Surələr barədə ümumi məlumat (9-cu hissə)
63)"Munafiqun"-"İkiüzlülər". İslamın düşmənlərindən bəhs olunur. Mədənidir.
-Qanmaz və həsədçilərin şərindən qorunmaq üçün 100 dəfə oxunur.
64)"Təqabun"- "Qüsürların müqabili". Surədə bunların qiyamətdə bilinəcəyindən xəbər verilir. Mədənidir.
-Malın (əşya) mühafizəsi üçün 7 dəfə oxunur.
65)"Talağ"- "Boşanma". Mədənidir.
-Pis qadının şərindən qorunmaq üçün 7 dəfə oxunur.
66)"Təhrim"- "Halalı haram etməmək". Surənin əsas mövzusu Rəsulullahın xanımları haqqındadır. Mədənidir.
-İşləri daima qaydasında saxlamaq üçün oxunur.
67)"Mülk"- "Bütün mülklərin hökmranı Allahdır" .Mövzusunun əsas qayəsi bundan ibarətdir. Məkkidir.
-Hər gün oxumaq qəbr əzabını yüngülləşdirər.
-Bəladan qorunmaq üçün 7 dəfə oxunur.
-Əsr namazından sonra oxuyanın ruzisi artar.
68)"Qələm" (Nun)-"Qələmlə yazdırdıqlarımızdan ən başlıcası budur; əxlaqı yüksək olanlar Allaha yaxınlaşır, bu məziyyətlərə sahib olmayanlar isə, əksinə, Allahdan uzaqlaşırlar" .Surənin əsas mövzusu budur. Məkkidir.
-Nəzərdən qorunmaq üçün oxunur.
-Bəlalardan qorunmaq üçün oxunur.
-Zehnin açılması üçün ilk ayə oxunur.
69)"Haqə"- "Qiyamət" .Bu sözlə başlandığına görə surəyə bu ad verilmişdir. Əsas mövzusu Rəsulullahın düşmənlərinin faciəli aqibətidir. Məkkidir.
-Düşməni uzaqlaşdırmaq üçün oxunur.
70)"Məaric"- "Yüksəliş yolu" .Yüksəliş yolunun bir sahibi var, o da Allahdır. Məkkidir.
-Qiyamət qorxularından amanda olmaq üçün 10 dəfə oxunur.
71)"Nug" -Düşmən olan günahkarların yox olması üçün Nuh (ə)-ın dualarından bıhs olunur. Məkkidir.
-Düşmənə qarşı qələbə qazanmaq üçün oxunur.
72)"Cin"- Bir bölük yabancılardan "cinlərdən" bəhs olunur. Məkkidir.
-Nəzərdən, cin və şeytandan qorunmaq üçün 7 dəfə oxunur.
73)"Muzəmmil"- "Əbasına bürünüb, ibadətə hazır olan" .Bu sözlə başlayır. Məkkidir.
-Qorxan uşağa oxunarsa şəfa tapar.
74)"Mudəssir"- "Ey örtüyünə bürünüb ibadət edən". Bu sözlə başladığına görə surəyə bu ad verilib. Məkkidir.
-Pisliklərdən qorunmaq üçün oxunur.
75)"Qiyamət"- Qiyamət günündən bəhs edir. Məkkidir.
-Hər gün oxuyan qiyamət gününün şiddətindən amanda olar.
76)"İnsan" ("Həl-Əta") -İnsanın yaradılmasından bəhs edir. Bu surəyə "Dəhr" surəsi də deyilir. Mədənidir.
-Bəlalardan qorunmaq üçün 7 dəfə oxunur
-Hər gün oxuyan axirətdə Peyğəmbərimizin (s) şəfaətinə nail olar.
77)"Mursəlat"- "Bir-birinin ardınca göndərilən peyğəmbərlər". Məkkidir.
-İftiralardan qorunmaq üçün oxunur.
78)"Nəbə"-"Qiyamət gününün xəbəri". Bu sözlə başladığına görə surəyə bu ad verilmşdir. Məkkidir.
-Əsr namazından sonra oxuyan, qəbir əzabından amanda olar.
79)"Naziyyat"- "Yay çəkib,ox atanlar". Fironun aqibitindən bəhs edir. Məkkidir.
-Hər gün oxuyan ölüm acısı duymadan axirətə qovuşar.
Kitabın adı: Quran ilahi möcüzədir, 101 sual