Bismillahir rəhmanir rəhim
İlahi əskəntəna darən həfə-rət ləna hufərə məkriha, və əlləqətna biəydil mənaya fi həbaili ğədriha, fəiləykə nəl-təciu min məkaidi xudəiha, və bikə nə`təsimu minəl iğtirari bizəxarifi zinətiha fəinnəhəl muhlikətu tullabəhəl mutlifətu hullaləhəl məhşuvvətu bil afatil məşhunətu bin nəkəbat, ilahi fəzəhhidna fiha və səllimna minha bitəvfiqikə və ismətik, vənzə` ənna cəlabibə muxalə-fətik, və təvəllə umurəna bihusni kifayətikə və əvfir məzidəna min səəti rəhmətik, və əcmil silatina min fəyzi məvahibik, və əğris fi əf`idətina əşcarə muhəbbətik, və ətmim ləna ənvarə mə`ri-fətikə və əziqna həlavətə əfvik, və ləzzətə məğfirətik, və əqrir ə`yunəna yəvmə liqaikə biru`-yətik, və əxric hubbəd dunya min qulubina, kəma fəəltə bis salihinə min səfvətik, vəl əbrari min xassətik, birəh-mətikə ya ərhəmər rahimin, və ya əkrəməl əkrəmin
Tərcüməsi
Bağışlayan və mehriban Allahın adı ilə!
İlahi, bizi yolumuzun üstündə məkr quyuları qazan, nəfsi istək və arzular sayəsində tovlamaq kəndiri ilə dolayan bir evdə (dünyada) sakin etmisən. Səndən onun bərbəzəklərinə aldananları həlak və ona üz gətirənləri məhv edən dünyadan məni qorumağını diləyirəm. Həqiqətən, dünya bəla və əzab-əziyyətlərlə doludur. İlahi, bizi müvəffəqiyyət və qorumağınla ona qarşı etinasız et və amanda saxla, Sənin əmr və göstərişlərinlə müxalifətçilik libasını əynimizdən çıxar və kifayət etməyinlə işlərimizə rəhbərlik və nəzarət et, Öz geniş rəhmətinlə bizə əta etdiklərini həmişə artır, lütfünlə bəxşişlərini daha da yaxşılaşdır, qəlb bağçamızda məhəbbət fidanlarını ək, bizi kamala çatdır, mərifət nurunla bağışlamağının şirinliyini bizə dadızdır! Seçilmiş, saleh və xas bəndələrinlə etdiyin kimi, Səninlə görüşəcəyimiz gün (qiyamətdə) gözlərimi camalını müşahidə etməklə işıqlandır və dünya məhəbbətini qəlbimdən çıxart. Sənə and verirəm sonsuz rəhmətini, ey mehribanların ən mehribanı!
Kitabın adı: Məfatihul Cinan