15-ci dərs - Quran barədə bəzi əlavə məlumatlar
Sonda Quranın barəsində, oxumağının və ondan
istifadə etməyin savabı və necə istifadə etmək,
ümumiyyətlə bəzi məqamlara toxunmaq istərdim.
1. Quranın özü barədə Həzrət İmam Əli (ə) buyurub:"Allah-Təala Quranı susuz alimlər üçün nuş,
fəqihlərin qəlbi üçün bahar, salehlərin getməyi
üçün aşkar yol qərar vermişdir, Quran bir
dərmandır ondan istifadə edən xəstələnməz, Quran
bir işıqdır zülmət ona yaxınlaşa bilməz’’.
2. Quran inam və rəhmətdir.
Həzrət Peyğəmbər (s) buyurur :
ليكم بالقران فأتخذوه اماما وقائدا
"Quranı sizə tapşırıram ki, onu özünüzə aman və
rəhbər qərar verin’’.
3. Quran əhsənul hədisdir
’’ Zumər ’’ surəsi 23-cü ayədə buyurur:
االله نزل احسن الحديث كتابا متشاđا مثاني تقشعر جلود الذين
يخشون رđم ثم تلين جلودهم وقلوđم الى ذكر اا
’’Allah-Təala ən gözəl hədisi (sözü) nazil edib, o
bir kitabdır ayələri gözəllik və dərin mənasına görə
bir-birinə oxşayır, ayələri təkrar olunur, Allahdan
qorxanlar onu eşidəndə bədənlərinə lərzə düşür,
sonra onların daxili və batini nərm olaraq Allahı
yad edirlər...’’
Həzrət İmam Əli (ə) buyurub:
ان احسن القصص و ابلغ الموعظة و انفع التذكرات كتاب
االله عز و جل
"Həqiqətən ən gözəl qissələr, yetirinci olan
moizələr, mənfəətli xəbərdarlıqlar Allahın
kitabındadır’’.
Həzrət Peyğmbər (s) Quranın
fəziləti barəsində belə buyurmuşdur:
فضل القران على سائر الكلامكفضل االله على خلقه
"Quranın başqa kəlamlara nisbət fəziləti, Allah
Taalanın məxluqa nisbət fəziləti kimidir’’.
4. Quran bütün zamanlarda təzədir.
İmam Sadiq (ə) buyurur: "Allah-Təala Quranı bir
zaman üçün qərar verməyibdir, bir qövm üçün göndərməyibdir, o, bütün zamanda yenidir, bütün
insanlar üçün hökmdür’’.
5. Quran böyük xəstəliklərə şəfadır.
"İsra’’ surəsi 82 :
وننزل من القران ما هو شفاء ورحمة للمؤمنين ولا يزيد
الظالمين الا خسارا
"Quranda möminlər üçün şəfa və rəhmət
göndərmişik, lakin zalimlər ziyandan başqa bir şey
artıra bilməzlər’’.
Mövla İmam Əli (ə) buyurur:
ان فيه شفاء من اكبر الداء و هو الكفر والنفاق والغي
والضلال
"Quran, küfr, nifaq, zülm və zəlalət kimi böyük
xəstəliklərə dərmandır’’. Yenə də bu barədə Mövla
İmam Əli (ə) buyurub: "Allahın kitabını sizə
tapşırıram, o möhkəm ipdir, aşkar nurdur,
mənfəətli şəfa verəndir, kim onun vasitəsi ilə
danışsa doğrucul olar, kim ona əməl etsə qabağa
gedər’’.
6. Quran böyük dövlətdir, onda böyük elimlər və
xəbərlər vardır.
Həzrət Peygəmbər (s): "Quran böyük dövlətdir,
ondan üstünü yoxdur, ondan uzaq olmaq ən dəhşətli fəqirlikdir, onda keçmişlərin xəbərləri,
gələcəyin xəbəri, yerin və göyün elmi var. Hər
hansı bir işdə iki nəfər ixtilaf etsə onun cavabı
Quranda var, lakin onu adi insanlar dərk edə
bilmirlər’’.
7. Quranı öyrənməyin savabı.
Həzrət Peyğəmbər (s) buyurub: "Sizin
xeyirliləriniz Quranı öyrənib və öyrədənlərdir,
Quranı öyrənin və çox oxuyun. Qiyamət günü
Quran oxuyana deyilər: behiştə daxil ol, oxu və
uca ol, hər oxuduğun ayəyə görə dərəcəni al’’. O
Həzrət başqa yerdə buyurub:
ان اردتم عيش السعداء و موت الشهداء والنجاة يوم الحسرة
والظل يوم الحرور ولهدى يوم الضلاة فادرسوا القران فانهكلام
الرحمان و حرز من الشيطان و رجحان فى الميزان
"Əgər xöşbətlərin həyatını, şəhidlərin ölümünü,
qiyamətin (həsrət günü) nicatını, isti günün
kölgəsini və zəlalət gününün hidayətini
istəyirsinizsə Quranı öyrənin, həqiqətən Quran
Allahın kəlamıdır, şeytandan müdafiədir, tərəzinin
ağırlığıdır’’.
8. Quran öyrətmənin savabı.
Həzrət Peygəmbər (s): "Kim Quranı öyrənə və
başqasına öyrədə və ona əməl edə, mən özüm onu behiştə apararam’’.
Mövla İmam Əli (ə): "Atanın boynunda haqdır
övladına yaxşı ad qoya, onu tərbiyələndirə və ona
Quranı öyrədə’’.
Həzrət Peygəmbər (s):
من علم ولدا له القران قلده االله قلادة يعجب منها الاولون
والاخرون يوم القيامة
"Hər kim övladına Quran öyrətsə Allah onun
boynuna bir boyunbağı asar, Qiyamət günü bütün
insanlar ona təəccüb edərlər’’.
Quranı öyrənib yadda saxlamağın da böyük
fəzilətləri vardır. Bu barədə islam mənbələrində
məsumlardan çoxlu hədislər vardır: "Kim Quranı
əzbərləsə fikirləşməsin ondan böyük bir nemətə
çatan var’’.
"Kimin daxilində Qurandan bir şey yoxdur, O
xaraba qalmış evə bənzəyir’’.
Bundan əlavə çoxlu rəvayətlər vardır ki, Quranı
yad etmək, onu təkrarlamaq və yaddan
çıxartmamağı təkid edir. Hər kəs Quranı unutmuş
olsa ən böyük neməti itirmiş olar.
Quran qəlblərin cilasıdır. İnsan nə qədər onu çox
oxusa, o qədər qəlbi təmizlənər. Kim Quranla üns
tutsa dostların ayrılığı onu qorxutmaz. Quranı gözəl səs ilə oxumaq yaxşıdır, necə ki, Həzrət
Peyğmbər (s) buyurur: "Yaxşı səs Quranın
zinətidir, hər şeyin bəzəyi var, Quranın da bəzəyi
yaxşı səsdir’’. O Həzrət buyurur: "Quran oxuyanda
Allahdan qorxan adam yaxşı Quran oxuyandır’’.
Quran oxuyan gərək oxuduqlarına əməl etsin.
Mövla İmam Əli (ə) buyurur: "Quran
oxuyanlardan kim cəhənnəmə getsə bilin ki, o,
Quranın ayələrini məsxərə edibdir (yüngül
sayıbdır, əhəmiyyət verməyibdir). Onu da bilmək
lazımdır ki, oxuyub əməl etməmək ən böyük
məsxərədir’’.
Quran oxumağın ədəbləri və diqqətə alınmalı bəzi məsələlər
Hər bir işi əmələ gətirməyin bir yolu və səliqəsi vardır. O, işi səliqə və yolu ilə əmələ gətirəndə daha yaxşı, keyfiyyətli və təsirli olur. Quranı oxumağin da bir neçə şərti vardır:
a) Ağızı təmizləmək:
Həzrət Peyğəmbər (s) buyurdu: "Quranın yollarını təmizləyin.
Dedilər: Ya Rasulaallah! Quranın yolu nədir? Onu nə ilə təmizləyək?
Həzrət (s) buyurdu: Quranın yolu ağızlardır, onu misvakla təmizləyin. (dişlərinizi yuyun).
Həzrət (s) buyurub:
طيبوا افواهكم فان افواهكم طريق القران
"Ağızlarınızı təmizləyin, onlar Quranın yollarıdırlar’’.
b) İstiazə.
"Nəhl’’ surəsi ayə 98-də buyurulur:
فاذا قراءت القران فستعذ باالله من الشيطان الرجيم
"Quran oxuyan zaman pis olan şeytandan Allaha pənah apar’’ (əuzu billahi minəşşəytanir racim).
c) Tərtil.
Quranı tərtil ilə oxumaq, sözlərini qarışdırmamaq. Vəqf və vəslini düzgün yerinə yetirmək, hərəkələrini düzgün oxumaq.
d) Quran oxuyanda oxuduğunu tədəbbür (fikirləşib dərk etmək) etmək.
"Sad’’ surəsinin 29-cu ayəsində belə buyurulur:
كتاب انزلناه اليك مبارك ليدبروا اياته وليتذكر اولو الباب
"Bu mübarək kitabı sənə nazil etmişik ki, onun ayələri barədə fikirləşsinlər və ağıl sahibləri xəbərdar olsunlar’’.
Mövla İmam Əli (ə) buyurub:
فدبروا ايات القران و اعتبروا به فانه ابلغ العب
Götürün çünki, o, ən yaxşı ibrət götürməli kitabdır’’. Mövla İmam Əli (ə) buyurub: ’’ Fikirləşmədən (tədəbbürsüz) Quran oxumağın, məsələsini (təfəqqüh) bilmədən ibadət etməyin xeyri yoxdur’’.
e) Qurana qulaq asmaq.
"Əraf’’ surəsinin 204-cü ayəsində Quran oxunanda ona qulaq asmaq barəsində buyurulur:
و اذا قرأ القران فستمعوا له و انصتوا لعلكم ترحمون
"Quran oxunan zaman ona qulaq asın və sakit olun, ümid var buna xatir sizə rəhm oluna’’. Həzrət Peyğəmbər (s):
الا من اشتاق الى االله فاليستمعكلام اا
"Kim Allaha muştaqdırsa, onun kəlamına qulaq assın’’.
"Quran oxuyandan dünya bəlası götürülər, qulaq asandan isə axirət bəlası’’. Zürarə adlı bir şəxs İmam Sadiq (ə)-dan Qurana qulaq asmaq barədə soruşanda Həzrət (ə) buyurdu: "Bəli, gərək sakit qalıb qulaq asasan’’.
Quran kimə lənət oxuyur?
Həzrət Peyğəmbər (s): "Çox Quran oxuyanlar vardır ki, Quran onlara lənət oxuyur’’
"Quran (sadəcə) oxumaq üçün deyil, hidayət olub əməl etmək üçündür’’. Yenə də Həzrət (s) buyurur: "Qəriblər dünyada dörd nəfərdirlər: Quranı zalım oxuya, bir qövmin məscidi ola orada namaz qılmayalar, bir evdə Quran ola oxumayalar, saleh bir kişi pis camaatla bir yerdə ola’’. Həzrət Peyğəmbər (s) buyurub:
اكثر منافق امتى قراؤها
"Mənim ümmətimin münafiqlərinin çoxu Quran oxuyanlardır’’.
"Cəhənnəmdə bir yer var, ora qarilərin və günahkar alimlərin başını atacaqlar’’. İmam Baqir (ə) buyurur: "Hər kəs zalımın yanına gedə və onun üçün Quran oxuya, məqsədi dünya ola, oxuyan üçün hər hərfinə on dənə lənət yazılar, qulaq asan üçün isə hər hərfinə bir lənət yazılar’’. Həzrət Peyğəmbər (s):
من تعلم القران للدنيا و زينتها حرم االله عليه الجنة
"Hər kim Quranı dünya və onun zinnətinə görə öyrənsə Allah-Təala behişti ona haram edər’’.
Və sonda Allahı and veririk Öz izzəti-cəlalına
bizi həqiqi Quran oxuyanlardan qərar versin.
İlahi, bizi məhşərdə Quran və
Əhli-Beytlə məşhur elə.
15-ci dərsin sualları
1) "Quran nədir?” sualına hədis və rəvayətlərlə cür
cavab verərsiniz?
2) Quranı öyrənməyin və öyrətməyin savabı barədə
hədis və rəvayətlərdə nə buyurulub?
3) Quran oxumağın ədəblərini sadalayın.
4) Quranın lənət oxuduğu şəxslər kimlərdir?
5) Quranda ən ümidverici ayə hansıdır?
Kitabın adı: Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
Müəllif: Hacı Əhliman Rüstəmov