» » » Birinci dərs - “Nas” surəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Birinci dərs - “Nas” surəsi
    +5
    Müəllif: Yusifi Zehra | 9-09-2015, 11:00 | Baxılıb: 2 841
     
     
    Birinci dərs "Nas” surəsi
     
    Şeytanlar və şeytan sifət insanların təhlükəsi barədə

     قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ مَلِكِ النَّاسِ إِلَهِ النَّاسِ مِن شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ مِنَ الْجِنَّةِ وَ النَّاسِ 
     
    "Nas” surəsinin kəlmələri:

    ب  - ilə, - اسم - ad  
    بسم) - باسم) - adı ilə
    اﷲ  - Allah
    ال - müəyyənlik və məlum
    الرحمن - (Rəhman) - çox rəhm edən,çox mehriban, çox bağışlayan; bu dünyada hamıya qarşı mehriban və bağışlayan
    الرحيم -  bağışlayan və mehriban, axirətdə yalnız iman gətirənlərə qarşı mehriban və bağışlayan
    قل- - de
    عوذ - pənah aparıram.
    رب - dolandıran, yaradan, tərbiyyələndirən, həqiqi malik, məxluqatı yaratdıqdan sonra özbaşına buraxmayıb tərbiyə və nəzarət edərək yol göstərən.
    ناس -  camaat, insan.
    الناس - bütün camaat, insanlar.
    ملك - şah, sultan.
    اله - sitayiş və pərəstiş olunan, məbud, pənahgah, bir varlıq ki, fikrlər və düşünçələr onu dərk etməkdə acizdirlər
    وسواس- - şeytan, şeytanın vəsvəsəsi, şeytanın hiyləsi, xüsusi pisxoloji (ruhi) xəstəlik
    خناس - şeytan, çox pis mövcud, təhlükəli və fasid mövcud, bəzən gizli və bəzən aşkar olan mövcud, insanı aldadan bir varlıq
    الذى - o ki, elə bir şəxs ki,
    وسوس - aldadar, azdırar, pis fikrləri insanın qəlbinə salar
    ف - da, də
    صدور- sinələr 
    جنة - cin, gözlə görünməyən bir varlıq
     
    Hərfi tərcümə
     
    De: pənah aparıram camaatın yaradanına, camaatın padşah, sultan, və malikinə, camaatın məbuduna (ibadət etdikləri varlığa) şeytanın vəsvəsəsinin şərrindən, o şeytan ki, insanların sinəsində vəsvəsə edər. O vəsvəsə edən ki, insan və cindən ola bilər.
     
    "Nas” surəsinin təfsiri

    Qurani - Kərimin axırıncı surəsi olan bu surədə Allah-Təala Peyğəmbər (s)-i rəhbər kimi çamaata göstərərək buyurur:
    "De pənah aparıram çamaatı yaradan və tərbiyə edənə.
    قل اعوذ برب الناس (Qul əuzu birəbbin-nas)
    Belə fikrləşmək olur ki, Allah-Təala Peyğəmbər (s) kimi bir şəxsiyyətə pənah aparmağı və Allaha sığınmağı əmr edirsə, bizə lazımdır ki, bu məsələdə daha çox diqqət edək və bir an da Allaha pənah aparmaqdan qafil olmayaq.
    Ardıyca buyurur: "Camaatın malik və padişahına” 
    ملك الناس (məlikin-nas)
    "Camaatın məbuduna” 
    اله الناس (İlahin-nas)
    Diqqət etməli budur ki, burada AllahTəalanın böyük sifətlərindən olan üç sifəti (Rəbb, Malik və Məbud) gətirilir və bildirilir ki, bu sifətlər insanın tərbiyəsində böyük rol oynayaraq onu vəsvəsə edənlərin caynağından xilas edə bilir.
    Əlbəttə pənah aparmaqdan məqsəd bu deyil ki, insan təkcə bu sözləri dili ilə desin. Bəlkə (əksinə olaraq - red.) lazımdır ki, onu əməli surətdə həyata keçirsin. Əməldə də Allaha pənah aparsın. Şeytani yollardan uzaq olsun. Şeytani məclislərə getməsin, şeytani fikrlərin yerini, ilahi fikrlərlə dəyişdirsin. Yoxsa əmələn şeytani işləri edib, dildə bu sözləri ifadə etməklə insan hər bir təhlükədən xilas ola bilməz.
    Surənin davamında Allah-Təala buyurub: "xənnasın vəsvəsəsinin şərrindən ” 
    من شرالوسواس الخناس  (minşərril-vəsvasil-xənnas)
    "O, kəsdən ki, insanların sinələrində vəsvəsə edir”
    الذى يوسوس فى صدور الناس (əlləzi yuvəsvisu fi sudurin-nas)
    Bu vəsvəsə edən elə bir imkana malikdir ki, insanın qəlbini öz yuvasına çevirir, onun ixtiyarını ələ alır, imanını oğurlayır və nəhayət insanın abrını, qeyrət və namusunu, mal və dövlətini, daxili rahatlığını bərbad edir.
    "Cindən və insandan olan vəsvəsə edən”
    من الجنة والناس (minəl cinnəti vənnas)
    Bəli pənah aparıram Allaha, çox ziyanlı, fəsadlı olan bir mövcuddan ki, şeytan adlanır. İstər bu şeytan cin tayfasından olsun ya insan, istər gözə görünən olsun ya görünməyən məhsus (hiss olunan – red.) Bir varlıq olsun ya hiss olunmayan. Bir sözlə hər nə məni Allah-Təaladan uzaqlaşdıracaq, məni Allahın izzət kölgəsindən çıxarıb, şeytan və şeytan sifətli məxluqatın zillət kölgəsinə salacaqsa ondan böyük olan Allaha pənah aparıram.
     
    "Nas” surəsinin hədəfi

    1- Bu surədən belə alınır ki, ən əzəmli insanlar da daimi Allaha pənah aparmalıdır.
    2- Bu surənin ali hədəfi əvvəlcə insani həqiqi məbudun tərəfinə yönəlməkdir. Sonraki mərhələdə isə təhlükə elan edilərək insanlar iki böyük şərr qüvvədən - şeytanlar və şeytan sifət insanlardan qorunmağa cağırılır.
    3-"Cinlərdən və insanlardan ” ibarət olan vəsvəsə edənlər cümləsindən belə məlum olur ki, vəsvəsə etmək təkcə Allah dərgahından qovulmuş iblisə məxsus deyil. Bu sözün geniş mənası vardır. Hər bir fəsad törədən mövcudlara da aid olur (mikrob kimi). "Xənnas” deyəndə həm o şeytana həmdə onun kimi olan insanlar və cinlər də nəzərdə tutulur. İlahi! Bizi şeytan və şeytana xidmət edən bütün məxluqatın şərrindən qoru; onların şərrindən sənə, rəbbimizə, padşahımıza, məbudumuza, pənah gətiririk! Amin, ya Rəbbəl aləmin.
     
    "Nas” surəsinin xüsusiyyətləri
     
    1- İnsan daim şeytanların vəsvəsəsilə üzləşir. İnsanlardan və cinlərdən olan şeytanlar çalışırlar ki, onu azdırsınlar. İnsanın məqamı yüksəldikcə onun düşmənləri də böyüyür. Onun çaşmasına əvvəlkindən artıq vaxt və güc sərf edirlər. Bu sürədə
    Allah-Təala göstəriş verir ki, şeytanların şərrindən ona pənah aparaq.
    "Nas” surəsinin Məkkədə və Mədinədə nazil olması bərədə fikir ayrılığı vardır. Amma Məkkədə nazil olmasına ehtimal daha artıqdır.
    2- Bu surənin fəziləti barədə çoxlu rəvayətlər vardır. İmam Baqir (ə) buyurub: hər kəs "vətr” namazında bu surəni, "Fələq və İxlas” surəsini oxusa onun namazı qəbul olunar və ona bu barədə mələklər müjdə verərlər. Başqa bir rəvayətdə deyilir: Peyğəmbər (s) xəstə olan Cəbrail və Mikayil gəlib "Nas” və "Fələq” surələrini onun başı üzərində oxudular və o, Həzrət şəfa tapdı.
    3. Bu surə ona görə "Nas” adlanıb ki, "nas” kəlməsi onda bir neçə dəfə təkrar olunub.
     
    Sual və tapşırıqlar.
    1. Bu sürənin adları nədir və nə üçün bu adla tanınır?
    2. "Nas” surəsi harada nazil olub?
    3. "االله ” (Allah) kəlməsinin mənası nədir?
    4. "جناس ” (xənnas) nəyə deyilir?
    5. "Nas” surəsinin hədəfini izah edin:
    6. "اله ” (ilah) kəlməsinin mənası nədir?
    7. "رب” (rəbb) kəlməsinin mənası nədir? 
     
     
    Kitabın adı: Kiçik surələrdə böyük dəyərlər
    Müəllif: Hacı Əhliman Rüstəmov

     
     
    Bölmə: Dərslər / Təfsir
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.