10-cu dərs - Quran hafizləri
Səhabələr arasında Quranı əzbər bilən bir çox
şəxslər var idi. Həmçinin onların arasında Peyğəmbər
(s)-in həyat yoldaşlarından da var idi. Quranı əzbər
bilənlərin adlarını bir-bir qeyd etmək çox uzun çəkdiyinə
görə onların ancaq məşhurlarının adlarını yazırıq: Əli
ibni Əbutalib (ə), Əbdullah ibni Məsud, Ubey ibni Kəb,
Zeyd ibni Sabit, Osman, Məaz ibni Cəbəl, Əbu Ərda,
Əbu Əyyub, Səd ibni Ubeyd, Əbu Zeyd.
Quranın bir yerə toplanması
Bəzi səhabələr Peyğəmbər (s)-in zamanında
özləri üçün Quranı toplamışdılar. Həzrət Əli (ə)
Peyğəmbər (s)-dən sonra birinci şəxsiyyət olduğuna
görə Həzrət Peyğəmbər (s) Quranı kitab halına Əbubəkr Həzrət İmam Sadiq (ə)-dan nəql edir ki,
Peyğəmbər (s) Əliyə (ə) buyurdu: "Ey Əli! Bu Quran
mənim yatağımın yanında, kağız və ipək parçalarının
üzərindədir. Onu bir yerə toplayın, yəhudilər Tövratı
aradan aparan kimi onu zay etməyin.
يا على القران خلف فراشى فى المصحف و القراطيس فخذوه
و اجمعوه ولا يضيعوهكما ضيعت اليهود التوراة
Beləliklə Quran Həzrət Peyğəmbərin (s)
göstərişi ilə, elə özü həyatda ikən kitab halına
gətirildi. Həzrət İmam Əli (ə) Peyğəmbər (s)-in
rehlətindən 6 ay sonra Quranı təfsir və maarifi ilə bir
yerdə yenidən cəm edib bir dəvənin üzərinə qoyaraq
camaata göstərdi.
Muhəmməd ibni Seyreyn Əkrəmədən nəql edir:
Peyğəmbər (s) vəfat edəndən sonra camaat Əbu Bəkr
ilə biət etdilər. İmam Əli (ə) Quranı toplamağa başladı
və bu işi altı aya tamam etdi.
Muhəmməd deyir: Əkrəmədən soruşdum:
başqaları da Quranı toplamağa məşğul idilər? O, dedi:
Əgər ins və cin istəsəydilər də Əli kimi edə
bilməzdilər.
Mövla İmam Əli (ə)-ın tərtib etdiyi
Quranın xüsusiyyətləri
Mövla İmam Əli (ə) Quranın təhrif olunmamağı
üçün onu toplamağa başladı və bu işi axıra qədər,
kamil surətdə tamam etdi. Onun tərtib etdiyi Quranın
özunəməxsus xüsusiyyətləri var idi. O, Quranı
gördüyümüz formanı saxlamaqla yanaşı əlavə işlər də
gördü:
1. Quranı nazil olduğu tərtiblə topladı.
2. Bu Quran, ayələrin nuzul səbəblərini, nazil olma
məkanını və kimlərin barəsində nazil olmağını
özündə ehtiva etmişdi.
Mövla İmam Əli (ə) topladığı bu Quran irs
olaraq imamların birindən digərinə keçərək axırıncı
imamın yanında olduğuna dair dəlillər vardır. Bir
rəvayətdə nəql olunur ki, Təlhə Əli (ə)-dan bu
Quranın barəsində soruşanda Əli (ə) buyurdu: "Mən
bu Quranı Peyğəmbər (s)-in əmri ilə toplamışam,
onun əmri ilə də oğlum İmam Həsən (ə)-a təhvil
verəcəyəm, çünki o, mənim canişinimdir. O da öz
növbəsində öz canişininə və bu cürə davam edərək
sonuncu imamın yanında qalacaqdır.”
Birinci və üçüncü xəlifənin dövründə
Quranla əlaqədar görülən işlər
Birinci xəlifənin dövrundə də onun göstərişi ilə
əldə olan Quranın nüsxələri artırıldı. Yəmayə
müharibəsində 1700 nəfərə yaxın müsəlman şəhid
oldu. Onlardan ən azı 450 nəfər qare idilər. Bunun
kimi başqa işlər səbəb oldu ki, birinci xəlifə Quranı
çoxaltmaq fikrinə düşdü. Qarelərin aradan getməyi ilə
Quran barəsində ixtilafın yaranmasından ehtiyyat etdi.
Təqribən 13 ildən sonra üçüncü xəlifə Osman
da Quranı çoxaltmaq fikrinə düşdü. Odur ki, bir heyət
təşkil edib bu işi onlara tapşırdı. Çox ehtimala əsasən
Osman 5 ədəd Quran düzəltdirdi və onları Kufə, Şam,
Bəsrə və Məkkə şəhərlərinə göndərdi. Birini isə
islamın mərkəzi olan Mədinə şəhərində saxlatdırdı.
Buna səbəb hamının o Qurana baxıb oxumağı və
Quranda ixtilafın vücuda gəlməməsi idi. Osman hər
bir Quranla bir qare göndərdi ki, onların vasitəsi ilə
Quran müsəlmanlara oxunsun. Osmanın tərtib etdiyi
Quran əvvəlki Quranlar kimi nöqtəsiz və erabsız idi.
Indi onlardan heç bir əsər-əlamət qalmayıbdır.
Xəlifələrin tərəfindən Quranın artırılmasına
nisbət imamların mövqeyi müsbət idi və müxalifət
etməyiblər.
Dördüncü əsrin axırlarına qədər müsəlmanlar
Quranı "Kufi” xətti ilə yazırdılar. Ondan sonra Quran
"Nəsx” xətti ilə yazılmağa başladı. Qurani-Kərim
daha artıq qorunub saxlanmaq və düzgün oxunmaq
üçün onu nöqtələyib erabla yazdılar. İlk dəfə bu iş Əli
(ə)-ın şagirdi Əbu Əsvəd Duvelinin vasitəsi ilə əmələ
gəldi.
Qiraətin vücuda gəlmə mərhələləri
Quranın oxunma formalarını yeddi mərhələyə bölmək
olar:
1. Peyğəmbər (s) bəzi səhabələrə Quranı oxumaq
yolunu təlim etdi. Bəzi səhabələr də bu barədə
Həzrət Peyğəmbər (s)-ə təkliflər vermişdilər. Bu
mərhələnin əfradı aşağıdakılardan ibarətdir: Əli
ibni Əbutalib (ə), Ubey ibni Kəb, Əbdullah ibni
Kəb, Əbdullah ibni Məsud, Zeyd ibni Sabit,
Osman ibni Əffan, Əbu Musa Əşəri və Əbul Dərda.
2. Birinci dəstənin təlimi vasitəsi ilə ikinci dəstə
qarelər əmələ gəldi və qiraətlər bəzi şəxslərə nisbət
verildi.
3. Osmanın vasitəsi ilə Quranın vahid qəraəti üçün
qarelər və quranların tərtib edilməsi.
4. Bəzi ixtilafların nəticəsində təzə nəsil qare və
hafizlərin meydana gəlməsi.
5. Qiraətin həddindən artıq inkişaf edib, o cümlədən
"qurrae səb”-in vücuda gəlməsi.
6. Qiraət üçüncü əsrdə şifahi formadan yazılı
formaya çevirilməyə başlandı. Bu iş bir neçə
nəfərin vasitəsi ilə oldu. Onlar Qasim ibni Səlam,
Əbu Hatəm Səcistani, Əbu Cəfər Təbəri və s.
idilər.
7. Dördüncü əsrin əvvəllərində İbni Mücahidin
Vasitəsi ilə qiraət "yeddi qiraətə” hasarlandı və
bundan sonrakı yazılar da bu səmtə yönəldi.
10-cu Dərsin Sualları
1) Həzrət Peyğəmbər (s)-in zamanında yaşayan
Quran hafizlərindən bir neçəsini sadalayın.
2) Sonuncu səmavi kitab olan Quranın toplanaraq
bir kitab halına salınması kimi məsuliyyətli bir işi
Həzrət Peyğəmbər (s) öz zamanındamı həyata
keçirdi, ya özündən sonraya saxlayaraq ümmətin
ixtiyarına qoydu? Cavabınızı əsaslandırmaq üçün
dəlil olaraq ayə və ya hədis gətirin.
3) Həzrət İmam Əli (ə)-ın, Həzrət Peyğəmbər (s)-in
rehlətindən sonra tərtib etdiyi Quranın əlimizdə
olan Quranla ümumi və fərqli cəhətləri nə idi?
4) Birinci və üçüncü xəlifənin dövründə Quran ilə
əlaqədar hansı işlər görülmüşdü?
Kitabın adı: Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
Müəllif: Hacı Əhliman Rüstəmov