Bismillahir rəhmanir rəhim
İlahi in kanə qəllə zadi fil məsiri iləyk, fələqəd həsunə zənni bit təvəkkuli ələyk, və in kanə curmi qəd əxafəni min uqubətik, fəinnə rəcai qəd əş`ərəni bil əmni min niqmətik, və in kanə zənbi qəd ərəzəni lii-qabik, fəqəd azənəni husnu siqəti bisəvabikə, və in ənamətnil ğəflətu ənil isti`dadi liliqaik, fəqəd nəbbəhətnil mə`rifətu bi kərəmikə və alaik, və in əvhəşə ma bəyni və bəy-nəkə fərtul isyani vət tuğyan, fəqəd anəsəni buşral ğufrani vər rizvan, əs`əlukə bisubuhati vəchikə və biənvari qudsik, və əbtəhilu iləykə biəvatifi rəh-mətikə və lətaifi birrik, ən tuhəqqiqə zənni bima uəm-miluhu min cəzili ikramikə və cəmili in`amik, fil qurba mink, vəz zulfa lədəyk, vət təməttui bin nəzəri iləyk, və ha ənə mutəərrizun linəfəhati rəvhikə və ətfik, və muntəciun ğəysə cudikə və lutfik, farrun min səxətikə ila rizak, haribun minkə iləyk, racin əhsənə ma lədəyk, muəvvilun əla məva-hibik, muftəqirun ila riayətik, ilahi ma bədə`tə bihi min fəzlikə fətəmmimhu, və ma vəhəbtə li min kərəmikə fəla təslubhu, və ma sətərtəhu ələyyə bihilmikə fəla təhtikhu, və ma əlimtəhu min qəbihi fi`li fəğfirhu, ilahi istəşfə`tu bikə iləyk, vəstəcərtu bikə mink, ətəytukə tamiən fi ihsanik, rağibən fimtinanik, mustəs-qiyən vabilə təvlik, mustəm-tirən ğəmamə fəzlik, talibən mərzatikə qasidən cənabək, varidən şəriətə rifdik, multə-misən səniyyəl xəyrati min in-dik, vafidən ila həzrəti cə-malik, muridən vəchək, tariqən babək, mustəkinən liəzəmətikə və cəlalik, fəf`əl bi ma əntə əhluh, minəl məğfirəti vər rəh-məh, və la təf`əl bi ma ənə əh-luh, minəl əzbi vən niqməh, bi-rəhmətikə ya ərhəmər rahimin.
Tərcüməsi
Bağışlayan və mehriban Allahın adı ilə!
İlahi, Sənə doğru olan səfərdə azuqəmin (yaxşı əməlim) azlığına baxmayaraq, Sənə təvəkkül etməklə məni bağışlayıb əfv edəcəyinə "hüsnü-zənn”im (yaxşı gümanım) çoxdur. Təqsirlərim məni cəzalandırmağından qorxutsa da, (Sənə) ümidim mənə cəzalarından amanda qalacağımı anladır. Günahım məni əzabına düçar olmaq təhlükəsi ilə üzləşdirsə də, Sənə etimadım məni cavabına yönəldir. Qəflətim məni Səninlə görüşdən qafil etsə də, Sənin lütf və nemətlərinə olan mərifət və imanım onları xatırladaraq məni ayıltmışdır. Üsyankarlıq və tüğyançılıqda həddi aşmaq mənimlə Sənin aranda fasilə salaraq mənim üçün iztirab yaratsa da, bağışlamaq və razılıq müjdəsi mənə aramlıq bəxş edir. İlahi, Sənə and verirəm bənzərsiz və kamil zatın və müqəddəs nurunu, mehribanlığın və lütfünün lətifliyini, Sənin çoxlu ehsanın, gözəl nemətin, Sənə yaxın olmaq məqamına çatmaq və camalına nəzər salmaqdan ləzzət almaqla bağlı gümanım, ümid və arzumu gerçəkləşdir. Mənəvi rahatlıq gətirən mehin mənə dəyməsi, mehribanlıq, lütf və ehsan yağışının mərhəmət olaraq üzərimə yağmasını diləyir, qəzəbindən razılığına, Səndən Sənin özünə sığınır, dərgahında olanların ən yaxşısına ümid bəsləyir və bağışlamağına etimad edirəm. Mən Sənin himayən və qorumağına möhtacam. İlahi, əvvəldə lütf və mərhəmətinlə başladığın işi sonuna qədər tamamla, mənə bəxş etdiklərini məndən alma və Öz helminlə günahlarımın üstünə örtdüyün pərdələri yırtma! Məndən baş verən və Sənin də xəbərdar olduğun qəbahətli əməlləri bağışla! İlahi, Sənin Özünü Özünə vasitəçi edir və Sənin qəzəbindən Sənə sığınıram. Sənin ehsanına həris, nemətlərinə rəğbətli, ehsan yağışın və mərhəmət buluduna təşnə olduğum, razılığını istədiyim, Sənə diqqət yetirməyi iradə etdiyim, nemət arxına girdiyim və lütfünlə ən xeyirli olanları istədiyim halda, Sənin dərgahına üz tutmuşam. Sənin qonaqlarınla (Sənə üz tutanlarla) mehriban davranmağını bildiyim və Səni müşahidə etmək istədiyim halda, rəhmət qapını döyürəm. Sənin əzəmət və calalının seyrinə həddən artıq ehtiyaclıyam. Sənə and verirəm Öz rəhmətini, mənimlə mənə layiq olan əzab və intiqamla deyil, Sənə layiq olan rəhmət və məğfirətinlə rəftar et, ey mehribanların ən mehribanı!
Kitabın adı: Məfatihul Cinan