Bismillahir rəhmanir rəhim
Əllahummə əlhimna taətək, və cənnibna mə`siyətək, və yəssir ləna buluğə ma nə-təmənna min ibtiğai rizvanik, və əhlilna buhbuhətə cinanik, vəqşə` ən bəsairina səhabəl irtiyab, vəkşif ən qulubina əğşiyətəl miryəti vəl hicab, və əzhiqil batilə ən zəmairina, və əsbitil həqqə fi sərairina, fəinnəş şukukə vəz zununə ləvaqihul fitən, və mukəd-dirətun lisəfvil mənaihi vəl minən. Əllahumməhmilna fi sufuni nəcatik, və mətti`na bi-ləzaizi munacatik, və əvridna hiyazə hubbik, və əziqna hə-lavətə vuddikə və qurbik, vəc`-əl cihadəna fikə və həmməna fi taətik, və əxlis niyyatina fi muamələtik, fəinnə bikə və ləkə və la vəsilətə ləna iləykə illa ənt, ilahic`əlni minəl mus-təfəynəl əxyar, və əlhiqni bis salihinəl əbrar, əs sabiqinə iləl məkrumat, əl musariinə iləl xeyrat, əl amilinə lil baqiyatis salihat, əs sainə ila rəfiid dərəcat, innəkə əla kulli şey`in qədir, və bil icabəti cədir, birəhmətikə ya ərhəmər rahimin.
Tərcüməsi
Bağışlayan və mehriban Allahın adı ilə!
İlahi, Sənə ibadət və itaəti qəlbimizə ilham et, Sənə üsyankarlığı bizdən uzaqlaşdır, Sənin razılığın yolunda arzu etdiklərimizə çatmağı bizə asanlaşdır, bizə əbədi cənnətində mənzil əta et, bəsirət gözlərimiz və agah qəlbimizdən qara buludlar, şəkk, tərəddüd və zülmət pərdələrini kənarlaşdır, batilə meyilliliyi batinimizdən (ağlımızdan) çıxar və vücudumuzda haqq və həqiqəti sabitqədəm et! Çünki çirkin şəkk və gümanlar fitnə toxumu səpir, eyş-işrət bizi nemət və əta etdiklərinə qarşı rəğbətsiz edir. İlahi, bizi nicat gəmilərində yerləşdir, münacatının ləzzətindən kam alanlardan et, məhəbbətinin arxlarına daxil edərək Sənə yaxın və dost olmaq məqamının şirinliyini bizə dadızdır və Sənin yolunda çalışqanlığı bizə müyəssər et, iradəmizi sənə itaət etməyə sərf etməkdə yardımçı ol, Səninlə ticarətdə xalis niyyət nəsib et! Bizim varlığımız və sahib olduqlarımız yalnız Səndəndir. Sənə doğru addımlamaqda Səndən başqa, heç bir vasitəmiz yoxdur. İlahi, məni ən yaxşı, seçilmiş və saleh bəndələrinə qovuşdur. Çünki onlar ən ali məqama tərəf sürətlə irəliləyən və yaxşılıqda bir-birilə müsabiqəyə girənlər, digər bəyənilən işləri yerinə yetirməkdə (Sənə itaət və mərifətdə) sabitqədəm olan və uca məqamlara çatmaqda çalışanlardır. Şübhəsiz, Sən hər bir işə qadir və bəndələrin duasını qəbul etməkdə daha layiqsən. Sənə and verirəm rəhmətini, bizim dualarımızı qəbul et, ey mehribanların ən mehribanı!