Surələr barədə ümumi məlumat (8-ci hissə)
52)"Tur"- Həzrət Musa (ə)-ın durduğu Tur dağından bəhs olunur.Əsas qayə Allaha inananların gələcəkdə böyük mükafatlara layiq görüləcəklərindən ibarətdir. Məkkidir.
-"Tur" surəsi xəstəyə hər gün 3 dəfə oxunarsa şəfa tapar.
53)"Nəcm"- "Ulduz". Rəsulullahın doğru yolda olduğundan, yanılmadığından, yüksək mərtəbələrə, uca zirvələrə çatacağından bəhs olunur. Məkkidir.
-"Nəcm" surəsinin çətin bir iş üçün 21 dəfə oxunarsa məqsəd hasil olar.
54)"Qəmər"- Ayın yarılmasından, Fironun, həmçinin Səmud, Ad tayfalarının faciəli aqibətindən bəhs edir. Məkkidir.
-"Qəmər" surəsini oxuyan pisliklərdən qorunar.
55)"Rəhman"- "Mərhəmətlilərin ən mərhəmətlisi" mənasında olan bu sozlə başlayır.Rəsulullahın vəhyin və Allahın rəhməti,rəhmanı olduğu bir daha bildirilir.Surənin ayələrindən bir qismi Məkkədə,bir qismi Mədinədə nazil olduğu üçün yeganə surədir ki, Məkki-Mədəni adlanır.
-"Rəhman" surəsini oxuyanın könlü açılar və ruzisi artar.
-Asma və qeyri nəfəs xəstəliklərindən şəfa tapmaq üçün oxunur.
56)"Vaqiə"- "Qiyamət vaqiəsi". Surədə inananların böyük mükafatlara layiq görüləcəyindən, inanmayanların isə faciəsindən söhbət açılır. Məkkidir.
-"Vaqiə" surəsini şam namazından sonra oxuyan zənginliyə qovuşar.
-Zehnin açılması üçün oxunur.
57)"Hədid"- "Dəmir". Allahın böyüklüyündən və olmasından bəhs olunur. Mədənidir.
-70 dəfə oxuyanın gücü və ruzisi artar,bütün sıxıntılardan qurtular.
58)"Mücadilə"- "Şikayət". Bir qadının öz ərindən şikayəti surənin əsas mövzusudur. Mədənidir.
-"Mucadilə" surəsinin bir ovuc torpaq üzərinə 3 dəfə oxuyub düşmən tərəfə səpilərsə, məqsəd hasil olar.
59)"Həşr"- "Sürgün edilmək". Yəhudilərin Mədinədən çıxmasından bəhs olunur. Mədənidir.
-"Həşr" surəsini 3 dəfə oxuyan bütün bəlalardan qurtular.
-Son 3 ayəni oxumaq çox fəzilətlidir.
-Qəlb rahatlığı bilməyən hər gün oxusa fayda tapar.
-Oxuyanın zehni açılar.
60)"Mumtəhinə"- "İmtahan edilən" .Qorxduqlarından müsəlmançılığı yalandan qəbul edən kafirlər haqqındadır. Mədənidir.
-"Mumtəhinə" hər gün oxuyanın qəlbindəki nifaq yox olar.
61)"Səff"- "Səf-səf". "Dininizi qoruyanda səf-səf durun, ey musəlmanlar! Bir olun! Möhkəm birlik yaradın! İslamiyyət bu birliyin nəticəsində qələbə çalacaq! "Mədənidir.
-Düşmənlərin şərindən qorunmaq üçün 3 dəfə oxunur.
62)"Cümə"- Cümə namazı bu surənin əsas mövzusudur. Mədənidir.
-Ayrılıq işlərini qaydaya salmaq üçün 5 dəfə oxunur.
Kitabın adı: Quran İlahi möcüzədir, 101 sual