» » Həqiqi malik Allahdır


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6728

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6712

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 4
Ay ərzində: 5

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Həqiqi malik Allahdır
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 23-09-2015, 16:00 | Baxılıb: 1 564
     
     
    Həqiqi malik Allahdır

    Dua oxuyan şəxs duanın bu hissəsini oxuyarkən, ayə və rəvayətlərin yardımı ilə bəsirət gözünü açaraq iki həqiqəti müşahidə etməlidir: əvvəla, mehriban Allahdan savayı mütləq malik, feyz mənbəyi, bağışlayan, ehtiyacsız və qəni yoxdur; ikincisi, insanın və digər mövcudların vücudu fəqirlik və ehtiyacdan başqa bir şey deyildir. Qəni və ehtiyacsız olduğu halda varlıq aləmini ərsəyə gətirən, hər bir mövcudun ehtiyacını ödəyən Allahdır. Heç bir mövcudda Onunla qarşılaşmaq gücü yoxdur və hamı zatən Onun qüdrətinə təslimdir. Kainatı bir «ol» kəlməsi ilə yaradan və «olma» kəlməsi ilə də aradan götürə biləcək varlıq Odur. Əgər O, ehtiyacsız və hamı Onun rəhmətinə möhtacdırsa, nə üçün varlıq aləmini bu rəhmətə bürüməməlidir?! İnsan hansı əsasla Onun rəhmətindən ümidsiz olmalıdır?! O, Xaliq, Rəzzaq, Müsəvvir, Vədud, Rəhim, Kərim, Ğəfur, dirildən və öldürəndir. Onun heç bir işdə şəriki yoxdur və heç bir yaranmış bir an olsun belə, Ondan ehtiyacsız deyil. O, bütün dünya əhlinin maliki, bütün mövcudların tərbiyəçisidir.
    Dünya malına başı qatılıb Ona möhtaclığını hiss etməyənlər var. Amma bu hisslər şeytani bir haldır və bu qəflət ağacının meyvələri çox acı olasıdır. Bu bəsirət gözü kor olan qafillər Allah hüzurunda durub, ehtiyaclarını izhar etməkdən məhrumdurlar. Bu zərəri ödəmək mümkünsüzdür. Bu insanlar səhradakı heyvanlar tək yalnız maddi ehtiyaclar ardınca qaçır və ilahi fəzilətlərdən məhrum olurlar. Qurani-Kərim o mütləq qəni, nəhayətsiz feyz sahibi, bütün kamal sifətlərinin toplandığı zat haqqında buyurur: 
    «Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir».
    «Göylərin, yerin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir və axır dönüş də Onun hüzurunadır».
    «Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də öldürən də Odur. O hər şeyə qadirdir».
    «Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah bağışlayan və rəhm edəndir».
    «Fatir» surəsinin 15-ci ayəsində insan haqqında buyurulur: «Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir və hər cür şükrə tərifə layiqdir. Doğrudan da, insanın bütün vücudu ehtiyacdan ibarətdir. Yaranmaqda, yaşamaqda, xeyir qazanmaqda və zərəri dəf etməkdə onun nə qüdrəti vardır?! İnsanı yaradan, yaşadan, onu xeyrinə çatdırıb zərərdən uzaqlaşdıran şəxs qadir olan Allahdır. Bir belə ehtiyacı olan insan nə üçün xalis qəlblə, cümə axşamı Allahın dərgahına üz tutub fəryad etməməlidir ki: «Allahummə və əsəlukə sualə məniştəddət faqətuhu».
    İnsan üçün ən gözəl və ən faydalı hal dua halıdır. İnsan zatən fəqir olduğunu anlayıb, Allaha əl açmalı, qəlbən nalə çəkib öz məhbubunu çağırmalıdır.
    Bir qəlbdə O varsa, qəmə nə hacət,
    O kəs ağlasın ki, etməz itaət.
    Əlbət, sənsiz könül zülmətə məhkum, 
    Körpə nalə çəkər olmasa qəyyum.
    Biganədir Səni uzaqda görən,
    Ağlamaz üzünü Sənə döndərən.
    Sözsüz, divanədir eşqdən xəbərsiz,
    Aşiqə divanə söyləmə yersiz.
    Böyüklər mərifət sahibi olmuş, 
    Arif olmayana kiçiklik qalmış.
    Sədəf gərəklidir qiymətli dürrə 
    Daşda nə hal var ki, sədəfə girə.
    Onu görən könül eşqini da dır,
    Görməyən könülsə özün aldadır.
    Səni canan bilən uymaz özgəyə
    Aşiq olan girməz boş bütxanəyə.
    «Yusif» surəsini oxusan əgər,
    həqiqi sevgiyə verərsən dəyər.
    Bəzərsən könlünü sevgin uruyla,
    Görüşər bu qərib aşiq yarıyla.
    «Və ənzələ bikə indəşşədaidi hacətəhu»
    («Çətinliklər içində istəyini qarşına gətirmiş kəs kimi...»)
    Əlbəttə ki, mehriban Allah istək və dua olmadan da çətinliyə, müsibətə düşmüş bəndəsinin halından xəbərdardır. Amma ayə və rəvayətlərdən belə məlum olur ki, Allah öz bəndəsinin ah-zarla dua etməsini, öz ehtiyaclarını mövlasından istəməsini sevir.
    Ey mehriban, ey mənim məhbubum! Öz lütf və inayətinlə çətinliklərimi aradan qaldır, müsibətləri məndən uzaqlaşdır, məni bəlalar zindanından xilas et, rəhmət və ehsanınla duamı qəbul et, istəklərimi yerinə yetir, boş könlümü ilahi feyzlərinlə doldur!
    İnsanın öz möhtaclığını, ah-nalədən başqa bir şeyə malik olmadığını izhar etməsi Həzrət mövlanın istəyincədir. Elə buna görə də Allah-Taala dua etməyə çağırır və bu duaları qəbul edəcəyinə zəmanət verir.
    Bəli, dua və ehtiyacın izharı istəkləri dilə gətirmək və göz yaşları ibadət və Allah əmrinə itaət etməyin bir növüdür. Allah çətinliyə düşmüş bəndəsinin Ondan qeyrisini çağırmasını sevmir.
    Mühüm kitablarda nəql olunmuş qüdsi bir hədisdə qeyd edilir ki, bəndə öz müşkülünü yalnız Allaha izhar etməlidir. Uyğun hədisdə Allah-Taala buyurur: «Məgər çətinliyə düşmüş bəndəm başqalarına bel bağlayıb, çətinliklərin onlar tərəfindən həll olunacağınımı gözləyir?! Halbuki, çətinlikləri aradan qaldırmaq yalnız mənim əlimdədir. Mənim bəndəm başqaları tərəfindən ehtiyaclarının ödənməsinimi gözləyir?! 
    Halbuki, imkanlı, bağışlayan, kərim olan Mənəm və bütün dərdlərin açarı Mənim əlimdədir.
    Nə üçün bəndəm Məndən üz döndərib?! Halbuki, bütün istəklərini vermişəm. İndi isə o bir bu qədər ehtiyacla başqalarına üz tutub onlara ağız açır.
    Mənəm Allah və Məndən başqa bir məbud yoxdur. İstəmədiyini əta etdiyim halda, istədiyini əta etmərəmmi?! Məgər sonsuz səxavət dəryası Məndən deyilmi?! Dünya və axirət Mənim əlimdə deyilmi?!
    Əgər göylərin və yerin əhli göylərcə və yercə bir şey istəsələr və Mən onlara əta etsəm, mülkümdən milçək qanadı qədər də azalmaz. Vay halına Məndən üz döndərib başqasına ağız açanın və çətinliklərinin həllini özgəsindən gözləyənin».
    «Və əzumə fima indəkə rəğbətuhu»
    («Səndə olana rəğbətim, meylim böyükdür»)
    Həzrət Əli (ə) Allah-Taalanın nəzərində olanlardan yaxşı xəbərdar idi. Ona görə də bu duanı oxuyarkən üzünü torpağa qoyar, sızıltı ilə ərz edərdi: «Və əzumə fima indəkə rəğbətuhu».
    Əgər Allah-Taalanın hər bir insan üçün müyəssər olanlarını sadalayıb açıqlamaq istəsək, bir neçə yüz cild kitab yazmalı olarıq və ömrümüz sona çatar. Lakin həmin kitablar Allahın nəzdində olanlarla münasibətdə bir damlanı xatırladar. Sadəcə rəğbət və sevgilimizi artırmaq üçün bəzi həqiqətlərə işarə edirik.


    Kitabın adı: Kumeyl duasının şərhi (2-ci cild)
    Müəllif: Hüseyn Ənsarian

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 24 Eylül 2015 01:16 | İstifadəçi | Şərh yazdı
    Allah butun dualari qebul etsin Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: islam awiqi | Status: İstifadəçi Offline | 23 Eylül 2015 21:45 | Redaktor | Şərh yazdı
    Allah sonsuz razi olsun bacim.Allah butun ibadetlerini qebul etsin InweAllah.Amin.ALLAHUMME SALLI ELA MUHAMMEDIN VE ALI MUHAMMED

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.