Bismillahir rəhmanir rəhim
İlahi ləysə li vəsilətun iləykə illa əvatifu rə`fətik, və la li zəriətun iləykə illa əvarifu rəhmətik, və şəfaətu nəbiyyir rəhməti və munqizil umməti minəl ğumməh, fəc`əlhuma li səbəbən ila nəyli ğufranik, və səyyirhuma li vuslətən iləl fəvzi birizvanik, və qəd həllə rəcai bihərəmi kərəmik, və həttə təməi bifinai cudik, fəhəqqiq fikə əməli, vəxtim bil xəyri əməli, vəc`əlni min səf-vətikəlləzinə əh`ləltəhum buh-buhətə cənnətik, və bəv-və`təhum darə kəramətik, və əqrərtə ə`yunəhum bin nəzəri iləykə yəvmə liqaik, və əvrəstəhum mənaziləs sidqi fi civarik, ya mən la yəfidul vafidunə əla əkrəmə minh, və la yəcidul qasidunə ərhəmə minh, ya xəyrə mən xəla bihi vəhid, və ya ə`təfə mən əva iləyhi tərid, ila səəti əfvikə mədədtu yədi, və bizəyli kərəmikə ə`ləqtu kəffi, fəla tulinil hirman, və la tublini bil xəybəti vəl xusran, ya səmiəd duai ya ərhəmər rahimin.
Tərcüməsi
Bağışlayan və mehriban Allahın adı ilə!
İlahi, Sənə doğru gəlməkdə mehribanlığından başqa, mənim üçün bir vasitə və hər iki aləmdə (dünya və axirətdə) ümməti əzab-əziyyətdən qoruyacaq rəhmət Peyğəmbərinin bəxşiş və şəfaətindən başqa bir vasitəçi yoxdur. (İlahi!) Bu ikisini mənim üçün bağışlamağına nail olmaq, səadət, qurtuluş və razılığına qovuşmaq üçün bir səbəb et. Həqiqətən, ümidim Sənin kərəminin məbədində mənzil salmış və gözlərim tamahla Sənin ehsan (və səxavət) dərgahına dikilmişdir. İlahi, Sənə bəslədiyim ümid və arzularımı həyata keçirərək sonumu xeyirlə bitir və məni Öz cənnətində yer verərək seçəcəyin, rəhmət və kəramət mənzilində məqam verəcəyin, Səninlə görüş (qiyamət) zamanı camalını müşahidə etməklə gözlərini aydınlaşdıracağın və Öz yanında onları həqiqət mənzillərinin varisi təyin edəcəyin kəclərdən et! Ey kimsənin səndən daha kərimlisini görmədiyi, hacəti olanların Səndən daha rəhmlisini tapmadığı! Ey kimsəsizlərə gizlində yardımı ilə haqq yolu göstərənlərin ən yaxşısı! Ey qaçanların sığındığı şəxslərin ən mehribanı! İlahi, mən sənin geniş əfvinə doğru əllərimi ümidlə açmış, Sənin kərəminin ətəyindən yapışmışam! Belə isə, məni ümidsizlik və ziyana uğramaqla bəlaya (imtahana) giriftar etmə, ey məxluqatın duasını eşidən, ey mehribanların ən mehribanı!
Kitabın adı: Məfatihul Cinan