107)"Maun"-"Zəkat və sədəqə"."Yoxsullara kömək etməyənlər böyük cəzalar gözləyir.Belələrinin vay halına!"Məkkidir.
108)"Kövsər"-"Həddən ziyadə çoxluq və bərəkət".Allahın bu nemətinə sahib olanlar qurban kəssin,mal-dövlətini ehtiyacı olanlara və xeyirxah işlərə sərf etsinlər.Surənin əsas qayəsi bundan ibarətdir.Məkkidir.
-Bir oturuşda min dəfə oxumaq çox fəzilətlidir
-Hər gün oxuyanın qəlbi yaxşı duyğularla dolar
-Yağmur vaxtı 100 dəfə oxuyan muradına çatar
-Səhər istədiyi vaxt oyanmaq üçün yuxuqabağı 3 dəfə oxunur.
109)"Kafirun"-"Kafirlər".Belələrinə veriləcək böyük cəzalardan bəhs olunur.Məkkidir.
-Hər gün oxuyan ölüm anında küfrə düşməz
-Hər gün 3 dəfə oxuyan bəlalardan və şeytan şərindən qorunar
-Hər gecə oxumaq çox fəzilətlidir
-Gündə 200 dəfə oxuyana Xızr peyğəmbər yardımçı olar.
110)"Nəsr"-"Yardım".Bu surə peyğəmbərimizin Kəbəni ziyarət həcci zamanı enmişdir.Bu Rəsulullahın son ziyarəti olduğundan "Vida həcci" kimi məhşurlaşmışdır.80 gün sonra Peyğəmbərimiz vəfat edərək Uca Allahın hüzuruna qovuşmuşdur.Mədənidir.
-Hər gün oxuyan ölüm sıxıntısı çəkməz
-Hər gün 3 dəfə oxuyanın imanı mühafizə olunar.
111)"Ləhəb"("Məsəd")-Surənin əsas mövzusu Rəsulullah peyğəmbərimizin əmilərindən biri Əbu-Ləhəbi və onun əzazil arvadını pisləməkdən ibarətdir.Məkkidir.
-Düşməni məğlub etmək üçün min dəfə oxunur
-Yuxusunda qorxan yuxuqabağı 3 dəfə oxusun.
112)"İxlas"-"Xalis".Allahın bütün sifətlərinin və birliyinin xalis olmasından bəhs edilir.Məkkidir.
-Səhər axşam 3 dəfə oxumaq çox fəzilətlidir
-Səhər evdən çıxarkən,axşam evə girərkən on bir dəfə oxumaq çox fəzilətlidir
-Yuxuqabağı 100 dəfə oxumaq çox fəzilətlidir
-Ərəfə günü şam namazından sonra min dəfə oxusa məqsədinə çatar
-Sübh namazından sonra 12 dəfə oxumaq çox fəzilətlidir.
113)"Fələq"-"Sübh çağı".Sübh çağını və bütün şeyləri yaradan Allaha sığınıram.Məkkidir.
-"Fələq" surəsini zikr edən həsədçilərdən qurtular
-Hər namazdan sonra 3 dəfə oxuyan bütün bəlalardan qorunar.
114)"Nan"-"Allaha sığınıram"."Bütün hər şeydən,istər insan olsun,istər cin olsun hər şeydən Bir olan Allaha sığınıram".Mədənidir.
-Hər namazdan sonra 3 dəfə "İxlas","Fələq" və "Nas" surələrini oxuyan,bəlalardan,dediqodulardan,nəzərdən,cin və şeytan vəsvəsəsindən qorunar.
-Subh namazından sonra 41 dəfə "İxlas","Fələq" və "Nas" surələrini oxumaq çox fəzilətlidir
-Cümə namazından sonra 7 dəfə "İxlas","Fələq" və "Nas" surələrini oxuyan,gələcək cuməyə qədər bütün bəlalardan qorunar
-Kafirun,Nəsr,Fələq və Nas surələrini oxuyub,əlinin içinə üflədikdən sonra,baş və üzdən başlayaraq bütün bədəninə məsh çəkmək və bunu 3 dəfə təkrarlamaq,şəfa tapmağa vəsilədir.
-114 surədən ibarət olan Qurani-kərim "Fatihə" surəsi ilə,yəni Allahdan yardım diləməklə başlanır və "Nas" surəsi ilə,yəni Allaha sığınmaqla bitir.
-Qurani-kərimin 114 surəsinin hamısı ("Tövbə" surəsi istisna olmaqla) Bismillah ilə başlayır.
Kitabın adı: Quran İlahi möcüzədir-101 sual