» » » Təbrik mərasimi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Təbrik mərasimi
+5
Müəllif: Fatimə Nuri Xuda | 2-10-2015, 13:30 | Baxılıb: 2 192
 
 
 
Təbrik mərasimi

Allah Təalanın istəyi bu olmuşdur ki, «Qədir» hadisəsi həmişə təzə-tər qalsın və zaman keçdikcə köhəlməsin. Buna görə də onun əhəmiyyətini bildirmək üçün bir sıra ayələr nazil etmişdir ki, onu izah etsin. İslam ümməti də Quran tilavət edərkən o tarixi günə aid olan ayələrə çatdıqda o günün xatirələri yaddaşlarında canlansın. «Qədir» dastanını şərh edənlər və Quranın təfsirçilərinin əksəriyyəti, hansı məzhəbdən olmaqlarına baxmayaraq, «Maidə» surəsinin üçüncü ayəsi barəsində açıq-aydın yazmışlar ki, Cöhfədə «Qədir» günü, Rəsulullahın (s) iki saatadək çəkən bəlağətli xütbəsi sona yetdikdən sonra, camaat dağılışmamış, vəhy mələyi nazil oldu və bu ayəni gətirdi:
الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُواْ مِن دِينِكُمْ فَلاَ تَخْشَوْ هُمْ وَاخْشَوْنِ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ
وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ
(«MAİDƏ», аyə 3)
«Bu gün kafir olanlar dininizdən bütün ümidlərini kəsiblər, daha onlardan qorxmayın. Məndən qorxun! Bu gün sizə dininizi kamil etdim, Sizə olan nemətimi tamamladım, din olaraq sizin üçün islamı bəyənib-seçdim».
Sonra isə Rəsulullah (s) buyurdu:
الله اكبر علي اكمال الدين، واتمام النعمة ورضى الرب برسالتى،
و الولاية لعلى من بعدى
Allaha həmd olsun ki, dini kamala yetirdi, neməti tamamladı və mənim risalətimə məndən sonra isə Əlinin vilayətinə razı oldu.
Rəsulullah (s) tez-tez təkrar edirdi: هنئونى،هنئونى Məni təbrik edin, məni təbrik edin!
Belə ki, Hafiz Əbu Səid Nişapuri (407-ci h. q. ilində vəfat etmişdir) öz kitabında (Şərəf Əl-Mustəfa) öz sənədi ilə Bürra ibn Azibdən, Əhməd ibn Hənbəlin sözü ilə və digər sənədi ilə Əbu Səid Xidridən rəvayət etmişdir ki, Peyğəmbər (s) buyurdu: «Mənə təbrik deyin, mənə təbrik deyin: Çünki Allah məni nübuvvətə, Əhli-beytimi isə imamətə məxsus etdi».
Yenə də «Riyaz Əl-nəzrə», «İsabə», «Kənz Əl-Ümmal», İbn Qeymin «Zad Əl-Məad», Təyalisinin «Müsnəd» və Beyhəqinin «Sünən» kitablarında qeyd olunmuşdur ki, Rəsululllah(с) «Səhab» adlandırılan və xüsusi günlərdə başına bağladığı qara əmmaməsini öz mübarək əli ilə Əlinin (ə) başına bağladı (seyyidlərin qara əmmamə bağlamasının fəlsəfəsi), onun ucunu arxa tərəfdən qabağa salladı və buyurdu: «Mələklərin başlarında olan tac belədir».
Sonra əmr etdi ki, təbrik və mübarəkbadlıq demək üçün həzrətə bir yer hazırlansın. Sonra özü bir çadırda oturdu. Əlini  (ə) də öz yanında oturtdu. Necə ki, Xəlili kimi tanınan Əhməd ibn Muhəmməd Təbəri «Mənaqibi Əli ibn ƏbiTalbi(я)» kitabında yazmışdır.
Nəticədə Peyğəmbərin (s) əmri ilə camaat o həzrətə beyət etmək üçün tələsir və deyirdilər: Eşitdik, Allahın və onun rəsulunun əmrini qəlbimiz, dilimiz və bütün üzvlərimizlə qəbul edirik. Sonra da özlərini açıq əllə görüşmək və beyət etmək üçün Rəsulullahın (s) və Əlinin (ə) üstünə atırdılar. Rəsulullaha (s) və Əliyə (ə) beyət üçün əl uzadan ilk şəxs (şəxslər) (Zeyd ibn Ərqəm və digərlərinin rəvayətinə əsasən) Əbu Bəkr, Ömər, Təlhə və Zubeyr idi. Sonra qalan mühacirlər, digər adamlar öz mərtəbələrinə uyğun olaraq gəlib beyət etdilər. Mərasim namazadək çəkdi. Zöhr və əsr namazları bir yerdə qılındı. Məğrib və İşa namazlarını dabir yerdə qıldılar. Üç gün ardıcıl camaatın beyət üçün əlvermə mərasimi davam etdi. Rəsulullah(с) hər dəstə və qrupun beyətindən sonra buyururdu:
الحمد لله الذى فضلنا على جميع العالمين
«Bizi bütün aləmlərdən əfzəl edən Allaha həmd olsun».
Tarixçi-İbn Xavəndşah-»Rövzə Əl-səfa» kitabında yazır: Rəsulullah (s) ona məxsus olan çadırda oturmuşdu. O həzrətin əmri ilə Əli (ə) başqa bir çadırda oturdu. Rəsulullah (s) əmr etdi ki, camaat o həzrətin çadırına gedib onu təbrik etsinlər. Camaatın təbrikindən sonra Peyğəmbər (s) iman əhlinin analarına (öz zövcələrinə) əmr etdi ki, onlar da o həzrətin yanına gedir təbrik etsinlər. onlar da vəzifələrini yerinə yetirdilər.
Əhli-sünnənin hədis, təfsir və tarix alimlərindən çoxu, iki şeyxin (Əbu Bəkr və Ömər) təbriklərini çox cəlbedici şəkildə rəvayət etmişlər. Onlardan bəziləri bu dastanı şübhəsiz mürsəl kimi, bəziləri isə səhih sənədlərlə və etimadlı siqə ricallardan rəvayət etmişlər ki, nəql edənlərin silsiləsi ibn Abbas, Əbi Hureyrə, Burra ibn Azib və Zeyd ibn Ərqəm kimi səhabələrə söykənir.
Əllamə Əmini (Allah ona rəhmət elədin) iki şeyxin təbrik demək mərasimini, əhli-sünnənin təfsir, tarix və hədis alimlərinin altmış nəfərinin kitabından toplamış, bu kitabların və müəlliflərinin adlarını ayrıca bir mündəricatda yazmışdır. Onların bəzilərində ikinci xəlifənin, bəzilərində isə hər iksinin Əmirəlmöminini bu kəlmə ilə təbrik etdiyini vurğulamışdır:
بخ بخ لك يا بن ابى طالب اصبحت و امسيت مولاى و مولى كل مؤمن و مؤمنة
«Ey Əbu Talibin oğlu sənə bəh-bəh olsun ki, bundan sonra hər səhər və hər axşam mənim və hər bir mömün kişi və qadının mövlasısan».
Burada Həssan ibn Sabit ərz etdi:
«Ya Rəsulullah (s) icazə verirsənmi Əli (ə) barəsində bir neçə beyt şer deyim? Peyğəmbər (s) ona icazə verdi: Həssan bu şeri dedi:
يناديهم يوم الغدير نبيهم                     بخم فاسمع بالرسول مناديا
«Əziz peyğəmbərləri «Qədir-xum» günündə onları çağırdı. Elə çağırdı ki, hamı eşitdi. Buyurdu: Sizin Mövla və vəliniz kimdir? Hamı, pərdəsiz şəkildə dedilər - sənin Allahın bizim mövlamız, sənsə bizim vəlimizsən. Bu barədə bizdən sözə baxmamaqlıq görməmisən. Bu zaman Əliyə (ə) dedi: Ya Əli, qalx və mən səni özümdən sonra imam və rəhbər seçdim. Deməli, mən mövlası olduğum hər kəsin mövlası Əlidir(я). Ona sadiq köməkçilər olun. Elə buradaca dua edib dedi: İlahi! Onun dostlarını sev və düşmənlərinə düşmən ol!»
Beləliklə, «Qədir-Xum» bayramı ilk dəfə Rəsulullahın (s) hüzurunda və yüz iyirmi mindən çox müsəlman ümmətinin iştirakı ilə qeyd olunmuşdur. O gündən sonra ismət və təharət ailsəi o günə böyük dəyər vermiş, onu böyük saymış və onun xatirəsini diri saxlamağa səy etmişdilər. Buna baxmayaraq, digərləri rəyasət həvəsi və şöhrtəpərəstliyə görə çox az bir zamanda (yetmiş gün) o günü yaddaşlaradan elə sildilər ki, «nə üzümdən və nə də üzüm əkəndən nişan qalmadı».
Tarixi «Qədir-Xum» hadisəsi ilə Peyğəmbərin (s) dünyadan köçməsinin arasında cəmi yetmiş gün fasilə oldu (on iki gün zilhəccə, otuz gün məhərrəm və iyirmi səkkiz gün səfərdən). Amma bu yetmiş gündə pərdə arxasında nələr oldu? Necə plan hazırladılar? Allah bilir. İbn Əbil Hədid deyir:
Şiənin əqidəsi budur ki, Səqifənin proqramı öncədən hazırlanmışdı.
Bəli, təəssüf ki, yaxud xoşbəxtlikdən şiənin buna çox möhkəm və güclü sənədləri vardır. Biz gələcək fəsillərdə onlardan danışacağıq.
Doğrudan, insan heyrətdə qalır ki, bu əyri düşüncələrin qarşısında necə və hansı yolla dəlil gətirsin. Bütün, icmalı verilən, əzəmətin və böyüklüyün qarşısında nə desin?
Cənablar buyururlar: Bəli - Lakin canişinlik məsələsi müzakirə olunmurdu. Bəlkə Peyğəmbərin (s) məqsədi bu idi ki, düşmənlərin qəlbini Əliyə (ə) görə bir qədər yumşaltsın. Bu təfsirinizə və yozmanıza görə əlləriniz ağrımasın.
Bu üzr günahdan daha pi sdir:
Birinci - Məgər Əlinin (ə) dinin düşmənlərindən başqa düşməni var idimi? Məgər Əlinin (ə) münafiqlərdən başqa düşmənimi vardı?
İkinci - Bu bəyan dolayısıyla dünən islamın əzəməti üçün Bədr, Hüneyn, Ühüd, Xəndək, Xeybər və s. döyüşlərində qılınc çalan böyüklərin bu gün rəyasət məhəbəti ilə Əli (ə) ilə düşmənçilik etməsinə işarə deyilmi?
Üçüncü - əgər sizin dediyiniz kimi, «Qədir»-dəki hadisə qəlbləri Əliyə (ə) yumşaltmaq üçün baş vermişdisə, axı bu proqramı Allah tərtib etmişdi. Çünki gördüyümüz kimi Peyğəmbər (s) özü də icraçı idi.
Dördüncü – fərz edək ki, bu cənabların sözü əsas etibarilə qəbul edildi. Yəni qəlbləri Əli (ə) üçün yumşaltmağa görə bu hadisə baş verdi. Bəs nəticə? Qəlblər necə yumşaldı ki, hələ Peyğəmbərin (s) pak cəsədi dəfn olunmamış Bəni Saidə səqifəsində toiplanaraq Əli(я) ilə məşvərət etmədən islam üçün məsləhət fikirləşməyə başladılar?
Qəlblər necə yumşaldı ki, birincinin göstərişi və ikincinin iştirakı və Əli (ə) və Fatimənin (s.ə) qapısına od gətirərək yandırmaqla hədələdilər? Qəlblər necə yumşaldı ki, Əlini (ə) zorla beyət üçün məscidə çəkdilər? Qəlblər necə yumşaldı ki, əgər Fatimə (s.ə) olmasaydı Əlini (ə) öldürərdilər? Qəlblər necə yumşalmışdı ki, «Fədək»-i düşmənçiliklə mənimsədilər? Qəlblər necə yumşalmışdı ki, Fatimə (s.ə) gecə dəfn olundu və məzarı, Əlinin məzlumluq fəryadı ünvanında, təkcə o zaman deyil, indi də naməlumdur? Qəlblər necə yumşalmışdı ki, imamı 25 il xanənişin etdilər və özünün dediyi kimi
فصبرت و فى العين قذى وفى الحلق شجا
Mütəfəkkirlərdən biri deyir: Bizə irad tutdular ki, nəyə görə aşura və Kərbəlanın şəhadət dartanını bu qədər təkrar edirsiniz? Cavabında dəlil budur ki, «ilan vuran ala çatıdan qorxar». Biz gördük ki, «Qədir» bayramını cənablar 70 gün müddətində isti-isti xatirələrdən sildilər. Ona görə də aşura əzadarlığı unudulmamaq üçün onu hər gün təkrar etməyə çalışırıq.
Beləliklə, şiə bilməlidir ki, «Qədir» gününü qeyd etmək və o günü bayram etmək sünnətdir. Necə ki, mərhum Kuleyni «Üsuli Kafi» kitabında Səhl ibn Ziyaddan, Əbdurrəhman ibn Salimdən, atasından rəvayət etmişdir ki, dedi: «Həzrət Əbi Əbdullahdan (ə) sual etdim: Müsəlmanlar üçün cümə, qurban və fitrdən başqa bir bayram vardırmı? Buyurdu: Bəli bu adıçəkilən bayramlardan daha çox hörmətli bir bayram vardır. Soruşdum: Qurbanın olum o nə bayramdır? Buyurdu: O, Rəsulullahın (s) Əmirəlmöminini (ə) mənsub etdiyi gündür ki, buyurdu:
من كنت مولاه فعلى مولاه
«Mən kimin ağasıyamsa Əli də onun ağasıdır».
Soruşdum ki, o hansı gün olmuşdur? Buyurdu: hansı gün olmağı nəyinə lazımdır? İl dolanır amma o gün zihəccənin 18-dir. Soruşdum: o gün hansı işi görmək yaxşıdır? Buyurdu: O gün oruc tutmaqla və ibadətlə Allahı yad edin, Muhəmməd (s) və onun adını yad edin. Çünki Rəsulullah (s) Əmirəlmömininə (ə) əmr etdi ki, o günü bayram etin. Digər peyğəmbərlər də belə etmişlər. Yəni öz vəsilərinə əmr etmişlər ki, vəsiliyi elan edilən günü bayram etsinlər.
 
 
 
Kitabın adı: Qədir günündən Aşurayadək
Müəllif: Seyid Kazim Pərpənçi

 
 
Bölmə: İslami bayramlar / Qədir-Xum
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.