» » » Dördüncü dərs - “Təbbət” surəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Dördüncü dərs - “Təbbət” surəsi
    +5
    Müəllif: Yusifi Zehra | 13-09-2015, 11:00 | Baxılıb: 4 681
     
     
    Dördüncü dərs "Təbbət” surəsi

     
    "Təbbət” surəsinin kəlmələri.

    تبت - nabud oldu-qurudu-kəsildi-həlak oldu 
    يدا- يدان - iki əl - bütün qüdrət, bütün nemət - tamam nüfuz
    " ما” - o şey- o şey ki- nə
    اغنى - ehtiyyacsız etdi-xeyir verdi 
    ه -o, özü. (əvəzlik) 
    عن - dan,dən (şəkilçi)
    عنه - ondan
    ماله - onun malı, onun sərvəti və mülkü
    كسب - kəsb edibdir, qazanıbdır, ələ keçirib 
    سي- سوف - tezliklə, tez
    يصلى - çəkir-atır
    نار - od
    ذى – ذو – ذا- ذات - sahib, malik
    لهب - odun şöləsi, qızarmış, alovlanmış 
    امراة - (o) qadın, arvad, həyat yoldaşı, onun arvadı 
    حمالة - yük daşıyan qadın, sənəti yük daşımaq olan qadın
    حطب – odun
    حمالة حطب - odun daşıyan qadın, çox söz gəzdirən qadın 
    فى - da,də (şəkilçi)
    جد -boyun 
    حبل -ip
    من - dan, dən (şəkilçi)
    مسد - xurma lifi, döyülmüş, bərk 
     
    Hərfi tərcümə.

    "Sınsın Əbu Ləhəbin qüdrəti, kəsilsin onun iki əli, vurulsun onun səltənəti, var-dövlətindən ona xeyir olmasın, o tezliklə alovlanmış oda daxil olacaq. Həmçinin boynunda odun daşıyan arvadı da onunla birlikdə, onun arvadının boynunda ip var (odun daşımaq üçün)”.

     
    "Təbbət” surəsinin təsfiri. 

    "Təbbət” surəsi iki hissədən təşkil olmuşdur. Birinci hissəsi (Əbu Ləhəbin) özünün, ikinci hissəsi isə arvadının pisliyi barədədir. 
    İlkin dəvət vaxtı Həzrət Peyğəmbər(s) insanları təkallahçılığa dəvət edirdi. Onun birinci düşmənlərindən olan əmisi Əbu Ləhəb Peyğəmbər(s)-in ardınca gəzib onun ayaqlarının arxasını o qədər daşla vurmuşdu ki, qanı axırdı, arvadı isə tikanları yığıb iplə bağlayaraq boynunda gətirib peyğəmbərin yoluna tökürdü ki, ayaqlarına batsın. 
    Bir gün Peyğəmbər (s) insanları islama dəvət edəndə Əbu Ləhəb Peyğəmbər(s)-i bəzi sözlərlə təhqir etdi. Həmişəki kimi camaatın ona qulaq asmasına mane oldu. Elə həmin vaxt vəhy mələyi nazil olub onun barəsində bu ayələri gətirdi. 
    تبت يدا ابى لهب و تب (Təbbət yədâ Əbî ləhəbin və təbb)
     "Kəsilsin Əbu Ləhəbin əlləri, ya ölüm olsun ona”.
    Qurani-Kərim demək olar ki, çox yerdə ad çəkmədən kimlərinsə pisliyin bəyan edib. Amma burada isə əksinə olaraq Əbu Ləhəbin adını cəkir. Buna da səbəb onun həddindən artıq çirkin mövqeyidir. Hətta, onun adı belə büt bəndəsi (Əbdul uzza, uzza büt adıdır) mənasındadır. Eybəcər sifəti olduğu üçün ləqəbi də " Əbu Ləhəb” idi, yəni, odun şöləsi. 
    Bəli Quran çox sərt bir mövqedən Əbu Ləhəbi hücuma məruz qoyaraq, onun dünya və axirət xeyratından əlinin üzülməsindən xəbər verir.
    Sonra Qurani-Kərim belə buyurur: 
    "ما اغنا عنه ماله و ما كسب” (Mâ əğnâ ənhu mâluhu və mâ kəsəb)
    "Mal dövləti, sərvəti, dünyada nə vardırsa, ona heç bir xeyir verməsin, Allahın əzabından onu qorumasın ”.
    Həqiqətəndə belə oldu. Əbu Ləhəbin çoxlu var dövləti, çoxlu övladları var idi. Amma Allah-Təala onu xəstəliyə düçar etdi. Bədəni ufunətləndi, heç kim ona yaxın getmək istəmirdi. Tarixin yazdığına görə, meyyitini şəhərdən çıxarıb üstünə böyük bir daş saldılar, qaldı o daşın altında. Beləliklə Quranın böyük möcüzə olması bu hadisə ilə də subut olundu. Yəni, Əbu Ləhəbə edilən nifrin doğruldu. 
    سيصلى نارا ذات لهب (Səyəslâ nârən zâtə ləhəb)
    "Tezliklə alovlanmış bir oda (ocağa) daxil olacaq”.
    Bəli "Əbu Ləhəb” arxalandığı heç nə, bütlər, var dövlət, övladları kömək edə bilmədi. Nəinki təkcə ona, heç bir kafir və müşrikə bu şeylərin köməyi dəyməz. Qiyamətdə Qurani-Kərimin "Şüəra” surəsinin 88, 89-cu ayələrdə deyildiyi kimi: "Nə var dövlət, nədə ki övladlar fayda verməz. Fayda verən ancaq pak qəlb ilə Allah hüzuruna gəlməkdir” يوم لا ينفع مال و لا بنون الا من اتى الله بقلب سليم Bu ayədəki "od” yəqindir ki, cəhənnəm oduna aiddir. Amma bəzilərinin fikrinçə dunya oduna da aid olur. O, da bir pis xəstəlik idi ki, Əbu Ləhəbə yoluxdu və çox acnacaqlı şəkildə onu öldürdü.
    Surənin ikinci hissəsi Əbu Ləhəbin arvadını barəsindədir.
    وامراته حمالة الحطب (Vəmrə-ətuhu , həmmâlətəl-hətab)
    Оnun arvadı cəhənnəmə daxil olacaq, o, arvad ki, daima çiynində odun daşıyardı.
    فى جيدها حبل من مسد (Fî cîdihâ həblun min məsəd)
    "Həmişə boynunda xurma lifi ya ip olardı”.
    Əbu Ləhəbin arvadı Əbu Süfyanın bacısı, Müaviyyənin isə bibisi idi. Islamın əleyhinə ərindən də çox çalışırdı. Çöldən tikanları yığıb Peyğəmbər(s) gedən yola tökərdi ki, ayaqlarına batsın. Yeri gəlmişkən, bir gün tikan gətirəndə ip onun boğazına keçdi. Nə qədər çalışdı aça bilmədi və cəhənnəmə daxil oldu. 
    Bəzilərinin fikrincə o, söz gəzdirən, ya çox paxıl qadın idi. 
    Bəziləri də deyirlər: o, qadın qiyamətdə çox insanların gunahını çiynində gəzdirəcək. Ona görə Qurani-Kərim bu ibarəti onun haqqında işlədibdir.
    Amma bu fikirlərin hamısının olması mümkündür. Yəni o, həm odun daşıyardı, həm söz gəzdirən və paxıl idi, həm də çoxlu insanların cəhənnəmə getməsinə səbəb olmuşdu. Yeri gəlmişkən qeyd etmək yerinə düşər: "söz gəzdirmək” çox böyük günahlardandır. Həzrət "Musa”(ə) bir dəstə insanla yağış istəmək üçün namaz qılmağa çıxmışdılar (istisqa). Dua edirdilər, amma duaları qəbul olmurdu. Həzrət Musa (ə) Allah-Təaladan soruşdu: İlahi, niyə bizim dualarımızı qəbul etmirsən? Cavab gəldi: Ya Musa (ə), sizin dəstədə "söz gəzdirən” bir insan var. Nə vaxta qədər o, sizin içərinizdədirsə sizin duanız qəbul olmayacaq. Həzrət Musa (ə) bu xəbəti onlara çatdırdı. Həmin adam ürəyində çox peşman oldu, tövbə etdi Allah-Təala onun tövbəsini qəbul edib yağış yağdırdı. 
    Vay olsun söz gəzdirənlərə. Vay osun söz gəzdirən cəmiyyətə, əgər onlar tövbə etməsələr, çirkin əməllərindən əl çəkməsələr, bu zaman onların sonu nə ilə nəticələnəcək? Pənah aparaq Allaha onların şərrindən. 

     "Təbbət” surəsinin hədəfi.

    Bu surə Əbu Ləhəb və onun arvadı haqqında nazil olub. Onların islam və Peyğəmbər(s)-in qarşısında böyük bir səd olduğunu bəyan edir. Bu işlərin əvəzində Allahdan onlara gələn bəlanın barəsində xəbər verir. Bu iki hədəfin bütün dünya və axirət çirkinliklərin insanlara elan edir. Bildirir ki, hər kim Allaha qarşı hansı mövqedə olsa, Allah da onu eləcə mükafatlandırar. 

     "Təbbət” surəsinin xüsusiyyətləri. 

    1. Bu surənin oxumağın fəziləti: Kim bu surəni oxusa Allah-Təala onu Əbu Ləhəblə bir yerə toplamaz. Yəni o, behişt əhli olar, Əbu Ləhəb isə cəhənnəm əhlidir. 
    2. Bu surə məkkədə nazil olubdur. 
    3. Bu surə Əbu Ləhəbin və arvadının başına gələnləri əvvəlcədən xəbər verməklə, özünün möcüzə olmağını bir daha təsdiqləyir. 
    4. Bu surədən məlum olur ki, insan sülbi (qomumluq – red.) cəhətdən yaxın olsa da belə əqidə onun uzaqlaşdıraraq özgələşdirir. 
    5. Bu surə "Əbu Ləhəb”, "Məsəd” və "Təbbət” adlanır. Ona görə ki, bu sözlər onda işlənib. 
    İlahi, bizləri "Əbu Ləhəb” kimi insanlardan uzaq et.
     
     
    Sual və tapşırıqlar.
     
    1. Bu surə harada nazil olub?
    2. Əbu Ləhəb kimdi?
    3. "Həmmalət hətəb” kim idi?
    4. "Təbbət” surəsi nə vaxt nə üçün nazil olub?
    5. Əbu Ləhəbin arvadı necə oldu?
    6. "Təbbətin” mənasını izah edin.
    7. Bu surənin adlarını və onun adlanma səbəbini yazın.

     
    Kitabın adı: Kiçik surələrdə böyük dəyərlər
    Müəllif: Hacı Əhliman Rüstəmov

     
     
    Bölmə: Dərslər / Təfsir
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 13 Eylül 2015 17:29 | İstifadəçi | Şərh yazdı
    Allah islama qarwi cixan her kese lenet etsin

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.