Surələr barədə ümumi məlumat (11-ci hissə)
96)"Ələq"-"Qan laxtası". İnsanın yaradılması mövzunun əsas qayəsidir. Qurani-kərimin nazil olması Peyğəmbərimizə bu surənin ilk dörd ayəsi ilə başlanmışdır. Məkkidir.
-Hökumət işçilərinin yanına girərkən 7 dəfə oxunur.
97)"Qədr"-"Qədr gecəsi". Qurani-kərim bu mübarək gündə nazil olmuşdur. Məkkidir.
-Bazar ertəsinə keçən gecə 500 dəfə oxuyan peyğəmbərimiz (s)-ı yuxusunda görər.
-Ramazani-şərifin hər hansı bir gecəsi min dəfə oxumaq çox fəzilətlidir
-Qibləyə üzünü tutub "Fatihə","Ayətəl-kursi" və "Qədr" surəsini oxuyanın bütün istəkləri qəbul olar.
98)"Bəyyinə"-"Açıq etiraf". Peygğəmbərimizi doğru yolda olduğu aşıq etiraf edilir. Mədənidir.
-Hər gün oxuyan dinini və dünyasını mühafizə etmiş olar.
-Düşmən şərindən qorunmaq üçün oxunur.
-Sarılığa qarşı hər gün 3 dəfə oxunur.
99)"Zilzal"-"Zəlzələ". Surədə bildirilir ki, Peyğəmbirimiz öz elmi, öz dühası, öz nəzəriyyəsi, öz dini olan islamiyyətlə bütün dünyada bir "zəlzələ" yaradacaq. Mədənidir.
-Hər gün 4 dəfə oxumaq çox fəzilətlidir
-Düşmənlərin şərrindən qorunmaq və onlara qalib gəlmək üçün 41 dəfə oxunur.
100)"Adiyyət"-"Savaş meydanı". "Qələbənin yeganə yolu savaş meydanından başlanır". Məkkidir.
-Hər gün oxuyanın ruzisi artar, nəzərdən qorunar
-Yuxusunda qorxan,yuxuqabağı 7 dəfə oxusa,bu dərdindən qurtular.
101)"Qariə"-"Fəlakət". 100-cü surənin davamıdır. Məkkidir.
-Barışdırmaq üçün oxunur.
102)"Təkasür"-"Çoxluq və çoxluqla öyünmək". Belələri qiyamət günü mal-dövlətlətinin hansı yollarla əldə etdikləri barədə sorğu-suala çəkiləcək və cəzalarını alacaqlar. Məkkidir.
-Hər gün oxuyan qəbir əzabından amanda olar. Xəstənin oxumağı fəzilətlidir.
103)"Əəs"-"Zaman". Rəsulullahın Peyğəmbərlik dövrü nəzərdə tutulur. Surədə bir daha bildirilir ki, inananlar heç vaxt ziyan görməyəcəklər. Məkkidir.
-İki mömin qarşılaşanda və ayrılanda biri digərinə oxuması fəzilətlidir
-70 dəfə oxuyan sıxıntılardan qurtular.
104)"Huməzə"-"Ara qızışdıran". Müsəlmanlar arasında iki tirəlik salanlar, onları qızışdırıb ara vuranları axirətdə böyük əzablar gözləyir.
-Qanmaz və həsədçilərin şərindən qorunmaq üçün 21 dəfə oxunur.
105)"FİL"-Fillərə süvar olmuş düşmən ordusunun məhvindən,fil sahiblərinin faciəli aqibətlərindən bəhs olunur.Məkkidir.
-Düşmənləri dəf etmək üçün şam və xiftən namazları arasında 250 dəfə oxunur.
106)"Qureyş"-Qureyş qəbiləsinin azğınlığından bəhs edir. Bu qəbilənin Kəbə əvəzinə bütlərə ibadət etməsi pislənir. Məkkidir.
-Pislərin şərindən qorunmaq üçün 7 dəfə oxunur.
Kitabın adı: Quran İlahi möcüzədir, 101 sual