa bir yerdə o Həzrət buyurur:
    فبادروا العلم من قبل تصويح نبته و من قبل ان تشغلوا بانفسكم عن مستشار العلم من عند اهله
    "Elm budaqları salmamış, özünüz giriftarcılığa dücar olmamış, elm meydanının çiçəklərindən və fikir inqilabının bəhrələrindən istifadə edin’’.
    Amma əfsus ki, bu çiçəkləri soldurdular, inqilab meydanlarını qarışdıraraq elm şəhərinin qapılarını məzlum xalqların üzünə bağlayaraq onları elm dəryasından istifadə etməkdən məhrum etdilər.
    Nəticə? Nəticə isə göz qabağındadır. Bu günlər insanlığa ləyaqəti olmayanlar, insanlıq kitabı olan Qurani-Kərimin müəllimləri olublar. Halbuki, Həzrət Peyğəmbər (s) bunlar kimilərin barəsində 1400 il bundan qabaq buyurmuşdur:
     رب تال القران والقران يلعنه
    "Çox Quran oxuyanlar vardır ki, Quran onlara lənət oxuyur’’.
    Bəli bu həqiqətdir, Quran onlara lənət oxuyur və oxuyacaq. Nə vaxta qədər bunlar öz çirkin əməllərindən əl çəkməyiblər Quran, Allah, mələklər və bütün lənət oxuyanlar onlara lənət oxuyacaq. Amma fikirləşməyək ki, bunların çirkinliyi əbədidir. Xeyr! İnşaallah, Allahın sonuncu Höccəti (ə.f.) zalimlərin kökünü kəsən, münafiqləri məhv edən, məzlumların köməyi, Quranın şəriki, elm şəhərinin bugünkü qapısı, bütün məzlum və məzlum ölənlərin vəlisi və sultanı tezliklə zühur edər və bu ədalətsizliyə son qoyar. İnşaallah. İlahi, bizə də onun kərimə olan hökumətinin ləzzətini dadızdır. Amin.
     
    14-cü dərsin sualları

    1) "Təfsir” kəlməsini nə cür başa düşürsüz və Quranın təfsiri nə zamandan başlayıb?
    2) Nə üçün Quranı öz nəzərimimizə uyğun təfsir etmək qadağandır və Quranı öz nəzərimimizə uyğun təfsir etməyin təhlükəsi nədir?
    3) Quranın bəzi insanlar tərəfindən öz nəzərlərinə görə təfsir olunmasının səbəbləri hansılardır?


     
    Kitabın adı: Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
    Müəllif: Hacı Əhliman Rüstəmov

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.