» » Doqquzuncu münacat: Sevənlərin münacatı


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Doqquzuncu münacat: Sevənlərin münacatı
+5
Müəllif: Fatimə Nuri Xuda | 10-09-2015, 12:23 | Baxılıb: 1 618
 
 
 
Doqquzuncu münacat: Sevənlərin münacatı
 
Ərəbcə
 
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
إِلَهِي مَنْ ذَا الَّذِي ذَاقَ حَلاوَةَ مَحَبَّتِكَ فَرَامَ مِنْكَ بَدَلا وَ مَنْ ذَا الَّذِي أَنِسَ بِقُرْبِكَ فَابْتَغَى عَنْكَ حِوَلا إِلَهِي فَاجْعَلْنَا مِمَّنِ اصْطَفَيْتَهُ لِقُرْبِكَ وَ وِلايَتِكَ وَ أَخْلَصْتَهُ لِوُدِّكَ وَ مَحَبَّتِكَ وَ شَوَّقْتَهُ إِلَى لِقَائِكَ وَ رَضَّيْتَهُ بِقَضَائِكَ وَ مَنَحْتَهُ بِالنَّظَرِ إِلَى وَجْهِكَ وَ حَبَوْتَهُ بِرِضَاكَ وَ أَعَذْتَهُ مِنْ هَجْرِكَ وَ قِلاكَ وَ بَوَّأْتَهُ مَقْعَدَ الصِّدْقِ فِي جِوَارِكَ وَ خَصَصْتَهُ بِمَعْرِفَتِكَ وَ أَهَّلْتَهُ لِعِبَادَتِكَ وَ هَيَّمْتَ قَلْبَهُ لِإِرَادَتِكَ وَ اجْتَبَيْتَهُ لِمُشَاهَدَتِكَ وَ أَخْلَيْتَ وَجْهَهُ لَكَ وَ فَرَّغْتَ فُؤَادَهُ لِحُبِّكَ وَ رَغَّبْتَهُ فِيمَا عِنْدَكَ وَ أَلْهَمْتَهُ ذِكْرَكَ وَ أَوْزَعْتَهُ شُكْرَكَ وَ شَغَلْتَهُ بِطَاعَتِكَ وَ صَيَّرْتَهُ مِنْ صَالِحِي بَرِيَّتِكَ وَ اخْتَرْتَهُ لِمُنَاجَاتِكَ وَ قَطَعْتَ عَنْهُ كُلَّ شَيْ‏ءٍ يَقْطَعُهُ عَنْكَ اللَّهُمَّ اجْعَلْنَا مِمَّنْ دَأْبُهُمُ الارْتِيَاحُ إِلَيْكَ وَ الْحَنِينُ وَ دَهْرُهُمُ الزَّفْرَةُ وَ الْأَنِينُ جِبَاهُهُمْ سَاجِدَةٌ لِعَظَمَتِكَ وَ عُيُونُهُمْ سَاهِرَةٌ فِي خِدْمَتِكَ وَ دُمُوعُهُمْ سَائِلَةٌ مِنْ خَشْيَتِكَ وَ قُلُوبُهُمْ مُتَعَلِّقَةٌ بِمَحَبَّتِكَ وَ أَفْئِدَتُهُمْ مُنْخَلِعَةٌ مِنْ مَهَابَتِكَ يَا مَنْ أَنْوَارُ قُدْسِهِ لِأَبْصَارِ مُحِبِّيهِ رَائِقَةٌ وَ سُبُحَاتُ وَجْهِهِ لِقُلُوبِ عَارِفِيهِ شَائِفَةٌ يَا مُنَى قُلُوبِ الْمُشْتَاقِينَ وَ يَا غَايَةَ آمَالِ الْمُحِبِّينَ أَسْأَلُكَ حُبَّكَ وَ حُبَّ مَنْ يُحِبُّكَ وَ حُبَّ كُلِّ عَمَلٍ يُوصِلُنِي إِلَى قُرْبِكَ وَ أَنْ تَجْعَلَكَ أَحَبَّ إِلَيَّ مِمَّا سِوَاكَ وَ أَنْ تَجْعَلَ حُبِّي إِيَّاكَ قَائِدا إِلَى رِضْوَانِكَ وَ شَوْقِي إِلَيْكَ ذَائِدا عَنْ عِصْيَانِكَ وَ امْنُنْ بِالنَّظَرِ إِلَيْكَ عَلَيَّ وَ انْظُرْ بِعَيْنِ الْوُدِّ وَ الْعَطْفِ إِلَيَّ وَ لا تَصْرِفْ عَنِّي وَجْهَكَ وَ اجْعَلْنِي مِنْ أَهْلِ الْإِسْعَادِ وَ الْحِظْوَةِ [الْحُظْوَةِ] عِنْدَكَ يَا مُجِيبُ يَا أَرْحَمَ الرَّاحِمِينَ

 
Oxunuşu
 
Bismillahir rəhmanir rəhim
İlahi mən zəlləzi zaqə həlavətə məhəbbətikə fəramə minkə bədəla, və mən zəlləzi ənisə biqurbikə fəbtəğa ənkə hivəla, ilahi fəc`əlna mim mənistəfəytəhu liqurbikə və vilayətik, və əxləstəhu livud-dikə və məhəbbətik, və şəvvəq-təhu ila liqaikə, və rəzzəytəhu biqəzaik, və mənəhtəhu bin nəzəri ila vəchik, və həbəvtəhu birizak, və əəztəhu min həcrikə və qilak, və bəvvə`təhu məq`ədəs sidqi fi civarik, və xəsəstəhu bimə`rifətik, və əh-həltəhu liibadətik, və həyyəmtə qəlbəhu liiradətik, vəctəbəy-təhu limuşahədətik, və əxləytə vəchəhu lək, və fərrəğtə fua-dəhu lihubbik, və rəğğəbtəhu fima indək, və əlhəmtəhu zikrək, və əuzə`təhu şukrək, və şəğəltəhu bitaətik, və səyyər-təhu min salihi bəriyyətik, vəx-tərtəhu limunacatik, və qətə`tə ənhu kullə şəy`in yəqtəuhu ənk. Əllahumməc`əlna mimmən də`buhumul irtiyahu iləyk, vəl həninu və dəhruhumuz zəfrətu vəl ənin, cibahuhum sacidətum liəzəmətik, və uyunuhum sahirətun fi xidmətik, və dumuuhum sailətun min xəş-yətik, və qulubuhum mutəəlli-qətun biməhəbbətik, və əf`-idətuhum munxəliətun min məhabətik, ya mən ənvaru qudsihi liəbsari muhibbihi raiqəh, və subuhatu vəchihi liqulubi arifihi şaifəh, ya muna qulubil muştaqin, və ya ğayətə amalil muhibbin, əs`əlukə hub-bəkə və hubbə mən yuhibbuk, və hubbə kulli əməlin yusiluni ila qurbik, və ən təc`ələkə əhəbbə iləyyə mimma sivak, və ən təc`ələ hubbi iyyakə qaidən ila rizvanik, və şəvqi iləykə zaidən ən isyanik, vəmnun bin nəzəri iləykə ələyy, vənzur biəynil vuddi vəl ətfi iləyy, və la təsrif ənni vəchək, vəc`əlni min əhlil is`adi vəl huzvəti indək, ya mucibu ya ərhəmər rahimin.
 
Tərcüməsi
 
Bağışlayan və mehriban Allahın adı ilə!
İlahi, Sənin məhəbbətinin şirinliyini daddıqdan sonra, kim Səndən başqasını (Sənin yerinə) istəyər?! Kim Sənə yaxın olmaq məqamına üns bağladıqdan sonra, bir an belə Səndən üz çevirər?! İlahi, bizi Özünə dost və Sənə yaxınlıq məqamına seçdiyin, məhəbbətin üçün saflaşdırdığın, görüşünə müştaq, qəza-qədərinə razı, Sənin camalını görmək nemətini əta etdiyin, razılıq məqamına seçdiyin, ayrılıq və hicranından pənah verdiyin, Öz qonşuluğun və həqiqət məkanında yerləşdirib mərifət məqamına təyin etdiyin, Sənə pərəstiş və ibadətə ləyaqət verdiyin, qəlbini məhəbbətinlə əla alaraq Səni "şühud” elmi ilə müşahidə etməyə seçdiyin, diqqətini birbaşa Özünə yönəltdiyin, qəlbini sevdiklərindən (razı olduqlarından) başqa şeylərdən təmizlədiyin, nemətlərinə rəğbətləndirdiyin, zikrini ilham edərək şükrünü öyrətdiyin, Sənə itaətlə məşğul və məxluqatının salehlərindən etdiyin, Səninlə münacat üçün seçdiyin, onu Səndən ayıran hər bir şeydən məhəbbətini azaltdığın kəslərdən et! İlahi, bizi fitrətən Səninlə şad olan və qəlbləri Sənə şövqdən aşiqcəsinə ah-nalə edənlərdən, alınları böyüklüyündən səcdədə, gözləri Sənə xidmət üçün ayıq, göz yaşları qorxundan cari, qəlbləri Sənə məhəbbət üzündən aləmdəki digər şeylərdən uzaq olan kəslərdən et! Ey nurunun müqəddəsliyi dostlarının nəzərində tamamilə aydın, zatının təcəllisi ariflərin qəlbinə şadlıq və sevinc bəxş edən! Ey həsrətində olanların arzusu və ey (Onu) sevənlərin arzularının sonu! Səndən Sənin və dostlarının məhəbbətini və mənə dərgahına yaxınlaşdıran hər bir gözəl əməli sevməyi diləyir və Özünü mənə başqa şeylərdən daha sevimli və məhəbbətimi razılığına səbəb və vasitə, Sənə olan şövqümü günah və üsyankarlıqlara meyildən daha artıq etməyini istəyirəm! Camalına tamaşa etməyi nəcib etməklə mənə minnət qoy və mənə mehribanlıqla nəzər sal! Məndən heç zaman üz çevirmə və məni Sənə məhəbbət sayəsində xoşbəxt və səadət əhli olanlardan et, ey duaları qəbul edən, ey mehribanların ən mehribanı!
 
Kitabın adı: Məfatihul Cinan

 

 
 
Bölmə: Münacatlar
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Aşiqi Rüqəyya | Status: İstifadəçi Offline | 12 Eylül 2015 14:32 | İstifadəçi | Şərh yazdı
Çox gozeldir Allah razi olsun baci Ellerin var olsun

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.