Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Məsumlar və islamın ən böyük bayramı
İmam Sadiq (ə) öz atasından nəql edir ki ,peyğımbər (s.ə.v.a) buyurub: “Qədir-xum bayramı ümmətimin ən böyük bayramıdır. O gündə Allah-təala məni Əli (ə)-ın canişinliyini elan etməyimi əmr etmişdir ki, ümmətim onun vasitəsi ilə hidayət olsunlar.Həmin mənbə s.110
Başqa rəvayətə əsasən İmam Sadiq (ə)-dan soruşandaki: “müsəlmanların qurban və fitr bayramından başqa digər bayramı var” imam cavabında: “bəli, o bütün bayramlardan uca və əzəmətlidir, o gün, “möminlərin əmir”inin peyğəmbərin canişini təyin olunduğu gündür.Həmin mənbə s.111
İlahi övliyalar və məsumlar (ə) bu gündə xüsusi olaraq bayram tədarükü görürdülər.Buna misal olaraq bir neçə rəvayəti diqqətinizə çatdırırıq.
1-Əllamə Məclisi öz kitabında belə yazır: Əli (ə)-ın xəlifəliyi dövründə Qədir-xum günü cümə gününə təsadüf edirdi. İmam Əli (ə) cümə xütbəsinidən sonra oğlanları və şiələri ilə birlikdə İmam Həsən (ə)-ın “Qədir-xum” bayramı münasibəti ilə onlar üçün hazırladığı qonağlığa getdilər.Həmin mənbə c.94,s.118
2-Fəyaz ibn Məhəmməd ibn Tusi deyir: Günlərin birində İmam Rza (ə)-ın yanına getmişdim. Gördüm ki, İmam Rza (ə), qonaqlıq vermək üçün dostlarını evində saxladı və onların evinə də yemək, paltar, üzük və ayaqqabı hədiyyə göndərdi. İmam (ə), başqa günlərdən fərqli olaraq yalnız bu gündə dostlarına və xidmətçilərinə bu köməkliyi göstərirdi.Həmin mənbə c.94, s.112 və c.95, s.322
Qədir-xum gününün bayram olma səbəbi
a) İmamlar (ə) ilahi qanunların təbliğatçılarıdır.
Həm sünni həmdə şiə alimləri “təbliğ” (maidə-67) ayəsinin İmam Əli (ə)-ın haqqında nazil olduğunu bildirmişlər ki , peyğəmbərin (s.ə.v.a) canişinliyi haqqındadır. Bu ayə elə bir vaxtda nazil olmuşdur ki, bir tərəfdən münafiqlərin digər tərəfdəndə imanı zəif olanların fitnə salacağı təhlükəsi vardı. Bu ayənin nazil olması bütün nigarançılıqları aradan qaldırdı və ayənin çox mühüm olmasını göstərdi.
Təbliğ ayəsi: “Ey peyğəmbər Allah tərəfindən sənə nazil olanı təbliğ et ,əgər təbliğ etməsən risaləti tamam etmiş olmarsan və Allah səni camaatdan (tənəsindən) qoruyacaq. (Əl-maidə surəsi, ayə 67)
Əllamə Əmini sünni alimlərindən 30-a yaxın mənbəyə istinad edərək sübut edir ki, bu mənbənin hamısı Əli (ə)-ın vilayəti haqqındadır. Sünni alimlərindən Cəlaləddin Siyuti və Fəxrəddin Razi öz təfsirlərində buna işarə etmişlər.
Bu ayədə diqqət “Darul mənsur” kitabı Siyuti c.2, s.457; “Təfsire Fəxri Razi” c.12, s.49 çəkən “risaləti təbliğ etmiş olmarsan” cümləsidir. Bu ayə haqqında bunu demək olar ki “imamət”-i camaata çatdırmamaq dinimizdə risaləti tamamlamamaq deməkdir.
b) Dinin kamilliyi “imamlıqdır”
Kafirlər peyğəmbər (s.ə.v.a)-ə sonsuz (əbtər) deyirdilər. Onlara elə düşünürdülər ki, peyğəmbər (s.ə.v.a) rəhmətə getdikdən sonra oğlu olmadığına görə İslam dini başçısız qalıb aradan gedəcək və kafirlər yenidən öz dinlərinə qayıda biləcəklər.
İmam Əli (ə)-ın xəlifəliyə seçildiyini gördükdən sonra kafirlər ümidsiz oldular. Kafirlər yaxşı bilirdilər ki, Əli (ə) peyğəmbərin yolunu kamil şəkildə davam etdirə biləcək yeganə şəxsdir.
Əli (ə) xəlifəliyə seçildikdən sonra bu ayə nazil olur: “bu gün sizin üçün dinivizi kamil etdim” ( ( maidə surəsi 3-cü ayə) .İmamların (s.ə.v.a) əsas vəzifəsi ilahi qanunların camaata düzgün çatdırılması üçün seçilmişlər. Peyğəmbər (s.ə.v.a)-dan həm süni həmdə şiə alimləri hədis nəql edirlər: “mən elm şəhəriyəm Əli (ə) o şəhərin qapısıdır, şəhərə daxil olmaq istəyən gərək ki Əli (ə)-ın yolu ilə getsin.“Əl-qədir” c.6, s.61-77
Sünni alimlərihdən Buxari, Müslim, Malik, Nəsayi və Tirmizi deyirlər: “kitab əhli olan Tariq ibn Şəhab xəlifə Ömərə deyir :əgər “ikmal” (dinivizi kamil etdim) ayəsi bizim dinimizdə nazil olsaydı bu günü qiyamətə qədər həmişə bayram keçirərdik. Həmin mənbə s.110
Ömər sakit durmaqla öz razılığını bildirdi.
c) İmamlıq, İslam düşmənlərinin ümidsizlik amilidir
d) Maidə surəsinin 3-cü ayəsi də Əli (ə) barəsində qədir xum çölündə nazil olmuşdur. “Bu gün kafirlər dinivizdən əllərini üzdülər bəs onlardan qorxmayın məndən qorxun”.
Bu ayə subut edir ki, dinin kamil olması (Əli (ə)-ın xəlifəliyi) İslam düşmənlərini narahat edirdi. Əllamə Təbatəbai öz kitabında yazır: səhabə, tabein və onlardan sonra gələnlərdə yek dilliklə bu fikirdədirlər ki, hər iki ayə bir-birinə bağlıdır və biri digərini tamamlayır. “Əl-mizan” kitabı Əllamə Təbatəbai c.5, s.179
Ayələrdən bu nəticəyə gəlmək olar ki, gərək “qədir xum” gününü bayram kimi qeyd edək.
c)İmamlıq vəzifəsi İslam dininin vəhdəti naminədir.
Qurani kərimdə Allah-təala, İsa (ə) peyğəmbərin asimandan süfrə (maidə) istəyərək dua etməsinə işarə edərək, gələcək nəsillər üçün bayram olmasını zikr edir və buyurur: Məryəm oğlu İsa dedi: “Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. (Maidə surəsi, ayə: 114)
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |