İmam Zamanın (ə.f) başqa ziyarətnaməsi
İmam Zamanın (ə.f) başqa ziyarətnaməsi
Bu ziyarətnaməni Seyid İbni Tavus nəql etmişdir. O buyurmuşdur: "İki rükət namaz qıldıqdan sonra "Səlamullahil kamilut tammul şamil...” cümləsi ilə başlanan bu ziyarətnaməni axıradək oxu!” Biz, bu ziyarətnaməni yeddinci fəslin birinci hissəsində imam Zamana (ə.c) istiğasə olunan bir dua kimi, "Kəlim Təyyib”dən nəql etmişik. Bu ziyrətnaməni oxumaq istəyənlər həmin hissəyə müraciət edə bilərlər.
Müəllif deyir: "Seyid İbni Tavus "Misbahuz-zair” adlı kitabında o müqəddəs sərdabanın ziyarəti və orada yerinə yetirilən ibadətlər barəsində ayrıca bir fəsildə söhbət açmış və orada, imam Zaman (ə.c) üçün altı ziyarətnamə qeyd etmişdir. Bu ziyarətnamələrdən sonra o, buyurmuşdur: "Nüdbə duası və imam Zamanın (ə.c) hər gün sübh namazından sonra oxunan ziyarətnaməsi də bu fəslə daxildir və bu ziyarətnamə o həzrətin yeddinci ziyarətnaməsi sayılır. Həmçinin, imam Zamanın (ə.c) qeybəti dövründə oxununan "Əhd” duası və o mütəhhər hərəmlə vidalaşan vaxt oxunan dua da bu fəsildə sizin nəzərinizə çatdırılacaqdır.” Bu izahdan sonra Seyid İbni Tavus bu dörd dua və ziyarətnaməni bəyan etmişdir və biz də, o böyük alimdən təqlid edərək bu ziyarətnamə və duaları qarşınızdakı kitabda nəql edirik.”
Kitabın adı: Məfatihul Cinan
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.