Əllahummə ya məlazəl lai-zin, və ya məazəl aizinə və ya munciəl halikin, və ya asiməl baisin, və ya rahiməl məsakin, və ya mucibəl muztərrin, və ya kənzəl muftəqirin, və ya cairəl munkəsirin, və ya mə`vəl mun-təqiinə və ya nasirəl mustəz`-əfin, və ya mucirəl xaifin, və ya muğisəl məkrubin, və ya hisnəl lacinə in ləm əuz biizzətikə fəbimən əuzu, və in ləm əluz biqudrətikə fəbimən əluzu, və qəd əlcəətniz zunubu ilət təşəbbusi biəzyali əfvik, və əhvəcətnil xətaya iləstiftahi əb-vabə səfhik, və dəətnil isaətu iləl inaxəti bifinai izzik, və həmələtnil məxafətu min niq-mətikə ələt təməssuki biurvəti ətfikə və ma həqqu məni`-təsəmə bihəblik, ən yuxzələ və la yəliqu bimənistəcarə biiz-zikə ən yusləmə əv yuhməl, ilahi fəla tuxlina min hima-yətikə və la tu`rina min ria-yətik, və zudna ən məvaridil hələkti fəinna biəynikə və fi kənəfik, və ləkə əs`əlukə biəhli xassətikə min məlaikətikə vəs salihinə min bəriyyətikə ən təc`ələ ələyna vaqiyətən tun-cina minəl hələkat, və tucən-nibuna minəl afat, və tukin-nuna min dəvahil musibat, və ən tunzilə ələyna min səkinətik, və ən tuğəşşiə vucuhəna biənvari məhəbbətik, və ən tu`viyəna ila şədidi ruknik, və ən təhviyəna fi əknafi ismətikə birə`fətikə və rəhmətik, ya ərhəmər rahimin.
Tərcüməsi
Bağışlayan və mehriban Allahın adı ilə!
İlahi, ey sığınacaq axtaranlara pənah və həlakətə uğrayanlara nicat verən, ey çarəsizləri qoruyan, miskinlərə rəhm edən, ey iztirabda olanların duasını qəbul edən, ey fəqirlərin xəzinəsi, ey sınıq qəlblilərin qəlbini birləşdirən, hər şeydən əli üzülənlərə sığınacaq verən, ey zəiflərin köməkçisi, ey qorxanlara pənah verən, ey məzlumların fəryadına yetən, ey sığınanların möhkəm hasarı! Sənin izzətinə sığınmasam, kimə sığınaram?! Sənin qüdrətinə arxalanmasam, kimə arxalanaram?! Həqiqətən, saysız günahlarım məni Sənin əfvinin ətəyindən yapışmağa vadar, xətalarım Sənin güzəşt qapılarını döyməyə ehtiyaclı edib. Pis əməllərim böyük dərgahına üz tutmağa səbəb olub. İntiqamından qorxu mehribanlıq qapını döyməyə vadar edib. Sənin ipindən yapışanlar heç vaxt xar edilməyə, izzətinə sığınanlar (cəhənnəm oduna) təhvil verilməyə və özbaşına buraxılmağa layiq deyil. İlahi, bizi Öz himayən və rəhmətindən məhrum etmə və bizi həlakətdən qoru! Həqiqətən, biz Sənin nəzarət və himayəndəyik. İlahi, Səndən yaxın mələklərini, məxluqatının xeyirxahlarını bizə həlakətdən nicat vermək, bəlalardan qorumaq üçün gözətçi təyin etməyini və qəlbimizi məhəbbətinin nuraniliyi ilə örtülməsi üçün aramlıq nazil etməyini istəyirəm. Bizə möhkəm sütunun (tövhid və mərifət) vasitəsilə pənah ver, bizi hər tərəfdən Öz ismətinlə əhatə et. Sənə and verirəm mərhəmət və mehribanlığını, ey mehribanların ən mehribanı!
Kitabın adı: Məfatihul Cinan