3-cü dərs
"Quran” kəlməsinin mənası
Quran kəlməsinin mənası haqqında beş cür fikir
söylənib. Onların hamısından artıq nəzərə çatan
budur: Quran قران "qərəə”قراء maddəsindən olub
oxumaq mənasındadır. Bu sözümüzə dəlil olaraq
göstərə bilərik:
Birinci vəhy ki, Peyğəmbər (s)-ə nazil
oldu, həmən oxumaq اقراء maddəsi ilə başlandı.
Bundan əlavə də başqa ayələrdə də bu məqsədi
təsdiqləyən məqamlar vardır.
Quranın ərəb dilində olmasının səbəbləri
1. Allah-Təala Quranda buyurur: "Biz elçimizi öz
qövmünün dilində göndəririk”. Yəni, Həzrət
Peyğəmbər (s)-in bir ərəb olaraq ərəbcə
danışdığına və yaşadığı mühitin də ərəb mühiti
olduğuna görə Quran Ərəb dilində nazil olub.
2. Dilçi alimlərin nəzərinə görə ərəb dili başqa dillərə
nisbətən çox tutuma malikdir. Yəni, az kəlmə ilə
çoxlu məna ifa etmək mümkündür. Ona görə də
Quran bu dildə nazil olub.
3. Ərəb ləhcələri çoxdur.
Quranın ərəbin fəseh
dilində nazil olması onu digər ərəb ləhcələrindən
qoruyub saxlayıb.
3-cü Dərsin Sualları
1) "Quran” kəlməsi hansı maddədəndir və mənası
nədir?
2) Quran nə üçün lüğət etibarı ilə ərəb dilində nazil
edilib?
Kitabın adı: Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
Müəllif: Hacı Əhliman Rüstəmov