Surələr barədə ümumi məlumat (7-ci hissə)
42)"Şura"- Müsəlmanların bütün işlərinin şura üsulu və danışıqlar yolu ilə aparılmasından bəhs olunur. Məkkidir.
-33 dəfə oxuyan düşmən təhlükəsindən qorunar.
43)"Zuhruf"- "Daş-qaş". Surədə bir daha təsdiq olunur ki, Allah peyğəmbərliyi daş-qaşa görə yox, ağıla görə verir. Məkkidir.
-Zikr edən şeytanın vəsvəsəsindən qorunar.
44)"Duhan"- "Quraqlıq". Yaxşı və yamanların aqibətindən bəhs olunur. Məkkidir.
-Hər gün oxuyan qiyamət gününün qorxusu və dəhşətlərindən qorunar. Dünya həyatında da hamı onu sevər
-Gecələr oxuyan yetmiş min mələyin duası ilə səhəri qarşılar.
45)"Casiyə"- "Diz çökən". Surədə ilahi vəhyin doğrulduğundan bəhs olunur. Məkkidir.
-Səfərə çıxınca oxusa,sağ-salamat evinə qayıdar.
46)"Ənqaf"- Əhqaf bölgəsindən və Ad millətinin aqibətindən əlavə surədə ilahi vəhy və axirətdən bəhs olunur. "Mömin" surəsindən başlayaraq "Əhqaf" surəsinədək surələr "Ha-Mim"lə başlanir. "Əhqaf" surəsi "Ha-Mim"lə başlanan surələrin sonuncusudur. Məkkidir.
-Malin qorunması üçün oxunur.
47)"Məhəmməd"- Surədə Rəsulullaha inananların parlaq rifahı müjdələnir. Mədənidir.
-Müharibədə oxuyan zəfərə çatar.
48)"Fəth"- Hudeybiyyədə danışıqlar yolu ilə,savaşsiz, mənəvi fəth qazanmış müsəlmanlardan və bu işdə Rəsulullahın onlara yardımından bəhs olunur. Mədənidir.
-"Fəth" surəsini zikr edən, Məkkədə şəhid olan səhabələr kimi savab qazanar.
49)"Hucurat"- "Otaqlar". Rəsulullaha qarşı ədəbli olmaq, onu otaqlardan çağırmamaq, ehtiramla onun hüzuruna gəlmək surənin əsas qayəsidir. Millətindən asili olmayaraq bütün müsəlmanlar arasında möhkəm birliyin labüdlüyündən bəhs olunur. Mədənidir.
-"Hucurat" surəsini xəstə hər gün yeddi dəfə oxusa şəfa tapar.
50)"Qaf"- Bu hərflə başlanır. Əsas mövzusu təbiət, əxlaq və ibrətdir. Məkkidir.
-"Qaf" surəsini cümə axşamı cüməyə keçən gecə oxuyanın görmə hissi artar.
-Xəstənin baş tərəfində yeddi gün oxunsa, xəstə şəfa tapar ya da rəhmətə qovuşar.
51)"Zariyyat"- "Yalançılar". Bu yolu seçənlərin faciəli aqibətindən bəhs olunur. Məkkidir.
-Zariyyat surəsi qıtlıq zamanında yetmiş dəfə oxunsa bolluq olar.
Kitabın adı: Quran İlahi möcüzədir, 101 sual