Qədir bayramında imamın xütbəsi
Əllamə Əmini (Allah ona rəhmət eləsin) böyük «Əl-Qədir» ensiklopediyasında yazır ki, Qədir hadisəsindən təxminən 27 il sonra, təkallahlıların ağası Əli (ə) Zihəccə ayının 18-ci gününə təsadüf edən cümə günü Rəsulullahın(с) buyurduğu هنؤنى, هنؤنى məni təbrik edin, məni təbrik edin! Kəlmələrini təkrarlayaraq şəxsən bu günü bayram etmiş və Kufə məscidinin minbərində çox bəlağətli bir xütbə irad etmişdir.
İndi o xütbədən bir parçasını Muhəmməd Rza Həkiminin vasitəsilə tərcümə olunmuş «Qədir qəhrəmanlığı» kitabından əziz oxuculara çatdırırıq.
«Allaha həmd olsun ki, həmdi həmd edənlərdən ehtiyacsız olduğu halda xalqı pərvərdigarına tərəf qaldırmaq üçün və daha artıq rəhmətə səbəb olmaq üçün yaratdı və daha çox fəzilət istəyənlər üçün aydın bir yol etdi.
Mən şəhadət verirəm ki, Allahdan başqa bir mə`bud yoxdur. O, yeganədir və ehtiyacsızdır. Yenə də şəhadət verirəm ki, Mуhəmməd(с) onun qulu və elçisidir. Əzəldən onu öz elmi ilə xalqın arasından seçdi və peyğəmbərlərin arasında ona daha uca məqam bəxş etdi ki, Allah tərəfindən Əmr və Nəhy (yaxşı işlərə təşviq və pis işlərdən çəkindirmək təbliği) etsin. Rəbbimiz öz ehkamını çatdırmaq üçün Muhəmmədi (s) öz yerinə qərar verdi. Çünki rəbbimiz özü gözə görünməz, düşüncələrə sığmaz gümanlar və xəyallar qatına yerləşməz. Bəli. O, Məlik və Cəbbar Allahdan başqa allah yoxdur.
Allah Təala Muhəmmədin (s) Peyğəmbərliyinə etiraf etməyi öz Allahlığına etiraf etməyə birləşdirdi və ona elə bir xüsusi ikram verdi ki, ondan başqa xalqdan heç biri o mərtəbəyə çatmayacaqdır... və ona salavat göndərməyi buyurdu ki, daha artıq əzizlənsin və salavat göndərənin də istəyi qəbul olunsun...
Sonra isə Allah, Muhəmməddən (s) sonra xalqın arasından bir neçə nəfəri özünə məxsus etdi. Bu xüsusilərə Muhəmmədin (s) ucalığının işığında ucalıq bəxş etdi. Muhəmmədin (s) məqamını onlara tapşırdı ki, xalqı Allaha tərəf çağırmaqda və onlara Allahşünaslıq öyrətməkdə həqiqi çağıranlar və öyrədənlər olsunlar...
İndi isə bilin ki, Muhəmmədin (s) nübüvvətinə etiraf etməmiş heç bir tövhidə etiqad və vilayəti qəbul etməmiş heç bir əməl və etiqad qəbul deyildir. Yəni Allahın vəliyy və başçı təyin etdiyi şəxsin vilayət və başçılığını qəbul etməmiş heç bir əməl və etiqad qəbul deyildir. Allahın vəlilərinə əl açmayanadək Allaha itaət öz qaydasına düşməyəcəkdir. O vəlilər ki, onların barəsində Qədir günü ayə göndərdi və öz xüsusi bəndələri barəsində olan iradəsini açıqladı. Peyğəmbərinə də buyurdu ki, müvafiq və günahkarlara fikir vermədən və onları saymadan bu iradəni açıqlayıb çatdırsın. Eyni zamanda ona onların pisliklərindən qorumaq zəmanəti də verdi... Beləliklə də Allah öz dinini kamil etdi və dini kamil etməklə peyğəmbərin, möminlərin və Peyğəmbərə tabe olanların gözlərinə işıq verdi. Bu, həmin Qədir hadisəsi idi ki, bəziniz özü şahidi olmuş və bəzinizə də xəbər çatmışdır...
Bilin, bu gün çox böyük gündür.
Bu gündə fərəc hasil oldu, layiq olanlara uca məqamlar verildi və Allahın dəlilləri aydınlaşdı.
Bu gün haqq açıqlanan gündür. Pak məqamdan (məsum məqamdan) açıq-aydın sitat gətirmək günüdür.
Bu gün dinin kamil olduğu gündür.
Bu gün Əhdi-peyman günüdür.
Bu gün şahidlərin şahidlik günüdür.
Bu gün şəxsin açıqlandığı gündür, yəni rəhbərliyə məxsusların açıqlandığı gündür. (İmam (ə) o gün ardıcıl olaraq bu gün... bu gün... düyə təkrarlayırdı. Nəhayət buyurdu)
İndi, əməlinizdə ehtiyatlı olun. Allahdan qorxun, ona məkr işlətməyin və onu aldadmayın. Allahın tövhid və yeganəliyi ilə və sizi ona itaət etməyə çağırana itaət edərək Allaha yaxınlaşın. Yolunuzu azmayın və azanların dalınca getməyin...
İndi isə bilirsinizmi Quranda yazılan «istikbar» nədir? İstikbar, Allahın onun itaətinə əmr etdiyi şəxsin (imamın) itaətindən dönmək və Allahın ardınca getməyi əmr etdiyi şəxsin qarşısında dikbaşlıq etməkdir...
Ey möminlər, bilin ki, Allah Təala buyurmuşdur:
ان الله يحب الذين يقاتلون فى سبيله صفاً كانّهم بنيان مرصوص
Allah onun yolunda bitişik binalar kimi sabit dayanan səflərlə döyüşənləri sevir. Bilirsinizmi? «فى سبیله onun yolunda» sözündən məqsəd nədir? Allahın yolu, siratı və səbili nədir və kimdir?
Mənəm Allahın siratı, hər kəs onunla getmzəsə (ona itaət etmzəsə) azğınlıq quyusuna düşər.
Mənəm peyğəmbər təyin etdiyi və tanıtdırdığı Allahın yolu. Cənnət və cəhənnəmin böləni mənəm. Həm pis və həm də yaxşı iş görənlərə Allahın höccəti mənəm.
İndi bu toplantı sona yetdikdən sonra hamınız evə gedəcəksiniz. Gedin – Allah sizə rəhmət göndərsin – və ailənizi firəvan dolandırın. Öz qardaşılarınıza yaxşılıq edin, Allahın sizi bağışladığı bu nemətə şükr edin. Vəhdət təşkil edin ki, Allah da sizə kömək olsun, yaxşılıq edin ki, Allah dostluğunuzu möhkəmlətsin. Allahın verdiyi nemətlərdən biri-birinizə hədiyyə göndərin, Allah, bu gündə digər bayramlarda olanlardan bir neçə dəfə çox mükafat verir. belə mükafatı Qədir günündən başqa heç bir gün əldə edə bilməzsiniz... Bu gündə Allahın verdiyi sərvətdən bacardığınız qədər qardaşlara və ailəyə bağışlayın. Daima gülərüz olun, bir-birinizi görəndə sevinin və Allaha, nemətlərinə görə şükr edin...
Bu günü oruc tutmağı da Allah Təala müstəhəbb etmiş və onun üçün çox böyük mükafatlar ayırmışdır... Bu gün bir oruc tutana iftar verən şəxs çoxlu oruc lara iftar vermiş sayılır...
Bu gündə bir-birinizi gördükdə görüşün və bu gün sizə çatan nemətə görə bir-birinizi təbrik edin. Bu sözləri eşidənlər eşitməyənlərə çatdırmalıdır. Varlılar ehtiyaclılara, qüdrəti olanlar zəiflərə əl tutmalıdırlar. Peyğəmbər (s) mənə bu işləri əmr etmişdir».
Beləliklə imam Əli (ə) 27 ildən sonra Qədir hadisəsini xatirələrdə canlandırdı və onun cansız bədəninə «İsa kimi ruh üfürdü». Bununla o pərdəarxası küdurəti, qaranlıqları və toz-qubarı təmizləmək istədi. O günün xatirələrdə təzələnməsi və Peyğəmbər (s) səhabələrinin şəhadəti ilə «Qədir» ən azı tarix üçün dirildi, öz yerini tutdu, həqqi batildən ayırmağın mahiyyəti bəlli oldu ki, bu vasitə ilə ağıl sahibləri haqqı batildən yaxşı ayıra bilsin, yaxşını pisdən ayıra bilsin və bilsin ki, hansı yol insaniyyəti həzrəti Adəmdən (ə) sonuncu peyğəmbərin həyatının sonunadək kamillik mərtəbəsinə çatmış dinə tərəf aparmağa bələdçilik edə bilər. Həqiqətən də əgər Kufə məscidində əhd-peyman təzələnməsəydi, Allahın bəşəriyyətin hidayət və nicatı üçün tərsim etdiyi imamət və vilayət xətti, Bəni Üməyyənin nütfəsi Səqifədə bağlanan nəxalət xələflərinin hökuməti zamanı tamamilə aradan qaldırılacaq və məhv ediləcəkdi. Amma heyhat ki, Allah Təala buyurmuşdu:
وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ
(«SƏFF», ayə 8)
«... Allah isə kafirlərin xoşuna gəlməsə belə, öz nurunu saxlayacaqdır».
Kitabın adı: Qədir günündən Aşurayadək
Müəllif: Seyid Kazim Pərpənçi