» » » Əmirəl-möminin (ə) xəlifəliyini “Qədir” hədisi ilə əsaslandırır


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Əmirəl-möminin (ə) xəlifəliyini “Qədir” hədisi ilə əsaslandırır
    +14
    Müəllif: Aşiqi Rüqəyya | 20-09-2016, 16:30 | Baxılıb: 1 766
    Əmirəl-möminin (ə) xəlifəliyini “Qədir” hədisi ilə əsaslandırır

     

    Əmirəl-möminin (ə) xəlifəliyini “Qədir” hədisi ilə əsaslandırır



    Əmirəl-möminin (ə) xəlifəliyini “Qədir” hədisi ilə əsaslandırır


    Sual: Əmirəl-möminin (əleyhis-salam) öz xəlifəliyini sübut edərkən “Qədir” hədisinə istinad etmişdirmi? Hamımız bilirik ki, Böyük İslam Peyğəmbəri (sallallahu əleyhi və alih) Qədir günündə özündən sonra Həzrət Əlinin (əleyhis-salam) xəlifə olacağını elan etdi və ona itaət etməyi bütün müsəlmanlara vacib saydı. Burada belə bir sual meydana çıxır: Həzrət Əlinin (əleyhis-salam) canişinliyi belə bir gündə elan olunmuşdursa, nə üçün imam öz ömrü boyu imamətini sübut etmək üçün bu hədisə istinad etmədi?

    Əmirəl-möminin (ə) xəlifəliyini “Qədir” hədisi ilə əsaslandırır


    Ətraflı cavab:Fərz olunanların əksinə olaraq demək lazımdır ki, imam həyatı boyu dəfələrlə “Qədir” hədisinə istinad edərək öz xilafətinin doğruluğunu onunla sübut etmişdir. Həzrət münasib fürsət düşən kimi vaxtaşırı “Qədir” hədisini müxaliflərinin qulağına çatdırar və bu yolla insanların ürəklərində mövqeyini möhkəmləndirərdi.
    Təkcə İmam Əli (əleyhis-salam) deyil, Həzrət Peyğəmbərin qızı Həzrət Fatimə (salamullahi əleyha), onun böyük övladı İmam Həsən Müctəba (əleyhis-salam), şəhidlər ağası Həzrət Hüseyn ibn Əli (əleyhis-salam), eləcə də İslamın görkəmli simalarından bir qrupu, o cümlədən Abdullah ibn Cəfər, Əmmar Yasir, Əsbəğ ibn Nubatə, Qeys ibn Səd, Ömər ibn Əbduləziz, Məmun Abbasi və hətta həzrətin bəzi müxalifləri, məsələn, Əmr Ass və digərləri də “Qədir” hədisinə istinad etmişlər.
    Bu üzdən bu hədisə əsaslanmaq Həzrətin öz həyatı zamanından başlamışdır. Onun davamçıları və tərəfdarları bütün əsrlərdə “Qədir” hədisini imamın imamət və vilayətinin dəlillərindən sayırdılar. Biz də burada bu əsaslandırmaların bir neçə nümunəsini qeyd edirik:
    1. Əmirəl-möminin (əleyhis-salam) Şura günü (Şura üzvləri ikinci xəlifənin göstərişi ilə təyin olunmuşdu. Şuranın tərkib hissəsi elə qurulmuşdu ki, hamı xilafətin Əlidən başqasına çatacağını bilirdi.) xilafət Əbdürrəhman ibn Ovf tərəfindən Osmana ötürüləndə şuranın rəyinə etiraz olaraq danışmağa başladı və dedi: “Mən sizə elə sözlər demək istəyirəm ki, heç kəs onu dana bilməz.” İmam sözlərinin arasında belə buyurdu:
    Sizi Allaha and verirəm, deyin, sizin aranızda elə bir kəs tanıyırsınız ki, peyğəmbər onun haqqında desin:
    مَنْ کُنْتُ مَوْلاَهُ فَهَذَا عَلِىّ مَوْلاَهُ اَللّهُمَ وَالِ مَنْ وَالاَهُ وَ انْصُرْ مَنْ نَصَرَهُ لِیَبْلُغَ الشَّاهُدُ الْغایِب
    “Mən kimin mövlasıyamsa, Əli onun mövlasıdır! Pərvərdigara! Əlini sevəni sev, Əliyə yardım edənlərə yardım et. Bu sözləri burada olanlar olmayanlara çatdırsın!”
    Hamı bir nəfər kimi: “Xeyr, bu fəzilət sənə məxsusdur!” – deyə cavab verdi. (“Mənaqibi Xarəzmi”, səh. 217.)
    Söz yox ki, İmam Əlinin (əleyhis-salam) “Qədir” hədisinə əsaslanması təkcə bu nümunə ilə xülasələnmir. Başqa yerlərdə də İmam (əleyhis-salam) bu hədisi sitat gətirmişdir. Aşağıda onlara işarə edəcəyik.
    2. Əmirəl-möminin (əleyhis-salam) Kufədə nitq söyləyəndə sözlərinin arasında üzünü camaata tutub dedi:
    - Sizi Allaha and verirəm, hər kəs Qədirdə iştirak etmişdirsə, peyğəmbərin məni öz canişini seçdiyini öz qulaqları ilə eşitmişdirsə, ayağa qalxsın və şəhadət versin. Yalnız o adamlar qalxsın ki, bunu peyğəmbərin öz dilindən eşidiblər, başqasından yox.
    Bu vaxt 30 nəfər yerindən qalxıb “Qədir” hədisini eşitdiklərinə şəhadət verdilər!
    Maraqlısı burasındadır ki, o gün artıq “Qədir” hadisəsindən 25 il ötürdü. Peyğəmbərin (sallallahu əleyhi və alih) səhabələrindən bir çoxları Kufədə deyildi və yaxud ondan öncə dünyasını dəyişmişdi. Bəlkə də bəziləri müəyyən səbəblərdən şahid qismində çıxış etməkdən boyun qaçırdılar. Əks təqdirdə şahidlərin sayı daha artıq idi.
    Mərhum Əllamə Əmini adı çəkilən hədisin çox sayda ünvanlarını öz qiymətli kitabında qeyd etmişdir. Maraqlananlar sözü gedən kitaba müraciət edə bilərlər. (“Əl-ğədir” səh 153-170. )
    3. Osmanın xilafəti zamanı Muhacirlər və Ənsardan 200 nəfər tanınmış səhabə peyğəmbər məscidinə toplaşmışdı. Onlar müxtəlif hadisələr barəsində müzakirə edirdilər. Söhbət Qureyş qəbiləsinin fəzilətinə və mühacirət keçmişinə çatdı. Qureyşin hər tayfasının üzvləri öz tanınmış şəxsiyyətləri ilə fəxr edirdi.
    Səhər tezdən günortaya qədər uzun çəkən bu məclis boyu tanınmış adamlar çıxış edirdilər. Əmirəl-möminin isə (əleyhis-salam) danışmır, yalnız qulaq asmaqla məşğul idi. Birdən məclis iştirakçıları üzünü həzrətə çevirib onun da danışmasını istədilər. İmam camaatın israrı ilə ayağa qalxdı öz peyğəmbərlə olan qohumluq əlaqəsindən və keçmiş xidmətlərindən geniş söz açdı. Həzrət sözlərinin arasında belə dedi:
    Xatırlayırsınız, Allah-tala Qədir günü peyğəmbərə əmr etdi ki, insanlara namazı, zəkatı, həcci başa saldığı kimi məni insanların rəhbəri kimi elan etsin. Bu işi yerinə yetirmək üçün peyğəmbər (sallallahu əleyhi və alih) belə bir xütbə oxudu:
    Allah-taala bir iş görməyi mənə tapşırdı. Mən isə bəzi insanların bu İlahi fərmanı təkzib edəcəyindən qorxurdum. Amma Allah-taala əmr etdi ki, onu sizə çatdırım və məni insanların şərrindən qoruyacağına vəd etdi.
    Bəli! Ey insanlar. Allahın mənim mövlam və mənim isə möminlərin mövlası olduğumu bilirsiniz. Mən onlara canlarından artığammı?
    Hamı:
    - Bəli! – deyə cavab verdi.
    Peyğəmbər davam etdi: Əli! Qalx ayağa.
    Mən ayağa qalxdım. Daha sonra üzünü camaata tutub dedi:
    مَنْ کُنْتُ مَوْلاَه فَهَذَا عَلِىّ مَوْلاَه اللّهُمَّ وَ الِ مَنْ وَالاَه وَ عَادِ مَنْ عَادَاه.
    “Mən kimin mövlasıyamsa, Əli onun mövlasıdır! Pərvərdigara! Əlini sevəni sev, Əliyə yardım edənlərə yardım et.”
    Bu an Salman peyğəmbərdən:
    - Əli bizim üzərimizdə vilayəti necədir? – deyə soruşdu.
    Peyğəmbər:
    ولاوه کولاى من کنت اولى به من نفسه فعلى اولى به من نفسه
    - Əlinin sizə vilayəti mənim sizə olan vilayətim kimidir. Mən hər kəsə canından artığamsa, Əli də ona canından artıqdır. (“Faraid əs-simteyn”, Əmirəl-möminin (əleyhis-salam) bu üç yerdən əlavə Kufədə, Cəməldə və Siffeyndə Qədir hədisinə əsaslanmışdır. )
    4. Müxaliflər qarşısında “Qədir” hədisinə təkcə Həzrət Əmirəl-möminin deyil, əlavə Həzrət Peyğəmbərin məsum qızı Fatimə də (salamullahi əleyha) istinad etmişdir. O, tarixi bir gündə öz haqqını sübut etmək üçün nitq söyləyərkən üzünü peyğəmbərin (sallallahu əleyhi və alih) səhabələrinə tutub dedi:
    Qədir gününü unutmuşsunuz? Peyğəmbər həmin gün Əliyə (əleyhis-salam) dedi: “Mən kimin mövlasıyamsa, Əli onun mövlasıdır!”
    5. Həsən ibn Əli (əleyhis-salam) Muaviyə ilə sülh bağlamaq istəyərkən ayağa qalxıb xütbə oxuyaraq dedi:
    Allah-taala peyğəmbərin əhli-beytini İslam vasitəsilə ucaltdı, bizi seçdi və hər növ çirkinliyi bizdən təmizlədi.
    İmam xütbənin davamında belə söylədi:
    Bütün ümmət eşitmişdir ki, peyğəmbər üzünü Əliyə tutub dedi: “Sən mənim üçün Musanın Harunu kimisən!”
    Bütün insanlar görüb eşitdilər ki, peyğəmbər Əlinin əlini Qədir Xumda qaldırıb camaata xitab etdi:
    مَنْ کُنْتُ مَوْلاَه فَعَلِىّ مَوْلاَه، اللّهُمَّ وَالِ مَنْ وَالاَه وَ عَادِ مَنْ عَادَاه
    “Mən kimin mövlasıyamsa, Əli onun mövlasıdır! İlahi, Əlini sevəni sev, əlinin düşməninə düşmən ol! (“Yənabi əl-məvəddəh”, səh. 482. )
    6. Həzrət İmam Hüseyn ibn Əli də (əleyhis-salam) Məkkədə saysız-hesabsız insanlar arasında çoxsaylı səhabələrin iştirak etdiyi bir vaxtda nitq söyləyərkən belə dedi:
    Sizi Allaha and verirəm! Bilirsinizmi ki, Qədir Xumda peyğəmbər Əlini xilafət və vilayətə seçdi və “Hazırlar qaiblərə desinlər” – deyə tapşırdı?
    Hamı şəhadət verib təsdiq etdi.
    Bunlardan əlavə peyğəmbər səhabələrindən bir qrupu, o cümlədən Əmmar Yasir, Zeyd ibn Ərqəm, Əbdullah ibn Cəfər, Əsbəğ ibn Nubatə və başqaları bu hədisi sitat gətirməklə İmamın xilafət və üstünlüyünə şahid tutmuşlar.

    Mənbə: Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi internet saytı

    Əmirəl-möminin (ə) xəlifəliyini “Qədir” hədisi ilə əsaslandırır
     
     
    Bölmə: İslami bayramlar / Qədir-Xum
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.