12) "Yusif"-Məhəmməd (s)-ın zəfər çalacağından, düşmənlərin baş əyəcəyindən və Yusif (ə)-ın hekayətlərindən bəhs olunur. Məkkidir (yəni Məkkədə nazil olmuşdur).
"Yusif" surəsini hər gün oxuyan hər kəsə şirin görünər, ruhunu asanlıqla təslim edər.
-Həsrətini çəkdiyi kimsəyə oxuyan muradına çatar.
13) "Rəd"-"Göy gurultusu". Göy gurultusu da İlahi vəhyə bənzədildiyindən surəyə bu ad verilmişdir. Məkkidir.
"Rəd" surəsini hər gün oxuyan səmavi bəlalardan qorunar.
-Uşaq üzərinə oxunarsa, görünməz qüvvələrin şərrindən qorunar.
-Yaramaz uşağa oxunarsa, o uşaq sakitləşər.
14) "İbrahim"-İbrahim (ə)-ın peyğəmbərliyindən, müxalifətin məhv olacağından, İslamın qalibiyyətindən bəhs olunur. Məkkidir.
"İbrahim" surəsini düşmənə qarşı yeddi dəfə oxunarsa şərindən qorunar.
-Hər gün oxuyan ata və anasının rizasını qazanar.
15) "Hicr"-Mədinədən şimaldakı bir bölgənin adıdır. Səmud tayfası qayaları ovaraq burada yaşayırdı. Onlar Peyğəmbərimizi öldürmək istəmişlər. Surənin əsas mövzusu bu hadisənin şərhindən ibarətdir. Məkkidir.
"Hicr" surəsini ticarətlə məşğul olan hər gün üç dəfə oxusa qazancı artar.
16) "Nəhl"-"Bal arsısı", Qurani-kərimin insanlara bal arısı kimi şəfa verməsi bu surənin əsas mövzusudur. Məkkidir.
-Düşmən şərindən qorunmaq üçün yüz dəfə oxunur.
-Hacət üçün oxuyub dua edənin duası qəbul olar.
17) "İsra"-"Merac gecəsi". Merac-yüksəliş yolu deməkdir. Peyğəmbərimiz Məkkədəki evindən həmin şəhərdəki Məscidu-Hərama, oradan Qüds şəhərindəki Məscidu-Əqsaya, oradan isə "Buraq" adlı bir miniklə Allah qatına ucaldılmış, Allah-təala ilə görüşmüş, Onunla danışmışdır. Yarı at, yarı quş olan Buraq həmin gecə onu Məkkədəki evinə gətirmişdir. Bu hadisə- "Peyğəmbərimizin meracı", həmin mübarək gecə isə "Merac gecəsi kimi müqəddəsləşmişdir". Surədə həmçinin bildirilir ki, Peyğəmbərimiz hər iki qiblənin, Qüdsün və Məkkənin Peyğəmbəridir. Məkkidir.
-Rəsulullah (s) "İsra" və "Zumər" surələrini yuxuqabağı oxumağı bildirmişdir.
-Hər gün yeddi dəfə oxuyan həsəd və dediqodulardan qorunar.
-Danışmağa çətinlik çəkən uşağa oxunsa dili açilar.
Kitabın adı: Quran İlahi möcüzədir-101 sual