Surələr barədə ümumi məlumat (10-cu hissə)
80)"Əbəsə"-"Qaşlarını çatmaq". Məkkidir.
-Hər cür bəlalardan qorunmaq üçün 3 dəfə oxunur.
81)"Təkvir"-"Günəşin tutulması". Qiyamət günündən bəhs olunur. Məkkidir.
-Hər gün oxuyan hamıya hörmətli görünər.
-Gözlərin şəfası üçün oxunur.
82)"İnfitar"-"Göy üzünün yarılması". İslamın yer üzündə zəfər çalacağı barəsindədir. Məkkidir.
-Hər gün oxuyan, tövbə etmiş olaraq axirəti qazanır.
83)"Mutəffifin"-"Ölçüdə, çəkidə hiylə işlədənlər". Məkkidir.
-Ticarət və qazancın bərəkətli olması üçün 7 dəfə oxunur.
84)"İnşiqaq"-"Yarılmaq". Göy üzü yarılır,buludlardan yağış yağır, yağan yağış torpağa tökülür, torpaq isə insanlar üçün nemətlər bitirir, ruzilər yetirir, bolluq və bərəkət yaradır. Məkkidir.
-Pəltəkliyə qarşı 3 dəfə oxunur.
-Doğuşu asanlaşdırmaq üçün 3 dəfə oxunur.
85)"Buruc"-"Ulduzlar aləmi". Bu sözlə başladığına görə surəyə bu ad verilmişdir. Məkkidir.
-Duşmən şərindən qurtulmaq üçün 21 dəfə oxunur.
86)"Tariq"-"Gecə ulduzuna and olsun". Surə bu sözlə başlanır. Məkkidir.
-Cin,şeytan və insanların şərindən qorunmaq üçün 3 dəfə oxunur.
87)"Əla"-"Əla". Allahın adlarından biridir. Surədə Rəsulullahın zəfər çalacağı bildirilir. Məkkidir.
-Məhsulu zərərlərdən qorumaq üçün oxunur.
88)"Ğasiyə"-"Fəlakət". İslam düşmənlərinin fəlakətə uğrayacağından bəhs olunur. Məkkidir.
-Ağrılara qarşı oxunur.
89)"Fəcr"-"Dan yerinə and olsun". Həcc ayi olan Zülhiccə ayının ilk sabahı. Məkkidir.
-Hökümət nümayəndələrinin qəzəbindən qorunmaq üçün oxunur.
90)"Bələd"-"Şəhərə and olsun! "Məkkə şəhərinin fəthindən bəhs olunur. Məkkidir.
-Ruhi xəstəliklərdən şəfa tapmaq üçün oxunur.
91)"Şəms"-"Günəş". Günəş Rəsulullahın rəmzidir. Çünki Peyğəmbərimiz də günəş kimi bütün dünyaya nurdur. Məkkidir.
-Düşmən şərindən amanda olmaq üçün 21 dəfə oxunur.
92)"Ləyl"-"Gecəyə and olsun!" Surə bu adla başlayır və yaxşılıq edənlərin rifahından, pislik edənlərə isə verilən əzablardan bəhs edir. Məkkidir.
-Hər cür qorxudan amanda olmaq üçün 7 dəfə oxunur.
93)"Zəha"-"Qürub çağına and olsun! "Bu sözlə başlanır. Məkkidir.
-Hər gün sübh namazından sonra oxuyan, hər cür pisliklərdən qorunar.
-İtən malın tapılması üçün 41 dəfə oxunur.
94)"Şirah"-"Könül fərəhi". Rəsulullaha böyük ümidlər və təsəllilər verilir. Məkkidir.
-Yeni paltar geyən zaman 3 dəfə oxumaq çox fəzilətlidir. Qəlb rahatsızlığından hər gün 7 dəfə oxunur.
-Xiftən namazından sonra oxuyanın ruzisi artar, işləri asanlaşar, sıxıntıları gedər.
95)"Tin"-"Əncir". "Əncirə və zeytuna and olsun". İnsanlara bolluq və bərəkətlər veriləcəyindən, onların mükafatlar alacağından bəhs olunur. Məkkidir.
-70 dəfə oxuyan hər kəsə xoş görünər.
Kitabın adı: Quran İlahi möcüzədir, 101 sual