» » Quranın yığılmasına dair nəql olunmuş rəvayətlərdən edilən sui-istifadələr


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Quranın yığılmasına dair nəql olunmuş rəvayətlərdən edilən sui-istifadələr
    0
    Müəllif: Yusifi Zehra | 6-01-2017, 12:00 | Baxılıb: 594
    Quranın yığılmasına dair nəql olunmuş rəvayətlərdən edilən sui-istifadələr
    Ötən fəsillərdə «təhrif nəzəriyyəsi»nin tərəfdarlarının Quranın təhrif olunmasına dair irəli sürdükləri nəzəriyyə və dəlillərə işarə edib, onlara ayrı-ayrılıqda qənaətbəxş cavablar verildi. Bu fəsldə də onların istinad etdikləri dördüncü dəlilə işarə edib onlara lazımı cavablar verəcəyik.
    Quranın yığılması «təhrif nəzəriyyəsi» tərəfdarlarının daim diqqət mərkəzində olmuş və ondan sui-istifadə etmək istəmişlər.
    İstinad etdikləri dəlillərin birində deyilir: Quranın yığılması adətən təhrifə yol verilməklə həyata keçmişdir. Bu səbəbdən də biz, Quranın təhrif olunduğunu tərəddüd etmədən qəbul etməliyik.
    Cavab: Onlar belə güman edirlər ki, Quran Əbu Bəkrin fərmanı ilə yığılmışdır. Belə ki, «Bir Məunə» döyüşündə Quran hafizlərinin yetmiş, Yəmamə döyüşündə isə dörd yüz nəfərinin həlak olması Əbu Bəkri təşvişə saldı. O, qorxur ki, əgər baş verən hadisələr bu minvalla davam edərsə, hafizlər son nəfərə kimi həlak olacaq və nəticədə Quran aradan gedəcəkdir. Bu səbəbdən də Quranın vahid nüsxə halına salınması üçün Ömər və Zeyd ibni Sabitə pərakəndə olaraq yayılmış ayələri iki nəfərin şahidliyi ilə yığılmasını əmr edir. Demək nəticədə, ya Quran təhrif olunmuş və ya heç olmasa təhrif olunuduğuna ehtimal vermək olar. Məsələn, bir və ya bir neçə şairin pərakəndə olaraq yayılmış şerlərini vahid şer toplusu halına salmaq istəyiriksə, unutqanlıq, çatışmamazlıq və ya müxtəlif səbəblər üzündən heç olmasa onlardan bir neçəsini bu topluya daxil edə bilməyəcəyimizə ehtimal verməliyik.
    Belə bir əsassız dəlilə istinad edərək, Quranın təhrif olunduğunu qəbul edirlər. Bu səbəbdən də cavab olaraq, Quranın yığılmasına dair nəql olunmuş mötəbər rəvayətlərə istinad edərək bu nəzəriyyənin əsassız olduğunu, Quran elmləri məcmuəsində yeni fəsil açmaqla isbat etmək istəyirik. İndi isə bu məzmunda nəql olunmuş rəvayətlərə diqqət yetirin.
    1. Zeyd ibni Sabit nəql etdiyi rəvayətdə deyir: Yəmamə döyüşü zamanı Əbu Bəkr məni yanına çağırdı. Onun xeyməsinə girdikdə Ömər ibni Xəttabın da orada olduğunu gördüm. Məni görcək dedi: Zeyd! Ömər deyir ki, döyüş qanlı-qadalı keçdiyi üçün Quran hafizlərinin bir çoxu həlak olmuş və onların sayı nəzərə çarpacaq qədər azalmışdır. Qorxuram ki, ağır döyüşlər baş versin və Quran hafizlərinin bu döyüşlərdə bütünlüklə həlak olması, Quran ayələrinin bir çoxunun unudularaq aradan getməsinə gətirib çıxarsın. Bu səbəbdən də belə bir qərara gəlmişik ki, pərakəndə Quran ayələrini bir yerə yığıb vahid nüsxə halına salaq.
    [Əbu Bəkr deyir:] Ömərə dedim: Peyğəmbərin (s) görmədiyi bir işi məndən tələb edirsən?!
    Ömər dedi: And olsun Allaha! Görə biləcəyimiz ən xeyirli iş varsa, o da budur. O, özü bunu dəfələrlə təklif etmişdir. Nəhayət, Allah qəlbimi öz nuru ilə işıqlandırdı və onun təklifini qəbul etdim.
    Zeyd deyir: Sonra Əbu Bəkr mənə dedi: Sən cavanlığından öz ağıl və dərrakənlə hamıdan fərqlənir, sədaqətinlə hamının etimadını qazana bilmisən. Hələ Peyğəmbərin (s) zamanında nazil olan vəhyləri kağız üzərinə köçürür və beləliklə Peyğəmbər və Quranla yaxın ünsiyyətdə ola bilirdin. Gəl bu ağır və eyni zamanda məsuliyyətli işi öz üzərinə götür.
    Zeyd sözlərinə əlavə edərək deyir: And olsun Allaha! Əgər Əbu Bəkr dağı qazıb başqa yerə daşınmasını əmr etsəydi, bu mənim üçün Quranı bir yerə yığmaqdan asan olardı. Bu səbəbdən də Əbu Bəkrin, Ömərə dediyini təkrar etdim. Peyğəmbərin (s) görmədiyi bir işi necə yerinə yetirə bilərsiniz? Əbu Bəkr dedi: And olsun Allaha! Müsəlmanlar yalnız buna ehtiyac duyurlar. Bu səbəbdən də Quranın yığılmasını təkidlə mənə əmr edir və mümkün qədər bu işə tez başlamağımı istəyirlər. Nəhayət özümün bu işə hazır olduğumu hiss etdim, pərakəndə olan ayələri kağız üzərindən və hafizlərin yaddaşlarından bir yerə yığıb vahid nüsxə halına saldım. Tapılması bir qədər çətin olan, Tövbə surəsinin son ayələri idi «[Ey ümmətim!] Sizə özünüzdən bir peyğəmbər gəldi ki...» onu da Kəzimə Ənsaridən əldə edə bildim.
    Böyük zəhmətlə yığılan Quran nüsxəsini, Əbu Bəkr xəlifə olduğu müddət ərzində özündə saxlayırdı. Sonra onu Ömər və ondan sonra qızı Həfsə saxlayırdı. (Səhih Buxari. 6-cı cild, 98-ci səh).
    2. İbni Şəhab, Ənəs ibni Malikdən nəql edərək deyir: Osman, Huzeyfə İraq və Şam camaatını Azərbaycan və Ermənistanın fəthinə hazır olmalarını əmr etdi. Huzeyfə səfər tədarükü görərkən onların qiraətində müşahidə etdiyi ixtilaflardan bərk narahat olur. Bunun qarşısını almaq məqsədilə Osmana belə bir məktub yazır: Ya Əmirəl-möminin! Yəhudi və nəsranilər islamı qəbul edib qiraətdə ixtilafa düçar olmazdan əvvəl, islamı qəbul etmiş müsəlmanların dadına çat!
    Osman, yığılmış Quran nüsxələrini üzündən köçürmək məqsədilə Həfsəyə məktub yazıb, ondan həmin Quranın göndərilməsini istəyir. Həfsə nüsxəni ona göndərir. Xəlifə Zeyd ibni Sabitə, Abdulla ibni Zubeyrə, Səid ibni Asa, Abdurrəhman ibni Hərs ibni Hişama bu nüsxənin üzünü köçürməyini əmr edir.
    Sonra Osman onlardan üçünü yanına çağırıb deyir: Əgər sizinlə Zeyd ibni Sabit arasında Quranın yazılış və oxunuşunda ixtilaf meydana gəlsə, Qüreyşin ləhcə və istifadə etdiyi ifadələrə müraciət edin. Çünki, Quran onların ləhcəsində və istifadə etdiyi ifadələrlə nazil olmuşdur.
    Bu dörd nəfər şəxs xəlifənin əmrinə əsasən bir neçə nüsxə köçürüb ona təqdim edir. Xəlifə əsl nüsxəni Həfsəyə qaytarır və yazılmış nüsxələri ətraf məntəqələrə göndərir, sonra isə mövcud olan nüsxələri yandırıb məhv olunmasını əmr edir.
    İbni Şəhab hədisi nəql etdikdən sonra deyir: Zeyd ibni Sabitin oğlu Xaricə nəql edir ki, atam deyərdi: Nüsxənin üzərindən köçürdüyümüz zaman, Peyğəmbərin (s) özündən eşitdiyim Əhzab surəsinin ayələrindən birini itirmişdik. Nəhayət onu Xəzimət ibni Sabit Ənsaridən əldə edə bildik və onu nüsxələrə əlavə etdik. Həmən ayə bundan ibarət idi:
    «Möminlərin içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar.»
    3. İbni Əbi Şeybə Əli (ə)-dan nəql edərək deyir: Əbu Bəkrin savabı hamıdan daha çoxdur. Çünki o, Quranı bir yerə yığan ilk şəxs olmuşdur.
    4. İbni Şəhab, Salim ibni Abdulla və Xaricədən nəql edərək deyir: Əbu Bəkr kağız üzərinə yazılmış pərakəndə Quran ayələrini bir yerə yığıb, Zeyd ibni Sabitədən ona nəzər salmasını istədi. Lakin Zeyd bundan imtina etdi. Əbu Bəkr ilə Ömər bir daha yığılmış nüsxədə düzəliş aparmasını israr etdikdə Zeyd nəhayət öz razılığını bildirdi.
    Bu nüsxə Əbu Bəkrin vəfatından sonra Ömərin və ondan sonra Peyğəmbərin (s) zövcəsi Həfsənin yanında saxlanılırdı. Osman öz adamlarını göndərib Həfsədən həmən nüsxələri təhvil verməsini istədi. Lakin Həfsə Quranı Osmana verməkdən imtina etdi. Osman bir daha öz adamlarını göndərib, Quranın yenidən ona qaytarılacağını söz verir. Həfsə bu dəfə Quranı onlara verməyə razılıq verir. Osman onun üzərindən bir neçə nüsxə köçürüb, əsl nüsxəni yenidən Həfsəyə qaytarır.
    5. Hişam ibni Urvə atasından nəql edərək deyir: Yəmamə döyüşündə iştirak edən Quran qariləri həlak olduqdan sonra, Əbu Bəkr, Ömər ibni Xəttaba və Zeyd ibni Sabitə məscidə gələn mötəbər qarilərin qiraətlərini dinləmələrini və onların qiraətlərinin yalnız o zaman kağız üzərinə köçürmələrini əmr edir ki, iki nəfər mötəbər şəxs qiraətlərin düzgünlüyünə şəhadət vermiş olsun. Peyğəmbərin (s) səhabələrindən və Quran hafizlərindən bir çoxunun bu döyüşdə həlak olması, belə bir zərurətə səbəb olmuşdu və xəlifə lazımınca bunu yerinə yetirdi.
    6. Məhəmməd ibni Səyreyn nəql etdiyi rəvayətdə deyir: Ömər ibni Xəttab öldürüldüyü zaman hələ Quran bir yerə yığılmamışdı.
    7. Həsən rəvayət edir ki, Ömər, Quran ayələrinin biri haqda sual verdi. Cavabında ona deyilir: Bu ayə Yəmamə döyüşündə həlak olmuş filan şəxsdə idi. Ömər, qarilər ölməklə Quranın zaman keçdikcə unudularaq aradan getməsindən qorxub, həyacanlanaraq «Hamımız Allah tərəfindən gəlmişik və Ona tərəf qayıdacağıq» ayəsini oxudu və sonra tez bir zamanda Quranın bir yerə yığılmasını əmr etdi. Beləliklə deyə bilərik ki, Ömər, Quranı vahid nüsxə halına salan ilk şəxs olmuşdur.
    8. Yəhya ibni Əbdürrəhman ibni Xəttab nəql etdiyi rəvayətdə deyir: Ömər ibni Xəttab, Quranın bir yerə yığılması qərarına gəldikdə, minbərə qalxıb dedi: Peyğəmbərdən (s) kim nə öyrənibsə, yazılı şəkildə onları bizə təhvil versin. Kimdə nə vardısa gətirib onu xəlifəyə təhvil verdi. Lakin, Ömər o yazıları qəbul edirdi ki, iki nəfər mötəbər şəxs onun Quran ayələri olduğuna şəhadət vermiş olsun. Xəlifə, Quranın yığıldığı ərəfədə qətlə yetirildi. Ondan sonra xilafətə Osman təyin olundu. O da Ömərin başladığı işi davam etdirdi və yalnız o səhifələri qəbul edirdi ki, iki nəfər mötəbər, adil şəxs yazılının həqiqətən Quran olduğuna şəhadət vermiş olsun.
    Xəzimə ibni Sabit xəlifənin yanına gəlib deyir: Ayələrdən ikisi Qurana daxil edilməmişdir. Ondan bu ayələrin hansılar olduğunu soruşduqda, Tövbə surəsinin son ayələrini oxudu:
    «[Ey ümmətim!] Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə düşməyiniz ona ağırdır...» Xəzimə bu ayələri oxuduqdan sonra Osman dedi: Mən şəhadət verirəm ki, bu iki ayə həqiqətən Allah tərəfindən nazil olmuşdur. Siz nə məsləhət görürsünüz, bu ayələri Quranın hansı surəsinə əlavə edək? Xəzimə dedi: Bu ayələri Peyğəmbərə (s) nazil olmuş son surələrə əlavə edin! Beləliklə bu iki ayə Tövbə surəsinə əlavə edildi və onun son iki ayəsi kimi qəbul olundu.
    9. Ubeydə ibni Uməyr deyir: Ömər iki nəfərin şəhadəti olmadan heç bir yazılını Qurana əlavə etmirdi. Ənsardan biri «sizə özünüzdən bir peyğəmbər gəldi...» ayəsini Ömərə təqdim etdi. Ömər dedi: Peyğəmbərin (s) əxlaqı həqiqətən bu ayələrdə bəyan olunduğu üçün, səndən şahid istəmirəm. (Bütün bu rəvayətlər Kənzul-ummalda nəql olunmuşdur. 2-ci cild, 361-ci səh).
    10. Süleyman ibni Ərqəm Həsəndən, İbni Seyrəyndən və İbni Şəhab Zəhradan nəql edərək deyir: Yəmamə döyüşündə qarilərin böyük bir hissəsi həlak oldu. Daha dəqiq desək, onlardan dörd yüz nəfəri amansızcasına qətlə yetirildi. Zeyd ibni Sabit, Ömərlə görüşdükdə ona deyir: Qanun olaraq Allah tərəfindən təyin olunmuş şəri məsələlər bütünlüklə Quranda bəyan edilmişdir. Quran aradan getməklə bu hökmlər də unudulub zehnlərdən silinəcəkdir. Belə bir qərara gəlmişəm ki, ayələri bir yerə yığıb, Quranı kitab halına salım. Ömər dedi: Bir qədər səbr et! Bu barədə Əbu Bəkr ilə məşvərət etməliyəm!
    Onlar Əbu Bəkrin yanına gedib bu barədə onunla ətraflı söhbət edirlər. Əbu Bəkr onları dinlədikdən sonra deyir: Bir qədər səbr edin, görək camaat bu barədə nə deyir. Məscidə gəlib hamının qarşısında xütbə oxudu və onları bu məsələdən agah etdi. Hamı bir nəfər kimi bu işi bəyənib öz razılıqlarını bildirdilər. Carçı, bütün yazılı nüsxələrin xilafətə təhvil verilməsini elan etdi və Quran bir yerə yığılaraq kitab halına salındı...
    11. Xəzimət ibni Sabit nəql etdiyi rəvayətdə deyir: «Sizə özünüzdən bir peyğəmbər gəldi...» ayəsini Ömər və Zeyd ibni Sabitə təhvil verdikdə, Zeyd dedi: Özündən başqa bunların həqiqətən Quran ayəsi olduğuna şəhadət verəcək bir kəs varmı? Dedim: And olsun Allaha ki, bilmirəm. Ömər dedi: Mən bunların Quran ayələri olduğuna şəhadət verirəm.
    12. Əbu İshaq, səhabələrdən bəzilərindən nəql edərək deyir: Ömər ibni Xəttab Quranı bir yerə yığmaq istəyirdi. Camaatı məscidə yığıb onlardan soruşdu: Ərəb dilinin yazı qanunlarının (kəlmələrin yazılış formasına) ən biliklisi kimdir? Dedilər: Səid ibni As. Sonra bir daha soruşdu: Ən gözəl xəttə malik olan kimdir? Dedilər: Zeyd ibni Sabit. Ömər deyir: Belə isə Səid imla etməli, Zeyd isə onu kağız üzərinə köçürməlidir. Beləliklə dörd nüsxə köçürülür. Ömər onlardan birini Kufəyə, birini Bəsrəyə, birini Hicaza, birini isə Şama göndərir.
    13. Abdulla ibni Fəzalə nəql etdiyi rəvayətdə deyir: Ömər Quranın əsl nüsxədən köçürülməsi qərarına gəldikdə, öz səhabələrindən bir neçəsinə bu işə başlamalarını əmr etdi. Xəlifə təkidlə onlara deyərdi: Hər hansı bir ayənin yazılışında ixtilaf meydana gələrsə, Muzər qəbiləsinin tələffüzünə müraciət edin. Çünki, Quran Muzər qəbiləsində olan bir şəxsə [Peyğəmbərə (s)] nazil olmuşdur.
    14. Əbu Qulabə deyir: Ömər özünün xilafəti dövründə Quran qarilərindən bir neçəsinə yerli əhaliyə Quranı təlim etməyi əmr etdi. Onlar ətraf məntəqələrə gedib müəllimlik edir, Quranın qiraət üsullarını onlara təlim verirdilər. Cavan və yeniyetmələr arasında Quran oxuya bilənlərin sayı birə-on artsa da, onların qiraətində nəzərə çarpacaq qədər ixtilaflar müşahidə olunurdu. Müəllimlər şagirdlərinin qiraətlərində yaranmış ixtilafları eşitdikdə onlarla çox ağır rəftar edir, hətta onları kafir olmaqda ittiham edirdilər. Xəbər Osmana çatdıqda xütbələrinin birində deyir: Mərkəzi xilafətə yaxın olmaqla yanaşı, əgər sizlərin qiraətlərinizdə ixtilaf olarsa, sözsüz ətraf məntəqələrdə yaşayan və əsli ərəb olmayan müsəlmanların qiraətində ixtilaf daha çox olmalıdır. Belə isə Quranı bir yerə yazıb kitab halına salaq. Ona müraciət etməklə həm sizin, həm də başqalarının ixtilaflarına son qoya bilərik.
    Əbu Qulabə, Malik ibni Ənəsdən nəql edərək deyir: Mən Quranı imla edənlərdən biri idim. Bəzən ayələrin bəzilərində ixtilaf meydana gəlirdi. Belə olduqda biz, bu ayələri Peyğəmbərin (s) özündən eşidən (və ya öyrənən) kəslərə müraciət edərdik. Bəzən onların özlərini tapmaq çətin olurdu. Osman onların ardınca ya adam göndərir ya da onlarla ünsiyyətdə olan şəxslərlə əlaqə saxlayırdı. Bu müddət ərzində həmən ayələrin yerlərini boş qoyur, ondan əvvəlki və sonrakı ayələri yazırdıq. Nəhayət nüsxələrin köçürülməsi başa çatdırıldı. Xəlifə ətraf məntəqələrə bu məzmunda bir neçə məktub yazdı: Yeni yazılmış nüsxəni özümdə saxlayıb, digər nüsxələri yandırdım. Siz də göndərdiyim nüsxədən başqa bütün nüsxələri yığıb yandırın.
    15. Məsəb ibni Səd nəql etdiyi rəvayətdə deyir: Günlərin bir günündə Ömər, xütbələrinin birində belə bir mətləbə toxundu: Peyğəmbərin (s) vəfatından cəmi on üç il keçib. Sizlər isə Quranın oxunuşunda bir-birinizlə mübahisə edir və deyirsiniz ki, Ubəyin qiraəti belə, Abdullanın qiraəti isə tam başqa bir tərzdədir. Biriniz digərinizi qiraətin oxunuşunda ittiham edir, lakin heç cür razılığa gələ bilmirsiniz. Sizi and verirəm Allaha! Bu ixtilafları kənara qoyub, evlərinizdə pərakəndə saxladığınız yazıları gətirin ki, onları bir yerə yığıb kitab halına salaq.
    Bir neçə gündən sonra evlərdə saxlanılan dəri və kağız üzərinə yazılmış yüzlərlə Quran ayələri xəlifəyə təhvil verildi. Xəlifə onları bir-bir çağırıb gətirdiyi nüsxələri şəxsən Peyğəmbərin (s) özündən eşidib yazdıqlarına and içdirirdi. Onlar da bir nəfər kimi nüsxələrin həqiqətən Quran ayələri olduqlarına and içir və Osmanın verdiyi suallara «bəli» - deyərək cavab verirdilər.
    Sorğu-sual başa çatdıqdan sonra, Osman onlardan soruşdu: Hansınız gözəl xəttə maliksiniz? Dedilər: Zeyd ibni Sabit. O, Peyğəmbərin (s) ən yaxın dostlarından biri və onun katibi olmuşdur. Sonra onlardan soruşdu: Ərəb dilinin yazılış qanunlarına necə, ən bilikli şəxs kimdir? Dedilər: Səid ibni As. Osman Səidə imla etməyi, Zeydə isə ondan eşitdiklərini kağız üzərinə köçürməyi əmr etdi. Zeyd bir neçə nüsxə köçürüb onu camaata payladı.
    Məsəb ibni Səd əlavə edərək deyir: Səhabələrdən bir çoxu xəlifənin həyata keçirdiyi bu işi bəyənib, ona öz razılıqlarını bildirdilər.
    16. Abdul Əla ibni Abdulla ibni Amir Qərşi nəql etdiyi rəvayətdə deyir: Quranın yazılması başa çatdıqdan sonra, Osmana təhvil verildi. O, Qurana baxıb dedi: Olduqca xeyirli və lazımlı iş gördünüz. Lakin mən burada bir neçə kiçik səhvlər görürəm, zaman keçdikcə ərəb milləti qiraət etməklə özü onları düzəldəcək.
    17. Əbu Məlih deyir: Osman ibni Ofvan Quranın yazılması qərarına gəldikdə dedi: Ayələri Huzəyl qəbiləsi imla etməli, Səqif qəbiləsi isə onu kağız üzərinə köçürməlidir.
    18. Əkrəmə deyir: Quran yazıldıqdan sonra Osmana təqdim olundu. Xəlifə orada bir neçə səhv gördükdə deyir. Əgər Quranı Huzeyl qəbiləsi imla və Səqif qəbiləsi onu kağız üzərinə köçürsəydi, bu səhvlərə yol verilməzdi.
    19. Əta deyir: Osman Quranın pərakəndə ayələrini aradan aparmaq istədiyi zaman, Ubey ibni Kəbi yanına çağırıb lazımı göstərişlər verdi. Ubey ayələri imla edir, Zeyd isə onları kağız üzərinə köçürürdü. Səid ibni As da yazdıqlarına nəzarət edir, buraxdıqları səhvləri düzəldirdi. Beləliklə yeni nüsxə Ubey və Zeydin vasitəsi ilə yazıldı.
    20. Mucahid nəql edərək deyir: Osman Quranı bir yerə yığmaq istədiyi zaman, Ubeyə imla, Zeydə yazmağı, Səid ibni Asa isə buraxılan səhvləri düzəltməyi əmr etdi.
    21. Zeyd ibni Sabit deyir: Yığılmış nüsxələri köçürdüyüm zaman, Peyğəmbərdən (s) eşitdiyim ayələrdən birini nüsxələrdən heç birində tapa bilmədim. Nəhayət mən onu Xəzimət ibni Sabit adlı şəxsdən əldə edə bildim. Həmən ayə bu idi: «Möminlərin içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar.» Peyğəmbər (s) ona «Zuşşəhadəteyn» [yəni, iki nəfərin verdiyi şəhadət] ləqəbini verdiyi üçün, onu öz şəhadətini qəbul edib gətirdiyi ayəni Qurana əlavə etdim.
    22. İbni Əştə Leys ibni Səiddən nəql edərək deyir: Quranı ilk dəfə bir yerə yığan şəxs, Zeyd ibni Sabit olmuşdur. Camaat pərakəndə nüsxələri xəlifəyə təhvil verir və onlar kağız üzərinə köçürülürdü. Lakin Zeyd, nüsxələri yalnız iki nəfər mötəbər şəxs şəhadət verdikdən sonra kağız üzərinə köçürürdü. Bəraət [Tövbə] surəsinin sonuncu ayələrindən başqa, bütün ayələr kağız üzərinə köçürüldü. Nəhayət bu ayələri Xəzimət ibni Sabit, Zeydə təhvil verdi, amma onun özündən başqa onların həqiqətən Quran ayələri olduqlarına şəhadət verə biləcək ikinci bir şəxs yox idi. Bütün bunlara baxmayaraq, Xəzimətin gətirdiyi ayələr Qurana əlavə olundu. Çünki, Peyğəmbər (s) onun şəhadətini iki nəfərin şəhadət verməsi ilə bərabər tuturdu. Sonra Ömər, Rəcm ayəsini gətirdi. Lakin heç bir şahidi olmadığı üçün həmin ayə Qurana əlavə olunmadı. (İtqan. 1-ci cild, 101-ci səh).
    Quranın yığılmasına dair nəql olunmuş rəvayətlər bunlardan ibarət idi. Bu rəvayətlər vahid xəbər formasında nəql olunmaqla yanaşı, bir neçə mənfi xüsusiyyətlərə də malikdir. Gələcək fəsillərdə bu xüsusiyyətləri təklikdə araşdıracaq və kitabı bu fəsillə başa vuracağıq.
    Kitabın adı: Əl-bəyan 1-ci cild
    Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.