» » Hz. Əbulfəzl Abbas ibni Əli ibni Əbutalibin (ə) ziyarətnaməsi (tərcüməsi)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Hz. Əbulfəzl Abbas ibni Əli ibni Əbutalibin (ə) ziyarətnaməsi (tərcüməsi)
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 18-09-2015, 21:00 | Baxılıb: 9 759
     
     
     
    Həzrət Əbulfəzl Abbas ibni Əli ibni Əbutalibin (ə) ziyarətnaməsi
     
    Möhtərəm şeyx Cəfər ibni Quləviyyə Qumi mötəbər sənədlərlə Əbu Həmzə Somalidən belə nəql edir ki, imam Cəfər Sadiq (ə.s.) buyurubdur: "Həzrət Abbasın mübarək qəbri imam Hüseynin (ə.s.) qəbri ilə üzbəüz olub, Fərat çayının kənarında yerləşir. O həzrəti ziyarət etmək istədikdə, onu hərəminin qapısı ağzında dayanıb, bu ziyarətnaməni oxu:
    Allahın, "müqərrəb” (Allaha yaxın) mələklərin, "mürsəl” peyğəmbərlərin, saleh bəndələrin, bütün şəhidlər və düzdanışanların, pak və pakizə bəndələrin səhər-axşam salamı olsun sənə, ey Əmirəlmömininin oğlu! Şəhadət verirəm ki, sən "mürsəl” Peyğəmbərin (Allahın salamı olsun ona və Əhli-beytinə) övladı, o həzrətin seçilmiş nəvəsi, alim rəhbər, Allahın hökmlərini təbliğ edən vəsi və haqqı mənimsənilən məzlum imam Hüseynə təslim oldun, onu təsdiq etdin, onunla bağladığın əhdinə sadiq qaldın və ona qarşı xeyirxahlıq göstərdin. Allah sənə, müsibətlərə səbir edib dözdüyün və (qardaşına) kömək göstərdiyin üçün Peyğəmbər, Əmirəlmöminin, Həsən və Hüseyn (Allahın salamı olsun onlara) tərəfindən ən yaxşı mükafat əta etsin. Sənin axirət evin necə də gözəldir! Allah səni qətlə yetirənə lənət etsin! Allah sənin haqqını tanımayan və sənə hörmətsizlik edənə lənət etsin! Allah səninlə Fəratın suyu arasında fasilə salana lənət etsin! Şəhadət verirəm ki, sən məzlumcasına qətlə yetirildin və şübhəsiz, Allahın sizə verdiyi vədə əməl edəcək. Ey Əmirəlmömininin oğlu, sənin hüzuruna gəlmişəm, hökm verənlərin ən yaxşısı Allah hökm verənə qədər qəlbim sizə təslim və tabe, özüm də sizə itaətdəyəm, köməyim sizin üçün hazırdır. Mən sizin tərəfdarınızam, düşmənlərinizlə deyil, sizinləyəm. Mən sizə və sizin "rəcət”inizə (qayıdışınıza) inanır, sizinlə müxalifətçilik edən və sizi qətlə yetirənləri kafir bilirəm. Allah sizi əli və dili ilə öldürən camaata lənət etsin!
    Sonra hərəmə daxil ol və zərihdən tutub, de:
    Salam olsun sənə, ey saleh bəndə və Allaha, Peyğəmbərinə, Əmirəlmömininə, Həsən və Hüseynə (Allahın salavat və salamı olsun onlara) itaət edən! Salam olsun sənə! Allahın rəhmət, bərəkət, məğfirət və razılığı olsun sənin ruh və bədəninə! Şəhadət verir və Allahı şahid tuturam ki, sən "Bədr” döyüşçüləri, Allah yolunda cihad edənlər, Onun düşmənləri ilə mübarizədə xeyirxahlıq göstərənlər, dostlarına yardım və onları müdafiə edənlərin yolu ilə getdin. Allah əhdinə sadiq qalan, dəvətinə cavab verən və əmr sahiblərinə itaət edənlərdən birinə verilən mükafatın yaxşısı və çoxunu, hədsiz və kamilini sənə əta etsin. Şəhadət verirəm ki, sən xeyirxahlıq göstərməkdə əlindən gələni əsirgəmədin və bu yolda son dərəcədə çalışdın. Allah səni qiyamət səhnəsinə şəhidlər zümrəsi ilə birgə gətirsin, ruhunu səadət əhlinin ruhları ilə məhşur etsin, Öz behiştində sənə ən geniş mənzil və ən yaxşı hücrə əta etsin, adını behiştin ən yüksək mərtəbəsinə qaldırsın, səni peyğəmbərlər, düzdanışanlar, şəhidlər və salehlərlə birgə məhşur etsin. Onlar necə də gözəl dostlardırlar! Şəhadət verirəm ki, sən süstlük və tənbəllik etmədin, işlərində bəsirətli olduğun halda dünyadan getdin, salehlərə iqtida etdin və peyğəmbərlərə tabe oldun. Allah bizimlə səni Öz Rəsulu və dostları ilə birlikdə təvazökarların mənzilində bir yerə toplasın. Çünki O, mehribanların ən mehribanıdır!
    Müəllif deyir: "Tövsiyə olunur ki, bu ziyarətnaməni arxası qəbrə və üzü qibləyə tərəf dayanıb oxuyasınız. Necə ki, şeyx Tusi "Təhzib” adlı kitabında buyurubdur: "Summə udxul fənkəbbə ələl qəbri və qul və əntə mustəqbiləl qiblətə "Əssəlamu ələykə əyyuhəl əbdus-salih...” " Əvvəldə qeyd etdiyimiz rəvayətə əsasən həzrət Əbulfəzl Abbasın ziyarətnaməsi bundan ibarət idi. Lakin Seyid İbni Tavus, şeyx Müfid və başqaları öz kitablarında bu ziyarətnamənin ardınca yazıblar: "Sonra qəbrin baş tərəfində iki rükət namaz qıl. Bu namazdan sonra istədiyin qədər başqa namazlar da qıla bilərsən. Allaha çoxlu dua edib, namazdan sonra bu duanı oxu:
    İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, bu əziz məkan və böyük ziyarətgahda mənim üçün bağışlamadığın günah, aradan qaldırmadığın qəm-qüssə, sağaltmadığın xəstəlik, gizlətmədiyin eyib, artırmadığın ruzi, əmin-amanlığa çevirmədiyin qorxu, birliyə çevirmədiyin ayrılıq, qorumadığın və görüşünü yaxınlaşdırmadığın qaib şəxs, Sənin razılığın və mənim də xeyrimə olan dünya və axirətlə bağlı rəva etmədiyin hacət qoyma qalsın, ey mehribanların ən mehribanı!
    Sonra qəbrin ayaq tərəfində dayanıb, de:
    Salam olsun sənə, ey Əmirəlmömininin oğlu Əbülfəzl Abbas! Salam olsun sənə, ey vəsilərin sərvərinin oğlu! Salam olsun sənə, ey ümmət arasından birinci müsəlman, imanda onların qabaqcılı, Allahın dinində ən möhkəm və İslamı hamından çox qoruyan şəxsin oğlu! Şəhadət verirəm ki, sən Allah, Onun Peyğəmbəri və qardaşın yolunda xeyirxahlıq göstərdin. Sən qardaşına necə də gözəl həmdəm idin! Allah səni qətlə yetirən camaata lənət etsin! Allah sənə zülm edən camaata lənət etsin! Allah sənə hörmətsizliyi halal bilən və səni qətlə yetirməklə İslama hörmətsizlik edən camaata lənət etsin! Sən (qardaşın imam Hüseynin (ə) müqəddəs yolu uğrunda) necə də gözəl səbirli mübariz və xeyirxah, qardaşını müdafiə edən yaxşı qardaş idin, Rəbbinin əmrinə itaət etdin, başqalarının böyük savab və gözəl tərifdən üz çevirdikləri zaman onları rəğbətlə qazandın. Allah səni neməti bol olan cənnətlərdə ata-babalarının məqamına qovuşdursun. İlahi, Sənin savabına müştaq olduğum, məğfirət və böyük ehsanına ümid bəslədiyim halda, dostlarının ziyarətinə gəlmişəm. Elə isə Səndən istəyirəm ki, Məhəmməd və onun pak Əhli-beytinə salam göndərəsən, onların vasitəsilə ruzimi genişləndirəsən, həyatıma sevinc bəxş edəsən, ziyarətimi qəbul edəsən, mənə pak həyat nəsib edəsən, məni kəramət əhlinin zümrəsinə qatasan, dostlarının ziyarətindən qayıtdığı zaman nicat tapan, hacəti rəva olunan, günahları bağışlanan, eyibləri örtülən və çətinlikləri aradan qaldırılan kəslərdən qərar verəsən! Doğrudan da, Sən təqva əhli (qoruyan) və məğfirət əhlisən (bağışlayansan)!
    O həzrətlə vidalaşdığın zaman onun mübarək qəbrinə yaxınlaşıb, bu sözləri de! Xatırlatmaq istəyirəm ki, bu vidanı, Əbu Həmzə Somali və başqa alimlər də öz kitablarında qeyd edibdirlər:
    Səni Allaha tapşırır (səninlə vidalaşır) və Ondan səni Öz pənahında saxlamasını istəyirəm. Allaha, Rəsuluna, kitabına və Peyğəmbərin Allah tərəfindən gətirdiklərinə iman gətirdiyim halda, sənə salam deyirəm! İlahi, bizi şahidlərlə birgə yaz! İlahi, bu ziyarətimi – Peyğəmbərinin (Allahın salamı olsun ona və Əhli-beytinə) qardaşı oğlunun qəbrinin ziyarətini sonuncu ziyarətim qərar vermə, mənə həyat verdiyin vaxta qədər onun ziyarətini mənə nəsib et, məni onunla və onun ata-babaları ilə birgə cənnətdə məhşur et, mənimlə onun, Peyğəmbərin və dostlarının (hidayət imamlarının) arasında tanışlıq yarat! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir! Məni Sənə imanlı olduğum, Rəsulunu, Əli ibn Əbu Talib və onun övladlarından olan imamların (salam olsun onlara) vilayət məqamını təsdiqlədiyim və onların düşmənlərinə nifrət etdiyim halda dünyadan apar. Ey Rəbbim, mən buna razıyam! Allahın salamı olsun Məhəmməd və Məhəmmədin Əhli-beytinə!
    Sonra özün üçün, atan və anan və bütün möminlər və müsəlmanlar üçün istədiyin duanı et.
    Müəllif deyir: "İmam Səccaddan (ə) nəql edilən hədislərin birinin məzmunu bundan ibarətdir ki, Allah taala həzrət Abbasa rəhmət etsin! O, qardaşı üçün öz canından keçib, canını ona fəda etdi. Bu yolda o, iki qolunu əldən verdi və bunun əvəzində Allah taala ona iki qanad əta etdi. Belə ki, bu qanadlarla o, cənnətdə Cəfər ibni Əbi Talib kimi mələklərlə birgə asimanda uçar. Qiyamət günündə bütün şəhidlər həzrət Abbasın Allah taala dərgahında olan məqamına qibtə edər və o məqamı özləri üçün arzulayarlar”. Belə rəvayət olunur ki, həzrət Abbas (ə) şəhadətə yetişdiyi zaman otuz dörd yaşında idi və anası Ümmül-bənin ona və onun qardaşlarına Mədinə şəhərinin ətrafında yerləşən "Bəqi” qəbirstanlığında matəm tutar və ürəkdən elə ağlayıb, nalə çəkərdi ki, yoldan keçənləri də ağlamaq tutardı. Aşiqlərin göz yaşı tökməyi təəccüblü deyil! Deyilənə görə Əhli-beytin qatı düşməni olan Mərvan ibni Həkəm Ümmül-bəninin kənarından keçdiyi vaxt onun ağlamağının təsiri altına düşüb, ağlayardı. Aşağıdakı bu mərsiyəni Ümmül-bənin həzrət Abbasın (ə) və başqa oğullarının matəmində oxumuşdur:
    (Ey Abbası qoyun sürülərinə həmlə edən zaman görənlər
    Heydərin bütün övladları yallı bir şir kimi onun arxasında vuruşurdular
    Mənə xəbər verdilər ki, övladımın başına qılıc zərbəsi endirdilər, halbuki, qolları kəsilmişdi
    Vay olsun mənə ki, zərbətin tə`sirindən oğlumun başı gicəlləndi
    Əgər sənin əlində qılıncın olsaydı, heç kəs sənə yaxın gələ bilməzdi!)
    Aşağıdakı bu mərsiyyəni də həmçinin o həzrətin anası söyləmişdir:
    (Daha məni "Ümmul-bənin” (oğullar anası) səsləmə
    Çünki şirlərimi yada salır
    Oğullarım olduğu üçün məni "Ümmül-bənin”çağırardılar
    Amma bu gündən daha bir övlad sahibi deyiləm
    Sıldırım bir dağ kimi dörd oğul idilər
    Hamısı qətlə yetirildilər və damarları kəsildi
    Onların cənazələri üstündə nizələr bir-birilə mübarizə etdilər
    Hamısı nizələrin vurduğu tə`nədən yerə düşdülər
    Ey kaş, bilərdim ki, bu xəbər doğrudur ya yox
    Abbasın sağ əli kəsilmişdimi?)
     

    Kitabın adı: Məfatihul Cinan
     

     
     
    Bölmə: Ziyarətnamələr
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Alemdar | Status: İstifadəçi Offline | 19 Eylül 2015 10:42 | Sayt nəzarətçisi | Şərh yazdı
    Salamun Alleykum Allah razı olsun sizden oxudum goz yawımı saxlıya bilmedim bilmirem agamın adını harda gorurem harda oxuyuram goz yawım ixtiyarsız axıb tokulur Salam olsun sene qeyretli agam Ebelfez senin ewqin balaca qelbimize sıgmır senin qatilerine Allah min tesbeh lenet etsin Ya agam Ebelfez yalvarıram gelim zirehinden tutum bu sozleri orda deyim agam seni istiyirem niye awiqlerini tek qoymusan sen olmayan dunyanı biz neynirik Allahım bizleri oz halmıza buraxma iman dolu qelblerimiz oz rehberlerini isteyir bizleri Kerbela ziyareti ile sevindir agamızın zuhuru ile qelblerimizi sirab eyle Amin LEBBEYK YA EBELFEZ

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.