Bismillahir rəhmanir rəhim
Ya mən iza səələhu əbdun ə`tah, və iza əmmələ ma indəhu bəlləğəhu munah, və iza əqbələ ələyhi qərrəbəhu və ədnah, və iza cahərəhu bil isyani sətərə əla zənbihi və ğəttah, və iza təvəkkələ ələyhi əhsəbəhu və kəfah, ilahi mənilləzi nəzələ bi-kə multəmisən qirakə fəma qərəytəh, və mənilləzi ənaxə bibabikə murtəciyən nədakə fəma əuləytəh, əyəhsunu ən ərciə ən babikə bil xəybəti məsrufa, və ləstu ə`rifu sivakə məulən bil ihsani məusufa, kəyfə ərcu ğəyrəkə vəl xəyru kulluhu biyədik, və kəyfə uəmmilu sivakə vəl xəlqu vəl əmru lək, əəqtəu rəcai minkə və qəd əvləytəni ma ləm əs`əlhu min fəzlik, əm tufqiruni ila misli, və ənə ə`təsimu bi həblik, ya mən səədə birəhmə-tihil qasidun, və ləm yəşqə bi niqmətihil mustəğfirun, kəyfə ənsakə və ləm təhəl zakiri, və kəyfə əlhu ənkə və əntə muraqibi, ilahi bizəyli kərə-mikə ə`ləqtu yədi, və linəyli ətayakə bəsəttu əməli, fəəxlisni bixalisəti təvhidik, vəc`əlni min səfvəti əbidik, ya mən kullu haribin iləyhi yəltəci, və kullu talibin iyyahu yərtəci`, ya xəyrə mərcuvvin və ya əkrəmə məd`uvv, və ya mən la yurəddu sailəh, və la yuxəyyibu amiləh, ya mən babuhu məftuhun lidaih, və hicabuhu mərfuun liracih, əs`əlukə bikərəmikə ən təmunnə ələyyə min ətaik, bima təqərru bihi əyni, və min rəcaikə bima tətməinnu bihi nəfsi, və minəl yəqini bima tuhəvvinu bihi ələyyə musi-batid dunya, və təclu bihi ən bəsirəti ğəşəvatil əma, birəh-mətikə ya ərhəmər rahimən.
Tərcüməsi
Bağışlayan və mehriban Allahın adı ilə!
İlahi, ey bəndə ondan (bir şey) istədikdə, ona əta edən, Onun dərgahında olanlara ümidvar olduqda, ümid bəslədiyini ona çatdıran, Ona üz tutduqda, bəndəsini Özünə yaxınlaşdıran, bəndə günah və üsyankarlıq Onu tərk etdikdə, günahlarına pərdə çəkib gizlədən, Ona təvəkkül etdikdə, kifayət edən! İlahi, Sənin ehsanını istədikdə, Sənin ona ehsan etmədiyin şəxs kimdir (elə bir şəxs varmı)?! Mərhəmətinə ümid bəsləyərək Sənə üz tutduqda, ondan məhrum etdiyin bir şəxs varmı?! Səndən başqa, mərhəmət və lütfü ilə məşhur olan mövlanı tanımadığım halda, Sənin dərgahından naümid qayıtmağım layıqdirmi?! Bütün xeyirlər Sənin ixtiyarında olduğu halda, başqasına necə ümid bəsləyim?! Məxluqatı yaratmaq və onlarla bağlı hökm Sənə məxsus olduğu halda, başqasına necə ümidvar olum?! İstəmədiyimə baxmayaraq, mənə Öz lütf və mərhəmətindən əta etdiyin halda, Səndən ümidimi üzməliyəmmi?! Sənin ipinə sarıldığım halda, məni özüm kimisinə möhtac edərsənmi?! Ey rəhməti sayəsində onu qəsd edənləri xoşbəxt edən, tövbə edənləri şiddətli intiqam və cəzasına mübtəla etməyən! Daim məni yad etdiyin halda, Səni necə unuda bilərəm?! Halıma nəzarət etdiyin halda, Səndən necə qafil ola bilərəm?! İlahi, Sənin kərəminə sığınaraq ətəyindən tutmuş, əlimi əta etdiklərinə doğru açmışam! Belə isə, məni tövhid məqamında saflaşdır və Öz seçilmiş bəndələrindən et! Ey, bütün (qorxub) qaçanların yalnız sığındığı kəs! Səni istəyənlərin hamısı yalnız Sənə ümid bəsləyər, ey ümid edilənlərin ən yaxşısı, ey çağırılanların ən kərimi, ey ondan bir şey istəyənləri geri çevirməyən, arzu edənləri məyus etməyən! Ey (rəhmət) qapısı bütün dua edənlərin (Onu çağıranların) üzünə açıq və Ona müraciət edənlərdən (aradakı) maneəsi götürülən! Sənə and verirəm kəramətini ki, mənə minnət qoyaraq gözümü aydınlaşdıracaq qədər nemət, qəlbimin xatircəm olacağı qədər ümid, dünya müsibətlərinin mənim üçün asan olmasını təmin edəcək qədər yəqin və gözlərimdən cəhalət və batil pərdələrini qaldıracaq qədər bəsirət verməyini diləyirəm. Rəhmətinə xatir onları mənə əta et, ey mehribanların ən mehribanı!