» » » On birinci dərs - “Hüməzə” surəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6712

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6696

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 1
Həftə ərzində: 2
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Ekim 2024    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    On birinci dərs - “Hüməzə” surəsi
    +5
    Müəllif: Yusifi Zehra | 18-09-2015, 11:30 | Baxılıb: 2 802
     
     

     On birinci dərs - "Hüməzə” surəsi
     
     
    "Hüməzə” surəsinin kəlmələri

    وَيْلٌ – vay, bədbəxtlik, həlakət
    لِّ - onun üçün
    كُلِّ - bütün, tamam, hamısı
    هُمَزَةٍ - çox abırsızlıq gətirən, çox eyib axtaran, çox məsxərə edən, camaatın dili ilə sərkiləyən, insanların üzünə pis söz deyən
    لُّمَزَةٍ - söz gəzdirən, göz qaşı ilə camaatı məsxərə edən, qeybət edən
    الَّذِي – o kəs ki, o ki
    جَمَعَ – topladı, üst-üstə yıxdı
    مَالًا – mal-dövlət
    وَعَدَّدَ - saydı, hazır etdi
    هُ - onu
    يَحْسَبُ - hesab edir, fikirləşir, xəyal edir
    أَنَّ - həqiqətən
    مَالَهُ - onun malı, onun sərvəti
    أَخْلَدَهُ – daimi, həmişəlik 
    كَلَّا - belə deyil
    لَ - əlbəttə
    يُنبَذَنَّ - atılacaq
    فِي - da2
    الْحُطَمَةِ - oda – şiddətli oda – cəhənnəmə - cəhənnəmin təbəqələrindən birinə 
    وَ - və (bağlayıcı)
    مَا - inkar
    أَدْرَا - bildi
    كَ - sən 
    مَا أَدْرَاكَ - sən nə bilirsən?
    مَا الْحُطَمَةُ - cəhənnəmin bu təbəqəsi nədir
    نَارُ - od
    اللَّهِ - Allah – məbud
    الْمُوقَدَةُ - şölələnən, alışmış, alovlu
    الَّتِي - elə bir, o ki, 
    تَطَّلِعُ - əhatə edər
    عَلَى - onu – ona üzərinə
    الْأَفْئِدَةِ - ürəklər – qəlblər
    إِنَّ - həqiqətən
    إِنَّهَا - həqiqətən o,
    عَلَيْهِم - onları
    مُّؤْصَدَةٌ - bağlanmış, daralmış, örtülmüş
    فِي – da2
    عَمَدٍ – sütunlar, söykənəcəklər
    مُّمَدَّدَةٍ - çəkilmiş, uzun.

    "Hüməzə” surəsinin hərfi tərcüməsi

    1. "Vay olsun hər bir məsxərə edib eyb axtarana.
    2. O, adam mal toplayır və sayır. (şəri hesabını aparmır). 3. Elə hesab edir ki, malı onu əbədi saxlayacaq. 4. O, fikirləşdiyi kimi deyil, tezliklə əzib-dağıdan bir oda atılacaq. 5. Bilirsən "Hütəmə” nədir.
    6. Allahın alovlanmış odudur.
    7. Ürəkləri yandıran od.
    8. Bu od onları əhatə edər.
    9. Uzun sütunlarda”.

    "Hüməzə” surəsinin təfsiri

    وَيْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةٍ (Vəylul li kulli huməzətil luməzət)
    Vay olsun insanların eybini axtaranlara, vay olsun onları məsxərə edənlərə və bu yol ilə cəmiyyətdə fitnə-fəsad yaradanlara, vay olsun o, adamlara ki, insanları kiçik sayır və onları təhqir edirlər. Vay olsun cəmiyyətin arasında söz gəzdirənlərə. Onlar qaş gözləri ilə insanların qeybətini edir, insanların abrını aparırlar.
    Birinci ayədə Allah-Təala bu cür insanlara xitab edərək onların aqibətini çox pis olduğunu bəyan edir. 
    İkinci ayədə isə dünya və onun mal dövlətinə aldananların barəsində buyurur: 
    الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ lləzi cəməə maləv və addədəh)
    Vay olsun o, adama ki, daim dünya malını toplayıb onu saymaqla məşğuldur. Vay olsun bu cür insanlara, onlar Allaha ibadət etmək əvəzinə pula pərəstiş edirlər. Allahı, insanları mal toplamaqdan ötrü fəda edirlər. Insanların qanını töküb, onlara xəyanət edirlər. Bunları ancaq sərvət toplamaq üçün edirlər. Burda bir rəvayəti qeyd etmək yerinə düşərdi: İlk dəfə pul icad olanda şeytan onu öpüb gözünün üstünə qoyub dedi: "insanlar pulu sevsələr bütpərəst olmaqlarına ehtiyac yoxdur.” Belə çıxır ki, dünya malını sevən insan şeytanın nəzərində bütpərəst kimidir. 
    Bu dünyada var-dövlətə həris olan belə fikirləşir ki, onun var-dövləti əbədidir. 
    يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ  (Yahsəbu ənnə maləhu ahlədəh)
    onlar elə hesab edirlər malları sahiblərini əbədi saxlayacaq. Amma düz fikirləşmirlər. Mal-dövlət insanı diri saxlaya bilməz. Onu saxlayan lazımdır. Dünya sərvəti insanı həlakərə aparandır.
    كَلَّا لَيُنبَذَنَّ فِي الْحُطَمَةِ  (Kəlla lə yumbəzənnə fil hutamət)
    Xeyir! Mal onlara səadət bəxş etmək əvəzində tezliklə onları cəhənnəmin pis bir təbəqəsinə salacaq. Onları cəhənnəmə atanda var-dövlət heç bir kömək edə bilməyəcək. 
    وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ (Və ma ədrakə məl hutamət)
    Ey Peyğəmbər (s) baxmayaraq ki, sənin biliyin çoxdur bununla belə "Hütəmə” (الْحُطَمَةُ) nə olduğunu bilməzsən. Orada nə əzab vardır dərk edə bilməzsən. Çünki bəşər elə bir şeyi görməyibdir. 
    نَارُ اللَّهِ الْمُوقَدَةُ (Narullahil mukadəh)
    Fasid (fəsad törədən–red.) və möhdəkir insanların atıldığı o od eləbir oddur ki, Allahın qəzəbindən vücuda gəlib. Insanların içini yandırar və sonra əzalarına sirayət edər.
    الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌ فِي عَمَدٍ مُّمَدَّدَةٍ lləti təttaliu aləl əf'idəh. İnnəha əleyhim mu'sadəh Fi amədim muməddədət)
    Allahın qəzəbindən yaranmış od, hündür sütunlara bənzər. Onun alovu insanları əhatə edər və əbədi orada qalıb, nicat tapa bilməzlər. 

    "Hüməzə” surəsinin hədəfi

    Təfsirçilərdən bəziləri bu surəni "Vəlid ibni Müğeyrə”-nin barəsində nazil olduğunu vurğulayırlar. O, Peyğəmbər (s)-in ardınca həmişə qeybət edib, üzünə məsxərə edirdi. Bu surə nazil olub Peyğəmbər (s)-i müdafiə edərək, o pis insanın aqibətini bəyan edir.
    Pis insanların sonunu Allah-Təalanın şiddətli qəzəbinə görə düçar olacağını açıqlayır. 

    "Hüməzə” surəsinin xüsusiyyətləri

    1. Bu surəni oxumağın fıziləti barədə Həzrət Peyğəmbər (s) buyurur: "Kim bu surəni oxusa, məni məsxərə edənlərin hər nəfərinə görə Allah-Təala ona on dənə yaxşılıq yazar”.
    İmam Sadiq(ə) buyurur: "Kim bu surəni vacib namazda oxusa, fəqirlik və pis ölüm ondan uzaq olar, bol ruzi ona qismət olar”.
    2. Bu surə beş dəstənin barəsində nazil olub:
    2.1 Eyb axtaranlar
    2.2 Pis danışanlar
    2.3 Sözgəzdirənlər
    2.4 Məsxərə edənlər
    2.5 Sərvətpərəstlər
    3. Bu surənin adı onda olan "Hüməzə” və "Lüməzə” kəlmələrindən götürülüb.
    4. Bu surə Məkkədə nazil olub.
    5. Bu surə bəyan edir ki, mala həris olmaq və təkəbbürlük cəhənnəmə düşməyə səbəb olar. 

     
    Suallar və tapşırıqlar.
    1. Bu surənin adı nədir?
    2. Bu surə harada nazil olub?
    3. Bu surənin hədəfi nədir?
    4. Bu surədən bir ayəni təfsir edin. 


    Kitabın adı: Kiçik surələrdə böyük dəyərlər
    Müəllif: Hacı Əhliman Rüstəmov

     
     
    Bölmə: Dərslər / Təfsir
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Ağam Rza | Status: İstifadəçi Offline | 21 Haziran 2021 04:10 | İstifadəçi | Şərh yazdı
    Salam alekum mene Humeze suresin oxunusu lazimdi 

    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.